Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Hadisə

“Quba hadisələr”inin səbəbkarı olan sabiq başçıya həbs təhlükəsi

Avqust 15, 2025
A A

REDAKTORUN SEÇİMİ

Maliyyə nazirinin müavini Anar Kərimov ƏƏSMN-də də müavindir?

Maliyyə nazirinin müavini Anar Kərimov ƏƏSMN-də də müavindir?

15 Avqust 25 / 12:08
“Zeyd” restoranı Eldar Əzizovu yalançı çıxartdı: Bakı Şəhər İcra Hakimiyyətinin şousu – FOTOLAR

“Zeyd” restoranı Eldar Əzizovu yalançı çıxartdı: Bakı Şəhər İcra Hakimiyyətinin şousu – FOTOLAR

13 Avqust 25 / 13:04
Rafael Bünyatov özünü Karate Federasiyasında vitse-prezident kimi təqdim edir

Rafael Bünyatov özünü Karate Federasiyasında vitse-prezident kimi təqdim edir

13 Avqust 25 / 11:44
Qara maliyyənin “boz kardinalı”: Cavanşir Yusifov iş başındadır

Qara maliyyənin “boz kardinalı”: Cavanşir Yusifov iş başındadır

13 Avqust 25 / 10:32
Göyçay YAP sədrinin 22 yaşlı oğlu milyonluq tenderlər qazanır

Göyçay YAP sədrinin 22 yaşlı oğlu milyonluq tenderlər qazanır

11 Avqust 25 / 17:57

Qubanın sabiq icra başçısı, indiki biznesmen Rauf Həbibov həbs təhlükəsi ilə üz-üzə qalıb. Buna səbəb onun vergiyə külli miqdarda borcunun yaranmasıdır.

Musavat.com xəbər verir ki, Rauf Həbibovun qanuni təmsilçisi olduğu “Kaspian Biznes Servisez” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) vergiyə külli miqdarda borcu var.

Hazırda MMC-nin vergiyə olan borcu rəsmi olaraq 336 min manatdır. Bundan əlavə səyyar vergi yoxlaması zamanı şirkət barəsində 400 min manat əlavə vergi, 200 min manat isə maliyyə sanksiyası hesablanıb. Hazırda hesablanan vergi borcu üzrə MMC tərəfindən hazırlanan şikayət məhkəməyə təqdim edilib.

Vergilər Nazirliyi isə məhkəməyə müraciət edərək MMC-nin rəhbərinin ölkədən çıxışına məhdudiyyət qoyulması barədə qərar çıxarılmasını istəyib.

Rauf Həbibov kimdir?

Rauf Xeyrulla oğlu Həbibov 1965-ci ildə Lənkəran şəhərində anadan olub. Əmək fəaliyyətinə 1982-ci ildən Qaradağ Tikinti Materialları Kombinatında fəhləlikdən başlayıb. 1990-cı ildə İnşaat Mühəndisləri İnstitutunu bitirib. Uzun illər tikinti sahəsində çalışıb, “Günəş” kiçik müəssisəsinin direktoru, “Müstəqil Balbelan” müəssisəsinin direktor müavini vəzifələrində işləyib.

2002-ci il iyunun 5-dən Quba Olimpiya Kompleksinin və Diaqnostika Mərkəzinin tikintisinə rəhbərlik edib. 2003-cü il mayın 27-də rayonun Timiryazyev qəsəbəsində 16 sot torpaq sahəsi alıb. Qubada bizneslə məşğul olmağa başlayıb. Özünə villa tikdirib, əkin sahələri almağa başlayıb. Onun sabiq nəqliyyat naziri Ziya Məmmədovun adamı olduğu bildirilirdi. Rauf Həbibovun 2007-ci il oktyabrın 1-də Quba Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmasında Ziya Məmmədovun da rolu olub.

Rauf Həbibov postunu necə itirdi?

5 il Qubanın icra başçısı olmuş Rauf Həbibovun yerli camaatı təhqir etməsi ilə bağlı sosial şəbəkələrdə videolar paylaşılmışdı. Bu, sakinləri narazı salmış və icra hakimiyyətinin qarşısına toplaşmış insanlar başçısının üzr istəməsini və istefa verməsini tələb etmişdi. Rauf Həbibov ilk dəfə narazı kütlə qarşısına çıxan zaman “üzr istəməyə hazıram” desə də üzr istəməmişdi. Bundan sonra narazı camaat icra başçısının evini yandırmışdı. Polislə qarşıdurma zamanı xeyli sayda şəxs saxlanılmışdı.

