Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Manşet

Sabir Rüstəmxanlı Xameneiyə müraciət etdi

İyun 24, 2025
A A

REDAKTORUN SEÇİMİ

Azərbaycandan xaricə milyonlar çıxaran dəstə – Qazaxlı “Musto“, Aqil, Nicat və digərləri…

Azərbaycandan xaricə milyonlar çıxaran dəstə – Qazaxlı “Musto“, Aqil, Nicat və digərləri…

19 Avqust 26 / 13:03
Nazir dostunu həbsdən qoruya bilərmi? – “Rabitəçi” Sənan Mənsimli və Qarabağ təhsilində ciddi korrupsiya iddiaları

Nazir dostunu həbsdən qoruya bilərmi? – “Rabitəçi” Sənan Mənsimli və Qarabağ təhsilində ciddi korrupsiya iddiaları

17 Avqust 26 / 14:16
Laçında Bərpa-tikinti adı ilə milyonlar bir mənbədən xərclənir(?)! –Əsaslı şübhələr var…

Laçında Bərpa-tikinti adı ilə milyonlar bir mənbədən xərclənir(?)! –Əsaslı şübhələr var…

05 Avqust 26 / 11:43
“Aqro Mall” Ticarət Mərkəzinin direktorunun qaranlıq keçmişi: Həsən Şərifov çox milyonlu yeyintini necə gizlədib?

“Aqro Mall” Ticarət Mərkəzinin direktorunun qaranlıq keçmişi: Həsən Şərifov çox milyonlu yeyintini necə gizlədib?

29 İyul 26 / 12:55
Səfər Mehdiyevin bacanağı – Xəstəxana direktoruna cinayət işi açıldı – 200 minlik yeyinti

Səfər Mehdiyevin bacanağı – Xəstəxana direktoruna cinayət işi açıldı – 200 minlik yeyinti

28 İyul 26 / 18:10

Əgər bu rəhbərlik ölkəni xilas edə bilmirsə, əksinə, onu qarışıqlığa, müharibəyə və iqtisadi böhrana sürükləyirsə, o zaman bu mövqedə qalmaq nə dini, nə də əxlaqi baxımdan əsaslandırıla bilər.

Cumhuriyyet.az xəbər verir ki, bu fikirlər Dünya Azərbaycanlıları Konqresinin sədri, xalq şairi Sabir Rüstəmxanlının İran İslam Respublikasının ali rəhbəri Seyid Əli Xameneiyə müraciətində yer alıb.

Həmin müraciəti təqdim edirik:

Cənab Xamenei!

Bu müraciəti sizə Azərbaycan Respublikasının vətəndaşı və bir qələm sahibi olaraq, qonşu İran İslam Respublikasının dinc və əməksevər xalqına böyük sevgi və hörmət bəsləyən, özünü müsəlman olmağı ilə qürurlu sayan və uzun illər müxtəlif vəzifələrdə çalışmış, dünyanı az-çox bilən bir şəxs olaraq, dərin narahatlıq və mənəvi məsuliyyət hissi ilə yazıram.

Tutduğum vəzifə mənə 1990-cı illərin əvvəllərində Sizinlə üç dəfə görüşmək, Sizi dinləmək və özəlliklə sənət, ədəbiyyat haqqında fikirlərinizlə tanış olmaq fürsəti verib. Bu söhbətlərdə Siz mənə humanist təbiətli bir el ağsaqqalı təsiri bağılamışdınız. Hətta “Hünər” adlı bir kitabınızı Azərbaycan türkcəsinə çevirib Bakıda nəşr etmişdik. Sonralar İranda gedən prosesləri, Azərbaycan türklərinə qarşı aparılan islama və insanlığa sığmayan assimilyasiya siyasətini görüb Sizə bir açıq məktub da yazmışdım. Məktubda bildirmişdim ki, dinin siyasətə alət edilməsi doğru deyil; fars-şiə şovinizmi İranı bütün islam dünyasına qarşı qoyur və ölkənin gələcəyi üçün böyük təhlükədir.

Kimlərəsə özündənrazılıq kimi görünə bilər, lakin deməliyəm ki, o məktub, beynəlxalq hüquqla və dövlətçilik prinsipləri, dinin cəmiyyətdəki yeri ilə bağlı bəzi məqamları nəzərə alınsa, İranın bu cür hədəfə çevrilməsinin qarşısı alına bilərdi. Bunu düşünməkdənsə, İranda mənə aşağı səviyyəli, təhqiramiz yazılarla cavab verdilər.

Mən bütün xalqların gələcəyini yalnız sülh, ədalət və insani dəyərlər üzərində qurulmuş bir dünyada görən şair və siyasətçiyəm. Siz uzun illərdir İran İslam Respublikasının dini və mənəvi lideri kimi ölkəyə rəhbərlik edir, bu sahədə böyük zəhmət çəkirsiniz. Şübhəsiz, Sizə də məlumdur ki, bu gün İran xalqları öz tarixlərinin ən ağır və ağrılı dönəmlərdən birini yaşayırlar.

İsrail ilə davam edən açıq hərbi münaqişə təkcə İran üçün deyil, bütün bölgə və dünya üçün də ciddi təhlükələr doğurmuşdur. Minlərlə günahsız insan həyatını itirib, ölkə iqtisadiyyatı çökmək üzrədir, milyonlarla insan yaşayış imkanlarından məhrum olub, gənclər ölkəni tərk edir, xalq isə qorxu, aclıq və ümidsizlik içində yaşamaqdadır.

