Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Gündəm

Elmə, tələbəyə, torpağa və ailəyə sədaqətlə həsr olunmuş ömür

Yanvar 16, 2026
A A

REDAKTORUN SEÇİMİ

AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

18 Aprel 26 / 13:18
Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

14 Aprel 26 / 11:05
Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

02 Mart 26 / 11:01
1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

17 Fevral 26 / 7:23
Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

16 Fevral 26 / 12:42

(Akademik İbrahim Cəfərovun yubileyinə həsr olunur)

Böyük ömürlər olur – yaşanır və bitir. Bir də elə ömürlər var ki, yaşandıqca böyüyür, dərinləşir, insanların yaddaşında, taleyində iz qoyur. Akademik İbrahim Cəfərovun ömrü məhz bu qəbildəndir. Bu, təkcə təqvimdə artan illərin yox, mənaya çevrilən zamanın hekayəsidir.

İnsan var ki, elmi seçir. İnsan var ki, vəzifəni. İnsan da var ki, insanı seçir. İbrahim müəllim bütün pillələrdə — alim olanda da, rektor olanda da, institut direktoru olanda da — məhz İNSANI əsas götürdü. Elə buna görə də onun adı təkcə rəsmi sənədlərdə yox, minlərlə tələbənin, həmkarın, dostun qəlbində yaşayır, harda olmasından, harda işləməsindən asılı olmayaraq məhəbbətlə, ehtiramla, minnətdarlıqla xatırlanır.

REKTORLUQ – VƏZİFƏ DEYİL, MƏSULİYYƏT İDİ

Rektor olmaq çoxlarının gözündə kreslo, səlahiyyət, imza deməkdir. İbrahim Cəfərov üçün isə rektorluq tələbənin taleyinə cavabdehlik idi.

Uzun illər Azərbaycan Dövlət Aqrar Universitetində çalışdığı dövr isə İbrahim Cəfərovun fəaliyyətinin ayrıca bir mərhələsidir. Xüsusilə rektor olduğu illər universitet tarixində inkişaf və yenilənmə dövrü kimi xatırlanır. Bu illərdə ADAU-da müasir tədris infrastrukturu formalaşdı, yeni laboratoriyalar yaradıldı, tələbələrin sosial-məişət şəraitinin yaxşılaşdırılması prioritetə çevrildi. İbrahim müəllim üçün tələbə sadəcə təhsil alan şəxs deyil, gələcəyin aqronomu, alimi, mütəxəssisi idi.

İbrahim Cəfərov rektor olduğu illərdə universiteti sadəcə təhsil müəssisəsi kimi yox, gənclərin həyat məktəbi kimi görürdü. Onun üçün tələbə yalnız imtahan verən şəxs deyildi — qayğısı olan, ehtiyacı olan, bəzən çətinlik içində oxuyan bir insan idi.

O, auditoriyaya girəndə yalnız dərs saatını yox, o auditoriyada oturan gəncin gələcəyini görürdü.

Bu baxışdan doğdu müasir tələbə yataqxanaları…

Betondan tikilən binalar deyildi onlar. Hər mərtəbəsində valideyn nigarançılığına cavab, hər otağında ümid vardı. Müxtəlif rayonlardan gələn, kirayə dərdi çəkən, çətinliklə oxuyan gənclər üçün bu yataqxanalar təhsil yolunun sığınacağına çevrildi. İbrahim müəllim bilirdi ki, rahat yerdə yatan tələbə daha rahat düşünür, daha cəsarətlə xəyallar qurur. Bu yataqxanalar rahatlıqdan çox təhlükəsizlik hissi verdi tələbələrinə: “Burada tək deyilsən”.

PANDEMİYA SINAĞINDA İNSANLIQ DƏRSi

Zaman elə məqamlar yaradır ki, insanın kim olduğu kağızla yox, əməli ilə ölçülür. Pandemiya illəri də belə bir imtahan idi.

Pandemiya çox şeyi üzə çıxardı. Kiminsə vəzifəsi böyüdü, kiminsə insanlığı… İbrahim Cəfərov üçün isə seçim çoxdan edilmişdi…

Distant dərslər başlayanda hamı “platforma”, “sistem”, “təlimat”dan danışırdı. Rektor İbrahim Cəfərov isə başqa sual verdi:

“Kompüteri olmayan tələbə dərsə necə qoşulacaq?”

Cavab kağız üzərində qalmadı. O, şəxsi vəsaitindən aztəminatlı ailələrin övladlarına planşetlər aldı, payladı. Səssiz, reklamsız, təmtəraqsız… Çünki onun üçün bu, xeyriyyəçilik yox, vicdan borcu idi.

O günlərdə bir çox gənc üçün İbrahim müəllim rektor yox, arxasında dayanan dayaq oldu.

Qısa desək, pandemiya dövründə onun insanpərvərliyi və məsuliyyəti xüsusilə aydın göründü. Bu addımlar tələbələrin yaddaşında rektorun deyil, müəllimin və insanın davranışı kimi qaldı.

