Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

İcra başçısı “Qazax İdman Paytaxtı-2026” çərçivəsində kütləvi tədbirlərin və idman yarışlarının keçirilməsində təşkilati işlərlə bağlı yaradılmış İşçi qrupunun üzvləri ilə görüşüb

Yanvar 6, 2026
A A

REDAKTORUN SEÇİMİ

“MoveShort” piramidasının ifşası – Yeni həbslər olacaq

“MoveShort” piramidasının ifşası – Yeni həbslər olacaq

15 İyul 26 / 18:22
Tətilə çıxan deputatlar harada istirahət edəcəklər? – SORĞU

Tətilə çıxan deputatlar harada istirahət edəcəklər? – SORĞU

15 İyul 26 / 14:59
Belə avtomobillə heç yerə getmərəm – Prezident

Belə avtomobillə heç yerə getmərəm – Prezident

13 İyul 26 / 14:00
Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

11 İyul 26 / 13:26
Hörmüzdə azərbaycanlıların gizli neft ticarət şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -VİDEO

Hörmüzdə azərbaycanlıların gizli neft ticarət şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -VİDEO

10 İyul 26 / 12:40

Məlum olduğu kimi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Kollegiyasının 16.12.2024-cü il tarixli 35 nömrəli qərarı ilə Qazax şəhəri 2026-cı il üçün Azərbaycanın “İdman paytaxtı” elan edilib.İdman paytaxtının açılış mərasiminin 2026-cı ilin yanvar ayında təntənəli şəkildə keçirilməsi nəzərdə tutulur.Ötən ilin dekabr ayındanbaşlayaraqQazaxda “İdman paytaxtı”na hazırlıq işlərinə start verilib. Bu işlər çərçivəsində “Qazax İdman paytaxtı 2026″nın loqosu hazırlanaraq şəhərin mərkəzi hissələrinə vurulub.

“”Qazax İdman Paytaxtı-2026″ çərçivəsində kütləvi tədbirlərin və idman yarışlarının keçirilməsində təşkilati işlərlə bağlı “İşçi Qrupu”nun yaradılması və “Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” Qazax Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən 5 yanvar 2026-cı il tarixli 9-23/01 nömrəli Sərəncam imzalanıb. Sərəncamın imzalanmasında əsas məqsəd “Qazax İdman Paytaxtı-2026” çərçivəsində əhalinin müntəzəm fiziki aktivliyə cəlb olunması, sağlam həyat tərzinin stimullaşdırılması, uşaqlar-gənclər idmanının inkişafı və ehtiyat qüvvənin formalaşdırılmasının təmin olunması, kütləvi idman tədbirlərinin təşkili, rayonda Olimpiya hərəkatının, bədən tərbiyəsi və idmanın kütləviliyinin təmin olunması, idmana diqqət və qayğının daha da artırılmasıdır.

Yanvarın 5-də Qazax Rayon İcra Hakimiyyətində sözügedən İşçi qrupunun üzvləri ilə görüş keçirilib. Görüş zamanı Qazax şəhərinin 2026-cı il üçün Azərbaycanın “İdman paytaxtı” seçilməsi ilə əlaqədar həyata keçirilən işlərin mövcud vəziyyəti, həmçinin, Tədbirlər Planında nəzərdə tutulmuş işlər və qarşıda duran vəzifələr müzakirə olunub.

Görüşdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, İşçi qupunun üzvləri iştirak ediblər.

