Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

Bir dosentin qərəz macərası: BDU-dan xaricə uzanan yollar

May 8, 2026
A A

REDAKTORUN SEÇİMİ

AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

18 Aprel 26 / 13:18
Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

14 Aprel 26 / 11:05
Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

02 Mart 26 / 11:01
1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

17 Fevral 26 / 7:23
Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

16 Fevral 26 / 12:42

Prezident İlham Əliyev hakimiyyətdə olduğu ilk vaxtlardan başlayaraq özünün çevik və düşünülmüş kadr siyasəti ilə bu stereotipi də aradan götürmüş oldu. Hər kəsə məlum olduğu kimi, son vaxtlar ölkədə həyata keçirilməkdə olan islahatlar, xüsusən də kadr islahatları sahəsində dinamika daha da artıb. Bir-birinin ardınca nazirliklərin, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərliyi yeni düşüncəli, sağlam təfəkkürlü gənclərə etibar olunmaqdadır.
Təbiidir ki, kadrlar yerində olmayanda, problemlərdə arta-arta ciddi narazılıqlar həddinə çatır. Məsələn, Elçin Babayevin BDU-nun rektoru təyin olunduğu vaxtdan cəmi bir neçə il ötüb. Amma Universitetdə söz-söhbətlərin, narazılıqların miqyası durmadan artmaqdadır. Yadınızdadırsa, elə ilk gündən bu təyinatla bağlı icitimai rəy müsbət olmamışdı. Səbəbi də odur ki, seçim düzgün olmayıb. Axı BDU ölkənin ən nüfuzlu ali təhsil ocağı olduğundan onun başında hər zaman ölkənin ən tanınmış alimləri – akademiklər, professorlar durub. Bəs, Elçin Babayev kimdir?! Sadəcə orta səviyyəli bir fəlsəfə doktoru. Uzun illərdir ki, akademiya sistemində işləyərək özünə doktorluq dissertasiyası belə yazmaq qabiliyyətində olmayan birisinin ölkənin ən sanballı elm adamlarının cəm olduğu belə bir elm və təhsil ocağına rəhbərlik etməyə nə gücü, nə də haqqı çatır. O, özündən həm yaşca, həm də başca çox-çox üstün olan insanlarla elm və təhsilin aktual problemləri barədə söhbət edə bilərmi?! Əlbəttə yox!
Görəsən, bir il öncə onun rektorluğa təqdimatına zamin duranlar bu amilləri niyə nəzərə almayıblar?! E.Babayevin Universitetə gətirə biləcəyi yeganə “yenilik” yalnız və yalnız Elmin İnkişafı Fonduna rəhbərlik etdiyi dönəmdə yaxşıca mənimsəmiş olduğu saxta yollarla daha çox qazanc əldə etməyin yeni üsulları ola bilərdi ki, onu da artıq tətbiq edib. Beləliklə, ötən illər ərzində Abel Məhərrəmovun bərbad günə salmış olduğu BDU Elçin Babayevin gəlişindən sonra daha bərbad vəziyyətə düşüb.
“Balıq başdan iylənər” deyiblər. Rektorun yarıtmaz idarəçiliyi onun tabeçililində olan şəxslərin fəaliyyətində də özünü göstərir. Bəzən bu qüsurlu fəaliyyət korrupsiya sərhədlərini də aşaraq dövlətə və dövlət siyasətinə qarşı yönəlir. Məsələn, Bakı Dövlət Universiteti jurnalustika kafedrasının dosenti Vəfa İsgəndərovanın fəaliyyəti ilə bağlı iddialar ciddi narahatçılıq doğurur. Bununla bağlı Mustafayeva Leyla Rauf qızı mediaya müraciətində ( https://www.linkedin.com/posts/leylamustrauf_media-mediainkiagnafagentliyi-jurnalistika-share-7457868703666294784-wYPn/?utm_source=social_share_send&utm_medium=ios_app&rcm=ACoAADNVjMMBg38pOlF2mCGJAs2-MKW7ewHt7z0 ) ciddi həyacan təbili çalır. Məlumat üçün bildirək ki, Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsinin məzunu olan Leyla xanım 2020-ci ildən etibarən 18 ay müddətində “Karabakh is Azerbaijan” platformasında fəaliyyət göstərib. Bu dövr ərzində informasiya müstəvisində ölkəmizin maraqlarının müdafiəsi istiqamətində aktiv iştirak edib. O, daha sonra Diasporla İş üzrə Dövlət Komitəsində çalışmış, Varşavada keçirilən Demokratiya Forumunda, həmçinin İslam Əməkdaşlıq Təşkilatında fəal iştirak edib. Bir sözlə Leyla Mustafayevanın bütün fəaliyyəti dövlətimizə və vətəndaşlarımıza xidmət istiqamətində olub.
