Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

Kondisionerdən düzgün istifadə etməyin yolları

İyul 20, 2026
A A

REDAKTORUN SEÇİMİ

“MoveShort” piramidasının ifşası – Yeni həbslər olacaq

“MoveShort” piramidasının ifşası – Yeni həbslər olacaq

15 İyul 26 / 18:22
Tətilə çıxan deputatlar harada istirahət edəcəklər? – SORĞU

Tətilə çıxan deputatlar harada istirahət edəcəklər? – SORĞU

15 İyul 26 / 14:59
Belə avtomobillə heç yerə getmərəm – Prezident

Belə avtomobillə heç yerə getmərəm – Prezident

13 İyul 26 / 14:00
Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

11 İyul 26 / 13:26
Hörmüzdə azərbaycanlıların gizli neft ticarət şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -VİDEO

Hörmüzdə azərbaycanlıların gizli neft ticarət şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -VİDEO

10 İyul 26 / 12:40

Yay aylarında temperaturun yüksəlməsi ilə kondisioner əksər ev və iş yerlərində zərurətə çevrilir. Lakin cihazın uzun müddət və ya düzgün istifadə olunmaması təkcə elektrik enerjisi sərfiyyatını artırmır, həm də sağlamlıqla bağlı müxtəlif problemlərə səbəb olur. Bəs kondisionerdən həm büdcəmizə, həm də sağlamlığımıza zərər vermədən necə səmərəli istifadə etmək olar?

Cumhuriyyet.az mövzu ilə bağlı Kaspi qəzetinin məqaləsini təqdim edir:

Kondisioner üçün ideal temperatur

Kondisioner ustası Amid Şabiyev bildirdi ki, cihazın düzgün seçilməsi və istismarı həm elektrik enerjisinə qənaət etməyə, həm də onun ömrünü uzatmağa imkan verir. Kondisionerin hansı temperaturda işlədilməsi, otağın sahəsinə uyğun seçilməsi və filtrlərin vaxtında təmizlənməsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır: “Köhnə tip kondisionerlər daha çox enerji sərf etdiyi halda, yeni nəsil invertor modellər temperatur sabitləşdikdən sonra daha az elektrik enerjisi istifadə edir. Bununla belə, elektrik xərcləri yalnız cihazın xüsusiyyətlərindən asılı deyil. İstifadə vərdişləri də aylıq ödənişə ciddi təsir göstərir. Məsələn, kondisionerin 18-20 dərəcəyə qurulması onun daha intensiv işləməsinə səbəb olur. Halbuki otaq temperaturunun 23-24 dərəcə səviyyəsində saxlanılması həm rahatlıq, həm də enerji sərfiyyatı baxımından daha optimal hesab edilir. Bu göstərici həm insan orqanizmi üçün daha komfortlu hesab olunur, həm də elektrik enerjisinin daha səmərəli istifadəsinə imkan yaradır. Temperaturu həddindən artıq aşağı salmaq otağın daha tez soyuması demək deyil. Əksinə, bu, cihazın daha çox işləməsinə və əlavə enerji sərf etməsinə səbəb olur”.

“Elektrik enerjisinə 70-80 faizə qədər qənaət edir”

Ustanın sözlərinə görə, istifadəçilərin diqqət etməli olduğu digər məqam kondisionerin invertor texnologiyasına malik olub-olmamasıdır: “İnvertor tipli kondisionerlər adi modellərlə müqayisədə xeyli qənaətlidir. Düzgün seçilmiş keyfiyyətli invertor kondisioner elektrik enerjisinə 70-80 faizə qədər qənaət etməyə imkan verir. Buna görə də yeni kondisioner alarkən invertor modellərə üstünlük verilməsini tövsiyə edirəm”.

