Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

Şıxlinski və Səfərovlar üzərindən Azərbaycana təzyiq dalğası səngimir

Dekabr 10, 2025
A A

REDAKTORUN SEÇİMİ

Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri: Nərimanovdan Xırdalana uzanan DOSYE

Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri: Nərimanovdan Xırdalana uzanan DOSYE

06 Oktyabr 26 / 15:31
Ramiz Mehdiyev növbəti məhkəməyə məcburi gətirilə bilər

Ramiz Mehdiyev növbəti məhkəməyə məcburi gətirilə bilər

01 Oktyabr 26 / 15:00
Həbsdən çıxan Səlim Müslümovun yeni işi…

Həbsdən çıxan Səlim Müslümovun yeni işi…

30 Sentyabr 26 / 14:05
Bakıda 200 saylı məktəb-liseydə pul yığılır:5 qadın müavin-VİDEO 

Bakıda 200 saylı məktəb-liseydə pul yığılır:5 qadın müavin-VİDEO 

26 Sentyabr 26 / 15:05
Səfər Mehdiyevin yaxın adamının 6 minlik pensiyası kəsildi – Məhkəməni uddu

Səfər Mehdiyevin yaxın adamının 6 minlik pensiyası kəsildi – Məhkəməni uddu

23 Sentyabr 26 / 13:13

Bu ilin iyununda Yekaterinburqda azərbaycanlılara qarşı keçirilmiş xüsusi əməliyyat ətrafında yaranan qalmaqal səngimək bilmir. Rusiyanın hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat zamanı güc tətbiq olunması nəticəsində iki azərbaycanlı – Ziyəddin və Hüseyn Səfərov qardaşları aldıqları ağır xəsarətlərdən dünyasını dəyişib. Bu fakt ictimaiyyət arasında ciddi narazılıq doğursa da, Rusiya tərəfi baş verənlərlə bağlı hələ də ətraflı və inandırıcı izahat verməyib.

1751441368_1751356159_qardashlar.jpg (36 KB)

Əməliyyat nəticəsində digər Səfərovlar saxlanılaraq 2001, 2010 və 2011-ci illərdə Yekaterinburqda törədildiyi iddia edilən qətl və sui-qəsdlərdə iştirakda ittiham olunublar.

Zaman baxımından 14-24 il əvvələ aid cinayət işlərinin birdən-birə yenidən aktivləşdirilməsi diaspor içində bu prosesin sıradan istintaq deyil, sistemli təzyiq kampaniyası olduğuna dair ciddi şübhələr yaradıb.

Hadisələr bununla da məhdudlaşmayıb. Bir müddət sonra Ural bölgəsində Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski və onun oğlu Mutvalı Şıxlinski də saxlanılıb.

d243da0524750f9f4a8f0e200517d570.jpg (133 KB)

Şahin Şıxlinski Rusiyada ən ağır maddələrdən biri – sifarişli qətlə cəhddə və dövlət nümayəndəsinə qarşı zor tətbiqində ittiham olunub.

Mutvalı Şıxlinski isə Rusiya Cinayət Məcəlləsinin 318.2-ci maddəsi – polis əməkdaşına zor tətbiqi ilə mühakimə olunur.

Məhkəmələr hər 2 şəxslə bağlı həbs qətimkan tədbirini uzadır.

Şahin Şıxlinski 30 dekabr 2025-ə,  Mutvalı Şıxlinski isə 14 dekabr 2025-ə qədər həsbdə qalacaqlar. Sverdlovsk vilayət məhkəməsi onların müdafiəçilərinin apellyasiya şikayətlərini tam şəkildə rədd edib. Hər iki iş üzrə istintaq maksimal qapalı rejimdə aparılır, rəsmi açıqlamalar isə ziddiyyətlidir.

2001-2011-ci illərin qətl dosyeləri niyə indi “dirildi”?

