Özəlləşdirmə Çekləri olan hər bir ailədən xahiş olunur ki, öz deputatlarına müraciət etsinlər və bu məqaləni ona ünvanlasınlar…
“Facebook”da “Özəlləşdirmə Çekləri” qrupunda olan 41 mindən çox ailə adından Qanunla inflyasiyadan qorunan və bu gün üçün 40 000 manat əmlak evivalent dəyəri olan Miras Əmlak Payımızı TƏLƏB EDƏK.
Artıq hüquqşünas alimlərin araşdırmasından sonra hamı bilir ki, bütün özəlləşdiriləcək orta və iri dövlət əmlaklarının 65%-i qanunla özəlləşdirmə çekləri ilə vətəndaşlara məxsusdur. İnvestorlar ancaq Dövlət Qiymətli Kağızı kimi 1-cili olaraq yerləşdirdiyi zaman qanunla qoyulmuş qaydada DÖÇ-lərini vətəndaşlardan alaraq investisiya müsabiqələrində iştirak edə bilərdi. Sonradan qəbul olunmuş heç bir qanunvericilik aktı Konstitusiyaya görə vətəndaşların hüquqlarını məhdudlaşdıra bilməz.
Mətbuatda olan məlumatda deyilir ki, yeni “Özəlləşdirmə Qanunu” hazırlanıb və tezliklə Milli Məclisdə müzakirə olunacaq.
Biz bilirik ki, xalqını sevən bəzi deputatlar Milli Məclisdə dəfələrlə Özəlləşdirmə Paylarının (çek) Ulu Öndər Heydər Əliyev tərəfindən qanunla verildiyini və hər vətəndaşın halal mülkiyyət haqqı olduğunu söyləyib. Çeklərin ya kompensasiya edilməsini, ya da özəlləşdirmədə istifadəsini TƏLƏB edib. Hətta hələ 2017-ci ildə deputat Zahid Oruc Milli Məclisə müraciət etdi. Ancaq bəzi deputatlar bu gün də laqeydlik edirlər.
Əziz Deputatlar.
Ulu Öndər Heydər Əliyevin xalqa vədinə, dövlətin qəbul etdiyi qanunlara inanaraq Özəlləşdirmə Çeklərini satmayan 100 minlərlə ailələr adından sizdən xahiş edirik, bu müraciətimizi Milli Məclisin tribunasından səsləndirəsiniz.
Bizim Özəlləşdirmə Payları(çek) bağlı etdiyimiz şikayət AR Ali Məhkəməsində baxılacaq. Bildirmək istəyirik ki, Bakı Apelyasiya Məhkəməsində 21 fevralda olan məhkəmə iclasında qanun pozuntularına yol verdilər. Biz Bakı İnzibati Məhkəməsində olduğu kimi Apelyasiya Məhkəməsinin (məhkəmənin gedişi videoçəkilişlə olub) gedişində də SÜBUT etdik ki, Dövlət Özəlləşdirmə Paylarının (çek) dövriyyədən çıxarılması haqqında cənab Prezident öz fərmanında göstərdiyi kimi – tədavül (ödəmə) vasitəsi kimi istifadə müddəti başa çatmış DÖP-ları QANUNVERİCİLİKLƏ dövriyyədən çıxarılması barədə heç bir Qanunvericilik Aktı yoxdur. Belə ki, Mülki Məcəlləyə uyğun olaraq bu günə qədər Özəlləşdirmə Çeklərinin Mərkəzi Bank tərəfindən dövriyyədən çıxarılması barədə heç bir QAYDA hazırlanmayıb. Eyni zamanda Qanunun – Mülki Məcəllənin tələbinə uyğun olaraq, DÖÇ-lərinin dövriyyədən çıxarılması barədə bu günə qədər heç bir rəsmi dövlət orqanı mətbuatda ELAN verilməyib.
