Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

İçərişəhərlə bağlı mühüm layihə: icrasına başlanılır

Oktyabr 25, 2024
A A

REDAKTORUN SEÇİMİ

AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

18 Aprel 26 / 13:18
Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

14 Aprel 26 / 11:05
Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

02 Mart 26 / 11:01
1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

17 Fevral 26 / 7:23
Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

16 Fevral 26 / 12:42

Bakıda mobilliyin transformasiyası proqramının icrası çərçivəsində oktyabrın 27-dən paytaxtın mərkəzi hissəsi – İçərişəhər və Əziz Əliyev küçəsi ilə bağlı təklif edilən layihənin icrasına başlanılır.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.

Nəqliyyatı Əlaqələndirmə Şurası tərəfindən təsdiq edilən layihədə İstiqlaliyyət küçəsinin Azərbaycan prospekti ilə kəsişməsindən Əziz Əliyev küçəsinədək avtomobil hərəkətinin məhdudlaşdırılması, Qoşa Qala qapıları qarşısındakı meydanda turist avtobusları üçün minib-düşmə məntəqələrinin yaradılması, Əziz Əliyev küçəsində avtomobillərin hərəkətinin tam məhdudlaşdırılması nəzərdə tutulur. İçərişəhər ərazisinə sakinlərin və burada yerləşən diplomatik nümayəndələrin, operativ, texniki, mənzil-kommunal xidmətlərinin, müəssisələrin təchizat zəncirinin idarə edilməsi üçün nəzərdə tutulan nəqliyyat vasitələri istisna olmaqla, bütün avtomobillərin girişi məhdudlaşdırılacaq. Sözügedən nəqliyyat vasitələrinin İçərişəhərə girişə Neftçilər prospektindən icazə veriləcək.

Ərazidə piyada zonası və mikromobillik zolaqlarının yaradılması planlaşdırılır.

Qeyd edək ki, Bakının küçə və prospektlərində, xüsusilə şəhərin mərkəzi hissəsində nəqliyyat vasitələri və piyada axınının, eləcə də hərəkət sıxlığının son illər dəfələrlə artması əhalinin mobilliyinə ciddi maneə yaradır və yol hərəkəti iştirakçıları üçün təhlükə mənbəyinə çevrilir.

İstiqlaliyyət küçəsində nəqliyyat axınının intensivliyi, avtomobillərin Qoşa Qala qarşısındakı meydan və oradan da Əziz Əliyev küçəsi ilə Neftçilər prospektinə doğru hərəkəti vəziyyəti daha da çətinləşdirir, hətta nəticə etibarilə Neftçilər prospekti ilə hərəkətə də təsir göstərir. Bundan başqa, qeyd olunan meydanın özündə nəqliyyat və piyada axınları daim qarışır, bu da mobilliyə əhəmiyyətli dərəcədə mane olur.

Şəhərin bu hissəsində son zamanlar yaşanan acınacaqlı vəziyyət ictimaiyyət arasında və mediada dəfələrlə müzakirə mövzusuna çevrilib.

Şəhər sakinləri və qonaqların hərəkətinin rahatlığını təmin etmək məqsədi daşıyan Bakıda mobilliyin transformasiyası proqramının icrası çərçivəsində bütün aidiyyəti qurumların mütəxəssisləri bu ərazidəki vəziyyəti ətraflı öyrənib, uzun müddət hərəkətin intensivliyinin monitorinqini aparıb və xüsusi proqram təminatı üzərindən simulyasiyalar həyata keçirilib.

Nəqliyyat vasitələrinin girişinin məhdudlaşdırılması avtomobillərin sayını, səs-küyü və tullantıları azaltmaqla İçərişəhər sakinləri və qonaqların rahatlığı və təhlükəsizliyinə xidmət edir.

Dünyanın böyük şəhərlərinin təcrübəsi nəzərə alınmaqla hazırlanan layihə, digər amillərlə yanaşı, paytaxtın YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş nadir incisinin qorunub saxlanmasına töhfə verəcək, buradakı infrastrukturun tez aşınmasının qarşısını alacaq.

Qoşa Qala qapıları qarşısındakı meydanda turist avtobusları üçün minib-düşmə məntəqələrinin yaradılması İçərişəhərin qonaqlarının bu məkana daha rahat çatmasına imkan verəcək.

Əziz Əliyev küçəsində avtomobil hərəkətinin məhdudlaşdırılması Nizami küçəsindən başlayan piyada zonasının genişləndirilməsinə, mikromobillik xətlərini İstiqlaliyyət küçəsindəki mövcud zolaqla birləşdirərək Dənizkənarı Milli Parka doğru uzadılmasına şərait yaradacaq.

Bununla da şəhərin mərkəzi hissəsində nəhəng piyada zonası yaranacaq. Xatırladaq ki, ilk dəfə avtomobillərin hərəkətinin tamamilə məhdudlaşdırılması layihəsi Xaqani bağı ətrafında həyata keçirilib. Bu ərazi genişmiqyaslı yenidənqurmadan sonra bütünlüklə piyada zonasına çevrilib. Hazırda belə zonanın yaradılması prosesi metronun “28 May” stansiyasının qarşısındakı meydanda davam edir.