İttihamlarda göstərilən cinayətlərin xronologiyası diqqət çəkir. 2001-ci il – 24 il əvvəl,  2010-cu il – 15 il əvvəl, 2011-ci il – 14 il əvvəl.

Bu cinayətlər üzrə indiyədək heç bir azərbaycanlıya qarşı rəsmi ittiham irəli sürülməmiş, hətta şübhəli statusunda belə yoxlamalar aparılmamışdı.

Hazırda həbsdə saxlanılan Əhliman Gənciyev, Əziz Abasov, Şahin Lalayev, Akif, Ayaz, Bakir, Kamal və Məzahir Səfərovlar haqda verilmiş qərarlarla onların 29 dekabr 2025-ə qədər həbsdə saxlanılması təsdiqlənib. Müdafiə tərəfi bunu faktiki məhkəməsiz cəza kimi qiymətləndirir.

Xatırladaq ki, Bakıda saxlanılan “Sputnik Azərbaycan” agentliyinin 5 əməkdaşı Azərbaycan hüquq-mühafizə orqanlarının qərarı ilə zaminə buraxılıb. Ekspertlər bu addımı Bakıdan Moskva istiqamətində verilən siyasi jest kimi dəyərləndirirdilər. Bunun ardınca Rusiyada həbsdə saxlanılan azərbaycanlıların da azadlığa buraxılması ilə bağlı gözləntilər yaranmışdı. Hətta Moskvada diaspora fəallarından birinin azadlığa buraxılması bu ehtimalları daha da gücləndirmişdi. Lakin baş verənlər gözlənilən effekti vermədi, Uraldakı həbslər qüvvədə saxlanıldı, həbs müddətləri daha da uzadıldı, Şıxlinski və digər şəxslərin işlərində yumşalma müşahidə olunmadı. Hazırda Rusiya üzrə təxminən 20-yə yaxın azərbaycanlı analoji ittihamlarla uzunmüddətli istintaq təcridxanalarında qalır.

Şahidlərin ifadələri, əməliyyat zamanı Səfərov qardaşlarının ölümü və həbsdə olanların üzləşdiyi təcrid rejimi Rusiyada güc strukturlarının Azərbaycan diasporuna qarşı məqsədli əməliyyat keçirdiyini iddia edənləri haqlı göstərə biləcək məqamları ortaya çıxarır.

Moskvanın bu addımının arxasında bir neçə ehtimal irəli sürülür. Bu həbslər geosiyasi təzyiq mexanizmi elementi kimi dəyərləndirilir, Bakı ilə müəyyən məsələlərdə dialoqu formalaşdırmaq üçün təzyiq vasitəsi olaraq istifadə olunur.

Belə görünür ki, Yekaterinburq, Moskva və Sankt-Peterburqda azərbaycanlıların güclü ictimai-iqtisadi aktivliyi Rusiya hakim dairələrində qıcıq yaradır. Bu baxımdan kriminal fon şişirdilir, Rusiyada müəyyən qruplar Azərbaycan diasporunu kriminal struktur kimi təqdim etməyə çalışır. Bu əsnada Moskva “Sputnik” epizoduna adekvat reaksiya verməyə tələsmir, Azərbaycanın etdiyi humanist addım eyni səviyyədə cavablandırılmaqdan yayınır.

Eyni zamanda Rusiyada Azərbaycanlılarla bağlı hələ də cavabsız qalan suallar var. Səfərov qardaşları əməliyyat zamanı hansı şəraitdə həyatını itirib? Rusiyanın rəsmi izahatı niyə ictimaiyyətə təqdim olunmur? 14-24 il əvvələ aid işlərin məhz indi “dirilməsi” hansı səbəblərə söykənir? Şahin Şıxlinskiyə qarşı irəli sürülən ittiham sübutlarla təsdiqlənibmi?  Yoxsa bu, diasporun parçalanması məqsədi güdən siyasi ittihamdır?  Azərbaycan tərəfinin atdığı addımlardan sonra niyə Rusiya eyni jesti göstərmədi? Bu sualların hər biri Azərbaycan cəmiyyətində haqlı şəkildə ciddi narahatlıq yaradıb.