Məhkəmədə DƏMX-ti nümayəndələri şifahi sözlə, “Özəlləşdirmə Çekləri cənab Prezidentin 75 nömrəli Fərmanı ilə dövriyyədən çıxarılıb” deyərək cənab Prezidentə qarşı xəyanət etdi. Bəzi hakimlər mafyoz-oliqarx məmurlarla birlikdə öz çirkin əməllərini Prezidentin üstünə atmağa çalışırlar. Diqqət edin, Cənab Prezident 75 nömrəli bu Fərmanı 11 iyun 2004-cü ildə imzalayıb və öz fərmanında “Özəlləşdirmə Çekləri dövriyyədən çıxarılır” YAZMAYIB. Orada cənab Prezident Qanunvericiliklə dövriyyədən çıxarılır – yazılıb. (https://e-qanun.az/framework/6149)
1.2. bu Fərmanın 1.1-ci bəndində göstərilən müddətə qədər dövlət əmlakının özəlləşdirilməsi zamanı tədiyə vasitəsi kimi istifadə edilməyən özəlləşdirmə payları (çekləri) qanunvericiliklə müəyyən edilmiş qaydada dövriyyədən çıxarılır.
Ancaq məhkəmələrdə heç bir rəsmi sənəd və hüquqi fakt olmadan DƏMX-nin nümayəndəsinin şifahi sözü əsasında DÖÇ-ləri NƏ VAXTSA – məlum olmayan tarixdə dövriyyədən çıxarıldığı üçün kompensasiya tələbi üçün 1 illik müddət ötürülmüşdür- deyildi. Məhkəmələr isə bu yalana – şifahi sözə hüquqi qüvvə verməyə çalışırlar və öz qərarlarında 1 illik kompensasiya müddətinin keçdiyini yazaraq 100 minlərlə ailələrin Miras Əmlak Payı olan, Ulu Öndər Heydər Əliyev tərəfindən ömürlük olaraq vətəndaşlara qanunla verilmiş Özəlləşdirmə Payları üzərindəki mülkiyyət hüquqlarına xitam verməyə çalışdılar.
Hörmətli Deputatlar.
Diqqət edin.
Qiymətli Kağızların Qanunla dövriyyədən çıxarılmasına cavabdeh dövlət orqanı olan AR Maliyyə Bazarlarına Nəzarət Palatasının 2017-ci ildə rəsmi qaydada verdiyi 2 cavab (əlavə olunur) məktubunda DÖP(çek)larının dövriyyədən çıxarılması prosedurlarını əks etdirən qaydalar müəyyən edilmədiyindən gələcəkdə özəlləşdirmə paylarının dövriyyədən çıxarılması nəzərdə tutulmuşdur – yazılmışdır. ( Əlavə olunur)
Eyni zamanda 8 Fevral 2025-ci il tarixində AR Ədliyyə Nazirliyinin mətbuat xidmətinin mətbuat orqanlarına verdiyi rəsmi məlumata əsasən, AR Prezidentinin 2004-cü il 11 iyul tarixli 75 nömrəli Fərmanının 1.2 bəndində qeyd edilən dövlət əmlakının özəlləşdirilməsi zamanı tədiyyə vasitəsi kimi istifadə edilməyən özəlləşdirmə paylarının (çeklərinin) dövriyyədən çıxarılması qaydaları Hüquqi Aktların Dövlət Reysterində mövcud deyil.
Mülki Məcəllə – Maddə 1078-27. Qiymətli kağızların dövriyyədən çıxarılması
1078-27.3. Qiymətli kağızların dövriyyədən çıxarılması haqqında məlumat (ödəniş nəticəsində tədavüldən çıxarılması istisna olmaqla) maliyyə bazarlarına nəzarət orqanı tərəfindən qiymətli kağızların dövlət reyestrində müvafiq qeydlər edildiyi gündən yeddi iş günü müddətində rəsmi kütləvi informasiya vasitələrində dərc olunmalıdır.
1078-27.4. Qiymətli kağızların dövriyyədən çıxarılması barədə məlumatın dərc edildiyi gündən onların dövriyyəsinə yol verilmir. Bu məlumatın dərc edildiyi gündən həmin kağızlarla bağlanmış müqavilələr əhəmiyyətsizdir.
1078-27.5. Qiymətli kağızların dövriyyədən çıxarılması bu barədə müvafiq məlumat dərc edildikdən sonra həyata keçirilir.
