Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Dünya

Moskvanın Qazaxıstan qorxusu – İmperiya çökür, hədələr başlayır

Dekabr 18, 2025
A A

REDAKTORUN SEÇİMİ

Ramiz Mehdiyev növbəti məhkəməyə məcburi gətirilə bilər

Ramiz Mehdiyev növbəti məhkəməyə məcburi gətirilə bilər

01 Oktyabr 26 / 15:00
Həbsdən çıxan Səlim Müslümovun yeni işi…

Həbsdən çıxan Səlim Müslümovun yeni işi…

30 Sentyabr 26 / 14:05
Bakıda 200 saylı məktəb-liseydə pul yığılır:5 qadın müavin-VİDEO 

Bakıda 200 saylı məktəb-liseydə pul yığılır:5 qadın müavin-VİDEO 

26 Sentyabr 26 / 15:05
Səfər Mehdiyevin yaxın adamının 6 minlik pensiyası kəsildi – Məhkəməni uddu

Səfər Mehdiyevin yaxın adamının 6 minlik pensiyası kəsildi – Məhkəməni uddu

23 Sentyabr 26 / 13:13
Ramiz Mehdiyevi hansı cəza gözləyir?

Ramiz Mehdiyevi hansı cəza gözləyir?

22 Sentyabr 26 / 16:00

Qazaxıstan NATO standartlarına cavab verəcək artilleriya mərmiləri və minaları istehsal etmək üçün dörd yeni zavod tikməyi planlaşdırır. Müstəqil dövlət kimi öz hərbi təhlükəsizliyini təmin etmək üçün atılan bu addım Kremli qəzəbləndirib və Rusiyadan Qazaxıstanın ünvanına təhdidlər, hədə-qorxular gəlməyə başlayıb.

Rusiya Dövlət Dumasının Müdafiə Komitəsi sədrinin birinci müavini Aleksey Juravlyov Qazaxıstanın NATO standartlı artilleriya mərmilərinin istehsalını qurmaq qərarını Rusiyaya qarşı “dost olmayan” addım adlandırıb.

Bununla da kifayətlənməyən Duma rəsmisi “Hamımız NATO ilə bu cür əməkdaşlığın Kiyev üçün nəyə çevrildiyini bilirik” deyə açıq-aşkar Qazaxıstanı Ukraynanın aqibəti ilə hədələyib. Bu açıqlamalar təsadüfi emosional çıxışlar deyil, Kremlin regiona münasibətdə köhnə imperiya reflekslərinin açıq təzahürüdür. Bir sözlə, Kreml yenə özündən başqa hamıya dərs keçməyə çalışır.

 

 

Rusiya Dövlət Dumasının tribunasından Qazaxıstana ünvanlanan son açıqlamalar bir daha sübut etdi ki, Moskva üçün “müttəfiqlik” anlayışı yoxdur. Kreml yalnız tabe olanları tanıyır və yalnız itaət göstərənləri “qardaş” sayır. Bərabərlik Kremlin siyasi lüğətində mövcud deyil. Aleksey Juravlyovun dilindən səslənən “dost olmayan addım”, “NATO təhlükəsi”, “Ukraynanın aqibəti” kimi ifadələr siyasi analiz deyil, açıq şəkildə imperiya isterikasıdır. Bu isterika Qazaxıstanın mərmi istehsal etməsindən yox, öz taleyinə sahib çıxmasından və Moskvanın diktəsindən kənar qərar verməsindən qaynaqlanır. Kreml hələ də qəbul edə bilmir ki, Qazaxıstan Rusiyanın arxa bağçası deyil.

Qazaxıstan Moskvanın icazəsi ilə danışan, yazan, silahlanan ölkə deyil. Bu torpaq sovet koloniyası deyil, müstəqil dövlətdir. Bu reallıqla barışmaq Kremlin ən böyük siyasi problemi olaraq qalır. Və bu müstəqillik nə Juravlyovun, nə Dövlət Dumasının, nə də Kremlin müzakirə mövzusu ola bilməz. Qazaxıstanın öz müdafiə sənayesini qurması Rusiyaya qarşı akt deyil. Bu, Rusiyadan qurtuluş aktıdır. Moskva bunu çox yaxşı anlayır və məhz buna görə isterik reaksiya verir.

Çünki Kreml üçün təhlükə silah deyil, nəzarətin itirilməsidir. Kremlin özü də yaxşı bilir ki, silah asılılığı bitəndə siyasi diktə də bitir. Ən böyük qorxu isə silah yox, dildir. Kreml qazax dilinin güclənməsindən qorxur. Latın qrafikasından qorxur. Milli kimliyin bərpasından qorxur. Çünki imperiyalar dillə idarə edir, dillə assimilyasiya edir, dillə hökmranlıq edir. Qazax dili gücləndikcə rus imperiya mifləri dağılır və bu, Kremlin ideoloji dayaqlarını sarsıdır.

Bu proses Kremlin gözündə qəbuledilməzdir. Halbuki Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev dəfələrlə açıq şəkildə bildirib ki, “qazax dili dövlətin birləşdirici əsaslarından biridir” və dil siyasəti ölkənin daxili işidir. Bu mövqe beynəlxalq hüquqa tam uyğundur və heç bir ölkəyə qarşı yönəlməyib. Bu, rusofobiya deyil, milli kimliyin bərpasıdır. Kremlin dili dəyişməyib: imperiya danışığı hələ də qorxu, təzyiq və hədə üzərində qurulub. Rusiyanın “rusofobiya” deyə damğaladığı prosesin əsl adı dekolonizasiyadır.

