Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

Kondisionerlə qorxulu xəstəlik yayılır – ŞOK XƏBƏRDARLIQ

Avqust 22, 2025
A A

REDAKTORUN SEÇİMİ

Sabirbad müəllimlərinin Həmkarlar İttifaqı NƏYƏ XİDMƏT EDİR? – İTTİHAM…

Sabirbad müəllimlərinin Həmkarlar İttifaqı NƏYƏ XİDMƏT EDİR? – İTTİHAM…

16 Oktyabr 25 / 12:32
Ağtafada dəhşətli mənzərə: mərkəzi küçələr zibillik meydanına çevrilib

Ağtafada dəhşətli mənzərə: mərkəzi küçələr zibillik meydanına çevrilib

10 Oktyabr 25 / 15:36
“Pilgrim Education”un rəhbəri Aisa Aslanova növbəti qurbanlarının axtarışında….

“Pilgrim Education”un rəhbəri Aisa Aslanova növbəti qurbanlarının axtarışında….

09 Oktyabr 25 / 15:52
Xətai rayon başçısı Rafiq Quliyev hansı şərtlərlə qanunsuz tikintilərə icazə verir?- FAKT

Xətai rayon başçısı Rafiq Quliyev hansı şərtlərlə qanunsuz tikintilərə icazə verir?- FAKT

09 Oktyabr 25 / 12:05
Ağdam icra başçısından xoşagəlməz hərəkət: Şəhid anası və qazilər ayaqüstə, özü  isə… – FOTOFAKT

Ağdam icra başçısından xoşagəlməz hərəkət: Şəhid anası və qazilər ayaqüstə, özü isə… – FOTOFAKT

08 Oktyabr 25 / 17:00

Pulmonoloq pnevmoniyada artımın səbəbləri barədə danışdı
Dövlət Statistika Komitəsi Azərbaycanda pnevmoniyaya yoluxmada artım barədə mətbuata açıqlama verib. Komitədən bildirilib ki, 2024-cü ildə ölkədə ilk dəfə pnevmoniya diaqnozu qeydə alınan xəstələrin sayı 64 min 227 (2013-cü ildə 58 min 507 nəfər) nəfər olub.

Bundan başqa, həmin şəxslərdən 32 min 234-ü kişi, 31 min 993-ü isə qadın olub. Eyni zamanda xəstələrdən 13 min 362-i 3-13 yaş, 4 min 84-ü 14-17 yaş, 11 min 498-i isə 18-29 yaş aralığında olub. Həmçinin 30 və yuxarı yaşda isə 35 min 283 nəfər ötən il pnevmoniyaya yoluxub. Həmin müddətdə ölkə üzrə pnevmoniyalardan ölənlərin sayı 425 (şəhər yerləri üzrə 224, kənd yerləri üzrə 201) nəfər təşkil edib.

Bu da olduqca yüksək göstəricidir. Pnevmoniya və ya sətəlcəm ağciyərlərin iltihablı xəstəliyidir. Antibiotiklərin istifadəsindən əvvəl ağciyərlərin iltihabı ən qorxulu xəstəliklərdən biri idi.

Ölkədə pnevmoniya (sətəlcəm) xəstəliyi çox geniş yayılıb. Bunun səbəbi kəskin respirator virus infeksiyalarının vaxtında və düzgün müalicə edilməməsi göstərilir. Ümumilikdə kəskin pnevmoniya ilə xəstələnmə və ondan ölüm göstəricisi qadınlara nisbətən kişilərdə daha çox müşahidə olunur.