1078-27.6. Qiymətli kağızların dövriyyədən çıxarılması və qaydaları maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilir.
Bildiyiniz kimi, qanunla bu səlahiyyətlər sonradan AR Mərkəzi Bankına verildi. Bu isə o deməkdir ki, Qiymətli Kağızlar barədə olan bütün məlumatlar Mərkəzi Bankın ARXİVİNDƏ olmalıdır. Biz ƏMDX-nin nümayəndələrinə DÖP(çek)larının dövriyyədən çıxarılması barədə mətbuatda nə vaxt elan verilib və hansı Qanunvericilik Aktı ilə DÖÇ-ləri dövriyyədən çıxarılıb sualı verdik, ancaq onlar cavab verməkdən imtina etdilər.
Sual olunur: “DƏMX-nin Çeklər dövriyyədən çıxarılıb” sifahi sözü ilə – Məhkəmə 1 illik kompensasiya müddətini hansı tarixdən hesablayır?
Çünki hətta 2016-cı ilə qədər Azərbaycan Respublikası Dövlət Qiymətli Kağızılar Komitəsinin arxivinin 2011-ci ildən 2016-cı ilə qədər olan SUAL-CAVAB BÖLMƏSİNƏKİ məlumatda sual olunur ki, hazırda Azərbaycanda hansı növ qiymətli kağızlar dövriyyədədir? Yazılır ki, hazırda özəlləşdirmə çekləri kimi qiymətli kağızlar dövriyyədədir.
Baxın:
https://web.archive.org/web/20160326152215/http://scs.gov.az/muraciet/m36
Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 mart tarixli 70 nömrəli Fərmanı ilə TƏSDİQ EDİLMİŞ ƏSASMAMƏDƏ (https://e-qanun.az/framework/16405 ) Komitənin vəzifələrinə aşağıdakı bəndlər:
3. Komitə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər icra hakimiyyəti orqanları, Azərbaycan Respublikasının Mərkəzi Bankı, yerli özünüidarəetmə orqanları, qeyri-hökumət təşkilatları, qiymətli kağızlar bazarının iştirakçıları olan hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
8.1.5. qiymətli kağızların dövriyyədən çıxarılması qaydalarını müəyyən etmək;
8.2.2. qiymətli kağızların dövriyyədən çıxarılmasına nəzarəti həyata keçirmək;
8.2.9. qiymətli kağızlar bazarında xidməti məlumatın saxlanılmasına və təqdim edilməsinə nəzarət etmək;
8.25. Komitənin fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daimi yeniləşdirilməsini təmin etmək.
Hörmətli Deputatlar.
Gördüyünüz kimi, Azərbaycan Respublikası Dövlət Qiymətli Kağızlar Komitəsinin 2011-ci ildən 2016-cı ilə qədər olan SUAL-CAVAB BÖLMƏSİNƏKİ arxivindən də məlum olur ki, həmin dövrdə özəlləşdirmə çekləri qiymətli kağız kimi dövriyyədən çıxarılmayıb.
Əgər DÖP-larının dövriyyədən çıxarılması barədə Qanunvericiliklə müəyyən olunmuş qaydada mətbuatda elan edilmə tarixini nə DƏMX-i, nə də Hakimlər bilmirsə, Məhkəmə Kompensasiya müddətini hansı tarixdən hesablayır?
Əgər DÖP-larının dövriyyədən çıxarılmasını tənzimləyən QANUNVERİCİLİK aktı bu günə qədər yoxdursa, XALQI aldadaraq yalanla – şifahi sözlə, cənab Prezidentin adına və Dövlətçiliyimizə QARA LƏKƏ salmaq istəyən DƏMX, oliqarx məmurlar və onlarla əlbir olan Hakimlər barədə Milli Məclisin hörmətli deputatları NƏ fikirləşirlər?
Haqqı, Ədaləti və Hüququ pozan, vicdansızlıq edərək xalqı aldadan, öz günahlarını və cinayətlərini cənab Prezidentin üstünə atmaq istəyən məmurlar – Xalqın onlara qarşı olan QARĞIŞ və söyüşlərini, nifrətini cənab Prezidentin üstünə yönəltmək istəyirlər.
