Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Ekskluziv

Zahid Orucun Ramiz Mehdiyev sədaqəti: Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri susaraq nələri demiş olur?

Oktyabr 16, 2025
A A

REDAKTORUN SEÇİMİ

Zahid Orucun Ramiz Mehdiyev sədaqəti: Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri susaraq nələri demiş olur?

Zahid Orucun Ramiz Mehdiyev sədaqəti: Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri susaraq nələri demiş olur?

16 Oktyabr 25 / 13:04
Sabirbad müəllimlərinin Həmkarlar İttifaqı NƏYƏ XİDMƏT EDİR? – İTTİHAM…

Sabirbad müəllimlərinin Həmkarlar İttifaqı NƏYƏ XİDMƏT EDİR? – İTTİHAM…

16 Oktyabr 25 / 12:32
Ağtafada dəhşətli mənzərə: mərkəzi küçələr zibillik meydanına çevrilib

Ağtafada dəhşətli mənzərə: mərkəzi küçələr zibillik meydanına çevrilib

10 Oktyabr 25 / 15:36
“Pilgrim Education”un rəhbəri Aisa Aslanova növbəti qurbanlarının axtarışında….

“Pilgrim Education”un rəhbəri Aisa Aslanova növbəti qurbanlarının axtarışında….

09 Oktyabr 25 / 15:52
Xətai rayon başçısı Rafiq Quliyev hansı şərtlərlə qanunsuz tikintilərə icazə verir?- FAKT

Xətai rayon başçısı Rafiq Quliyev hansı şərtlərlə qanunsuz tikintilərə icazə verir?- FAKT

