Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

Nazirdən müəllimlərə sitəm – bəs günahkar kimdir?

Dekabr 10, 2025
A A

REDAKTORUN SEÇİMİ

Nazir dostunu həbsdən qoruya bilərmi? – “Rabitəçi” Sənan Mənsimli və Qarabağ təhsilində ciddi korrupsiya iddiaları

Nazir dostunu həbsdən qoruya bilərmi? – “Rabitəçi” Sənan Mənsimli və Qarabağ təhsilində ciddi korrupsiya iddiaları

17 Avqust 26 / 14:16
Laçında Bərpa-tikinti adı ilə milyonlar bir mənbədən xərclənir(?)! –Əsaslı şübhələr var…

Laçında Bərpa-tikinti adı ilə milyonlar bir mənbədən xərclənir(?)! –Əsaslı şübhələr var…

05 Avqust 26 / 11:43
“Aqro Mall” Ticarət Mərkəzinin direktorunun qaranlıq keçmişi: Həsən Şərifov çox milyonlu yeyintini necə gizlədib?

“Aqro Mall” Ticarət Mərkəzinin direktorunun qaranlıq keçmişi: Həsən Şərifov çox milyonlu yeyintini necə gizlədib?

29 İyul 26 / 12:55
Səfər Mehdiyevin bacanağı – Xəstəxana direktoruna cinayət işi açıldı – 200 minlik yeyinti

Səfər Mehdiyevin bacanağı – Xəstəxana direktoruna cinayət işi açıldı – 200 minlik yeyinti

28 İyul 26 / 18:10
Tahir Budaqovun Nəsimi rayonunda obyekt “siftəsi”: bir gecədə 20 ağac kəsildi -VİDEO

Tahir Budaqovun Nəsimi rayonunda obyekt “siftəsi”: bir gecədə 20 ağac kəsildi -VİDEO

27 İyul 26 / 11:15

“Nəzarətlər və təhlillər göstərir ki, təhsilin keyfiyyəti ilə bağlı məsələlərin kökündə dayanan əsas amillərdən biri müəllim faktorudur. Tədris resursları, dərsliklərin sayı və keyfiyyəti nə qədər önəmli olsa da, bu sistemdə ən vacib müəllimdir. Təcrübə göstərir ki, uğurlu təhsil sistemlərinin əsasında keyfiyyətli müəllimlər dayanır. Parlamentdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusunda keçirilən konfransda elm və təhsil naziri Emin Əmrullayev belə  deyib.

Nazir qeyd edib ki, son illərdə apardığımız araşdırmalarda və diaqnostik qiymətləndirmələrdə məlum olub ki, sistemdə müəllim adı daşıyanların bir hissəsi bu statusa real olaraq uyğun gəlmir. Təxminən 4500-5000 nəfər müəllim arasında aparılan qiymətləndirmə göstərib ki, onların yalnız 1000 nəfəri peşəkar tələblərə cavab verir. Bu, göstərir ki, müəllim statusu daşıyanların bir çoxu faktiki olaraq müvafiq səviyyəyə malik deyil: “Buna görə də müəllimlərin ilkin hazırlığı əsas prioritetlərdən biridir. Xüsusilə ibtidai siniflərdə dərs deyən müəllimlərin təhsili və bacarığı uşaqların gələcək inkişafına bilavasitə təsir edir. Əgər müəllimin özündə tədris bacarıqları zəifdirsə, bu, növbəti mərhələlərdə də təhsilin keyfiyyətinə mənfi təsir göstərir”.

Nazir qeyd edib ki, ali məktəblər üçün müasir dərsliklər hazırlanır. Amma orta məktəblər üçün təməl dərsliklər daha da təkmilləşdirilməlidir. Bu dərsliklər sadəcə məlumat ötürən deyil, düşüncə formalaşdıran, inkişaf etdirən vasitə olmalıdır: “Bunun nəticəsində dil dərslikləri müasir tələblərə cavab vermir, dərindən tədqiq olunmuş və praktikaya əsaslanan dərsliklər çatışmır. Məsələn, bəzi dərsliklər müəllifin şəxsi yanaşmasına əsaslanır, lakin ümumi metodoloji və nəzəri əsasları zəifdir. Bu səbəbdən, standartlara uyğun, öyrədici və qiymətləndirməyə əsaslanan dərsliklərin hazırlanması vacibdir”.

Onun sözlərinə görə, bu məsələdə dəqiq qiymətləndirmə də önəmlidir: “Biz nəyə nail olduğumuzu və nəyi edə biləcəyimizi ölçmək üçün dəqiq və nəticəyönümlü qiymətləndirmə mexanizmləri qurmalıyıq. Bu sistemlər yalnız formal yanaşmalarla deyil, real nəticələrlə işləməlidir. Qiymətləndirmə qaydaları şəffaf və obyektiv olmalı, nəticələri ölçən vasitələrlə təmin edilməlidir”.

