Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Gündəm

Combat Peşəkar Döyüş Liqasının rəsmi görüşü keçirildi – Fotolar

Aprel 13, 2026
A A

REDAKTORUN SEÇİMİ

Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: Azər Hacıyev kimə güvənir? – VİDEO+FOTO

Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: Azər Hacıyev kimə güvənir? – VİDEO+FOTO

15 Oktyabr 26 / 12:09
“SAB” məhsulları təhlükəlidir? – AQTA-nın və medianın ŞOK faktları

“SAB” məhsulları təhlükəlidir? – AQTA-nın və medianın ŞOK faktları

13 Oktyabr 26 / 12:18
Azərbaycan Texniki Universiteti məhkəməyə verildi – TƏFƏRRÜAT

Azərbaycan Texniki Universiteti məhkəməyə verildi – TƏFƏRRÜAT

07 Oktyabr 26 / 13:03
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri: Nərimanovdan Xırdalana uzanan DOSYE

Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri: Nərimanovdan Xırdalana uzanan DOSYE

06 Oktyabr 26 / 15:31
Ramiz Mehdiyev növbəti məhkəməyə məcburi gətirilə bilər

Ramiz Mehdiyev növbəti məhkəməyə məcburi gətirilə bilər

01 Oktyabr 26 / 15:00

Aprelin 14-ü Arpaçay İdman Birliyinin təşkilatçılığı və Kung-fu Federasiyasının dəstəyi ilə keçiriləcək Combat Peşəkar Döyüş Liqası öncəsi mətbuat konfransı və idmançıların üzbəüz (face-to-face) proqramı çərçivəsində rəsmi görüş baş tutub.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə ölkənin müxtəlif idman federasiyalarının nümayəndələri, media təmsilçiləri və Azərbaycanın tanınmış peşəkar idmançıları iştirak etdilər.

Tədbir giriş sözü ilə Combat Peşəkar Döyüş Liqasının prezidenti Ruslan Məmmədov tərəfindən açıq elan olundu. O, çıxışında liqanın yaranma məqsədi, görülən hazırlıq işləri və qarşıdan gələn döyüş gecəsi haqqında ətraflı məlumat verdi. Ruslan Məmmədov Azərbaycanda analoqu olmayan belə bir mötəbər idman tədbirinin təşkilindən böyük qürur duyduğunu və bu layihənin ölkədə döyüş idman növlərinin inkişafına ciddi töhfə verəcəyini vurğuladı.

Daha sonra Kung-fu Federasiyasının prezidenti Nurlan Aslanov çıxış edərək idmançıların hazırlıq səviyyəsindən, onların peşəkarlığından və yarışa ciddi yanaşmalarından bəhs etdi. O, görülən işlərdən məmnunluğunu ifadə edərək, bu cür liqaların idmançılar üçün yeni imkanlar yaratdığını xüsusi qeyd etdi.

Tədbirin davamında çıxış edən yarışın təşkilat komitəsinin rəhbəri, Arpaçay İdman  Birliyinin birinci vitse-prezidenti Yavər Hüseynov təşkilati hazırlıq prosesinin yüksək səviyyədə həyata keçirildiyini diqqətə çatdırdı. O, həmçinin Combat Peşəkar Döyüş Liqasının gələcək planları, beynəlxalq miqyasda inkişaf perspektivləri və bu layihənin davamlı olacağı barədə geniş məlumat verdi.

Eyni zamanda, tədbir çərçivəsində Kung-fu Federasiyasının birinci vitse-prezidenti Babək Əliyev və vitse-prezidenti Ehram Məcidov media nümayəndələrinə müsahibə verərək yarışa hazırlıq prosesi ilə bağlı fikirlərini bölüşdülər. Onlar idmançıların yüksək səviyyədə hazırlaşdıqlarını, təşkilati işlərin plan üzrə davam etdiyini və qarşıdan gələn döyüş gecəsinin tamaşaçılar üçün maraqlı və yaddaqalan olacağını vurğuladılar.

Görüş çərçivəsində idmançılar arasında üzbəüz baxış (face-off) mərhələsi də təşkil olundu ki, bu da qarşıdan gələn döyüşlərə olan marağı daha da artırdı və tədbirə xüsusi dinamika qatdı.

