Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

Eldar Quliyev – Zəngin irsi və dövlətçiliyə sədaqəti ilə yaddaşlarda yaşayan görkəmli şəxsiyyət

Oktyabr 26, 2026
A A

REDAKTORUN SEÇİMİ

Ramiz Mehdiyev harada dəfn olunacaq?

Ramiz Mehdiyev harada dəfn olunacaq?

29 Oktyabr 26 / 15:00
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır- Dilsuz Dəmirçiyevin klubunda nələr yaşanır?

Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır- Dilsuz Dəmirçiyevin klubunda nələr yaşanır?

26 Oktyabr 26 / 11:49
BŞTİ müdirinə daha bir “dost” zərbəsi – MLK-da nə baş verir?!

BŞTİ müdirinə daha bir “dost” zərbəsi – MLK-da nə baş verir?!

23 Oktyabr 26 / 14:15
Neftçalada təhsil anarxiyası: Nicat Cəfərovun ambisiyası dövlət siyasətinə qarşı

Neftçalada təhsil anarxiyası: Nicat Cəfərovun ambisiyası dövlət siyasətinə qarşı

21 Oktyabr 26 / 12:11
BDU-nun müəllimləri “PROFESSORUN” toruna düşüb

BDU-nun müəllimləri “PROFESSORUN” toruna düşüb

19 Oktyabr 26 / 13:07

Son günlər sosial şəbəkələrdə müxtəlif ictimai xadimlər, dövlət adamları və millət vəkilləri haqqında yayılan paylaşımlar bir daha göstərir ki, informasiya məkanında deyilən hər bir söz bəzən öz mahiyyətindən uzaqlaşdırılaraq təqdim edilir. Təəssüf doğuran məqamlardan biri də budur ki, bəzi hallarda fikirlər kontekstdən çıxarılır, müəllifin məqsədi və demək istədiyi məna nəzərə alınmadan ictimai rəyə təqdim olunur.
Belə müzakirələrin mərkəzinə gətirilən şəxslərdən biri də Milli Məclisin deputatı, Azərbaycan Kooperasiya Universitetinin rektoru, professor Eldar Allahyar oğlu Quliyevdir.
Bir insan haqqında fikir bildirərkən ilk növbədə obyektiv olmaq, onun uzun illər ərzində cəmiyyətə verdiyi töhfələri, qazandığı nüfuzu və formalaşdırdığı ictimai mövqeyi nəzərə almaq lazımdır. Çünki ömrünü elmə, təhsilə, dövlətçiliyə və insanlara xidmətə həsr etmiş bir şəxsin söylədiyi fikirləri qərəzli şəkildə təqdim etmək nə hüquqi, nə də mənəvi baxımdan doğru hesab edilə bilməz.
Eldar Quliyevi yaxından tanıyanlar yaxşı bilirlər ki, o, müəllim adına, elmə və ziyalılıq dəyərlərinə hər zaman böyük hörmətlə yanaşan bir şəxsiyyətdir. Onun həyat yolu, fəaliyyəti və cəmiyyət içərisində qazandığı nüfuz bunu açıq şəkildə sübut edir. Məhz buna görə də müəllim peşəsi ilə bağlı hansısa təhqiramiz və ya düşünülməmiş fikir söyləməsi barədə iddialar onu tanıyan insanlar üçün inandırıcı görünmür.
Əksinə, onun bütün fəaliyyəti göstərir ki, müəllim adını şərəf, vicdan, ləyaqət və məsuliyyət anlayışları ilə birgə dəyərləndirən ziyalılardandır. Bu səbəbdən də ictimaiyyətə təqdim olunan bəzi fikirlərin mahiyyətinin düzgün anlaşılması və əsl məzmununun araşdırılması vacibdir.
Elm və dövlətçilik yolunda keçən şərəfli ömür
1951-ci il iyulun 26-da Bakı şəhərində anadan olan Eldar Quliyev gənc yaşlarından elmə və təhsilə maraq göstərmişdir. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirərək iqtisadçı ixtisasına yiyələnmiş, daha sonra əmək fəaliyyətinə başlamışdır.
O, müxtəlif illərdə dövlət idarəçiliyi və iqtisadiyyat sahələrində məsul vəzifələrdə çalışmış, kooperasiya sisteminin inkişafında mühüm xidmətlər göstərmişdir. Uzun illərdir Azərbaycan Mərkəzi Kooperativlər İttifaqına rəhbərlik edir və bu sahənin ölkəmizdə inkişafı üçün böyük əmək sərf edir.
2011-ci ildən Azərbaycan Kooperasiya Universitetinin rektoru kimi fəaliyyət göstərən professor Eldar Quliyev minlərlə gəncin təhsil almasına, savadlı mütəxəssis kimi formalaşmasına töhfə vermişdir. Onun rəhbərliyi altında universitetdə tədrisin keyfiyyətinin yüksəldilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi və elmi fəaliyyətin inkişafı istiqamətində mühüm işlər görülmüşdür.
Professor Eldar Quliyev onlarla elmi əsərin, dərsliyin və monoqrafiyanın müəllifi olmaqla yanaşı, gənc alimlərin yetişməsində də xüsusi rol oynamışdır. Onun elmi rəhbərliyi altında çoxsaylı fəlsəfə doktorları və elmlər doktorları yetişmişdir.
Azərbaycanın ictimai-siyasi həyatında da fəal iştirak edən Eldar Quliyev uzun illər Milli Məclisin deputatı kimi fəaliyyət göstərmiş, ölkəmizin beynəlxalq təşkilatlarda uğurla təmsil olunmasına töhfələr vermişdir.
İnsanlıq onun ən böyük vəzifəsidir
Vəzifə sahibi olmaq hər kəsə nəsib ola bilər. Lakin insanlıq qazanılan ən böyük dəyərdir.
Eldar Quliyevi yaxından tanıyanların söylədiyi fikirlərdə bir xüsusiyyət daim ön plana çıxır – sadəlik, xeyirxahlıq və insanlara qarşı həssas münasibət.
O, ailəsi üçün sadiq həyat yoldaşı, övladları üçün qayğıkeş ata olmaqla yanaşı, rəhbərlik etdiyi ali təhsil müəssisəsində tələbələrinə də doğma övladı kimi yanaşan bir rektor kimi tanınır. Tələbələrin problemlərinə biganə qalmaması, onların sosial vəziyyəti ilə maraqlanması və hər zaman dəstək göstərməsi universitet kollektivində xüsusi rəğbətlə qarşılanır.
44 günlük Vətən müharibəsi dövründə dövlətimizin həyata keçirdiyi tədbirlərə dəstək olaraq Eldar Quliyev öz imkanları daxilində hərbçilərimizə, əsgər ailələrinə və ehtiyacı olan insanlara yardım göstərmişdir. Müharibədən sonra da şəhid ailələri, qazilər və veteranlarla bağlı keçirilən tədbirlərdə yaxından iştirak etmiş, onların problemlərinə həssas münasibət nümayiş etdirmiş, əlindən gələn köməyi əsirgəməmişdir.
Bu gün də onun qapısını döyən insanlar diqqət və qayğı ilə qarşılanır. Çünki Eldar Quliyev üçün vəzifə yalnız idarəçilik deyil, insanlara xidmət etmək məsuliyyətidir. Bəli, nüfuz kölgə qəbul etmir, deyib müdriklərimiz.
Bəzən sosial şəbəkələrdə yayılan qərəzli paylaşımlar müəyyən şəxslərin nüfuzuna zərbə vurmaq məqsədi daşısa da, uzun illər ərzində formalaşmış hörmət və etimadı sarsıda bilmir.
Çünki bir insanın əsl qiymətini bir cümlə deyil, bütöv ömür yolu müəyyən edir.

