Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

Məktəblilərin çanta yükü: Nazirin maraqlı mövqeyi və nəzarətiszlik problemi (ARAŞDIRMA)

Dekabr 20, 2025
A A

REDAKTORUN SEÇİMİ

“Kod 35” iddiaları fonunda kadr dəyişiklikləri: Abşeron Su Meliorasiya Sistemlərində nə baş verir?

“Kod 35” iddiaları fonunda kadr dəyişiklikləri: Abşeron Su Meliorasiya Sistemlərində nə baş verir?

17 Sentyabr 26 / 9:10
Şahmar İbadovun xanımı ilə milyon yarımlıq qalmaqallı icarə müqaviləsi

Şahmar İbadovun xanımı ilə milyon yarımlıq qalmaqallı icarə müqaviləsi

12 Sentyabr 26 / 12:00
“Kristal Abşeron” şefinin qardaşı iflas olur

“Kristal Abşeron” şefinin qardaşı iflas olur

11 Sentyabr 26 / 9:20
Məhərrəm Novruzov həbsin bir addımlığında – “Hacı”nın macəraları “Şəki Yaylası”nda bitir?

Məhərrəm Novruzov həbsin bir addımlığında – “Hacı”nın macəraları “Şəki Yaylası”nda bitir?

09 Sentyabr 26 / 14:56
İsmayıl Qasımovun “Zulu Shipping”i Rusiya və İrana necə kömək edir?

İsmayıl Qasımovun “Zulu Shipping”i Rusiya və İrana necə kömək edir?

28 Avqust 26 / 17:50

Əlavə dərs vəsaitləri: Təhsil sistemində qazanc, yük, yoxsa yardım?

Elm və təhsil naziri Emin Əmrullayevin məktəbli çantalarının ağırlığı ilə bağlı son açıqlamaları cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Nazir bildirib ki, çantaların ağırlığı yalnız Nazirliyin məsuliyyəti deyil və burada valideynlər, müəllimlər də məsuliyyət daşıyır. O, həmçinin qeyd edib ki, çantalardakı bəzi dərs vəsaitləri Nazirliyin tövsiyə etmədiyi kitablardır və buna görə məsuliyyət Nazirliyin üzərində deyil. Hətta vurğulayıb ki, onun birinci sinif kitabları indiki dərsliklərdən daha ağır idi…

Lakin məsələ düşündüyümüz qədər sadə deyil. Araşdırmalarımıza görə hazırda şagird özü ilə hər fənn üzrə bir kitab, bir dəftər, bir test kitabı, bir iş dəftəri götürməlidir. Bunların hamısını yığdıqda çanta çox ağır olur. Bu gün məktəblərdə Qorxmaz Əsgərov, Mübariz Namazov, Şəhla Vəliyeva, Şahmar Qurbanov, Rəhman Məmmədli, Məleykə Əsgərova kimi müəlliflərin yazdığı əlavə dərs vəsaitlərin bir çox hallarda müəllimlər tərəfindən məcburi istifadəsi tələb olunur. Valideynlər bu kitabları almağa, şagirdlər isə çantalarında daşımağa məcbur edilirlər. Halbuki bu vəsaitlərin bəziləri nə rəsmi dərs proqramına uyğundur, nə də dövlət tərəfindən təsdiqlənib. Bir tərəfdən kitabların “maliyyə yükü” valideynləri “incidir”, digər tərəfdən isə fiziki ağırlığı şagirdlərin onurğa sütununu əyir.

Sual yaranır. Əgər bu kitablar proqramdan kənardırsa və istifadəsi tövsiyə olunmursa, bəs niyə nəzarət edilmir?

Burada məsuliyyətin böyük bir hissəsi regional təhsil idarələrinin üzərinə düşür. Çünki məktəblərdə gündəlik dərs prosesi, müəllim nəzarəti, proqram uyğunluğu və əlavə vəsaitlərə nəzarət birbaşa onların funksiyasıdır. Təəssüf ki, bir çox bölgələrdə bu idarələr sadəcə formallıq üçün fəaliyyət göstərir, sistemli monitorinq aparılmır, müəllimlərin əlavə vəsait tələblərinə göz yumulur.