Mətbəxin sahəsi 18 kvadratmetrdirsə…

Mütəxəssis bildirir ki, kondisionerin effektiv işləməsi üçün onun gücü otağın sahəsinə uyğun seçilməlidir. Bu zaman yalnız kvadratmetr deyil, otağın təyinatı da nəzərə alınmalıdır: “Məsələn, mətbəxin sahəsi 18 kvadratmetrdirsə, onu adi yaşayış otağı kimi qiymətləndirmək düzgün deyil. Yemək hazırlanması, qaz plitəsi, soba və digər məişət avadanlıqları mətbəxdə istilik yükünü artırır. Buna görə də belə məkanlar üçün daha yüksək gücə malik, ən azı 12 min BTU-luq (British Thermal Unit – kondisionerin soyutma gücünü göstərən ölçü vahidi) kondisionerin seçilməsi məqsədəuyğundur. Düzgün gücdə seçilmiş kondisioner otağı daha qısa müddətdə soyudur, daha az enerji sərf edir və daim yüksək yüklə işləmədiyi üçün daha uzunömürlü olur”.

“Kondisionerin gücü otağın sahəsinə uyğun seçilməlidir”

Kondisionerin gücü az seçildikdə cihaz otağı soyutmaq üçün fasiləsiz işləməyə məcbur qalır ki, bu da həm elektrik sərfiyyatını artırır, həm də avadanlığın resursuna mənfi təsir göstərir: “Kondisionerin effektiv işləməsi üçün onun gücü otağın sahəsinə uyğun seçilməlidir. Bu zaman əsas göstərici BTU-dur. BTU nə qədər yüksək olarsa, cihaz bir o qədər böyük sahəni soyutmaq qabiliyyətinə malik olur. Məsələn, 30 kvadratmetrlik otaq üçün 20 kvadratmetrə hesablanmış kondisioner seçilərsə, cihaz otağı soyutmaq üçün daha çox elektrik enerjisi sərf edəcək. Otağın sahəsinə uyğun və ya bir qədər yüksək gücə malik model isə məkanı daha qısa müddətdə soyudacaq və daha qənaətli işləyəcək. Buna görə də kondisioner alarkən ilk növbədə BTU göstəricisinə diqqət yetirilməlidir”.

“Tozsoran işləyərkən kondisioneri söndürün”

Mütəxəssis filtrlərin mütəmadi təmizlənməsinin də vacibliyini vurğulayır: “Kondisioner işləyərkən qapı və pəncərələrin bağlı saxlanılması, otağın günəş şüalarından qorunması, filtrlərin mütəmadi təmizlənməsi və cihazın vaxtaşırı texniki baxışdan keçirilməsi enerji sərfiyyatını azaltmağa kömək edir. Çirkli filtr həm cihazın daha çox işləməsinə, həm də otaqdakı havanın keyfiyyətinin pisləşməsinə səbəb ola bilər. Tozlu və torpaq sahələrinin yaxınlığında yerləşən ev və obyektlərdə kondisionerin filtrləri təxminən 10 gündən bir təmizlənməlidir. Adi mənzil şəraitində isə ayda bir dəfə təmizlənməsi kifayətdir. Həmçinin tozsoran işləyərkən kondisioneri söndürmək məsləhətdir. Çünki havaya qalxan toz hissəcikləri filtrə yapışaraq cihazın iş səmərəliliyini azalda bilər”.

Dəridə quruluq və qaşınma, gözlərdə qıcıqlanma

Kondisionerdən düzgün istifadə olunmaması təkcə elektrik enerjisi sərfiyyatını artırmır, həm də sağlamlıq üçün müəyyən risklər yarada bilər.

Allergiya üzrə mütəxəssis Özge Yılmaz da bu mövzuda diqqət çəkən məqamlara toxunaraq bildirir ki, kondisionerin yaratdığı quru hava və düzgün qulluq olunmayan sistemlər sağlamlığa düşündüyümüzdən daha ciddi təsir göstərə bilər. Onun sözlərinə görə, kondisionerlərin uzun müddət işləməsi otaqdakı nisbi rütubəti azaldır: “Bu isə xüsusilə uzun müddət kondisionerli mühitdə qalan insanlarda dəridə quruluq və qaşınma, gözlərdə quruluq, yanma və qıcıqlanmaya səbəb ola bilər. Quru hava tənəffüs yollarının selikli qişasını da qurudur, nəticədə orqanizmin infeksiyalara qarşı təbii müdafiə mexanizmi zəifləyir”.