“Məqsəd Azərbaycanın yeni texnoloji məzun bazasının formalaşdırılmasıdır. Təkcə humanitar sahələrdə deyil, texnologiya üzrə ixtisaslaşan məzunların sayı da artmalıdır. Bu, ölkənin inkişafı və gələcək strateji məqsədləri üçün olduqca vacibdir”, – o vurğulayıb.

Bəs müəllim hazırlayan ali məktəblərə kim cavabdehdir?

Təhsil eksperti Kamran Əsədov mövzu ilə bağlı “Yeni Müsavat”a bunları deyib: “İlk növbədə qeyd edim ki, təhsilin keyfiyyəti problemi resurs çatışmazlığından daha çox insan kapitalının keyfiyyəti ilə bağlıdır və bu mənada Elm və Təhsil Nazirliyinin mövcud vəziyyəti açıq şəkildə ortaya qoyması sistemli islahatlar üçün doğru başlanğıcdır. Təhlil onu göstərir ki, müəllim amili təhsilin bütün komponentlərini – kurikulumun tətbiqini, dərsliklərin effektivliyini, qiymətləndirmənin obyektivliyini və şagird nailiyyətlərini birbaşa müəyyən edir. Nazir tərəfindən səsləndirilən 4500-5000 müəllim arasında aparılan qiymətləndirmədə cəmi təxminən 1000 nəfərin peşəkar tələblərə cavab verməsi faktı problemin miqyasını statistik olaraq da təsdiqləyir və bunun lokal deyil, struktur xarakterli məsələ olduğunu göstərir”.

Ekspertin sözlərinə görə, nazirin ibtidai sinif müəllimlərinə xüsusi vurğu etməsi də təsadüfi deyil: “UNESCO və Dünya Bankının hesabatlarına görə, şagirdlərin gələcək akademik nailiyyətlərinin 60 faizə qədəri məhz ibtidai təhsildə formalaşan baza bacarıqları ilə bağlıdır. Əgər bu mərhələdə oxu, yazı, məntiqi düşünmə və dil bacarıqları zəif qurulursa, sonrakı pillələrdə xərclənən resursların səmərəliliyi kəskin azalır. Bu baxımdan, ibtidai sinif müəllimlərinin ilkin hazırlığının prioritet elan edilməsi Elm və Təhsil Nazirliyinin strateji baxımdan düzgün qərarıdır.

Dərsliklərlə bağlı səsləndirilən tənqidlər də reallığa əsaslanır. “Ümumi təhsil haqqında” dövlət standartlarında dərsliklərin şagirdin idrak fəaliyyətini inkişaf etdirməli olduğu açıq şəkildə qeyd olunsa da, mövcud dərsliklərin bir qismi hələ də məlumatyönümlü yanaşma üzərində qurulub. Nazirliyin dərsliklərin yalnız informasiya ötürən deyil, düşüncə formalaşdıran alətə çevrilməsi tələbini irəli sürməsi müasir təhsil fəlsəfəsi ilə tam uyğun gəlir. Bu, Finlandiya və Estoniya kimi ölkələrdə tətbiq olunan yanaşmanın açıq formada etirafıdır və ölkə üçün müsbət istiqamətlənmiş addımdır.

Qiymətləndirmə məsələsində vurğulanan nəticəyönümlü mexanizmlər də sistemin zəif nöqtələrindən birinə işarə edir. Uzun illər formallıq üzərində qurulan qiymətləndirmə müəllimin real kompetensiyasını, şagirdin funksional savadlılığını ölçə bilməyib. Nazirliyin şəffaf, obyektiv və ölçülə bilən qiymətləndirmə sistemləri qurmaq niyyəti OECD-nin “Education 2030″ çərçivəsində tövsiyə etdiyi yanaşmalarla üst-üstə düşür və bu, islahatların düzgün istiqamətdə getdiyini göstərir”.