Əziz Deputatlar!
Xalqın ata-babaları və özlərinin qanı-canı bahasına qurulmuş əmlaklardan 65%-i Ulu Öndər Heydər Əliyev tərəfindən Qanunla vətəndaşlara Özəlləşdirmə Payı kimi verilmişdir. Xalqı aldadaraq halal miras Əmlak Payını əlindən almaq istəyən – Erməni faşistlərdən də acgöz və hiyləgər olan bu oliqarx məmurlar Xalqın və Cənab Prezidentin düşmənləridir!
Hətta qeyd edək ki, DƏMX-nin özünün Rəsmi olaraq yazdığı cavabda – DÖÇ-lərinin Dövriyyədən çıxarılması barədə heç nə YAZILMAYIB, orada ancaq cənab Prezidentin Fərmanları ilə 2011-ci il 01 Yanvardan Özəlləşdirmə Çeklərinin Tədavül və Tədiyyə-Ödəmə vasitəsi kimi istifadə müddətinin başa çatdığı yazılıb.
Biz Apelyasiya Məhkəməsində hakimlərdən şifahi olaraq yalan deyilmiş bu informasiyanın – məlumatın düzgünlüyünü yoxlamaq üçün əvvəl bizim suallarımıza DƏMX-dən və Mərkəzi Bankdan rəsmi qaydada cavab alınmasını və SONRA qərar çıxarılmasını xahiş etdik. Lakin qanunvericiliyin aşağıdakı tələblərinə baxmayaraq, məhkəmə bunu təmin etmədi. Belə ki, İnzibati Prosessual Məcəllənin 14-cü maddəsində deyilir ki, “14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür”. (https://e-qanun.az/framework/46956 )
İnformasiya əldə etmək haqqında Azərbaycan Respublikasının Qanunu 6-cı maddəsində deyilir ki, informasiya əldə olunmasının əsas prinsiplərinin aşağıdakılardır:
6.1.7. informasiya əldə etmək hüququnun dövlət tərəfindən qorunması, o cümlədən məhkəmə yolu ilə müdafiəsi;
6.1.9. informasiya əldə etmək hüququnun pozulmasına görə informasiya sahiblərinin məsuliyyət daşıması;
Hörmətli DEPUTATLAR!
Bizim vəkillərimizin və vətəndaşların məhkəmələrə verdiyi vəsatətlərdə DƏFƏLƏRLƏ özəlləşdirmə çeklərinin dövriyyədən çıxarılması haqqında rəsmi məlumatların həm CAVABDEHLƏR tərəfindən təqdim edilməsini, həm də məhkəmə tərəfindən bu informasiyanın cavabdehlərdən alınmasınıxahiş və tələb etdik. Lakin Apelyasiya Məhkəməsi hakimləri düzgün informasiya əldə etmək və bütün hüquqi faktlara qiymət vermək əvəzinə QANUNLARI pozdular və QƏRƏZLİ şəkildə Bakı İnzibati Məhkəməsinin Qərarını qüvvədə saxladılar.
Hörmətli Deputatlar.
Xahiş edirik, gələcəkdə dövlətçiliyimizə, məhkəmə ədalət SİSTEMİNƏ və cənab Prezidentin adına ləkə salan və 100 minlərlə vətəndaşın mülkiyyət hüquqlarının pozulması ilə bağlı olan məlumatın əldə olunmasını təmin edəsiniz ki, ALİ MƏHKƏMƏ də səhvlərə yol verməsin. Gələcəkdə Yeni Özəlləşdirmə Qanunu qəbul olunan zaman qərəzli məqsədlə Qanunsuz – cinayəttərkibli bu məhkəmə qərarına əsaslanmasınlar.
ŞİFAHİ ifadə nə fakt, nə də sənəddir. Məhkəmə faktlara göz yumub şifahi ifadəyə əsasən QƏRAR verə bilməz! Bu, cinayətdir. Mütəşəkkil Korrupsiya Cinayətidir!
Hörmətli Deputatlar.