 

 

Qazaxıstan öz adını, dilini, tarixini və gələcəyini geri alır. Bu, revanşizm deyil, tarixi ədalətin bərpasıdır. Bu, Rusiyaya qarşı nifrət deyil. Bu, Rusiyanın hökmranlığına açıq və prinsipial şəkildə “yox” deməkdir. Ukrayna ilə hədələmək isə Kremlin əsl simasını tam çılpaqlığı ilə ortaya qoyur. Bu, diplomatik xəbərdarlıq deyil. Bu, açıq mesajdır: “itaət etməsən, məhv edərik”. Bu dil müttəfiqlərin dili yox, zorakılığa söykənən imperiyaların dilidir. Bu cür danışan dövlət təhlükəsizlik təminatçısı yox, regional təhlükə mənbəyidir. Qazaxıstan isə bu qorxu dilini qəbul etmir. Astana nə NATO-nun, nə Kremlin, nə də başqa bir güc mərkəzinin alətidir. Qazaxıstan öz yolunu özü seçir – balanslı, milli və müstəqil yol. Bu yol nə kiməsə qarşıdır, nə də kiminsə maraqlarına xidmət edir. Bu yol Qazaxıstanın öz maraqlarına xidmət edir.

Orta Asiyada artıq yeni siyasi şüur formalaşır: suverenlik sözlə deyil, qərarlarla qorunur. Bu gün Orta Asiyada yeni bir reallıq formalaşır. Dövlətlər Moskvanın hədələri ilə yox, öz milli maraqları ilə qərar verir. Kreml bunu dayandıra bilməz. Çünki tarix göstərir ki, imperiyalar gücünü itirdikcə daha çox qışqırır, daha çox hədələyir. Amma nəticə dəyişmir. Əgər Rusiya həqiqətən “qardaşlıqdan” danışmaq istəyirsə, bunu hədə və təzyiqlə yox, hörmət və bərabərliklə etməlidir. Əks halda, bu cür açıqlamalar Qazaxıstanı Rusiyadan uzaqlaşdırmaqdan başqa heç nəyə xidmət etmir. Hörmətin olmadığı yerdə müttəfiqlik də olmur. İmperiyalar məhz belə çökür: əvvəl qorxu ilə danışır, sonra təsirini tam itirir.

Qazaxıstanın suverenliyi müzakirə mövzusu deyil. Bu, dəyişməz siyasi prinsipdir. Kreml bunu nə qədər tez qəbul etsə, region üçün bir o qədər az risk yaranar. Kremlə mesaj sadə və aydındır: XXI əsr imperiyaların əsri deyil. Qorxu ilə qurulan nizam dağılmağa məhkumdur. Qazaxıstan isə bu dağıntının yox, azad, milli və suveren gələcəyin tərəfindədir.

Samir Əsədli, Azpolitika.info

Əvvəlki Yazı

“Hərbi xidmətə yararlı” əsgər xəstəlikdən niyə ölməlidir?

Növbəti Yazı

Kamran Əsədov vaxtilə sərt tənqd etdiyi Elm və Təhsil Nazirliyinin necə sevimlisinə çevrilib? – VİDEO

EKSKLUZİV

Qazaxda Azərbaycan Respublikası Motokros Çempionatının III Mərhələsi keçirilib

Qazaxda Azərbaycan Respublikası Motokros Çempionatının III Mərhələsi keçirilib

04 Oktyabr 2026 / 9:52
6
4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

04 Oktyabr 2026 / 0:00
12
“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax oldu

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax oldu

02 Oktyabr 2026 / 19:06
3
Azərbaycan Prezidenti: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək

Azərbaycan Prezidenti: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək

02 Oktyabr 2026 / 14:03
0

XƏBƏR LENTİ

Qazaxda Azərbaycan Respublikası Motokros Çempionatının III Mərhələsi keçirilib

4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax oldu

Azərbaycan Prezidenti: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək

Vasif Talıbov YAP-dan çıxarılır

Azərbaycanda pul bazası 15%-dən çox artıb

Prezident: Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilir

Azərbaycanda işçilərin ezamiyyət qaydaları dəyişib

Azərbaycan neftinin qiyməti 125 dollara yaxınlaşıb

İcra başçısı Milli Qəhrəman Aqil Musayevin anasının dəfn mərasimində iştirak edib

“Azərbaycanda hərbi sənayenin sürətli inkişafı regional və qlobal təhlükəsizliyə töhfədir”

Ermənistan İrana sanksiyalara qoşulur – Paşinyan

Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib

Sabah Nizami rayonunun bəzi ərazilərində su kəsiləcək

Paşinyan: katolikosun getməsi üçün hər şey edəcəyik

Ramiz Mehdiyev növbəti məhkəməyə məcburi gətirilə bilər

Sabah Bakıya yağış yağacaq

Bakıda məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların SAYI

Bu tarixdən yollarda nəzarət güclənəcək

Bağçada işləmək istəyənlərə şad xəbər

Oktyabrda 9 gün iş olmayacaq – Tarixlər

Səlim Müslümovla bağlı yeni xəbər – O, müəllim deyilmiş – EKSKLÜZİV

Kreditlə bağlı yeni məhdudiyyət qüvvəyə mindi

Azərbaycanda qadın prokurorların sayı artır – RƏQƏMLƏR

Azərbaycandakı ahılların SAYI

Oktyabrın dörd günü meteor yağışı olacaq

Prezident forum iştirakçılarına müraciət ünvanladı

“TikTok” Azərbaycanda vergi uçotuna alındı

Bakıda AQEM Media Forumu keçirilir

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy   Yan »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.