Beləliklə, Elm və Təhsil Nazirliyi bu məsuliyyəti təkcə valideyn və müəllimlərə ötürməkdənsə, aşağıdakı tədbirləri sistemli şəkildə həyata keçirməlidir:

1. Regional idarələrin monitorinq gücü artırılmalı, məktəblərdə əlavə vəsaitlərin istifadəsi ciddi nəzarətdə saxlanmalıdır.

2. Rəsmi dərs proqramına daxil olmayan dərs vəsaitlərinin məcburi istifadəsinə görə məsuliyyət daşıyan müəllimlərə inzibati xəbərdarlıqlar tətbiq edilməlidir.

3. Tədris proqramına uyğun, yığcam və keyfiyyətli rəsmi dərsliklər hazırlanmalı, əlavə vəsaitə ehtiyacı aradan qaldıran tədris metodikası qurulmalıdır.

Əks halda, çanta yükləri yüngülləşməyəcək, məsuliyyət isə havada qalacaq.

Azərbaycanda məktəblilər arasında rəsmi dərsliklə yanaşı, geniş şəkildə istifadə olunan əlavə dərs vəsaitləri artıq təhsil sisteminin “ayrılmaz hissəsi”nə çevrilib. Bu vəsaitlər əsasən müəllimlərin, hətta repititorların da tövsiyəsi ilə əldə olunur və şagirdlərdən onların istifadəsi təkcə istək yox, bir növ öhdəlik kimi tələb olunur. Nəticədə şagirdlərin çantalarının çəkisi artır, valideynlər üçün isə əlavə maliyyə yükü yaranır.

Riyaziyyat fənni üzrə Mübariz Namazov, Qorxmaz Əsgərov, Şahmar Qurbanov və Səbuhi Hüseynov kimi müəlliflərin test bankları və dərs izahları abituriyent hazırlığında aparıcı yer tutur. Azərbaycan dili və ədəbiyyat sahəsində Şəhla Vəliyeva, Təranə Qasımova və Arzu Məmmədovanın kitabları ən çox tələb olunan vəsaitlərdəndir.

Nazirlik rəsmiləri çantanın içinə dərs ləvazimatlardan əlavə, qidaların qoyulduğunu da deyir. Əksər valideynlər isə haqlı olaraq məktəb bufetlərində normal, sağlamlığa ziyanı olmayan qida məhsullarının yoxluğunu əsas gətirərək çantalara qida və su qoymaqda israrlıdırlar.

Ekspertlər qeyd edib ki, uşaqların çantalarının ağırlığı bədən çəkisinin 15 faizini keçməməlidir. Bir çox rəylərə əsasən, ibtidai siniflərdə isə şagirdin çəkisinin 10 faizindən aşağı olması tövsiyə olunur. Bu hesabla 8 yaşınadək olan uşaqlar 2 kilo (içindəkilərlə), 8-12 yaşınadək uşaqlar ən çox 4, 12-15 yaş uşaqlar isə 5 kilo ağırlığında çanta götürməlidirlər. İçində heç nə olmayan çantanın çəkisi 700 qramı keçməməlidir.

Pediatr Vaqif Qarayevin sözlərinə görə, son zamanlar uşaqların onurğa sütununda deformasiyalar artıb: “Bunun əsas səbəblərindən biri ağır çantalardır. Çanta seçimində valideynlər diqqətli olmalıdırlar. Vizual görünüş üçün ağır çantalar almaq mənasızdır. Çanta yüngül, praktik olmalıdır. Hər iki kürəyi eyni qaydada tutmalıdır. Uzunluğu kəmərə kimi gəlməlidir ki, çanta onurğa sütununu bütövlüklə tutsun. Fikrimcə, dərs yükünün azaldılması çanta ağırlığını da azaldar”.

