“Küləkli hava şəraiti sabah gündüz saatlarında tədricən zəifləyəcək”.
Cumhuriyyet.az bildirir ki, bunu Oxu.Az-a açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
“Hazırda Bakıda və Abşeron yarımadasında hökm sürən küləkli hava şəraitinin oktyabrın 20-ci gündüz saatlarınadək davam edəcəyi proqnozlaşdırılır. Havanın maksimal temperaturunun 20-23 dərəcə isti olacağı gözlənilir”, – deyə G.Məmmədova bildirib.