Amma maraqlıdır ki, son dövrlərdə bəzi şəxslər tərəfindən Leyla xanımın işlədiyi mərkəzə, birbaşa onun şəxsi həyatına təsir edə biləcək istiqamətdə addımlar atılmaqdadır. Bu hallar Leyla Mystafayevanın təkcə peşə fəaliyyəti deyil, eyni zamanda şəxsi nüfuzunu və təhlükəsizliyini də narahat edən səviyyəyə çatmışdır. Bu kampaniyanın başında isə birbaşa BDU-nun dosenti Vəfa İsgəndərova durur. Məlumat üçün onu da bildirək ki, Vəfa Aslan İsgəndərova ilə Leyla Mustafayev arasında yaranmış problem konkret müqavilə münasibətlərinə əsaslanır. 2025-ci ildə “Pilgrim Edu” MMC ilə Vəfa İsgəndərov arasında övladı üçün rəsmi müqavilə bağlanmış, xidmətlər tam şəkildə icra olunmuş, “Boost” proqramında iştirakı təmin olunmuşdur. Amma heç bir əsas olmadan sonradan V. İsgəndərova tərəfindən  müxtəlif şikayətlər və müraciətlərlə davam etdirilmişdir. Məsələ Nəsimi rayon 21 saylı Polis Bölməsi tərəfindən araşdırılmış və hər hansı qanun pozuntusu müəyyən edilməmişdir. Bunun ardınca Vəfa xanım başqa mübarizə yollarına əl atmışdır ki, bunun da kökündə birbaşa dövlətçiliyə yönəlik fəaliyyət durur. Belə ki, “Pilgrim Edu” MMC və Leyla Mustafayevə qarşı qərəz kampaniyasına “asylum seeker” (siyasi sığınacaq axtaran şəxslər) kimi tanınan bəzi şəxslər də cəlb edilib. Bu prosesə rəhbərlik edən Ruslan Aliyev Vəfa İsgəndərovun xaricdə həyata keçirdiyi fəaliyyətləri sayəsində ölkədən kənar müxalif düşüncəli şəxsləri də işə cəlb edib. Bu məqamda xüsusilə Azərbaycanda yaşayan gənclərlə bağlı təşəbbüsləriniz narahatlıq doğurur. Gənclərin “Müqavimət media” kimi qeyri-rəsmi və mübahisəli platformalara yönləndirilməsi qəbuledilməzdir. Eyni zamanda Vəfa İsgəndərovanı Leyla xanımın tələbələrindən ibarət qrup yaratmağı və onları koordinasiyalı şəkildə yönləndirməyi əlavə suallar yaradır. Bu məsələ ilə bağlı müvafiq dövlət qurumlarına rəsmi şəkildə müraciət edilib. Bu qədər səlahiyyət və vəzifə həddini aşan şəxsin prezidentin “dəmir yumruq” ifadəsini məsxərəyə qoyması da təəccüblü deyil. Jurnalistika kafedrasının dosenti olaraq fəaliyyət göstərən bir şəxsin elmi və pedoqoji baxımdan daha peşəkar və etik çərçivədə davranması tələb olunur. Xüsusilə “Təhsildə psixologiya” adlı seminarla bağlı digər universitetlərin rəhbərliyi ilə qurulan əlaqələrdə təzyiq xarakterli yanaşmaların olması ciddi suallar doğurur. Ölkənin əsas ali təhsil ocağının dossentinin xaricdə məskunlaşmış müəmmalı siyasi yönlü qruplarla birgə “Pilgrim Edu” MMC əməkdaşlarına və tərəfdaş qurumlara yönəlmiş təzyiq cəhdləri, eləcə də ADNSU-da keçirilmiş seminarla bağlı universitet rəhbərliyinə edilən müraciətlər vəziyyəti daha da həssas edir.
İnanırıq ki, son vaxtlar dövlət orqanlarının birbaşa ölkə Prezidentinin tapşırığı və dəstəyi ilə bu istiqamətdə həyata keçirmiş olduğu qətiyyətli tədbirlər hər kəsə dərs olacaqdır. Öz fəaliyyətində dönüş yarada bilməyənlər əmin olsunlar ki, onların da qapısını tez-gec DTX əməkdaşları döyməli olacaqlar.