09 Oktyabr 25 / 12:05

Prezident İlham Əliyevin rusiyalı həmkarı ilə görüşündən sonra “beşinci kolon” təzəcə nəfəs almağa başlayırdı ki, Azərbaycan dövləti onun başında dayanan Ramiz Mehdiyevin haqqında hökmünü verdi. Ölkə mediasının nümayəndələri bu məsələni fəl şəkildə araşdırmağa başlasalar da, sosial şəbəkələrdə vətəndaş və dövlətçilik mövqeyi ilə seçilən izləyicilər bu xəbəri “Oh, ürəyimizə yağ kimi yayıldı” kimi şərh etsələr də, siyasi elitaya daxil olan partiyaların funksionerlərinin, Milli Məclisin deputatlarının səsi eşidilmir. Əslində ölkədə Ramiz Mehdiyevin üzdə görünən müdafiəçiləri çox deyil. Elşad Abdullayevlə keçmiş deputat Gülər Əhmədova arasında diplomat qalmaqalı ilə bağlı video qalmaqalından sonra Prezident Administrasiyasının o zaman rəhbəri olan Ramiz Mehdiyevi müdafiə edən şəxs tapılmırdı. O zaman yalnız Milli Məclisin deputatı olan Zahid Oruc meydana atılaraq “525-ci qəzet”də öz “paxanı”nı müdafiə edən palaz boyda məqalə yazmışdı.
Nə hikmətdirsə, sonradan məhz Zahid Oruc deputatlıqla yanaşı həm də Sosial Tədqiqatlar Mərkəzinə rəhbər təyin olundu. Amma Mehdiyev mədəni şəkildə Milli Elmlər Akademiyasına göndəriləndən sonra cəmiyyətin tanınmış ictimai-siyasi xadimləri və AMEA-nın alimləri Ramiz Mehdiyevi istefaya çağırsa da Zahid Oruc heç səsini də çıxarmadı. İndi ölkəmizin Rusiyanın təsiri altında olan “xadimlərdən” qurtulmağa çalışdığı mühüm dönəmdə Zahid Oruc, Ramiz Mehdiyevin kitablarını bütün ölkə boyu təbliğ edən “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov kimilərindən səs-səda duyulmur.
Əslində ölkə gündəminin nəzbini ölçməli olan Sosial Tədqiqatlar Mərkəzi, şəxsən bu qurumun rəhbəri Zahid Oruc bu barədə nə düşünü? O, niyə susur? Axı bu məsələyə ilk reaksiya məhz STM-dən gəlməli idi. Bəlkə Zahid Oruc Ramiz Mehdiyev haqqında cinayət işinin başlanmasını məqbul hesab eləmir? Yaxud STM sədri akademikə sadiqlik nümayiş etdirir!? Azərbaycan siyasi tarixinin yaxın dövrlərinə – kommunist təfəkkürlü Ramiz Mehdiyevin uzun illər ölkə siyasətinin manşetində saxladığı komandasının siyahısında ilk yerlərdən birini də məhz Zahid Orc tuturdu. Zahid Oruc həmişə Ramiz Mehdiyevin “adamları”nın siyahısında isbatı şübhə doğurmayan şəxslərdən biri olub. Hər halda bütün ictimaiyyət, ictimai-siyasi sfera Zahid Orucu Ramiz Mehdiyevin qeyri-rəsmi sözçüsü kimi tanıyırdı. Məsələn, Zahid Oruc 2019-cu ildə Ramiz Mehdiyevin istefası ilə bağlı “Azadlıq” radiosuna verdiyi açıqlamada deyir: “İnsanlar sabiq məmura çevriləndən sonra vəzifə kultu vardı. Lakin sonrakı dövrdə müəyyən qruplar yaranır ki, onlar informasiya atəşinin altına düşür və sabiq məmurların üzərindən dövlət, hakimiyyət vurulmağa başlayır”. İndi Zahid Oruca sual edirik: Bu gün Ramiz Mehdiyevi cinayətdə ittiham edənlər dövləti vurur? Ramiz Mehdiyev ətrafında baş verən son proseslərlə bağlı Zahid Oruc danışmadığına görə, deməli, o, hələ də 2019-cu ildəki fikirlərində qalır və Ramiz Mehdiyevi müdafiə edir.  Elə təsəvvür yaranır ki, sanki ölkənin milli maraqlarının keşiyini yalnız kütləvi informasiya vasitələri çəkir. Ramiz Mehdiyevin məkrli xislətinə yaxşı bələd olan Milli Məclisin rəhbərliyi, 125 deputat, hakim partiya olan YAP-ın rəhbər şəxsləri, tanınmış politoloqlar, Azərbaycan Milli Elmlər Akademiyasının akademikləri, ali təhsil müəssisələrinin, yaradıcı birliklərin rəhbərləri danışmağa cəsarət etmirlər.
Haradadır sizin müstəqil vətən təəssübkeşliyiniz, Ramiz Mehdiyev kimi satqınları ifşa edən, Qarabağı ölkəmizə və xalqımıza qaytaran qətiyyətli dövlət başçısına sədaqətinizi göstərən açıqlamalarınız? Biabırçılıq ondadır ki, hələ də efirdən, özü də ARB-nin efirindən Ramiz Mehdiyevə “Ramiz Ənvəroviç” deyən, onun alimliyinə hörməti olduğunu vurğulayan media mənsibları tapılır. Əlbəttə, heç kim, “əcinnə ovu”na çıxılmasının tərəfdarı deyil, amma bu zatın Rusiyanın maraqlarına xidmət etməsi, ölkəmizdə hakimiyyəti ələ keçirməyə çalışması ilə bağlı ittihamların irəli sürülməsi sıradan hadisə deyil axı.

Əvvəlki Yazı

Sabirbad müəllimlərinin Həmkarlar İttifaqı NƏYƏ XİDMƏT EDİR? – İTTİHAM…

Növbəti Yazı

Ramiz Mehdiyevin halı pisləşdi – Həkim çağırdılar

EKSKLUZİV

“Ruslar özlərininkini atmırlar” – mifi dağılır: Kreml sadiqlərini bir-bir təslim edir

“Ruslar özlərininkini atmırlar” – mifi dağılır: Kreml sadiqlərini bir-bir təslim edir

