“Bakinskiy rabochiy” qəzetinin gündəlik çapı dayandırılır.
Cumhuriyyet.az Teleqraf-a istinadən xəbər verir ki, qəzet may ayı ərzində həftəlik çapa keçəcək.
Həmçinin, iddialara görə, mətbuat orqanının əməkdaşları maliyyə durğunluğu ilə əlaqədar 6 aydır ki, əməkhaqlarını ala bilmirlər.
Məsələni dəqiqləşdirmək üçün qəzetin baş redaktoru İlqar Hüseynovla əlaqə saxlanılsa da, ancaq o, suala cavab verməkdən yayınaraq, telefonu qapadıb.
Qeyd edək ki, Azərbaycanda rus dilində çıxan qəzet 1920-ci il noyabrın 7-dən “Bakinskiy rabochiy” adlı ilə çap olunur.