Mövcud vəziyyətin davam etməsi İranın:

– beynəlxalq aləmdən tam təcrid olunmasına,

– Qərbin Səlib müharibəsi yolunu davam etdirən böyük gücləri ilə qarşıdurma riskinin artmasına və xalqın həyat səviyyəsinin kəskin şəkildə aşağı düşməsinə gətirib çıxarır.

Hörmətli cənab Xamenei!

Bir mənəvi liderin vəzifəsi təkcə ideoloji və dini şüarlarla deyil, həm də xalqının rifahı, təhlükəsizliyi və mənəvi rahatlığı ilə ölçülür. Əgər bu rəhbərlik ölkəni xilas edə bilmirsə, əksinə onu qarışıqlığa, müharibəyə və iqtisadi böhrana sürükləyirsə, o zaman bu mövqedə qalmaq nə dini, nə də əxlaqi baxımdan əsaslandırıla bilər.

Bu səbəbdən tarixi və mənəvi məsuliyyət tələb edən bir qərar vermək Sizin vicdan və vətəndaş borcunuzdur.

Mövcud vəzifənizdən könüllü olaraq istefa verib, idarəçiliyi xalqın iradəsini ifadə edən, beynəlxalq ictimaiyyət tərəfindən qəbul oluna biləcək, ədalətli və şəffaf bir rəhbərliyə həvalə edin.

Bu addım müharibənin dayandırılması üçün diplomatik yolları aça bilər, İran xalqını beynəlxalq təcriddən azad edə və ölkəni sülh və rifaha aparan yola çıxara bilər.

Bu, nə zəiflik, nə də təslim olmaqdır. Əksinə, bu cəsarətli və mənəviyyata əsaslanan liderliyin müdriklik nümunəsidir. Tarix bu qərarı, xalq isə bu mərhəməti əsla unutmaz. Tanrı İran xalqlarına yar olsun!

Hörmətlə,

Sabir Rüstəmxanlı, Azərbaycan Respublikasının xalq şairi, Dünya Azərbaycanlıları Konqresinin həmsədri

23 iyun 2025

Əvvəlki Yazı

Azərbaycan UNEP CPR Bürosunun sədri seçildi – İlk

Növbəti Yazı

Atəşkəs pozuldu: Trampdan ilk açıqlama

EKSKLUZİV

Ağstafada Yeni Azərbaycan Partiyasının veteranı Akif Abbasovun anadan olmasının 85 illik yubileyi qeyd olunub – FOTOLAR

Ağstafada Yeni Azərbaycan Partiyasının veteranı Akif Abbasovun anadan olmasının 85 illik yubileyi qeyd olunub – FOTOLAR

25 Avqust 2026 / 18:30
4
Şəhid və qazi övladlarına Pakistanda təqaüdlə təhsil imkanı yaradılır

Şəhid və qazi övladlarına Pakistanda təqaüdlə təhsil imkanı yaradılır

25 Avqust 2026 / 14:30
5
Xarici pasportu olanlara mühüm XƏBƏRDARLIQ

Xarici pasportu olanlara mühüm XƏBƏRDARLIQ

24 Avqust 2026 / 15:01
2
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq

Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq

24 Avqust 2026 / 14:58
5

XƏBƏR LENTİ

Ağstafada Yeni Azərbaycan Partiyasının veteranı Akif Abbasovun anadan olmasının 85 illik yubileyi qeyd olunub – FOTOLAR

Şəhid və qazi övladlarına Pakistanda təqaüdlə təhsil imkanı yaradılır

Xarici pasportu olanlara mühüm XƏBƏRDARLIQ

Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq

Paşinyan: Ermənistan tezliklə Aİ-yə üzv olmaq üçün müraciət prosesinə başlayacaq

Özbəkistan Prezidenti və xanımı Prezident İlham Əliyevi və Mehriban Əliyevanı Buxarada qarşılayıblar

Ermənistana 242 ton propan göndərildi

Prezident İlham Əliyev Buxarada səfərdədir

Sükan arxasında telefon işlədənlərə xəbərdarlıq

Ermənistan kosmosa 3 peyk buraxacaq

Prezident İlham Əliyev Zelenskini təbrik edib

Adəm İsmayıl Bakuvi: “Azərbaycan-Özbəkistan münasibətlərinin təməlində ortaq tarix və qarşılıqlı etimad dayanır”

Samuxda qarayara yayılır? – Nazirlikdən AÇIQLAMA

Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib

İki ildə 189 min şəxsi işlə təmin edilib

Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq

MSK sədri Qazaxıstanda parlament seçkilərini müşahidə edəcək

DSMF-nin xərcləri 9,8% artıb

Azərbaycan neftinin qiyməti 97 dollara yaxınlaşıb

Ermənistana bu dəfə buğda və arpa göndəriləcək

Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki “qələbəsidiir”-ŞİKAYƏTÇİ

Yeni proqramda Qarabağ ideologiyası yoxdur – Paşinyan

“Kərki Ermənistan ərazisi deyil” – Paşinyandan etiraf

Bakıda güclü külək nə vaxta kimi davam edəcək?

Şagirdlərin elektron yerdəyişməsi başlayıb

MİDA “Güzəştli mənzil” sistemini ASANLAŞDIRDI

Bakıda külək əsəcək, rayonlarda yağış yağacaq

Azərbaycan XİN Mərkəzi Afrika Respublikasına başsağlığı verib

Bakıda mühüm beynəlxalq konfrans keçiriləcək

Bu sənədi itirənlər 200 manat cərimə olunacaqlar

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
İyun 2025
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« May   İyl »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.