Rauf Həbibov icra başçısı vəzifəsindən azad edildikdən sonra bizneslə məşğul olmağa başladı. Onun oğlunun və digər ailə üzvlərinin adına Londonda mülklər olduğu da bildirilir.

Qeyd edək ki, Həbibovun rəhbərlik etdiyi “Kaspian Biznes Servisez” şirkəti tikinti sahəsində fəaliyyət göstərir.

Əvvəlki Yazı

DÜNYANIN GÖZÜ ALYASKADA – Aviabazada keçiriləcək Putin – Tramp görüşünün təfərrüatları açıqlandı

Növbəti Yazı

Zəngəzur dəhlizindən necə keçəcəyik? – Detallar AÇIQLANDI

EKSKLUZİV

İRAN ZƏNGƏZUR DƏHLİZİ İLƏ “BARIŞDI”

İRAN ZƏNGƏZUR DƏHLİZİ İLƏ “BARIŞDI”

15 Avqust 2025 / 16:32
2
Tramp 907-ci düzəlişi rəsmən DAYANDIRDI

Tramp 907-ci düzəlişi rəsmən DAYANDIRDI

15 Avqust 2025 / 16:24
0
Rusiyada yaşayan azərbaycanlılarla bağlı SƏRT QADAĞA – FOTO

Rusiyada yaşayan azərbaycanlılarla bağlı SƏRT QADAĞA – FOTO

15 Avqust 2025 / 15:00
1
Xaqan və xalqın birliyi – vətənin diriliyi

Xaqan və xalqın birliyi – vətənin diriliyi

15 Avqust 2025 / 14:55
2

XƏBƏR LENTİ

İRAN ZƏNGƏZUR DƏHLİZİ İLƏ “BARIŞDI”

Tramp 907-ci düzəlişi rəsmən DAYANDIRDI

Rusiyada yaşayan azərbaycanlılarla bağlı SƏRT QADAĞA – FOTO

Xaqan və xalqın birliyi – vətənin diriliyi

Zəngəzur dəhlizindən necə keçəcəyik? – Detallar AÇIQLANDI

“Quba hadisələr”inin səbəbkarı olan sabiq başçıya həbs təhlükəsi

DÜNYANIN GÖZÜ ALYASKADA – Aviabazada keçiriləcək Putin – Tramp görüşünün təfərrüatları açıqlandı

Azərbaycanda narkomanların sayı artıb – Rəsmi statistika

Maliyyə nazirinin müavini Anar Kərimov ƏƏSMN-də də müavindir?

Tibb Universitetinə qarşı ETİRAZLAR artır… “ATU-da 6500 manatlıq keyfiyyətdə təhsil var?”

Alla Puqaçova Rusiya vətəndaşlığından imtina edir

Azərbaycan manatının dövriyyəyə buraxılmasından 33 il keçir

Qod Nisanov oğluna toy edir – AZƏRBAYCAN MƏMURLARI QATILACAQMI?

“Bu məhkumlar azadlığa buraxıla bilər” – Hüquq müdafiəçisi AÇIQLAYIR

9 saylı cəzaçəkmə müəssisəsində president sərəncamı qulaqardına vurulur

Cavanşir Yusifov plana düşən Bakıdan BELƏ PUL QAZANIR… – Samir Şərifovun himayəsi altında…

Ələtdə çay məcrasının dəyişdirilməsi və yol qovşağının inşası zamanı ağaclar köçürüləcək

İcra başçısının adının hallandığı qalmaqalı iş… – Məhkəmə başlayıb

Bu institutlar birləşdirilir – İşçi qrupu yaradıldı

ERMƏNİ MÜXALİFƏTİ “SİQNAL” GÖZLƏYİR?

Xəzər əldən gedir – ƏN QORXUNC PROQNOZLAR DOĞRULUR

“Zeyd” restoranı Eldar Əzizovu yalançı çıxartdı: Bakı Şəhər İcra Hakimiyyətinin şousu – FOTOLAR

Rafael Bünyatov özünü Karate Federasiyasında vitse-prezident kimi təqdim edir

Ağ Evdən mesaj: “Tramp yolunu bloklayanları Tramp özü…”

Tramp və Putinin Alyaskadakı görüş yeri məlum oldu

Qara maliyyənin “boz kardinalı”: Cavanşir Yusifov iş başındadır

Suraxanı məhkəməsində saxtakarlıq: hakimdən Mehriban Əliyevaya şikayət olundu

Amerika Birləşmiş Ştatları – Dünyanın sülh və təhlükəsizlik qarantı

SSRİ dövründə Xəzər dənizini ikiyə bölmək istəyiblər

İran Ermənistana XƏBƏRDARLIQ ETDİ

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Avqust 2025
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« İyl    
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.