Ə.Rüstəmli

Əvvəlki Yazı

Azərbaycandakı bələdiyyələr gələn il də büdcədən 9 milyon manat alacaq

Növbəti Yazı

Aqil Babayevin ailəsindən müraciət: “Səsimiz eşidilsin, müraciətimiz diqqətdən kənarda qalmasın və iş ədalətlə araşdırılsın”

EKSKLUZİV

Yeni qərar bu maşınların qiymətini kəskin ucuzlaşdıracaq

Yeni qərar bu maşınların qiymətini kəskin ucuzlaşdıracaq

29 Oktyabr 2026 / 16:00
3
Paşinyan: Müstəqillik Bəyannaməsinin mətni antidövlət xarakterlidir

Paşinyan: Müstəqillik Bəyannaməsinin mətni antidövlət xarakterlidir

29 Oktyabr 2026 / 15:48
3
Bəzi sahələrə ƏDV tətbiq olunmayacaq

Bəzi sahələrə ƏDV tətbiq olunmayacaq

29 Oktyabr 2026 / 15:30
3
Azərbaycanda işləyən gənclərin sayı 94 min nəfər azalıb

Azərbaycanda işləyən gənclərin sayı 94 min nəfər azalıb

29 Oktyabr 2026 / 15:16
5

XƏBƏR LENTİ

Yeni qərar bu maşınların qiymətini kəskin ucuzlaşdıracaq

Paşinyan: Müstəqillik Bəyannaməsinin mətni antidövlət xarakterlidir

Bəzi sahələrə ƏDV tətbiq olunmayacaq

Azərbaycanda işləyən gənclərin sayı 94 min nəfər azalıb

Ramiz Mehdiyev harada dəfn olunacaq?

Sərnişinlər qatarlarda ən çox bunları unudurlar – Siyahı

Azərbaycanda bankların birləşməsi davam edəcək

Ölkədə bu maşınlardan şəxsi istifadə qadağan olunur

Sabahın hava proqnozu açıqlanıb

Biznes kreditləşməsi üzrə tələblərimiz sərt deyil – Taleh Kazımov

Azərbaycanın xarici ticarət gəlirləri artır

Mətbuat Şurasından 225 nömrəli məktəbdəki hadisəyə REAKSİYA

Məmurların biznes fəaliyyəti məhdudlaşdırılacaq

Abituriyentlər 3 fəndən imtahan verə bilər

Ermənistan prezidentinin səhhəti pisləşib

Taleh Kazımov: AMB ilin sonunadək daha 1 milyard dollar ala bilər

Azərbaycan XİN Türkiyəni təbrik edib

Bu işsizlər işlə təmin olunacaq

9 ayda Qarabağa 2 milyard manat pul qoyulub – Rəsmi

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təbrik ünvanlayıb

Noyabrın 1-dən bu avtobuslar dəyişir – Gedişhaqqı…

Ceyhun Bayramov Türkiyəyə səfər edib

Bu il həbsxanalarda doğulan uşaqların SAYI

Amnistiya ilə azad olunan cəza sonradan hesablanmayacaq

Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib

Yeni Ombudsman seçiləcək

Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik edib

Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır- Dilsuz Dəmirçiyevin klubunda nələr yaşanır?

Aqil Babayevin ailəsindən müraciət: “Səsimiz eşidilsin, müraciətimiz diqqətdən kənarda qalmasın və iş ədalətlə araşdırılsın”

Eldar Quliyev – Zəngin irsi və dövlətçiliyə sədaqəti ilə yaddaşlarda yaşayan görkəmli şəxsiyyət

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: [email protected]
Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.