İcra başçısı Rəcəb Babaşov çıxış edərək iştirakçıları salamlayıb, Qazax şəhərinin 2026-cı il üçün Azərbaycanın “İdman paytaxtı” seçilməsi ilə əlaqədar səmimi ürək sözlərini bölüşüb, bu əlamətdar hadisəyə görə Azərbaycan Respublikasının Gənclər və İdman naziri Fərid Qayıbova razılığını ifadə edib. Bugünkü görüşün əhəmiyyətindən söz açan icra başçısı sazın, sözün beşiyi sayılan Qazaxın həm də idmançıları ilə tanındığını qeyd edib. Hər zaman sərbəst güləşdə adını tarixə yazdıran qazaxlı idmançıların artıq digər idman növləri üzrə də yarışlarda, çempionatlarda, birinciliklərdə qızıl, gümüş, bürünc medallar əldə etdiklərini vurğulayıb. Ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən idman sahəsinə, idmançılara göstərilən diqqət və qayğıdan söz açan icra başçısı həmin qayğının bu gün də davam etdirildiyini vurğulayıb. Rayon rəhbəri həmin qayğının Qazaxda da hiss olunduğunu diqqətə çatdırıb. Qazax Olimpiya İdman Kompleksinin inşa olunmasını, idmançılar üçün idman zallarının yaradılmasını həmin qayğının bariz nümunəsi kimi qiymətləndirib. Rayon rəhbəri Qazax şəhərinin 2026-cı il üçün Azərbaycanın “İdman paytaxtı” seçilməsinin rayonda idmanın inkişafı istiqamətində mühüm töhfə verəcəyini vurğulayıb. Ölkə başçısının yüksək dövlət qayğısı sayəsində, Qazax-Tovuz Regional Gənclər və İdarəsinin rəhbərliyi altında Qazaxda idmanın inkişaf etdirilməsi istiqamətində bundan sonra da məqsədyönlü işlər görüləcəyini, idman yarışlarının, turnirlərin keçirilməsi üçün lazımi addımların atılacağını söyləyib. Rayon rəhbəri Qərbin qapısı sayılan Qazaxda keçirilən bütün tədbirlərin yüksək səviyyədə təşkil olunduğunu, Qazax şəhərinin 2026-cı il üçün Azərbaycanın “İdman paytaxtı” seçilməsi ilə əlaqədar keçirilməsi nəzərdə tutulan tədbirlərin də rayonumuzun adına layiq şəkildə yüksək səviyyədə təşkil olunacağını söyləyib. İcra başçısı “Qazax İdman Paytaxtı-2026” çərçivəsində kütləvi tədbirlərin və idman yarışlarının keçirilməsində təşkilati işlərlə bağlı “İşçi Qrupu”nun yaradılmasını və “Tədbirlər Planı”nın təsdiq edilməsini bu istiqamətdə görülmüş işlərin əyani sübutu kimi qiymətləndirib. Nəzərdə tutulmuş tədbirlərin hazırlıq işləri və qarşıda duran vəzifələrlə əlaqədar aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib.

Qazax-Tovuz Regional Gənclər və İdarəsinin rəisi Əziz Məsmalıyev çıxış edərək Qazax şəhərinin 2026-cı il üçün Azərbaycanın “İdman paytaxtı” seçilməsi ilə əlaqədar qazaxlıları, rayon ictimaiyyətini bir daha təbrik edib, səmimi ürək sözlərini səsləndirib. İdarə rəisi bu gün Qazaxda idmanın futbol, qol güləşi, cüdo, karate, taekvando, boks, kikboksinq, MMA, ağır atletika, Yunan-Roma güləşi, sərbəst güləş növlərində daha böyük uğurların əldə olunması, bu idman növlərində regionlar arasında yarışların, turnirlərin keçirilməsi üçün böyük imkanlar olduğunu qeyd edib. Ə.Məsmalıyev bildirib ki, Qazax şəhərinin 2026-cı il üçün Azərbaycanın “İdman paytaxtı” seçilməsində əsas məqsəd təkcə idman yarışlarının təşkil olunması deyil, eyni zamanda, rayonda idman infrastrukturlarının genişləndirilməsi, inkişaf etdirilməsidir. Açılışların, təməlqoyma mərasimlərinin təşkil olunması, yeni idman zallarının, məktəblərinin inşa edilməsidir. İdman federasiyalarının diqqətini rayona cəlb etməklə idmançılarımız üçün geniş imkanlar açmaqdır. Ə.Məsmalıyev ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva, Azərbaycan Respublikasının Gənclər və İdman naziri Fərid Qayıbov tərəfindən idmançılara göstərilən diqqət və qayğıdan danışaraq Qazaxda həmin qayğının daim hiss olunduğunu bildirib. Məhz rayon rəhbərliyi tərəfindən həmin qayğının uğurla davam etdirildiyini vurğulayaraq hər zaman gənclərə, idmançılara olan səmimi münasibətə, göstərilən dəstəyə görə rayon rəhbərliyinə təşəkkürünü çatdırıb.

