ABŞ-də ötən ilin noyabrın 5-də Kentukki ştatında 15 nəfərin ölümünə səbəb olan təyyarə qəzası ilə bağlı yeni təhlükəsizlik kamerası görüntüləri yayımlanıb.
“Qafqazinfo” xəbər verir ki, ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) tərəfindən yayımlanan kadrlarda havaya qalxan yük təyyarəsində ciddi nasazlıq baş verdiyi anlar əks olunub.
Görüntülərdə sol mühərrikin qalxış zamanı sıradan çıxdığı və alovlandığı görünür.
Məlumata görə, təyyarədə üç ekipaj üzvü olub və ümumilikdə hadisə nəticəsində azı 15 nəfər həyatını itirib.