Əvvəlki Yazı

Prezident 2 fərman imzaladı

Növbəti Yazı

Əliyev Tokayevə məktub ünvanladı

EKSKLUZİV

Kukla Teatrı may repertuarını açıqlayıb

Kukla Teatrı may repertuarını açıqlayıb

30 Aprel 2026 / 19:50
1

ABŞ-da Təhlükəli İstilacı Növ: Zıplayan Solucanlar Torpağı Yox Edir

30 Aprel 2026 / 19:47
0

İsrail ‘Sumud Flotiliyası’ Aktivistlərini Yunanıstana Təhvil Verir: Rəsmi Açıqlama

30 Aprel 2026 / 19:47
0

Derbi Həyəcanı: “Neftçi” – “Qarabağ” Matçının Heyətləri Bəlli Oldu!

30 Aprel 2026 / 19:47
0

XƏBƏR LENTİ

Kukla Teatrı may repertuarını açıqlayıb

ABŞ-da Təhlükəli İstilacı Növ: Zıplayan Solucanlar Torpağı Yox Edir

İsrail ‘Sumud Flotiliyası’ Aktivistlərini Yunanıstana Təhvil Verir: Rəsmi Açıqlama

Derbi Həyəcanı: “Neftçi” – “Qarabağ” Matçının Heyətləri Bəlli Oldu!

Birinci Liqada 24-cü Turun Həyəcanı: Gərgin Qarşılaşmalar Və Nəticələr

Trampdan Almaniya Kanslerinə sərt mesaj: “Öz çökmüş ölkəsini xilas etsin!”

“TurAz Qartalı – 2026” Təlimləri Davam Edir: Bakı və Ankara Hərbi Əməkdaşlığı Gücləndirir

Kamran Əsədovun Məhkəməsi Baş Tutdu: İctimaiyyət Nəticələri Gözləyir

Dağıstanda Rəhbər Dəyişikliyi Gözlənilir: Moskva Yeni Namizədi Təqdim Edəcək?

FİFA Konqresində İran Skandalı: Nümayəndə Heyəti Niyə Buraxılmadı?

Nəhəng İçki Şirkəti Məhsullarını “Salmonella” Riskinə Görə Geri Çağırır

Latın Amerikası ölkəsi səmasını “Dəmir Günbəz”lə qalaya çevirir: 600 milyon dollarlıq müqavilə imzalandı

Optik İllüziyalı Yollar Sürücüləri Əyləcə Basmağa Məcbur Edir: Təhlükəsizlikdə Yeni Era

UEFA MÜBAHİSƏLİ PENALTİ QƏRARINA SON NÖQTƏ QOYDU: RƏSMİ AÇIQLAMA

Çempionlar Liqasında Həftənin Ən Yaxşı Futbolçusu Elan Edildi!

ABŞ-ın Nəhəng Təyyarə Gəmisi “USS Gerald R. Ford” Orta Şərqdən Çəkilir

Ermənistanda şok təklif: “Azərbaycan təhdidlərinə qarşı dura bilmiriksə, ordunu buraxaq!”

Azərbaycanda çörək bahalaşması və qıtlığı iddiaları – RƏSMİ AÇIQLAMA

Bakı meriyasından “Gəncə Körpü Tikinti-2″yə 25 milyonluq nəhəng tender: Şirkət bir gündə iki müqavilə qazandı

Kreml Təsdiqləyir: Rusiyadakı İqtisadi Geriləmə Sabitliyin Təminatıdır – Peskovdan Sensasion Açıqlama

RTÜK-dən televiziya kanallarına və seriallara sərt cəzalar: Detallar açıqlandı

Azərbaycanın Qüruru: Xüsusi Təyinatlı Qüvvələr Günü Təntənəli Şəkildə Qeyd Edildi

Hikmət Hacıyev Səudiyyə Ərəbistanı səfiri ilə görüşdü: Əməkdaşlıq perspektivləri müzakirə olunub

Misli Premyer Liqasında Həftənin Oyunlarına Hakimlər Təyin Edildi

İMF-dən Azərbaycana Müjdə: Valyuta Ehtiyatları 90 Milyard Dolları Ötəcək!

Milli Onkologiya Mərkəzində partlayış – Xəstə öldü, həkim yaralandı – Yenilənib

2.4 Milyon Körpənin Həyatını Xilas Edən Qəhrəman Bağışçı: 14 Yaşında Verilən Vədin Sirri

WhatsApp Milyonlarla Android İstifadəçisi Üçün Dəstəyi Dayandırır: Köhnə Telefonlar Geridə Qalır

Merz hərbi geyimdə tankda: Almaniyanın müharibə hazırlığı və NATO-ya sadiqlik mesajı

Barselona Ansu Fati ilə yollarını ayırır: Satış qərarı verildi

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
« İyl   Noy »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.