Qeyd edək ki, pnevmoniya və ya sətəlcəm ağciyərlərin iltihablı xəstəliyidir və əsasən bakteriya, göbələk, virusların iştirakı ilə yaranır. Lakin pnevmoniya hava ilə ağciyərlərə düşən kimyəvi maddələr tərəfindən də yarana bilər. Pnevmoniya hər hansı uzun müddət davam edən xəstəliklərin (əsasən immun çatışmazlığı, ürək çatışmazlığı və onkoloji xəstəliklər) fəsadı kimi də üzə çıxır. Xəstəlik ağciyər toxumasının bir və ya bir neçə hissəsini tutur. Pnevmoniya zamanı alveol, tənəffüs yollarında maye və digər selikli ifrazatlar toplanaraq həmin nahiyədə qan dövranı durğunluğuna, ağciyər toxumasının sərtləşməsinə, bununla da qazlar mübadiləsinin pisləşməsinə səbəb olur. Pnevmoniya gedişatına görə kəskin və xroniki olur. Onun krupor, ocaqlı, intersistial və s. formaları var.

Xəstəliyin simptomlarına döş qəfəsində, xüsusilə dərin nəfəs alma zamanı təngnəfəslik, yüngül fiziki gərginlik olduqda tərləmə, öskürək, kəskin zəiflik, ümumi halsızlıq, başağrıları, yüksək hərarət (bədən temperaturunun yüksəlməməsi ilə də təsadüf edilir), arterial təzyiqin enməsi aiddir. Ağır hallarda isə tənəffüs çatışmazlığı, qanhayxırma, döş qəfəsindəki xırıltılar kimi simptomları yarana bilir. Xəstəliyin risk qrupuna yaşlı insanlar, yanaşı xroniki xəstəlikləri olan (şəkərli diabet, ağciyərlərin xroniki xəstəlikləri, parkinsonizm, ürək-damar sistemindəki xəstəliklər, alkoqol aludəçiləri) yeni əməliyyat olan xəstələr, immun sistemi zəiflədən preparatlar qəbul edən xəstələr, anadangəlmə bronx-ağciyər xəstəlikləri olanlar daxildir. Xəstəlik kəskin tənəffüs çatışmazlığı, plevrit (irinli), abses və ya qanqren, septiki şok, meningit, böyrəklərin iltihabı, ürək ritminin pozulması, ağciyər toxumasının çapıq dəyişikliyi kimi fəsadlara səbəb ola bilər.

Pulmonoloq Əsəd Beydullayev mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, son illərin statistikası ilə müqayisə etsək, indi vəziyyət xeyli yaxşıdır,  xüsusilə 3-4 il əvvəlki – koronavirus pandemiyası dövrü ilə müqayisədə pnevmoniya halları yüz dəfələrlə azdır: “Hazırda xəstə sayı həmin dövrlə müqayisədə əhəmiyyətli dərəcədə azalıb. Ümumiyyətlə, pnevmoniyanın yaranmasına səbəb olan müxtəlif faktorlar var”.

Əsəd Beydullayev deyib ki, bəzi hallarda yay aylarında pnevmoniya hallarının qışla müqayisədə daha çox müşahidə olunması mümkündür: “Bu, paradoksal səslənsə də, əsas səbəblərdən biri kondisionerlərin istifadəsidir. Kondisionerin yaratdığı soyuq bir tərəfdən orqanizmə təsir edir, digər tərəfdən isə “Legionella” adlı infeksiya vasitəsilə pnevmoniyaya səbəb ola bilər. Bu bakteriya kondisionerin içində və nəm mühitlərdə yaşaya bilir. Bu cür infeksiyaların diaqnostikası və müalicəsi də çətin olduğundan pnevmoniya hallarının sayı arta bilir. Amma bu, sağalan xəstəlikdir”.

Pulmonoloqun fikrincə, yay aylarında soyuq içkilərin həddindən artıq qəbulu da yerli immun sisteminin zəifləməsinə, nəticədə pnevmoniyanın yaranmasına səbəb olur: “Qış aylarında xəstəliklərin artmasının əsas səbəblərindən biri insanların qapalı məkanlarda daha çox vaxt keçirməsidir. Belə məkanlarda bir nəfər xəstə olarsa, digərlərinə yoluxma ehtimalı artır və pnevmoniya kütləvi hal ala bilir. Təəssüf ki, bu hal yayda da təkrarlana bilir. İnsanlar evdə, iş yerində, kafe və restoranlarda pəncərə və qapıları bağlayaraq kondisionerlərdən istifadə edirlər. Bu mühitlər infeksiyaların yayılmasına səbəb olur”.