Əvvəlki Yazı

Qatilin cəzası ağırlaşdı: Emil Ağacanov qətli amansızlıqla törədib

Növbəti Yazı

Bakıda çarəsiz 165 ailə Kəmaləddin Heydərova MÜRACİƏT etdi: “Cənab nazir, ümid Sizədir…”

EKSKLUZİV

Azərbaycanda Milli Mətbuat Günüdür

Azərbaycanda Milli Mətbuat Günüdür

22 İyul 2026 / 0:00
0
Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts mətbuata bəyanatlarla çıxış ediblər

Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts mətbuata bəyanatlarla çıxış ediblər

21 İyul 2026 / 16:41
0
Azərbaycanda 1-3 yaşlı 24 mindən çox körpə bağçaya gedir

Azərbaycanda 1-3 yaşlı 24 mindən çox körpə bağçaya gedir

21 İyul 2026 / 15:51
1
Prezident İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilib

Prezident İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilib

21 İyul 2026 / 15:21
1

XƏBƏR LENTİ

Azərbaycanda Milli Mətbuat Günüdür

Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts mətbuata bəyanatlarla çıxış ediblər

Azərbaycanda 1-3 yaşlı 24 mindən çox körpə bağçaya gedir

Prezident İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilib

Berlində Almaniya-Azərbaycan sənədlərinin imzalanması mərasimi keçirilib

Jurnalistika ixtisasına qəbulda yenilik var

Məktəbli formaları pulsuz veriləcək?

Zidan Fransa millisinin baş məşqçisi oldu

Polad Həşimovun məzar daşındakı nöqsan aradan qaldırıldı – FOTOLAR

Azərbaycanda yeni statistika ciddi narahatlıq yaratdı

Sabahın hava proqnozu açıqlanıb

Messi Argentina millisi ilə vidalaşıb

Azərbaycanda nikah və boşanmaların sayı açıqlanıb

Bu ilin ilk 5 ayında 1184 əkiz, 48 üçəm doğulub

Azərbaycan əhalisinin sayı açıqlanıb

Prezident Böyük Britaniyanın yeni Baş nazirini təbrik edib

Azərbaycan nefti bahalaşıb

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilib

Milli Mətbuat Günü ərəfəsində Həsən bəy Zərdabinin Vətənində ziyalılar bir araya gəliblər

“İdman Paytaxtı” Qazaxda velosiped idmanının şose növündə keçiriləcək Federasiya Kuboku yarışına hazırlıq işləri müzakirə olunub

Azərbaycan Prezidenti İlham Əliyev Almaniyaya rəsmi səfərə gəlib

Məhəmmədəli Qəribli 50 illik yubileyi münasibəti ilə təltif edilib

Sözün işığında

Pezeşkian İspaniyanın qəlbəsinə sevindi, təbrik etdi

Özəl bağçalarda təhsil haqqının 70 faizini dövlət ödəyəcək

Xaricdə oxuyan azərbaycanlıların ən çox seçdiyi ölkələr – SİYAHI

Sabah çimərliklərdə hava necə olacaq?

Əmək müqaviləsi ilə çalışanların sayı artırılacaq

Azərbaycan xüsusi təyinatlıları İordaniyada təlimdə iştirak edir

Azərbaycanda iş vaxtı ilə bağlı YENİLİK OLACAQ

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Yanvar 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Dek   Fev »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.