Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Ölkə

Azərbaycanda uşaqlar arasında dəhşətli virus yayılıb – Əlamətləri bunlardır

Dekabr 23, 2025
A A

REDAKTORUN SEÇİMİ

Tahir Kərimovun oğlu da “gül vurdu”: Prezidenti dəstəkləyir, yoxsa?…

Tahir Kərimovun oğlu da “gül vurdu”: Prezidenti dəstəkləyir, yoxsa?…

04 Fevral 26 / 11:08
Rektor Yusif Yusibova qarşı ağır ittihamlar: İntihar cəhdi, təhdidlər və maliyyə maxinasiyaları

Rektor Yusif Yusibova qarşı ağır ittihamlar: İntihar cəhdi, təhdidlər və maliyyə maxinasiyaları

02 Fevral 26 / 13:07
Xətai icra başçısının Əhmədli əməliyyatı: tikintiyə icazə verilməyən yerdə AĞACLAR KƏSİLDİ, İŞ BAŞLADI

Xətai icra başçısının Əhmədli əməliyyatı: tikintiyə icazə verilməyən yerdə AĞACLAR KƏSİLDİ, İŞ BAŞLADI

24 Yanvar 26 / 13:28
Maliyyə nazirliyinin əməkdaşının adı aqrar sektorda “silinən pullar”da çəkilir – Təfərrüat

Maliyyə nazirliyinin əməkdaşının adı aqrar sektorda “silinən pullar”da çəkilir – Təfərrüat

22 Yanvar 26 / 14:56
Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

26 Dekabr 25 / 12:29

Azərbaycanda uşaqlar arasında dəhşətli virus yayılıb. “Yeni Sabah” xəbər verir ki, xəstəliyin əsas əlamətləri 40 dərəcəyə çatan tempratur, təngənəfəslik, ürək bulanmasıdır. Virusa yoluxan uşaqların xeyli hissəsində pnevmoniya (ağciyər iltihabı) aşkarlanır.

Məsələ ilə bağlı “Yeni Sabah”a açıqlama verən pediatr-infeksionist Aytən Ziyadova bildirib ki, hazırda uşaqlar arasında ən çox yayılan viruslar İnfluenza A ştamı və respirator sinsisial virusdur: O deyib ki, bu viruslar tənəffüs yollarına təsir edir və xüsusən kiçik uşaqlar üçün ciddi sağlamlıq riskləri yarada bilər: “İnfluenza A ştamı, mövsümi qripin əsas səbəbkarıdır. Virus hava yolu ilə yayılır və əsasən qış aylarında daha çox rast gəlinir. Uşaqlarda yüksək qızdırma, ürəkbulanma, əzələlərdə ağrılar, halsızlıq və baş ağrısı kimi simptomlarla müşayiət olunur. Ən çox təsirlənən yaş qrupu isə 1-5 yaş arası uşaqlardır. İnfluenza A tənəffüs yollarında ciddi problemlər yaratmasa da, immuniteti zəif olan uşaqlar üçün, xüsusən də əlavə xəstəliklərə meyilli olanlar üçün risklidir. Virusdan qorunmaq üçün vaksinasiya, gigiyenik tədbirlər və erkən müalicə vacibdir. İnfluenza A ştamı ilə mübarizə zamanı, ilk 48 saat ərzində antiviral dərmanların istifadəsi simptomların yüngülləşdirilməsində təsirli ola bilər”.

İnfeksionist söyləyib ki, RSV əsasən 2 yaşa qədər uşaqlarda rast gəlinir və tənəffüs sistemini daha ciddi şəkildə zədələyir: “Respirator sinsisial virus, daha çox 2 yaşa qədər olan uşaqlarda rastlanan və tənəffüs sistemini daha çox təsir edən bir virusdur. RSV, xüsusilə kiçik uşaqlarda bronşiolit və pnevmoniya kimi ağırlaşmalara səbəb ola bilər. Bu virusun əsas simptomları arasında öskürək, burun axıntısı, yüksək qızdırma və nəfəs almaqda çətinlik yer alır. Xüsusilə, uşaqlarda cırıltılı nəfəs almanı müşahidə etmək mümkündür. RSV, tənəffüs yollarını sıxaraq uşaqlarda oksigen çatışmazlığına səbəb ola bilər, bu da ciddi hallarda xəstəxanada müalicə tələb edir. Bu virusun qarşısını almaq üçün mövsümi tədbirlər və simptomlar ortaya çıxdığı təqdirdə müalicə vacibdir”.

A.Ziyadova vurğulayıb ki, hər iki virus mövsümi xarakter daşıyır: Hər iki virus mövsümi xəstəliklər olduğu üçün uşaqların təmasda olduqları mühitin gigiyenasına diqqət yetirmək, əlləri tez-tez yumaq vacibdir: “Hər iki virus mövsümi xəstəliklər olduğu üçün uşaqların təmasda olduqları mühitin gigiyenasına diqqət yetirmək, əlləri tez-tez yumaq, xəstəlik əlamətləri göstərən insanlarla əlaqəyə girməmək, bunlar virusa yoluxma riskini azaldan əsas tədbirlərdir. İnfluenza və RSV, tənəffüs yolları ilə yayıldığı üçün uşaqlar arasında daha tez yayılır və bu da valideynlər üçün narahatlıq yaradır. Nəticədə hər iki virus da ciddi simptomlarla müşayiət olunsa da, müvafiq müalicə və tədbirlər vasitəsilə uşaqların sağlamlığını qorumaq mümkündür. Əgər uşaqlarda yüksək qızdırma, öskürək və nəfəs almaqda çətinlik kimi simptomlar müşahidə edilirsə, dərhal pediatr həkimə müraciət etmək vacibdir. Bu şəkildə, erkən müdaxilə ilə vəziyyətin ağırlaşmasının qarşısı alınmış olur”.

