Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

“DELTA TELEKOM”-a HÜCUMDA RUSİYA İZİ

Avqust 22, 2025
A A

REDAKTORUN SEÇİMİ

Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

18 Dekabr 25 / 20:28
“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

16 Dekabr 25 / 15:05
Naftalanda Arzu Məmmədov kabusu: Fərhad Əliyevdən Ramiz Mehdiyevə transfer edən məmur

Naftalanda Arzu Məmmədov kabusu: Fərhad Əliyevdən Ramiz Mehdiyevə transfer edən məmur

16 Dekabr 25 / 12:10
Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

11 Dekabr 25 / 13:55
Cinayət keçmişi olan Çərkəz Şirinovun kreslo həsrəti – Bəhruz Əzizi ona kömək edəcəkmi?

Cinayət keçmişi olan Çərkəz Şirinovun kreslo həsrəti – Bəhruz Əzizi ona kömək edəcəkmi?

10 Dekabr 25 / 11:55

Azərbaycan internetində bu gün qısa müddətli problemlər yaşandı. İstifadəçilər internet bağlantısında və onlayn resurslara çıxışda çətinliklərlə üzləşdi. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bu problemlərin ölkənin əsas internet magistral operatorlarından biri olan Delta Telekom-a qarşı həyata keçirilən DDoS tipli kiberhücum nəticəsində baş verdiyini açıqlayıb.

Nazirlik bildirir ki, hücum zamanı trafik dərhal digər backbone operatorlara – “Azertelecom” və “Aztelecom” şəbəkələrinə yönləndirilib və internet xidmətlərinin davamlılığı təmin olunub.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bu məsələyə münasibət bildirərək qeyd edib ki, bir neçə backbone operatorunun mövcudluğu bu kimi hallarda kritik önəm daşıyır: “Azərbaycanda bir neçə magistral provayderin olması bu cür hücumlar zamanı itkilərin minimuma endirilməsinə və xidmətlərin bərpasına şərait yaradır. Bu, həm rəqabətin, həm də alternativlərin nə qədər vacib olduğunu bir daha göstərdi”.

Osman Gündüz bildirib ki, hücumun arxasında kimin dayandığı hələlik rəsmi şəkildə açıqlanmasa da, mövcud siyasi kontekstə baxdıqda Rusiyadan qaynaqlanma ehtimalı nəzərdən qaçırılmamalıdır: “Son dövrlər Bakı ilə Moskva arasında müşahidə olunan gərgin münasibətlər bu ehtimalı gücləndirir. Rusiya dövlətlərarası münasibətlərdə kiberhücumlardan aktiv istifadə edən ölkələr sırasındadır. Xatırladaq ki, Rusiya daha əvvəl Ukraynada yerləşən SOCAR strukturlarına qarşı da bir neçə dəfə kiberhücumlar həyata keçirib”.

Ekspert qeyd edir ki, Azərbaycanın internet trafikinin hələ də böyük ölçüdə Rusiya üzərindən təmin olunması, ölkəni müəyyən risklər qarşısında qoyur. Bu səbəbdən kritik infrastrukturun təhlükəsizliyi və rəqəmsal suverenlik məsələləri dövlət üçün strateji prioritetlərdən biri olmalıdır.

Gündüz əlavə edib ki, bu kimi hadisələr Azərbaycanın informasiya təhlükəsizliyi sahəsində alternativ marşrutlara və trafikin diversifikasiyasına nə qədər ehtiyac duyduğunu göstərir: “Transxəzər fiber-optik layihəsi kimi təşəbbüslər, eləcə də müstəqil çıxış kanallarının yaradılması, Azərbaycanın rəqəmsal suverenliyi və informasiya təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır”.

Osman Gündüz şərhini bu fikirlə tamamlayıb: “Kommunikasiyalar alternativləri sevir. Tək bir mərkəzdən asılı olmaq həm texniki, həm də siyasi riskləri artırır. Ona görə də, bu sahədə alternativlərin inkişafı prioritet olmalıdır”.