Kamran Əsədova görə, mənfi tərəf ondan ibarətdir ki, bu qədər açıq problemlər uzun illər vaxtında müdaxilə edilmədiyi üçün dərinləşib və onların aradan qaldırılması qısa müddətdə mümkün deyil:  “Müəllim hazırlığı, dərsliklərin yenilənməsi və qiymətləndirmə mədəniyyətinin dəyişməsi zaman, resurs və institusional sabitlik tələb edir. Lakin müsbət tərəf ondan ibarətdir ki, Elm və Təhsil Nazirliyi problemi ört-basdır etmir, statistik göstəricilərlə ictimaiyyətə təqdim edir və məsuliyyəti sistem səviyyəsində qəbul edir. Texnoloji məzun bazasının genişləndirilməsi ilə bağlı vurğular da təhsilin gələcək istiqamətini göstərir. Dünya Bankının məlumatlarına əsasən, 2030-cu ilə qədər yeni iş yerlərinin 75 faizi texnologiya və rəqəmsal bacarıqlarla bağlı olacaq. Bu reallığı nəzərə alaraq, yalnız humanitar deyil, texnoloji ixtisaslar üzrə də keyfiyyətli müəllim və məzun hazırlamaq strateji zərurət kimi ortaya çıxır. Nazirliyin bu balansı açıq şəkildə ifadə etməsi ölkənin inkişaf prioritetləri ilə uzlaşır. Hesab edirəm ki, səsləndirilən fikirlər təkcə tənqid deyil, düzgün diaqnoz və perspektivli yol xəritəsidir. Elm və Təhsil Nazirliyinin son illərdə müəllim amilini mərkəzə çəkməsi, açıq statistikalarla danışması və dünya təcrübəsinə söykənən islahat xətti müəyyən etməsi təhsildə keyfiyyətin real yüksəlişi üçün ciddi əsas yaradır. Bu yanaşma göstərir ki, sistem artıq problemi tanıyır, məsuliyyəti qəbul edir və onu mərhələli şəkildə həll etməyə hazırdır”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Əvvəlki Yazı

“Səhər TV” Ramiz Mehdiyevin müdafiəsində

Növbəti Yazı

ABŞ NATO-dan çıxır? – Konqresə qanun layihəsi təqdim olundu

EKSKLUZİV

Nazir dostunu həbsdən qoruya bilərmi? – “Rabitəçi” Sənan Mənsimli və Qarabağ təhsilində ciddi korrupsiya iddiaları

Nazir dostunu həbsdən qoruya bilərmi? – “Rabitəçi” Sənan Mənsimli və Qarabağ təhsilində ciddi korrupsiya iddiaları

17 Avqust 2026 / 14:16
7
Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

17 Avqust 2026 / 14:10
1
Azərbaycanda ilk dəfə çimərlik güləşi üzrə U-17 dünya çempionatı keçiriləcək

Azərbaycanda ilk dəfə çimərlik güləşi üzrə U-17 dünya çempionatı keçiriləcək

14 Avqust 2026 / 12:46
2
Şakiradan Pikeyə qadağa

Şakiradan Pikeyə qadağa

14 Avqust 2026 / 12:30
2

XƏBƏR LENTİ

Nazir dostunu həbsdən qoruya bilərmi? – “Rabitəçi” Sənan Mənsimli və Qarabağ təhsilində ciddi korrupsiya iddiaları

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycanda ilk dəfə çimərlik güləşi üzrə U-17 dünya çempionatı keçiriləcək

Şakiradan Pikeyə qadağa

Nikol Paşinyanın planları barədə sensasion açıqlamalar

Messi: “Ayaqlarımda daha güc qalmayıb”

Kiyevə milyardlarla avroluq hərbi yardım edilib

Rusiya Ermənistana şərt qoydu

Qurban Qurbanov: Vacib qələbə əldə etdik

Bu il həbsxanalarda bağlanan nikahların sayı

Keroni yolu – Gendovun birlik simvolu

Azərbaycanda cinayət törədən qadınlar ARTIB

Bu şərtlərlə Ermənistandan Rusiyaya tədarük bərpa edilə bilər

Bu yağların Azərbaycana idxalına məhdudiyyət qoyuldu

Naxçıvanda əhalinin sayı artdı

Qeyri-sabit hava avqustun 17-dək davam edəcək – XƏBƏRDARLIQ

Samuxda 9 nəfərdə qarayara aşkarlandı – Rəsmi

Ötən ay Azərbaycan vətəndaşları Türkiyədə 90 mənzil alıb

Dördüncü qrupda bu ixtisaslarda ballar artacaq

Məktəbli formalarının qiymətləri açıqlandı

“Qarabağ”- “Dinamo Kiyev” oyunundan əvvəl fan zona təşkil olunacaq

CHAIRWOMAN OF THE COUNCIL OF MINISTERS OF BOSNIA AND HERZEGOVINA, MS. BORJANA KRIŠTO, AWARDED THE “FRIEND OF JOURNALISTS” GOLD ORDER

ПРЕДСЕДАТЕЛЬ СОВЕТА МИНИСТРОВ БОСНИИ И ГЕРЦЕГОВИНЫ ГОСПОЖА БОРЬЯНА КРИШТО НАГРАЖДЕНА ЗОЛОТЫМ ОРДЕНОМ «ДРУГ ЖУРНАЛИСТОВ»

DİM sədri şanslı qrupu açıqladı: Yerlərin 75%-i…

Sabah 36 dərəcə isti olacaq

Prezident İlham Əliyev Almaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib

Məleykə Abbaszadə abituriyentlərə çağırış edib

DYP piyadalara müraciət edib

Taksi sürücüləri üçün imtahan keçiriləcək – qeydiyyat başladı

Ronaldo Messiyə başsağlığı mesajı göndərdi

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy   Yan »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.