16 Oktyabr 2025 / 17:26
0
Nazir Eşqi Bağırovu yola salır? – İnanılmaz fakt

Nazir Eşqi Bağırovu yola salır? – İnanılmaz fakt

16 Oktyabr 2025 / 17:11
0
Bakıda Zəfər Gününə həsr olunmuş hərbi parad keçiriləcək

Bakıda Zəfər Gününə həsr olunmuş hərbi parad keçiriləcək

16 Oktyabr 2025 / 17:04
0
“Hamısı generalların, polkovniklərin pullarıdır…” – Şabalıd davası

“Hamısı generalların, polkovniklərin pullarıdır…” – Şabalıd davası

16 Oktyabr 2025 / 16:58
0

XƏBƏR LENTİ

“Ruslar özlərininkini atmırlar” – mifi dağılır: Kreml sadiqlərini bir-bir təslim edir

Nazir Eşqi Bağırovu yola salır? – İnanılmaz fakt

Bakıda Zəfər Gününə həsr olunmuş hərbi parad keçiriləcək

“Hamısı generalların, polkovniklərin pullarıdır…” – Şabalıd davası

Putin Düşənbədə Əliyevə NƏLƏR DEYİB? – İmişli detalı, Mehdiyevin “ÇEVRİLİŞ KOMANDASI”NDAKI ŞOK ADLAR

Hava ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ – Leysan yağacaq

Ramiz Mehdiyevin halı pisləşdi – Həkim çağırdılar

Zahid Orucun Ramiz Mehdiyev sədaqəti: Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri susaraq nələri demiş olur?

Sabirbad müəllimlərinin Həmkarlar İttifaqı NƏYƏ XİDMƏT EDİR? – İTTİHAM…

Qızılın qiyməti rekord qırır: Səbəblər nədir?

Azərbaycanda pensiya islahatları olacaq – Nələr dəyişəcək?

“Azəriqaz” Akif Çovdarova 100 min ödəyəcək

Filtrli siqaretlərin qadağan edilməsi nəzərdə tutulur

Qəzzada əməliyyatlar bərpa edilə bilər – Vaşinqton və Təl-Əvivdən növbəti xəbərdarlıq

Ramiz Mehdiyevin çevrəsi və yaxınları təlaş içində: hamı mülklərini, torpaqlarını satışa çıxardı – notariuslara tapşırıq gəldi

Paytaxtda taksi sayına limit – qiymətlərə və keyfiyyətə təsiri nə olacaq?

Ən zərərli yağların ölkədə satışı artır – xəbərdarlıq

Saakaşvili: “İlham Əliyev bütün Qafqazın şərəfini qorudu”

Ramiz Mehdiyevin vəkili bəlli oldu – dövlət tərəfindən təyin edilib

Qazax şəhər qəbiristanlığında iməcilik keçirilib

AHİK sədrindən xalqa hörmətsizlik – məmurlardan qalan artıqları…

“Bank BTB” müştərilərin çox narazı qaldığı bank seçildi

Nazirlik İskəndər Xəlilovun “ISR Plaza”sında yoxlama aparacaq

Elşad Həsənovun şübhəli “birmənbə metodu”: 19,7 milyonluq üç müqavilənin izi ilə…

Ağtafada dəhşətli mənzərə: mərkəzi küçələr zibillik meydanına çevrilib

“WhatsApp” istifadəçilərinə ŞAD XƏBƏR – YENİLİK EDİLDİ

Konfrans iştirakçılarının Ağdərədəki kütləvi məzarlığı ziyarəti erməni faşizminin qlobal ifşasıdır

Şahin Şıxlinski və Səfərov qardaşlarının işi- işgəncə ilə alınan ifadə, yoxa çıxan general- Rusiyada SENSASİON GƏLİŞMƏ

Adnan Əhmədzadə ilə Vahid Ələkbərovun anlaşması necə olub?

General Ramiz Zeynalovun qardaşı oğlunun Dubaydakı mülkləri üzə çıxıb – SƏNƏDLƏR – FOTO

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Oktyabr 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« Sen    
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.