Beləliklə, Elm və Təhsil Nazirliyi bu məsələyə nəzarətin valideyn və müəllimlərlə birlikdə aparılmalı olduğunu bildirsə də, mövcud reallıqda əlavə dərs vəsaitlərindən istifadə nəzarətdən kənar, bəzən də rəsmi dərsliklərdən üstün tutulur. Bu vəziyyət, həmçinin dərs yükünün balanssızlığına və uşaqların fiziki yorğunluğuna da səbəb olur. Hətta bəzi iddialara inansaq, təhsildə məsul şəxslər, məktəb direktorları və müəllimlər bu kitabların satışında “maraqlı tərəf”dirlər.

Əlqərəz, şübhəsizdir ki, bu məsələ yalnız fərdi seçim yox, sistemli nəzarət və yanaşma tələb edən ciddi təhsil çağırışıdır. Çünki dövlətimizin gələcəyi mənəvi və fiziki sağlam yetişdirəcəyimiz uşaqlarımızdır.

Elnur Sərxanoğlu

Əvvəlki Yazı

Yasamalda 15 mərtəbəli bina necə 16 oldu?

Növbəti Yazı

Xəzərdə GÜCLÜ ZƏLZƏLƏ oldu

EKSKLUZİV

Sülhü süngüsü, ədaləti qüdrəti hesabına təmin edən dövlət!

Sülhü süngüsü, ədaləti qüdrəti hesabına təmin edən dövlət!

21 Sentyabr 2026 / 16:18
4
Abşeron Su Meliorasiyasında nepotizm şəbəkəsi niyə toxunulmazdır?

Abşeron Su Meliorasiyasında nepotizm şəbəkəsi niyə toxunulmazdır?

21 Sentyabr 2026 / 13:48
5
270 saylı məktəbin 11A sinfindən yüksək nəticə: 25 şagirddən 23-ü tələbə oldu

270 saylı məktəbin 11A sinfindən yüksək nəticə: 25 şagirddən 23-ü tələbə oldu

21 Sentyabr 2026 / 13:46
2
Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək

Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək

21 Sentyabr 2026 / 13:27
1

XƏBƏR LENTİ

Sülhü süngüsü, ədaləti qüdrəti hesabına təmin edən dövlət!

Abşeron Su Meliorasiyasında nepotizm şəbəkəsi niyə toxunulmazdır?

270 saylı məktəbin 11A sinfindən yüksək nəticə: 25 şagirddən 23-ü tələbə oldu

Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək

Qazaxda icra başçısı 2023-cü ildə Qarabağda antiterror tədbirləri zamanı Şəhidlik zirvəsinə ucalan igid Vətən oğullarını məzarları başında ehtiramla yad edib

İcra başçısı qəhrəman Vətən oğullarını məzarları başında ehtiramla anıb

Qazaxda bu sakinlərə dam örtüyü materialları verilir – Foto

ƏHD Partiyası Azərbaycan xalqını təbrik edib

“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib

Türk Dünyası Bəstəkarlar Birliyi yaradılır

Şamaxıda “Pirqulu Park” hotelinin açılışı olub

Paşinyan: həbslərdə istsinalar olmayacaq

Prezidentlə xanımı “Nəsimi Bağları” kompleksi ilə tanış olub

Prezident İlham Əliyev: TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır

İlham Əliyev və Mehriban Əliyeva Şamaxıda hotel açılışında iştirak ediblər

Paşinyan rus dili kursuna gedir

Sabah hava necə olacaq?

“Məhsul şəhadətnaməsi haqqında” qanun layihəsi hazırlanıb

DİN-ə yeni vəzifə həvalə olunub

Xəzər dənizində partlayışlar gözlənilir

Prezident və birinci xanım Şamaxı rayonuna səfər ediblər

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Uşaq evlərindən 28 gənc tələbə oldu

Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib

Bu il Azərbaycanda neçə maşın istehsal olunub?

Messi bu klubu satın aldı

Azad edilmiş ərazilərdə yaşayanların sayı 93 mini keçib

“Həzi Aslanov”da işlər nə vaxt tamamlanır? – Rəsmi

Azərbaycanda problemli kreditlərin məbləği artıb

Təhlükəli mallar bazardan yığışdırılacaq

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy   Yan »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.