Ö.Yılmaz qeyd edir ki, qapalı və kifayət qədər havalandırılmayan məkanlarda uzun müddət işləyən kondisionerlər havadakı toz, allergen və bəzi mikroorqanizmlərin yayılma riskini də artıra bilər. Bu isə xüsusilə allergiya və astma xəstələri üçün əlavə təhlükə yaradır. Mütəxəssis vurğulayır ki, bu risklərin qarşısını almaq üçün kondisionerin filtrləri mütəmadi təmizlənməli, otaq vaxtaşırı havalandırılmalı və otaq temperaturu çöldəki hava ilə kəskin fərq yaratmayacaq səviyyədə saxlanılmalıdır.

Əvvəlki Yazı

Avtomobil bazarında durğunluq – VİDEO

Növbəti Yazı

Məğlubiyyətdən sonra millidən ayrılır

EKSKLUZİV

Məhəmmədəli Qəribli 50 illik yubileyi münasibəti ilə təltif edilib

Məhəmmədəli Qəribli 50 illik yubileyi münasibəti ilə təltif edilib

20 İyul 2026 / 20:12
0
Sözün işığında

Sözün işığında

20 İyul 2026 / 17:58
22
Pezeşkian İspaniyanın qəlbəsinə sevindi, təbrik etdi

Pezeşkian İspaniyanın qəlbəsinə sevindi, təbrik etdi

20 İyul 2026 / 16:00
1
Özəl bağçalarda təhsil haqqının 70 faizini dövlət ödəyəcək

Özəl bağçalarda təhsil haqqının 70 faizini dövlət ödəyəcək

20 İyul 2026 / 15:46
1

XƏBƏR LENTİ

Məhəmmədəli Qəribli 50 illik yubileyi münasibəti ilə təltif edilib

Sözün işığında

Pezeşkian İspaniyanın qəlbəsinə sevindi, təbrik etdi

Özəl bağçalarda təhsil haqqının 70 faizini dövlət ödəyəcək

Xaricdə oxuyan azərbaycanlıların ən çox seçdiyi ölkələr – SİYAHI

Sabah çimərliklərdə hava necə olacaq?

Əmək müqaviləsi ilə çalışanların sayı artırılacaq

Azərbaycan xüsusi təyinatlıları İordaniyada təlimdə iştirak edir

Azərbaycanda iş vaxtı ilə bağlı YENİLİK OLACAQ

Ali və orta ixtisas təhsili proqramları tələbata uyğun olaraq yeniləcək

Dual peşə təhsili modelinin əhatə dairəsi genişləndiriləcək

“Real Madrid” dünya çempionatlarında tarixi rekorda imza atdı

Prezidentdən məşğulluq strategiyası ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev İspaniya Kralını təbrik edib

Küləkli hava nə vaxta qədər davam edəcək?

İspaniyanı təbrik edirik, Qəzzaya görə… – İran

XİN Kolumbiyanı təbrik etdi

Sabah 39 dərəcə isti olacaq

Nəriman Həsənzadənin köməkçisi şairin durumunu açıqladı

Məğlubiyyətdən sonra millidən ayrılır

Kondisionerdən düzgün istifadə etməyin yolları

Avtomobil bazarında durğunluq – VİDEO

Vaqif Poeziya Günləri başa çatdı – FOTOLAR

DÇ-2026-nın mükafat məbləğləri bəlli oldu

Yardımlı İcra Hakimiyyəti eyni şirkətlə növbəti müqaviləni bağladı: 2 manatlıq “General”

“Gözümün Nuru Vətən” IIIsənədli filmin təqdimat mərasimi keçirilib

Ermənistanla sülh mövcuddur – Ceyhun Bayramov

Vətən müharibəsi yeni reallıqlar yaradıb – Bayramov

EHİS-in strukturunda “Elektron iştirakçılıq” altsistemi yaradılacaq

AZAL qəzası ilə bağlı bütün məsələlər… – Lavrov

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.