Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

Sözün işığında

İyul 20, 2026
A A

REDAKTORUN SEÇİMİ

“MoveShort” piramidasının ifşası – Yeni həbslər olacaq

“MoveShort” piramidasının ifşası – Yeni həbslər olacaq

15 İyul 26 / 18:22
Tətilə çıxan deputatlar harada istirahət edəcəklər? – SORĞU

Tətilə çıxan deputatlar harada istirahət edəcəklər? – SORĞU

15 İyul 26 / 14:59
Belə avtomobillə heç yerə getmərəm – Prezident

Belə avtomobillə heç yerə getmərəm – Prezident

13 İyul 26 / 14:00
Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

11 İyul 26 / 13:26
Hörmüzdə azərbaycanlıların gizli neft ticarət şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -VİDEO

Hörmüzdə azərbaycanlıların gizli neft ticarət şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -VİDEO

10 İyul 26 / 12:40

Qəzənfər müəllim ömrünü elmə, sözə və insanlığa həsr etmiş nadir ziyalılardan idi. Lənkəranın Tükəvilə kəndində zəhmətkeş bir ailədə dünyaya göz açmış mənəvi saflığı, yüksək ziyalılığı və vətəndaş mövqeyi ilə böyük hörmət qazanmışdı. O, xeyirxahlığı, təvazökarlığı, insanlara bağlılığı ilə yaddaşlarda yaşayan şəxsiyyətlərdəndir.

Görkəmli ədəbiyyat nəzəriyyəçisi Qəzənfər Əliyev maarifçilik yolunda yorulmadan çalışmış, elmi fəaliyyəti, ictimai mövqeyi ilə geniş rəğbət qazanmışdır. Onun söylədiyi hikmətli fikirlər, aşıladığı mənəvi dəyərlər, ucaltdığı söz bu gün də insanlara yol göstərir.

Bu duyğuların işığında qələmə aldığım şeirdə Qəzənfər müəllimin mənəvi zənginliyi, sözə və elmə sədaqəti, insanlara bəxş etdiyi nur poetik boyalarla əks etmişəm. Şeir boyunca onun işıqlı ömür yolunun izləri, xatirəsinin yaratdığı kövrək duyğular, ziyalılıq məramı bədii ifadəsini tapır. Bu misralar böyük alimə, dəyərli ziyalıya, nəcib insana ehtiramın sözlə ifadə olunmuş təcəssümüdür. Qəlbimin ən saf duyğularından süzülüb gələn bu poetik düşüncələri dəyərli oxucuların ixtiyarına verir, onları Qəzənfər müəllimin işıqlı xatirəsinə ehtiramla yazılmış misralarla baş-başa buraxırıq:

​Sözün işığında

​(Qəzənfər müəllimə ithaf)

Hələ zülmət idi içi ağlımın,
Sözün günəşilə sökdü səhəri.
Cəhalət mülkünü yıxdı qəlbimin,
Hikmət nuru ilə bəzədi səri.

Bilik dənizinə atdı torumu,
Çıxartdı sahilə gövhər cümləni.
Gözümdə yandırdı idrak nurunu,
Sözün atəşində əritdi çəni.

Misra mayak oldu qaranlıq yolda,
Hər kəlamı dərin fəlsəfə idi.
Nur saçdı zülmətdə, sağda və solda,
Sözünə söykənmək bir peşə idi.
​
Məşəl tək nur saçdı gələcək ilə,
Ağıl çeşməsindən verdi qanacaq.
Hikmətli sözüylə gəldik biz dilə,
Sözün aləmində yandı bir çıraq.

Sözün libasını biçdi dərzi tək,
Məna qalasına qoydu bünövrə.
Sözdən mülk ucaltdı köksümdə tək-tək,
Qoymadı cahillik hakim ola yerə.
​
Qəzənfər müəllim veribdir qanad,
Bu söz dünyasına uzanıb qolum.
Onun zəhmətiylə ucalıb bu ad,
Sapmaz heç əyriyə mənim düz yolum.

​Burhan Ağayev,

Ali kateqoriyalı müəllim

Əvvəlki Yazı

Pezeşkian İspaniyanın qəlbəsinə sevindi, təbrik etdi

Növbəti Yazı

Məhəmmədəli Qəribli 50 illik yubileyi münasibəti ilə təltif edilib

EKSKLUZİV

Məhəmmədəli Qəribli 50 illik yubileyi münasibəti ilə təltif edilib

Məhəmmədəli Qəribli 50 illik yubileyi münasibəti ilə təltif edilib

20 İyul 2026 / 20:12
0
Sözün işığında

Sözün işığında

20 İyul 2026 / 17:58
22
Pezeşkian İspaniyanın qəlbəsinə sevindi, təbrik etdi

Pezeşkian İspaniyanın qəlbəsinə sevindi, təbrik etdi

20 İyul 2026 / 16:00
1
Özəl bağçalarda təhsil haqqının 70 faizini dövlət ödəyəcək

Özəl bağçalarda təhsil haqqının 70 faizini dövlət ödəyəcək

20 İyul 2026 / 15:46
1

XƏBƏR LENTİ

Məhəmmədəli Qəribli 50 illik yubileyi münasibəti ilə təltif edilib

Sözün işığında

Pezeşkian İspaniyanın qəlbəsinə sevindi, təbrik etdi

Özəl bağçalarda təhsil haqqının 70 faizini dövlət ödəyəcək

Xaricdə oxuyan azərbaycanlıların ən çox seçdiyi ölkələr – SİYAHI

Sabah çimərliklərdə hava necə olacaq?

Əmək müqaviləsi ilə çalışanların sayı artırılacaq

Azərbaycan xüsusi təyinatlıları İordaniyada təlimdə iştirak edir

Azərbaycanda iş vaxtı ilə bağlı YENİLİK OLACAQ

Ali və orta ixtisas təhsili proqramları tələbata uyğun olaraq yeniləcək

Dual peşə təhsili modelinin əhatə dairəsi genişləndiriləcək

“Real Madrid” dünya çempionatlarında tarixi rekorda imza atdı

Prezidentdən məşğulluq strategiyası ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev İspaniya Kralını təbrik edib

Küləkli hava nə vaxta qədər davam edəcək?

İspaniyanı təbrik edirik, Qəzzaya görə… – İran

XİN Kolumbiyanı təbrik etdi

Sabah 39 dərəcə isti olacaq

Nəriman Həsənzadənin köməkçisi şairin durumunu açıqladı

Məğlubiyyətdən sonra millidən ayrılır

Kondisionerdən düzgün istifadə etməyin yolları

Avtomobil bazarında durğunluq – VİDEO

Vaqif Poeziya Günləri başa çatdı – FOTOLAR

DÇ-2026-nın mükafat məbləğləri bəlli oldu

Yardımlı İcra Hakimiyyəti eyni şirkətlə növbəti müqaviləni bağladı: 2 manatlıq “General”

“Gözümün Nuru Vətən” IIIsənədli filmin təqdimat mərasimi keçirilib

Ermənistanla sülh mövcuddur – Ceyhun Bayramov

Vətən müharibəsi yeni reallıqlar yaradıb – Bayramov

EHİS-in strukturunda “Elektron iştirakçılıq” altsistemi yaradılacaq

AZAL qəzası ilə bağlı bütün məsələlər… – Lavrov

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.