Uşaqlar arasında zaman-zaman pnevmoniyalar ağır fəsadlara yol açır. Simptomları bir neçə amildən – uşağın yaşı, infeksiyanın növü və ümumi sağlamlıq vəziyyətindən – asılı olaraq dəyişə bilər. Bəzi uşaqlarda bu xəstəlik yüngül keçsə də, digərlərində daha ağır forma ala bilər. Uşaqlarda pnevmoniyanın ümumi simptomlarına öskürək, sürətli və ya çətin nəfəs alma, qızdırma, sinə ağrısı, xırıltılı tənəffüs, yorğunluq, iştahsızlıq, burun dəliklərinin genişlənməsi və bəzən də dodaqların və dırnaq çarpayılarının mavi rəng alması daxildir.

Pnevmoniyalı uşaqlarda adətən davamlı öskürək müşahidə olunur. Bu zaman öskürək bəlğəm və ya seliklə müşayiət oluna bilər. Nəfəs alma normaldan daha sürətli və dayaz ola bilər. Xəstəliyin ağır formalarında uşağın qabırğaları arasındakı və boyun ətrafındakı dəri nəfəs alarkən içəri çəkilə bilər. Qızdırma da pnevmoniyanın əsas əlamətlərindəndir və bəzən ani və yüksək ola bilər.

Sinədə narahatlıq və ya öskürərkən yaranan ağrı da rast gəlinən əlamətlərdəndir. Tənəffüs zamanı xırıltı səsləri eşidilə bilər. Yorğunluq halı, uşağın həmişəkindən daha halsız və enerjisiz görünməsi ilə özünü göstərə bilər. Bundan əlavə, pnevmoniya səbəbilə uşağın iştahası azala və nəticədə çəki itkisi baş verə bilər. Nəfəs alma çətinləşdiyi hallarda burun dəlikləri genişlənə bilər. Ağır hallarda isə uşağın dodaqlarında və dırnaq yataqlarında göyərmə – yəni mavi rəngə çalmaq – oksigen çatışmazlığının əlaməti ola bilər.

Xüsusilə körpə uşaqlarda bu simptomlar daha qeyri-spesifik ola bilər. Qıcıqlanma, qidalanma ilə bağlı çətinliklər və davranış dəyişiklikləri kimi əlamətlər də pnevmoniyadan xəbər verə bilər. Bu səbəbdən, valideynlər hər hansı şübhəli simptom müşahidə etdikdə uşağı dərhal pediatra göstərməlidirlər.

Pnevmoniya yoluxucu bir vəziyyət ola bilər. Onun yoluxuculuğu ilk növbədə xəstəliyə səbəb olan infeksion amildən asılıdır. Viral pnevmoniya adətən daha yoluxucudur. Respirator sinsitial virus (RSV), qrip, adenovirus kimi viruslar pnevmoniyaya səbəb ola və tənəffüs damcıları ilə yayılaraq digər uşaqlara keçə bilər. Belə hallarda gigiyena qaydalarına əməl etmək, xüsusən də əllərin tez-tez yuyulması və öskürərkən-asqırarkən ağız-burun bağlanması yoluxma riskini azalda bilər.

Əvvəlki Yazı

“Azərbaycan Dəmir Yolları“ QSC-də qalmaqal: tender anlaşması niyə pozulub?

Növbəti Yazı

“DELTA TELEKOM”-a HÜCUMDA RUSİYA İZİ

EKSKLUZİV

Ramiz Mehdiyevin komandasında “yarpaq tökümü”: İlk qurban kim olacaq?

Ramiz Mehdiyevin komandasında “yarpaq tökümü”: İlk qurban kim olacaq?