Sonda tədbir iştirakçıları ilə birlikdə xatirə şəkilləri çəkdirildi və mətbuat konfransı rəsmi şəkildə yekunlaşdı.

Qeyd edək ki,Arpaçay İdman Birliyinin nəzdində fəaliyyət göstərən Combat Peşəkar Döyüş Liqası ölkədə döyüş idman növlərinin inkişafına xidmət edən, peşəkar səviyyədə təşkil olunan və idman ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanan mühüm idman layihələrindən biridir.

 










Əvvəlki Yazı

Xalq şairi S.Vurğunun 120 illik yubileyinə həsr olunmuş “Şeir kimi ömür” adlı ədəbi-bədii gecə keçiriləcək

Növbəti Yazı

ABŞ Hörmüz boğazında gərginliyi azaltmaq üçün addım atır: Bu gəmilərin keçidinə icazə veriləcək

EKSKLUZİV

Vətən müharibəsi şəhidi baş gizir Teymur Hacıyev ildönümündə ehtiramla yad edilib

Vətən müharibəsi şəhidi baş gizir Teymur Hacıyev ildönümündə ehtiramla yad edilib

16 Oktyabr 2026 / 21:52
1
Azərbaycan İrəvana nümayədə heyəti göndərmədi – Simonyan

Azərbaycan İrəvana nümayədə heyəti göndərmədi – Simonyan

16 Oktyabr 2026 / 11:30
2
Rəşad Məcid: Ötən dövrdə Mətbuat Şurasına 815 şikayət daxil olub

Rəşad Məcid: Ötən dövrdə Mətbuat Şurasına 815 şikayət daxil olub

16 Oktyabr 2026 / 11:14
1
Azərbaycan XİN Pakistana başsağlığı verib

Azərbaycan XİN Pakistana başsağlığı verib

16 Oktyabr 2026 / 11:00
3

XƏBƏR LENTİ

Vətən müharibəsi şəhidi baş gizir Teymur Hacıyev ildönümündə ehtiramla yad edilib

Azərbaycan İrəvana nümayədə heyəti göndərmədi – Simonyan

Rəşad Məcid: Ötən dövrdə Mətbuat Şurasına 815 şikayət daxil olub

Azərbaycan XİN Pakistana başsağlığı verib

Azərbaycan jurnalistlərinin IX qurultayının iştirakçıları Prezidentə müraciət ünvanlayıb

Milli Məclis: Azərbaycana qarşı hibrid hücumlar geniş miqyas alıb

Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

Hesablama Palatasının strukturu dəyişir

Dekabrın 15-i saat 18:00 – bundan sonra gec olacaq!

Azərbaycan böyük iş görür – Tokayev

Sabah 31 dərəcə isti olacaq

Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: Azər Hacıyev kimə güvənir? – VİDEO+FOTO

“Rəqəmsal rabitə” informasiya sistemi haqqında əsasnamə təsdiqlənib – SƏRƏNCAM

Ramiz Mehdiyevin məhkəməsində şahidlər dindiriləcək – Tarix açıqlandı

Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir

Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib

Белорусские специалисты возведут агрогородок в Карабахе

Azərbaycan nefti 124 dollardan yuxarı satılıb

Saleh Səmədovun mənimsədiyi 200 min manatı oğlu qaytardı

Sabah 29 dərəcə isti olacaq

Nə qədər ki,kollec direktorları himayə olunur,onlar düzgün seçilmir yaxşılığa doğru nəsə dəyişə bilərmi?

14 küçə və prospekt təmirə bağlanacaq

Azərbaycan UEFA reytinqində irəlilədi

Prezident “Rebuild Karabakh” sərgisinin iştirakçılarına müraciət etdi

Azərbaycana qarşı koordinasiyalı trol hücumları intensivləşib

Сергеенко с рабочим визитом в Азербайджане. В центре внимания – кооперация усилий в промышленности

“Milli birliyimizi qorumalı, dövlətimizin və Prezidentimizin ətrafında sıx birləşməkdə davam etməliyik”

“SAB” məhsulları təhlükəlidir? – AQTA-nın və medianın ŞOK faktları

Aqil Babayevin anasından prezidentə müraciət: “Son ümidimiz Sizədir!”

Emin Əmrullayevin təzhizatçı qaynı Nihad Hənifəyev və STEAM milyonları

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
« Mar   May »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.