Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Manşet

Kreml diaspora başçılarımızdan nə istəyir? – “Pul toplamağıma imkan vermirlər…”

Sentyabr 18, 2025
A A

REDAKTORUN SEÇİMİ

Ramiz Mehdiyev harada dəfn olunacaq?

Ramiz Mehdiyev harada dəfn olunacaq?

29 Oktyabr 26 / 15:00
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır- Dilsuz Dəmirçiyevin klubunda nələr yaşanır?

Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır- Dilsuz Dəmirçiyevin klubunda nələr yaşanır?

26 Oktyabr 26 / 11:49
BŞTİ müdirinə daha bir “dost” zərbəsi – MLK-da nə baş verir?!

BŞTİ müdirinə daha bir “dost” zərbəsi – MLK-da nə baş verir?!

23 Oktyabr 26 / 14:15
Neftçalada təhsil anarxiyası: Nicat Cəfərovun ambisiyası dövlət siyasətinə qarşı

Neftçalada təhsil anarxiyası: Nicat Cəfərovun ambisiyası dövlət siyasətinə qarşı

21 Oktyabr 26 / 12:11
BDU-nun müəllimləri “PROFESSORUN” toruna düşüb

BDU-nun müəllimləri “PROFESSORUN” toruna düşüb

19 Oktyabr 26 / 13:07

Kreml Azərbaycana qarşı çirkin təbliğat kampaniyası aparmaqla yanaşı, Rusiyadakı azərbaycanlılara qarşı təqib və təhdidləri də gücləndirməkdə davam edir. Xüsusilə də azərbaycanlı iş adamları və diaspora fəalları hədəf seçilməkdədir.

Bu gün məlum olub ki, Moskvadakı Azərbaycanlıların Milli-Mədəni Muxtariyyəti Şurasının sədri Bəxtiyar Həsənov Rusiya vətəndaşlığından çıxarılıb. Bunu Rusiya polisi edib.

Xatırladaq ki, Rusiyada artıq polis insanları heç bir məhkəmə qərarı omadan vətəndaşlıqdan məhrum edir. Bu da Rusiyanın 21-ci əsrdə hansı cəngəlliklər qanunları ilə yaşadığını bir daha ortaya qoyur. Həsənovun vətəndaşlıqdan məhrum edilməsinə səbəb kimi onun guya “qeyri-qanuni miqrasiya, saxta mallar və etnik münaqişələrin qızışdırılması” ilə əlaqəli olması göstərilir. İndi hələ 2000-ci ildən Rusiya vətəndaşı olan Həsənovu Rusiyadan deportasiya gözləyir.

Rusiya mətbuatı azərbaycanlı diaspora fəalı ilə bağlı məlumatda xatırladır ki, Həsənov bundan əvvəl Moskva Dövlət Linqvistik Universitetində çıxış edərkən rektora hədiyyə təqdim edib və bu hədiyyənin Şuşa şəhərindən gətirildiyini vurğulayıb. Təbii ki, bu da nə Moskvanın, nə də ki, Rusiyadakı erməni nüfuz dairələrinin xoşuna gələ bilməzdi.

Bundan öncə isə Moskva vilayəti Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin rəhbəri olmuş Elşən İbrahimov da vətəndaşlıqdan məhrum edilərək, ölkədən çıxarılıb. Ona qarşı bu addım guya “Rusiya Federasiyasının milli təhlükəsizliyinə təhdid yaradan hərəkətlər etməsi” ilə izah edilib. Lakin Rusiya DİN rəsmiləri bununla bağlı heç bir konkret izahat və İbrahimovun nə etdiyi barədə heç bir şərh verməyib…

Azərbaycanlı iş adamları və diaspor fəallarına qarşı bu hücumlar və təqiblər hər nə qədər Moskva ilə Bakı arasındakı gərginliklə izah olunsa da, səbəb təkcə bu deyil. Əsas səbəblərdən biri də odur ki, Ukraynadakı işğalçılıq müharibəsini maliyyələşdirməkdə getdikcə daha çox çətinlik çəkən Kreml bu prosesə qeyri-rus iş adamlarını, diasporaları da cəlb etməyə çalışır. İstədiyini, tələb etdiyini ala bilməyəndə isə bu cür çirkin, alçaq, qanunsuz hərəkətlərə keçir.

 

 

Moskvanın necə bir azərbaycanlı diaspora rəhbəri görmək istədiyini Yekaterinburq nümunəsində görmək olar. Orada diasporamızın hazırda həbsdə olan rəhbəri Şahin Şıxlinskinin yerinə özünü diaspora başçısı elan etmiş Vidadi Mustafayevin son açıqlamaları və hərəkətləri ümumi mənzərəni tam aydın göstərir. Belə ki, Rusiya mediasına danışan Vidadi Mustafayev həbsdə olan Şahin Şıxlinskidən şikayət edib. O iddia edib ki, Şıxlinskinin tərəfdarları onun azərbaycanlılar arasında “xüsusi hərbi əməliyyat” üçün vəsait toplamaq cəhdini pozmağa çalışırlar. Yəni, Mustafayev Rusiyanın Ukraynaya qarşı işğalını maliyyələşdirmək üçün azərbaycanlılardan pul toplamağa çalışır (Görünür, FSB-dən belə tapşırıq gəlib). Lakin onun dediyinə görə, Şıxlinskinin yaxınları buna imkan vermir.