18 Oktyabr 2025 / 18:45
1
Ramiz Mehdiyevin vəzifədə olan qohumları – SİYAHI+VİDEO

Ramiz Mehdiyevin vəzifədə olan qohumları – SİYAHI+VİDEO

18 Oktyabr 2025 / 14:50
1
Bakıdakı tarixi abidələri sökə bilmək üçün bu addımı atırlar – Foto, Video

Bakıdakı tarixi abidələri sökə bilmək üçün bu addımı atırlar – Foto, Video

18 Oktyabr 2025 / 14:48
0
Türkiyə masonlarının “Böyük Ustad”ı saxlanıldı – O kimdir?

Türkiyə masonlarının “Böyük Ustad”ı saxlanıldı – O kimdir?

18 Oktyabr 2025 / 14:45
0

XƏBƏR LENTİ

Ramiz Mehdiyevin komandasında “yarpaq tökümü”: İlk qurban kim olacaq?

Ramiz Mehdiyevin vəzifədə olan qohumları – SİYAHI+VİDEO

Bakıdakı tarixi abidələri sökə bilmək üçün bu addımı atırlar – Foto, Video

Türkiyə masonlarının “Böyük Ustad”ı saxlanıldı – O kimdir?

Mehdiyevlə Əhmədzadə bir məqsədə xidmət ediblər – Faktlar

Ermənistan Aİ-yə üzvlük üçün müraciət etməyə hazırlaşır

Pensiya yaşının artırılması iddiası

Paşinyan: “…mənim səhvlərimi təkrarlamayın”

DÜNƏN ALQIŞ, BU GÜN QARĞIŞ… – Mehdiyevlə bağlı əvvəl nə deyirdilər, indi nə deyirlər?

Azərbaycan Qəzzaya ordu göndərir

Araz dəhlizi işə düşür – Zəngəzur dəhlizi isə…

Müstəqillik aktı necə qəbul edilmişdi? – Tarixi faktlar

Siyavuş Novruzov üçün tarix dərsi: Ramiz Mehdiyevin toyu bitib, istintaqı gedir…

Masallı şəhər bələdiyyəsində qanun pozuntusu: 300 minlik sifariş

Vüsal Aslanov 7 ay əvvəl təyin olunmuş rəisi işdən çıxardı

Əhliman Əmiraslonovun Ramiz Mehdiyev bağlantısı: Gəlini ATU-nun klinikasında vəzifəyə necə yüksəlib?

Türkiyədə ŞOK əməliyyat – masonların rəhbəri istintaqa cəlb olundu

Mehdiyev 7 saat dindirildi – İstintaqa əsa ilə gedib

Trampla Putin arasında GƏRGİNLİK – Alyaskada planlaşdırılan şam yeməyi ləğv edildi

Parlamentdə hərbi xidmətlə bağlı MÜHÜM QANUN

AZAL-ın təyyarəsini Ramiz Mehdiyev vurdurub – Çevriliş planının yeni detalları

Saxta medal verənlərin işini bu idarə araşdırır- 3 nəfər məsuliyyətə cəlb olundu

Zəngəzurla bağlı MÜJDƏLİ XƏBƏR: nəhəng dağlar yarılır, Naxçıvana belə yol açılır – VİDEO

PKK/YPG lideri Dəməşq hökuməti ilə razılığa gəldi: “Ordu və polis sistemində vəzifələrə gətiriləcəyik”

Trampla Putin telefonda müzakirə apardı: nələr razılaşdırıldı? – “Bu, utancverici…”

“TikTok” çevrəni “daraldır” – Üç ay içində 189 milyondan çox video silinib

“Eşqi Bağırov Agentliyə buraxılmır, onun “qələmi” qırılıb”

Mehdiyevlərin “Ailə TV”si necə olacaq?

Fərhad Əhmədov məhkəmədə ifadə verdi – DTX-nın saxladığı Anass Derrazın işi

Füzulinin işğaldan azad olunmasından beş il ötür

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Avqust 2025
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« İyl   Sen »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.