Yekaterinburqda və bütövlükdə Ural regionunda azərbaycanlılara qarşı aparılan son aylardakı həbslər təkcə kriminal proses deyil. Bu, həm də insan hüquqları məsələsi, diaspor təhlükəsizliyinin zəifləməsi, Bakı-Moskva münasibətlərində yeni gərgin xəttin yaranmasıdır.

Həbsdə olan həmvətənlərimizin taleyi, Səfərov qardaşlarının ölümü və Şahin Şıxlinskiyə qarşı irəli sürülən ağır ittihamların siyasi fonu yaxın aylarda Azərbaycan-Rusiya münasibətlərinin ən həssas mövzularından biri olaraq qalacaq.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Əvvəlki Yazı

Azərbaycan səfiri Berlində Paşinyanı erməni dilində salamlayıb – VİDEO

Növbəti Yazı

Azərbaycanda orta aylıq əməkhaqqı artıb – Məbləğ

EKSKLUZİV

İcra Hakimiyyəti başçısından nümunəvi addım – FOTOLAR

İcra Hakimiyyəti başçısından nümunəvi addım – FOTOLAR

07 Oktyabr 2026 / 15:13
4
Bakıda kanat yolu üçün araşdırma aparılır – RƏSMİ

Bakıda kanat yolu üçün araşdırma aparılır – RƏSMİ

07 Oktyabr 2026 / 15:01
3
Bu şəxslərin pensiyası daha çox artacaq

Bu şəxslərin pensiyası daha çox artacaq

07 Oktyabr 2026 / 14:49
2
Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkə açıqlandı

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkə açıqlandı

07 Oktyabr 2026 / 14:40
2

XƏBƏR LENTİ

İcra Hakimiyyəti başçısından nümunəvi addım – FOTOLAR

Bakıda kanat yolu üçün araşdırma aparılır – RƏSMİ

Bu şəxslərin pensiyası daha çox artacaq

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkə açıqlandı

Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdirilib

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycanda bu həftədən ov mövsümü başlayır

Qazaxda şəhər ərazisində məişət tullantılarının daşınması üçün yeni maşın ayrılıb

Bəzi yollarda hərəkət məhdudlaşdırılacaq

Ərzaq qiymətlərinin artırılmaması üçün dövlət müdaxilə edəcək

Azərbaycanda quzuların və buzovların kəsilməsi qadağan edilir

Əli Nağıyev: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

“Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb

Ceyhun Bayramov Türkmənistana işgüzar səfərə gedib

Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb

Prezident Konfrans iştirakçılarına müraciət ünvanlayıb

Müəllimlər yalnız bu paltarları geyinə bilərlər: kişilər və qadınlar – SİYAHI

Suriyadan 13 nəfər Azərbaycana qaytarıldı

İtkinlərlə bağlı Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

Azərbaycan nefti 120 dollara ticarət olunur

BİR ÖMRÜN ARXASINDA QALAN VƏTƏN SEVGİSİ…

Азербайджанский писатель Эмиль Насирли избран членом Союза писателей Грузии

AZƏRBAYCANLI YAZAR EMİL NƏSİRLİ GÜRCÜSTAN YAZIÇILAR BİRLİYİNİN ÜZVÜ SEÇİLİB

Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri: Nərimanovdan Xırdalana uzanan DOSYE

“Anadoludan- Xəzərə” adlı yazıçı- oxucu görüşünün açılış tədbiri Beynəlxalq Maarif məktəbində keçirildi

Qazax rayon icra başçısı polkovnik Nemət Pənahovun dəfn mərasimində iştirak edərək ailəsinə başsağlığı verib

Prezident İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib – FOTO

Bu gün Beynəlxalq Müəllimlər Günüdür

Qazaxda Azərbaycan Respublikası Motokros Çempionatının III Mərhələsi keçirilib

4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy   Yan »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.