O, həmçinin bildirib ki, bu yaxınlarda Moskvada olub, “rus diplomatları ilə görüşüb və orada proqramını, fəaliyyət istiqamətini və yanaşmasını açıqlayıb”. Mustafayev əlavə edib ki, rus diplomatlara görüşməsi onun üçün “kifayətdir” və “Azərbaycan diplomatları ilə əlaqə saxlamağın mənası yoxdur”: “Moskvada məni dinlədilər, sənədlərimi götürdülər və dedilər ki, mənimlə əlaqə saxlayıb, bundan sonra necə ünsiyyət quracağımızı izah edəcəklər”. Bəli, Moskvaya məhz Mustafayev kimi “diaspora başçıları” lazımdır. Odur ki, belə görünür, Kreml bu cür “fəalları” diaspora təşkilatlarında tam başa keçirməyincə, azərbaycanlı iş adamları və diaspora nümayəndələrinə qarşı repressiyalar davam edəcək…

C.Məmmədli

“AzPolitika.info”

Əvvəlki Yazı

Rusiyaya pul axınına qarşı çıxan iş adamları kimin sifarişi ilə həbs edilib – FOTOLAR

Növbəti Yazı

Bu ərazilərdə evlər bahalaşacaq

EKSKLUZİV

Yeni qərar bu maşınların qiymətini kəskin ucuzlaşdıracaq

Yeni qərar bu maşınların qiymətini kəskin ucuzlaşdıracaq

29 Oktyabr 2026 / 16:00
2
Paşinyan: Müstəqillik Bəyannaməsinin mətni antidövlət xarakterlidir

Paşinyan: Müstəqillik Bəyannaməsinin mətni antidövlət xarakterlidir

29 Oktyabr 2026 / 15:48
3
Bəzi sahələrə ƏDV tətbiq olunmayacaq

Bəzi sahələrə ƏDV tətbiq olunmayacaq

29 Oktyabr 2026 / 15:30
3
Azərbaycanda işləyən gənclərin sayı 94 min nəfər azalıb

Azərbaycanda işləyən gənclərin sayı 94 min nəfər azalıb

29 Oktyabr 2026 / 15:16
5

XƏBƏR LENTİ

Yeni qərar bu maşınların qiymətini kəskin ucuzlaşdıracaq

Paşinyan: Müstəqillik Bəyannaməsinin mətni antidövlət xarakterlidir

Bəzi sahələrə ƏDV tətbiq olunmayacaq

Azərbaycanda işləyən gənclərin sayı 94 min nəfər azalıb

Ramiz Mehdiyev harada dəfn olunacaq?

Sərnişinlər qatarlarda ən çox bunları unudurlar – Siyahı

Azərbaycanda bankların birləşməsi davam edəcək

Ölkədə bu maşınlardan şəxsi istifadə qadağan olunur

Sabahın hava proqnozu açıqlanıb

Biznes kreditləşməsi üzrə tələblərimiz sərt deyil – Taleh Kazımov

Azərbaycanın xarici ticarət gəlirləri artır

Mətbuat Şurasından 225 nömrəli məktəbdəki hadisəyə REAKSİYA

Məmurların biznes fəaliyyəti məhdudlaşdırılacaq

Abituriyentlər 3 fəndən imtahan verə bilər

Ermənistan prezidentinin səhhəti pisləşib

Taleh Kazımov: AMB ilin sonunadək daha 1 milyard dollar ala bilər

Azərbaycan XİN Türkiyəni təbrik edib

Bu işsizlər işlə təmin olunacaq

9 ayda Qarabağa 2 milyard manat pul qoyulub – Rəsmi

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təbrik ünvanlayıb

Noyabrın 1-dən bu avtobuslar dəyişir – Gedişhaqqı…

Ceyhun Bayramov Türkiyəyə səfər edib

Bu il həbsxanalarda doğulan uşaqların SAYI

Amnistiya ilə azad olunan cəza sonradan hesablanmayacaq

Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib

Yeni Ombudsman seçiləcək

Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik edib

Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır- Dilsuz Dəmirçiyevin klubunda nələr yaşanır?

Aqil Babayevin ailəsindən müraciət: “Səsimiz eşidilsin, müraciətimiz diqqətdən kənarda qalmasın və iş ədalətlə araşdırılsın”

Eldar Quliyev – Zəngin irsi və dövlətçiliyə sədaqəti ilə yaddaşlarda yaşayan görkəmli şəxsiyyət

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: [email protected]
Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.