ELM ADAMI

Hazırda Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutuna rəhbərlik edən İbrahim Cəfərov burada da eyni prinsiplərlə çalışır: elm – istehsalat – təhsil vəhdəti. İnstitutda gənc alimlərin hazırlanması, doktorantura və magistratura səviyyəsində kadr potensialının gücləndirilməsi, elmi nəticələrin istehsalata tətbiqi onun fəaliyyətinin əsas istiqamətlərindəndir. Gənclərə açıq qapı, elmi müzakirələrə şəxsən qatılmaq, sahə tədqiqatlarında birbaşa iştirak etmək onun dəyişməz idarəçilik üslubudur.

İbrahim Cəfərovun elmi fəaliyyəti rəqəmlərlə də möhtəşəmdir: yüzlərlə məqalə, onlarla kitab, patentlər, yetişən alimlər… Amma onu fərqləndirən əsas cəhət elmi insandan ayırmamasıdır.

O, bilir ki, elm torpağa toxunmayanda quruyur. Bitki mühafizəsi sahəsində apardığı tədqiqatlar da, rəhbərlik etdiyi institut da bir məqsədə xidmət edir: Azərbaycan torpağının bərəkətinə, kəndlinin ruzisinə, ölkənin ərzaq təhlükəsizliyinə.

Onun elmi kabinetlərdə qapanıb qalmayıb. Bitki mühafizəsi sahəsində apardığı tədqiqatlar Azərbaycanın aqrar inkişafı üçündür. Təsadüfi deyil ki, onun rəhbərliyi altında hazırlanan elmi işlər praktik əhəmiyyətinə görə seçilir.

Akademik yaxşı bilir ki, elm torpağa xidmət etmirsə, mənasını itirir.

DÖVLƏTÇİLİYƏ SƏDAQƏT, İNSANA HÖRMƏT

Akademik İbrahim Cəfərov hər zaman Ulu Öndər Heydər Əliyevin siyasi kursuna sadiq olub. Dövlətçiliyi sözlə yox, fəaliyyəti ilə müdafiə edib. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatlara inamla yanaşıb, bu inamı ətrafındakılara da ötürüb.

Amma onu böyük edən yalnız siyasi mövqeyi deyil. Onu böyük edən sadəliyi, insanlara insani münasibəti, qapısını döyən heç kəsi boş qaytarmamasıdır.

SEVGİ İLƏ YAŞANAN ÖMÜR

İbrahim müəllimi tanıyanlar yaxşı bilir: o, zarafatı yerində olan, sözü şirin, ünsiyyəti rahat insandır. Onunla söhbət edəndə rəsmi məsafə yox olur, insan özünü dəyərli hiss edir. Bəlkə də buna görə işlədiyi bütün kollektivlərdə hörmət qazandı, özü də qorxu ilə yox, sevgi ilə.

Ailəsinə bağlılığı, dostluğa sədaqəti, kəndinə, torpağına olan məhəbbəti onun şəxsiyyətinin ayrılmaz hissəsidir. Dörd övlad, on iki nəvə — bu da bir alimin ən böyük elmi nəticələrindən biridir.

YOL DAVAM EDİR

Bu gün akademik İbrahim Cəfərov 70 illik ömrün zirvəsində dayanıb geriyə baxanda, arxasında boş illər yox, iz qoyan addımlar görür. 70 yaşını qeyd edən AMEA-nın müxbir üzvü, kənd təsərrüfatı elmləri doktoru İbrahim Cəfərov yarım əsrdən artıqdır ki, elmi biliyini, pedaqoji təcrübəsini və təşkilatçılıq bacarığını xalqına, torpağına, aqrar sahənin inkişafına həsr edir.
Naxçıvanın Şərur rayonunun Düdəngə kəndində zəhmətkeş kəndli ailəsində dünyaya göz açan İbrahim Cəfərov üçün torpaq anlayışı sadəcə peşə seçimi deyil, həyat fəlsəfəsi olub. Bu bağlılıq onu Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna gətirib və sonradan bütün elmi-pedaqoji taleyini məhz aqrar elmə bağlayıb. Bitki mühafizəsi sahəsində seçdiyi yol onu Moskvanın nüfuzlu Timiryazev adına Kənd Təsərrüfatı Akademiyasına, daha sonra isə böyük elmi nəticələrə aparıb.

Akademik İbrahim Cəfərovun ən böyük nailiyyəti insanların etimadını və sevgisini qazanmasıdır.
Akademik İbrahim Cəfərov bu gün də elmin içindədir, gənclərin yanındadır, torpağın taleyini düşünür. Bu ömür göstərir ki, elmə sədaqət, Vətənə xidmət və insana diqqət bir yerdə olanda, zaman da həmin ömrə hörmət edir.
Qarşıda isə hələ deyilməmiş sözlər, görüləcək işlər, yetişəcək gənclər var.
Böyük insanlar həyatın mənasını özlərində tapırlar.
İbrahim Cəfərov da tapdı.
Tapdı və başqalarına da göstərdi.
Bu ömür — elmə, Vətənə və insana həsr olunmuş əsl ziyalı ömrüdür.
Dəyərli alimi 70 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür arzulayıram.

