Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Ekskluziv

İlyarım ərzində AYNA-dan 100 milyon manata yaxın sifariş alan şirkət kimindir?

Oktyabr 9, 2025
A A

REDAKTORUN SEÇİMİ

Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

26 Dekabr 25 / 12:29
“Qurtuluş 93” MTK-dan özbaşınalıq… Evini satanlardan pul tələb edir – Fakt

“Qurtuluş 93” MTK-dan özbaşınalıq… Evini satanlardan pul tələb edir – Fakt

24 Dekabr 25 / 17:15
Ekologiya nazirliyində “cərimə” fırıldağı: Qarabağ meşələrinin taleyi ilə “üç badam bir qoz” oynayan kimlərdir?

Ekologiya nazirliyində “cərimə” fırıldağı: Qarabağ meşələrinin taleyi ilə “üç badam bir qoz” oynayan kimlərdir?

23 Dekabr 25 / 10:48
Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

18 Dekabr 25 / 20:28
“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

16 Dekabr 25 / 15:05

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) “STP-Btech” şirkəti ilə iki satınalma müqaviləsi imzalayıb.  Qaynarinfo xəbər verir ki, müqavilələrin birində respublika ərazisində, magistral yollarda nişanlanma işləri, digərində isə yolların xətlənməsi işlərinin həyata keçirilməsi nəzərdə tutulur.

Yollarda nişanlanma işlərinə görə “STP-Btech” şirkətinə 33 549 225,28 manat, yolların xətlənməsinə görə isə 11 465 232,11 manat ödəniləcək.  Ümumiyyətlə isə AYNA cari ildə “STP-Btech” şirkətilə dörd satınalma müqaviləsi imzalayıb. Əvvəlki iki müqavilə də yolların xətlənməsi və nişanlanması ilə bağlıdır. Bu müqavilələrin ümumi maliyyə dəyəri isə 32 295 357,01 manatdır. Beləliklə, aydın olur ki, “STP-Btech” şirkəti təkcə 2025-ci ildə AYNA-dan 77 309 814,40 manatlıq sifartiş alıb.

Ötən il də AYNA ilə sözügedən şirkət arasında iki satınalma müqaviləsi imzalanıb. Bu müqavilələr də nişanlanma və xətlənmə işləri ilə bağlıdır. Müqavilələrin ümumi maliyyə dəyəri 20 593 944,40 manatdır.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarından aydın olur ki, “STP-Btech” MMC 4 aprel 2024-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2 400 000 manatdır. Şirkətin hüquqi ünvanı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Texno Park sahəsində yerləşir. MMC-nin qanuni təmsilçisi Emre Yalçındır.

Ondan əvvəl şirkətin qanuni təmsilçisi Qurbanzadə Səlim Səlim oğlu olub. Mediada gedən məlumatlara görə, Səlim Qurbanzadə “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Müşahidə Şurasının sədri Aqil Qurbanovun qardaşıdır. Səlim Qurbanzadənin “STP-Btech” MMC-yə rəhbərlik etdiyi dönəmlərdə də şirkət iri məbləğli dövlət sifarişləri alıb. Media bunu Aqil Qurbanovun himayədarlığının nəticəsi kimi şərh edir.

Yeri gəlmişkən, “STP-Btech” MMC 1 ildən bir az artıqdır ki, fəaliyyət göstərir. Lakin yaranmasından heç iki ay ötməmiş satınalma müsabiqələrində iştirak etməyə başlayıb.

Ələkbər Abbaslı

“STP-Btech” MMC-nin rəsmi internet saytından məlum olur ki, şirkətin Direktorlar Şurasının sədri Ələkbər Abbaslıdır. Ələkbər Abbaslı cari ilin avqustunda “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin baş icraçı direktoru vəzifəsinə təyin edilib.

 

Aymet Haytaoğlu

“STP-Btech” MMC-nin Direktorlar Şurasının üzvlərindən biri Aymet Haytaoğludur. O, bundan əvvəl “Caspian Entertainment” şirkətinin rəhbəri olub.

Adıçəkilən şəxslərin AYNA və ya qurumun rəhbərliyi ilə hər hansı əlaqələrinin, yaxınlıqlarının olması barədə məlumat yoxdur. Bununla belə, cəmi il yarımdır fəaliyyət göstərən şirkətin bu müddət ərzində AYNA-dan 97 903 758,80 manatlıq sifariş alması şirkətlə AYNA rəhbərliyi arasında hansısa işbirliyinin olmasına şübnhələr yaradır.