Əvvəlki Yazı

Nazirləri bir də belə görün… – Video

Növbəti Yazı

Qazaxda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Milli Dövlətçiliyimizin Xilaskarı” adlı tədbir keçirilib

EKSKLUZİV

Hərbi təlim toplanışlarından yayınanlar və onlara yardımçl olanlar – Hansı cəza gözləyir?

Hərbi təlim toplanışlarından yayınanlar və onlara yardımçl olanlar – Hansı cəza gözləyir?

08 May 2026 / 10:18
2

Akif İslamzadə infarkt keçirdi – Xəstəxanadadır

08 May 2026 / 10:14
0
İcra başçısı xəstəxanada müalicə olunan şəhid atalarını və qaziləri ziyarət edib

İcra başçısı xəstəxanada müalicə olunan şəhid atalarını və qaziləri ziyarət edib

08 May 2026 / 9:53
1
Qazaxda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Milli Dövlətçiliyimizin Xilaskarı” adlı tədbir keçirilib

Qazaxda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Milli Dövlətçiliyimizin Xilaskarı” adlı tədbir keçirilib

08 May 2026 / 9:51
1

XƏBƏR LENTİ

Hərbi təlim toplanışlarından yayınanlar və onlara yardımçl olanlar – Hansı cəza gözləyir?

Akif İslamzadə infarkt keçirdi – Xəstəxanadadır

İcra başçısı xəstəxanada müalicə olunan şəhid atalarını və qaziləri ziyarət edib

Qazaxda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Milli Dövlətçiliyimizin Xilaskarı” adlı tədbir keçirilib

Bir dosentin qərəz macərası: BDU-dan xaricə uzanan yollar

Nazirləri bir də belə görün… – Video

Ata-oğul da təltif edildi

WUF13-ə görə bu yollarda avtobus zolaqları olacaq – Siyahı

Təyyarəsi Ankarada təcili eniş etmişdi – İrəvana yola düşdü – Yenilənib

Dünyanın ən gözəl kəndi seçildi – Fotolar

“Keçmişə mesaj göndərmək mümkündür”

PSJ finalda “Arsenal”a rəqib olur – Video-Yenilənib

Əkizdirlər, amma doğma bacı deyillər

Cəmil Əliyev həlak olan həkimin ailəsinə başsağlığı verdi

Qafar Dəmirçi onu ağac kəsdiyinə görə qınayan şəxsi məhkəməyə verdi

75 yaşlı qadını 8 minə görə öldürübmüşlər – Meyiti təlim iti tapıb…

Bakıda müğənni əməliyyatdan sonra öldü

Montyorluqdan rektorluğa… – Dosye

22 yaşlı qız atası və əmisi ilə bağlı videomüraciət yayıb kömək istədi – Polisdən açıqlama

İmamverdi İsmayılovun yeni əsəri – “LABİRİNT” – Bir ölüm haqqında povest…

Bəzi universitetlər distant tədrisə əməl etməyəcək? – Açıqlama

Prezident Melonini belə qarşıladı – Video

Bu şəxslər Prezidentin fərdi təqaüdünü alacaq – Siyahı

Meloni Azərbaycana gəldi – Foto

Biri keçmiş nazir, digəri mühəndis – İkisi də Azərbaycan çempionudur

“Arsenal” finalda! – Video-Yenilənib

Beynəlxalq reytinqdə ən böyük irəliləyiş Azərbaycanın oldu – Fotolar

Həmin uşağın valideynləri tapıldı

Asif həkim dəfn edildi – Foto

Yağış yağacaq, dolu düşəcək

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« Apr    
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.