Xəlil Xəlilov

Əvvəlki Yazı

Çingiz Abdullayevin qanunsuz kürsü sahibliyi…

Növbəti Yazı

Rieltorlar Assosiasiyası yığıncaq keçirəcək

EKSKLUZİV

Pakistan Hərbi Dəniz Qüvvələri yeni balistik raketi uğurla sınaqdan keçirdi: Korvetlər üçün dünya birinciliyi

18 Aprel 2026 / 16:24
1

Bakıda Bədii Gimnastika Dünya Kuboku Start Götürdü: Qızıl Medallar Uğrunda Mübarizə Başladı

18 Aprel 2026 / 16:24
0

Avropanın Mərkəzində Nəhəng Litium Kəşfi: Almaniya Qitənin Enerji Gələcəyini Dəyişəcəkmi?

18 Aprel 2026 / 16:23
1

“Karvan-Yevlax” mövsümə möhtəşəm start verdi: İlk qol, ilk sevinclər!

18 Aprel 2026 / 16:19
0

XƏBƏR LENTİ

Pakistan Hərbi Dəniz Qüvvələri yeni balistik raketi uğurla sınaqdan keçirdi: Korvetlər üçün dünya birinciliyi

Bakıda Bədii Gimnastika Dünya Kuboku Start Götürdü: Qızıl Medallar Uğrunda Mübarizə Başladı

Avropanın Mərkəzində Nəhəng Litium Kəşfi: Almaniya Qitənin Enerji Gələcəyini Dəyişəcəkmi?

“Karvan-Yevlax” mövsümə möhtəşəm start verdi: İlk qol, ilk sevinclər!

Hörmüz boğazında gərginlik: Ticarət gəmiləri atəşə tutuldu

Tramp İranla Gərgin Danışıqları Səbəbindən Səsinin Batdığını Açıqladı

“İran donanması döyüşə hazırdır” – Müctəba Xamenei

Tramp İranla bağlı ŞAYİƏLƏRƏ SON QOYDU: ‘Mən danışıqlara hazır idim, lakin onlar…’

Bank Borclarını Ödəməyənlər Üçün Yeni Qaydalar: Nələr Dəyişir?

Azərbaycan Boksçuları Dünya Kubokunda: Böyük Hədəflərlə Rinqdə!

“Ordumuz İran ərazisini qoruyur” – Müctəba Xameneidən gözlənilməz bəyanat

Pekin İranın Uranını Çinə Köçürməyi Təklif Edir: Nüvə Gərginliyi Artır

Atlantik cərəyanları sürətlə zəifləyir: Dünya iqlimi geri dönməz xaosa sürüklənir

Dünyanın ən sıx məskunlaşmış adası: Kolumbiyada bir futbol meydanı boyda ərazidə minlərlə insan

303 milyon TL-lik stansiya istifadəsiz qaldı: Oksford-Kembric xəttində absurd durum

Mebel Nəhəngi SuperNova İflas Astanasında: Borc 10 Milyon Dolları Keçdi

“Karvan-Yevlax” – “Şamaxı”: Həlledici Matçın Start Heyətləri Bəlli Oldu

Neymarın ofsayd qaydası ilə bağlı çağırışı: Futbolun gələcəyi müzakirədə

Hikmət Hacıyev Venesuela XİN rəhbərinin müavini ilə Antalyada görüşüb

Prezident İlham Əliyevin Türkiyəyə İşgüzar Səfəri Gündəmdə: X hesabında Video Paylaşıldı

Rutte: ABŞ-nin NATO-dan Çıxacağına İnanmıram – Trampın Tənqidlərinin Kölgəsində

Ukrayna Rusiyanın neft sənayesinə zərbələri gücləndirir: Leninqrad vilayətində Vısotsk terminalı hədəfdə

Ermənistan Rusiyadan vaz keçmir: Hərbi-texniki əməkdaşlıq davam edir

Avstraliya Yaponiyadan 6.5 Milyard Dollarlıq Hərbi Gəmi Sifarişi Verir: Donanma Modernləşir

Lukaşenko: Qərb bizi Rusiyaya qarşı qaldırır – Sərt ittiham

Rusiya bölgələrinə silsilə PUA zərbələri: Limanlar, neft bazaları və yaşayış məntəqələri hədəf alındı

Britaniya XİN rəhbəri İrana Hörmüz boğazı ilə bağlı çağırış etdi

İran SEPAH-dan ABŞ-a sərt xəbərdarlıq: Hörmüz boğazı bağlanacaq!

Tramp Kübanı Hədəfə Aldı: ABŞ İHA-sı 11 Saat Kəşfiyyat Uçuşu Həyata Keçirdi

Hindistanda dünyanın ən təcrid olunmuş qəbiləsinə ərzaq aparan fenomen həbs edildi

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Yanvar 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Dek   Fev »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.