SİZDƏN XAHİŞ edirik!
Milli Məclis adından məcburi qaydada Ali Məhkəmə tərəfindən ƏMDX-indən və Mərkəzi Bankdan aşağıdakı 3 sualla Rəsmi cavab alınmasına kömək edəsiniz. Problemi NƏZARƏTDƏ SAXLAYASINIZ.
Ancaq düzgün və aydın cavablar alındıqdan sonra Qanunla qoyulmuş qaydalara əsaslanaraq Ali Məhkəmənin düzgün qərar qəbul edəcəyinə ümid edirik:
Birinci – Özəlləşdirmə Çekləri dövriyyədən çıxarılıbmı?
İkinci – əgər DÖP(çek)ları dövriyyədən çıxarılıbsa, hansı Qanunvericilik Aktı ilə dövriyyədən çıxarılıb Və Mülki Məcəlləyə uyğun olaraq, Mərkəzi Bank tərəfindən hansı qayda qəbul olunub?
Ücüncü – Qanunvericiliyə – Mülki Məcəlləyə uyğun olaraq, DÖP-ların (çek) dövriyyədən şıxarılması barədə məlumat 7 gün əvvvəl hansı mətbuat orqanı tərəfindən çap olunub?
Hörmətli Deputatlar!
Bu, xalqı aldatma yolu ilə kütləvi hüquq pozuntusudur və mütəşəkkil korrupsiya cinayətidir. Əgər doğrudan da Özəlləşdirmə Çekləri qanunvericiliklə dövriyyədən çıxarılmış olsa idi, heç olmasa 100 minlərlə vətəndaşdan 1-i kompensasiya almış olardı. Çox cahiş edirik, AR Ali Məhkəmənin Sədri Cənab İnam Kərimova Milli Məclis adından və öz adınızdan müraciət göndərəsiniz.
Cənab Prezidentin və məhkəmə sisteminin – dövlətçiliyimizin adına qara ləkə salan bu cinayətin, şərəfsizlik və ləyaqətsizliyin aradan qaldırılması Ali Məhkəməni Sədri kimi və həm də Məhkəmə Hüquq Şurasının Sədri kimi cənab İnam Kərimovun səlahiyyətlərinə aiddir. Çünki məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikasının Qanunu 99-cü maddəsinə görə, “Ədalət mühakiməsinin nüfuzuna, hakimin yüksək adına, şərəf və ləyaqətinə xələl gətirən hər hansı hərəkətdən çəkinmək hakimin vəzifəsidir”. Həmin Qanunun 8-ci maddəsinə görə, Ədalət mühakiməsinin hakimlərin müstəqilliyi təmin edilməklə, heç bir məhdudiyyət qoyulmadan, faktlara əsasən, qərəzsiz, ədalətlə və qanunlara müvafiq həyata keçirilməsi hakimin vəzifəsidir.
Əziz Deputatlar.
Siz, xalqın qeyrətli övladları olaraq deputat seçilmisiniz. Xalqa kömək edin. Faşist düşüncəli Oliqarx Məmurlar tərəfindən gələcəkdə cənab Prezidentə və dövlətçiliyimizə qarşı çox böyük problemlər yarada biləcək YALANI İFŞA EDİN!
Heç bir fakt və sənəd olmadığı təqdirdə hakimlər ŞİFAHİ sözü QANUNVERİCİLİKDƏN üstün tutarsa, bu, sadəcə mütəşəkkil CİNAYƏTDİR. Ancaq xalqın qeyrətli və dəyərli övladlarının xalqa qarşı olan bu cinayətə bitərəf qalmasının – göz yummasının NƏ DEMƏK olduğunu özünüz də gözəl bilirsiniz.
Hörmətli Deputatlar.
Sizdən Özəlləşdirmə Çeklərini Ulu Öndər Heydər Əliyevə inanıb satmayan 100 minlərlə ailələr adından və öz ailələrimiz adında çox xahiş edirik ki, kömək edin. Bizim müraciətimizi Milli Məclisin TRİBUNASINDA oxuyun və müzakirələr edin.
Milli.Yol.Az