İranda baş qaldıran genişmiqyaslı etirazlar və ölkənin ikinci ən böyük şəhərinin (Məşhəd) nümayişçilərin nəzarətinə keçməsi barədə xəbərlər dünya mediasının diqqət mərkəzindədir. Lakin bu hadisələr fonunda Azərbaycanın müstəqil media orqanı olan Kanal13 tarixi bir uğura imza atıb. Belə ki, ABŞ Prezidenti Donald Tramp, İrandakı son vəziyyətlə bağlı öz “Truth Social” hesabında Kanal13 tərəfindən yayımlanan görüntüləri paylaşıb.
Prezident Trampın birbaşa kanalın videosuna link verərək istinad etməsi, Azərbaycanın müstəqil mediasının beynəlxalq miqyasda nə qədər effektiv və etibarlı informasiya mənbəyi olduğunu bir daha sübut edib.
ABŞ prezidenti şərhində İranın ikinci böyük şəhəri olan Məşhədin etirazçıların əlinə keçməsindən bəhs edir:
“Milyonlarla insan mitinqə çıxdı: İranın ikinci ən böyük şəhəri etirazçıların nəzarətinə keçdi, rejim qüvvələri ərazini tərk etdi”
Məhdud resurslarla dünya səviyyəli xəbər brendinə çevrilən Kanal13-un rəhbəri iki dəfə “vicdan məhbusu” həyatı yaşamış Əziz Orujovdur.
Donald Trampın paylaşımını buradan izləyə bilərsiniz:
https://truthsocial.com/%40realDonaldTrump/posts/115863379883214601?fbclid=IwVERTSAPOAcFleHRuA2FlbQIxMABzcnRjBmFwcF9pZAwzNTA2ODU1MzE3MjgAAR5hR1QLKD1jbW9ZeoY-9zkAiITq0RAWYPnC–nFN_1iP21ph7MSY5TgeyRN1w_aem__NkqRiwPEBIXzwTV1jia3Q&sfnsn=wa