Əvvəlki Yazı

Azərbaycanda unun topdansatış qiymətlərində dəyişiklik edildi (SİYAHI)

Növbəti Yazı

AMEA ilə bağlı CİNAYƏT İŞİ

EKSKLUZİV

Azərbaycanda İLK: Partiya sədrinin müavini süni intellekt oldu

14 Yanvar 2026 / 16:12
2
Ruslan Məmmədov “Combat” Peşəkar Döyüş Liqasının prezidenti seçildi — FOTOLAR

Ruslan Məmmədov “Combat” Peşəkar Döyüş Liqasının prezidenti seçildi — FOTOLAR

12 Yanvar 2026 / 11:06
8
Qazaxda daha iki binanın fasad, blok və həyətində abadlıq işləri aparılıb

Qazaxda daha iki binanın fasad, blok və həyətində abadlıq işləri aparılıb

12 Yanvar 2026 / 11:04
1
NTV-də CANLI “Prezident və Media-2026” : üç gün ərzində 30-a yaxın müsahib

NTV-də CANLI “Prezident və Media-2026” : üç gün ərzində 30-a yaxın müsahib

10 Yanvar 2026 / 23:27
5

XƏBƏR LENTİ

Azərbaycanda İLK: Partiya sədrinin müavini süni intellekt oldu

Ruslan Məmmədov “Combat” Peşəkar Döyüş Liqasının prezidenti seçildi — FOTOLAR

Qazaxda daha iki binanın fasad, blok və həyətində abadlıq işləri aparılıb

NTV-də CANLI “Prezident və Media-2026” : üç gün ərzində 30-a yaxın müsahib

Azərbaycanın “İdman paytaxtı”nın loqosu təqdim edilib

Donald Tramp İran hadisələri ilə bağlı Kanal13-ə istinad etdi

DTX-nın Naxçıvan əməliyyatı: “Azərbaycan təhlükəsizlik məsələsində nümunə göstərməkdə davam edir”

GDU rektorunun yaxınları adamının restoranını məcburi satdırmaq istəyir – VİDEO

Vəhdət Partiyası paytaxtın üç qəsəbəsi ilə bağlı AYNA-ya müraciət etdi: 60 minə yaxın vətəndaş razı qalacaq

Astaranın deputatı balıq biznesinə girişib

Küçələr asfaltlanıb, işqılandırma sistemləri yenilənib – Qazaxdan REPORTAJ

Bakıda yeni ezoterik lojaya dair sənəd ortaya çıxıb

Yazılan əsər KEYFİYYƏT baxımından dəyərləndirilər, KƏMİYYƏT baxımından yox… 

Vəhdət Partiyasının sədri: “Prezident İlham Əliyevin hərbi siyasətə dair mövqeyi Azərbaycanın güclü dövlət modelini təsdiqləyir”

Bakıda çarəsiz 165 ailə Kəmaləddin Heydərova MÜRACİƏT etdi: “Cənab nazir, ümid Sizədir…”

İcra başçısı “Qazax İdman Paytaxtı-2026” çərçivəsində kütləvi tədbirlərin və idman yarışlarının keçirilməsində təşkilati işlərlə bağlı yaradılmış İşçi qrupunun üzvləri ilə görüşüb

Qatilin cəzası ağırlaşdı: Emil Ağacanov qətli amansızlıqla törədib

Milli birlikdən siyasi dialoqa: Vəhdət Partiyası ilə yekun vurur

Şəhidlərimizin xatirəsinə boks turniri keçirilib

Ramiz Mehdiyev və ətrafı özlərini unutdurmaq üçün süni gündəm yaratmağa çalışır- ŞOK!

İcra başçısı vətəndaşın müraciəti ilə yerində tanış olub

DTX sadə vətəndaşların mənzil arzusuna qəsd edənlərin arzusunu gözündə qoydu

Ruslan Eyyubova görə Bəylər Eyyubovun hədəf alınması məntiqsiz və qeyri-etikdir

“Ruslan Eyyubov işi”nin arxasından Ramiz Mehdiyev faktorunun çıxması mümkündür, çünki…

ELNARƏ AKİMOVANIN “MÜSAHİBƏ QƏZASI”.

Ceyhun Bayramovdan SON DƏQİQƏ sülh sazişi AÇIQLAMASI

Sensasion həbslər olacaq – Astroloq

Bu materialdan istifadə qadağan edilir – Ev tikənlər OXUSUN

Trampla Zelenskinin kritik görüşü BU TARİXDƏ baş tutacaq

Növbəti pandemiya ilə bağlı ŞOK PROQNOZ – Gündəm SİLKƏLƏNİR

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Oktyabr 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« Sen   Noy »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.