Rasim Əliyev
“AzPolitika.info”

Əvvəlki Yazı

Kondisionerlə qorxulu xəstəlik yayılır – ŞOK XƏBƏRDARLIQ

Növbəti Yazı

Cərimələnən şirkət Ağstafa Rayon İcra Hakimiyyəti ilə 76 min manatlıq müqavilə bağlayıb

EKSKLUZİV

Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

18 Dekabr 2025 / 20:28
20
Yasamalda 15 mərtəbəli bina necə 16 oldu?

Yasamalda 15 mərtəbəli bina necə 16 oldu?

18 Dekabr 2025 / 19:43
0
Rəsul Quliyevdən 5 milyon manata torpağı kim alıb?

Rəsul Quliyevdən 5 milyon manata torpağı kim alıb?

18 Dekabr 2025 / 19:42
3
Bəylər Eyyubova yeni imtiyaz verildi

Bəylər Eyyubova yeni imtiyaz verildi

18 Dekabr 2025 / 19:40
2

XƏBƏR LENTİ

Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

Yasamalda 15 mərtəbəli bina necə 16 oldu?

Rəsul Quliyevdən 5 milyon manata torpağı kim alıb?

Bəylər Eyyubova yeni imtiyaz verildi

İsrail Türkiyəyə veto qoydu, Azərbaycan dəvəti rədd etdi

Böyük Çöküşdən əvvəlki İran: Hakim rejim zəngin ölkəni necə məhv edir?

Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası Bakıdan yola salınıb – FOTO

Kamran Əsədov vaxtilə sərt tənqd etdiyi Elm və Təhsil Nazirliyinin necə sevimlisinə çevrilib? – VİDEO

Moskvanın Qazaxıstan qorxusu – İmperiya çökür, hədələr başlayır

“Hərbi xidmətə yararlı” əsgər xəstəlikdən niyə ölməlidir?

Maddox DMCC müəmması: Rövşən Təhmrazov və Nubar Əliyeva kimdir?

“Oğlumu yalnız kənardan göstərdilər, danışmağa imkan vermədilər” – əsgər Əli Cəfərovun atası danışdı

Rusiya hərbçiləri bu Avropa ölkəsinə daxil oldu – Əsgərlər SƏRHƏDİ KEÇDİ – VİDEO

Ermənistanda ARA QARIŞDI: Eçmiədzində toqquşmalar başladı

Beybutovun 4 milyonu kimdədir?- Cavid Hüseynli azadlığa buraxıldı

Bakıda yayılan xəstəlik təhlükəli H3N2 virusudur? – həkimdən xəbərdarlıq

Qazaxda Xalq şairi Osman Sarıvəlli doğum günündə məzarı başında yad edilib

“Qanunsuzluq xaos gətirir, xaos da dağıntı, DTX isə …”

Tehrandan Zəngəzur dəhlizinə hədə – Əraqçi gedən kimi…

“Bir neçə deputat həbs olunacaq, çevrilişə cəhdlər olacaq” – Tanınmış astroloqdan SENSASİON açıqlamalar VİDEO

Qərb qoşunları Ukraynada yerləşdiriləcək: ABŞ və Avropa Ukrayna ilə bağlı hansı razılığa gəlib?

Putini yenə aldatdılar – Kupyanskı ələ keçirmişik

Ramiz Mehdiyevlə bağlı ŞOK AÇIQLAMA: “Eyş-işrət içərisində…”

Xatirə İslam Xankəndidəki konsertdə oxumaqdan imtina edib

Xəzər 8 ildə 100 metr geri çəkildi — FOTO

Mədəniyyət Nazirliyi bir ildə 2 milyonu nəyə xərcləyib?- MARAQLI DETALLAR

Kamran Əsədova hansı cəza düşür? – EKSKLÜZİV

Ev almaq getdikcə çətinləşir – Bakıda 2026-cı ilin ŞOK qiymət proqnozları

Əbülfəs Qarayevin qızı ÜZR İSTƏDİ

Putindən sensasion AÇIQLAMALAR: “Oreşnik”lər HƏRƏKƏTƏ KEÇİR

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Avqust 2025
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« İyl   Sen »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.