Xatırladaq ki, Səhiyyə Nazirliyinin ötən gün yaydığı açıqlamada bildirilib ki, havaların soyuması ilə əlaqədar ölkədə kəskin respirator virus infeksiyaları, o cümlədən qrip hallarında mövsümi artım müşahidə olunur və bu xəstəliklər xüsusilə risk qrupları üçün təhlükəlidir. Qripə qarşı mübarizədə peyvəndlənmə əsas profilaktik vasitədir və Səhiyyə Nazirliyi tərəfindən ölkəyə təhlükəsiz vaksinlər gətirilib. Vaksinasiya ödənişsizdir və dövlət tibb müəssisələrində aparılır, vətəndaşlara isə gigiyena qaydalarına riayət etmək və xəstəlik əlamətləri olduqda həkimə müraciət etmək tövsiyə olunur.

Əvvəlki Yazı

Dövlət Komitəsinin ləğvi gündəmə gəldi – “Onların rütbələri də alınmalıdır”

Növbəti Yazı

“Pilgrim Education” Təhsil Mərkəzinin UĞURLARI

EKSKLUZİV

Qazax İdman paytaxtı 2026″ya həsr olunmuş rəsm müsabiqəsi keçiriləcək

Qazax İdman paytaxtı 2026″ya həsr olunmuş rəsm müsabiqəsi keçiriləcək

06 Fevral 2026 / 22:59
1
Ərəb ölkələrində təhsilin yeni mərhələsi: imkanlar və perspektivlər

Ərəb ölkələrində təhsilin yeni mərhələsi: imkanlar və perspektivlər

06 Fevral 2026 / 22:56
4
“Azərbaycanda gənclər üçün yeni imkanlar yaradılıb”

Prezidentdən mühüm mesaj – regionda yeni dövr başlayır

05 Fevral 2026 / 13:35
10
Mülkiyyət hüququnun açıq şəkildə tapdanması: Məhkəmələr vergidən yayınmanı etiraf edən şəxslərin maraqlarını niyə qoruyur?

Mülkiyyət hüququnun açıq şəkildə tapdanması: Məhkəmələr vergidən yayınmanı etiraf edən şəxslərin maraqlarını niyə qoruyur?

05 Fevral 2026 / 13:33
15

XƏBƏR LENTİ

Qazax İdman paytaxtı 2026″ya həsr olunmuş rəsm müsabiqəsi keçiriləcək

Ərəb ölkələrində təhsilin yeni mərhələsi: imkanlar və perspektivlər

Prezidentdən mühüm mesaj – regionda yeni dövr başlayır

Mülkiyyət hüququnun açıq şəkildə tapdanması: Məhkəmələr vergidən yayınmanı etiraf edən şəxslərin maraqlarını niyə qoruyur?

Yazıçılar Birliyinin “üzvlük haqqı siyasəti”

“DTX-nın keçirdiyi əməliyyatlar həm qanunların icrası, həm də genefondun qorunması deməkdir”

Qazaxda dövlət qulluqçusu yol verdiyi səhvə görə tutduğu vəzifədən azad olundu

Tahir Kərimovun oğlu da “gül vurdu”: Prezidenti dəstəkləyir, yoxsa?…

“Türk Ədəbiyyatı” jurnalının Türkoloji Qurultayın 100-cü ildönümünə həsr etdiyi nömrəsi çap olunub

Azərbaycan Yazıçılar Birliyinin üzvündən sədr Anara açıq MƏKTUB

Rektor Yusif Yusibova qarşı ağır ittihamlar: İntihar cəhdi, təhdidlər və maliyyə maxinasiyaları

Zaur Mikayılovdan Prezidentə ŞİKAYƏT olundu: Bizə BORC yığırlar, su pulunu HESABLAMIRLAR…

“Azərbaycanda gənclər üçün yeni imkanlar yaradılıb”

DTX-nın sonuncu əməliyyatı cəmiyyət və vətəndaşlar qarşısında hansı vəzifələr qoyur?

Qazaxda Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib – VIDEO

DİN qanunun və milli-mənəvi dəyərlərin keşiyində, yaxud “Bağçalı Saray əməliyyatı”na sözardı…

Kuba səfirliyində Kubanın Milli Qəhrəmanı Xose Martinlə bağlı tədbir

Ağstafa inkişaf yolunda: Seymur Orucuvun uğurlu rəhbərlik strategiyası

Mahalımızın sevimli qızi

“Araz” supermarketlər şəbəkəsi 15 illiyini qeyd edir

“Onların peşəkarlığı terror və təxribat cəhdləri qarşısında ən böyük səddir”

Bakıda 11-ci “ARPACHAY OPEN” beynəlxalq karate turniri keçiriləcək

Büdcədən oğurlanan, xalqdan çırpışdırılan pulların geri qaytarılması vacibdir

Ramiz Mehdiyevin kürəkəni Dubaydakı əmlakların taleyindən narahatdır

Qazaxda icra başçısı şəhid övladının hüzr mərasimində iştirak edib və ailəsinə başsağlığı verib

Xətai icra başçısının Əhmədli əməliyyatı: tikintiyə icazə verilməyən yerdə AĞACLAR KƏSİLDİ, İŞ BAŞLADI

Qazaxda növbəti qanvermə aksiyası keçirilib

Maliyyə nazirliyinin əməkdaşının adı aqrar sektorda “silinən pullar”da çəkilir – Təfərrüat

Məzarı Azərbaycan olan şəhid: Kazım Soltanov!

YAXŞI Kİ, VƏTƏNİ QAZAXDAN SEVDİM

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy   Yan »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.