Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Ekskluziv

Ağtafada dəhşətli mənzərə: mərkəzi küçələr zibillik meydanına çevrilib

Oktyabr 10, 2025
A A

REDAKTORUN SEÇİMİ

19 Oktyabr 26 / 13:07
Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: Azər Hacıyev kimə güvənir? – VİDEO+FOTO

Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: Azər Hacıyev kimə güvənir? – VİDEO+FOTO

15 Oktyabr 26 / 12:09
“SAB” məhsulları təhlükəlidir? – AQTA-nın və medianın ŞOK faktları

“SAB” məhsulları təhlükəlidir? – AQTA-nın və medianın ŞOK faktları

13 Oktyabr 26 / 12:18
Azərbaycan Texniki Universiteti məhkəməyə verildi – TƏFƏRRÜAT

Azərbaycan Texniki Universiteti məhkəməyə verildi – TƏFƏRRÜAT

07 Oktyabr 26 / 13:03
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri: Nərimanovdan Xırdalana uzanan DOSYE

Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri: Nərimanovdan Xırdalana uzanan DOSYE

06 Oktyabr 26 / 15:31
Ağstafa rayon sakinləri ərazinin şəklini çəkib və sosial şəbəkədə paylaşıb.  Mənzərədən görünür ki, rayon mərkəzində zibil və tullantılardan girmək mümkün deyil. Bu isə sakinlərin narazılığına səbəb olub. Mənzərə izləyicilər tərəfindən tənqid edilib. Ağstafa şəhər təsərrüfatı birliyi idarəsi rayonun təmizlik işlərinin öhdəsindən gələ bilmir. Şəhərdə istifadə olunan zibil maşınları köhnəlib, istismar müddəti başa çatıb. Bu avtomobillər zibilləri daşımaq əvəzinə çirkab içində batır, hərəkət etdikdə isə zibilin pis qoxulu sularını rayon mərkəzinə axıdır. Bu vəziyyət həm sanitar normaları pozur, həm də şəhər sakinlərinin gündəlik həyatını dözülməz hala gətirir.

Ağstafada küçələr zibilin içində batır. Bununla bağlı cumhuriyyet.az xəbər verir ki, sosial şəbəkələrdə ictimai fəal insanlar rayondakı natəmizlikdən narazılıq edirlər. Özü də sözün gerçək mənasında… Bu məkandan yolu düşənlərin gözlərini şəhərin girəcəyindən ta çıxacağına qədər yolboyu kənarlardakı zibilliklər “oxşayır”. Abdulləzim Orucov Ağstafada yaşayır. Deyir, şəhərin səliqəsi, təmizliyi sovet dönəmində qalıb. O vaxtlar hər səhər o başdan zibilyığan maşınlar küçəbəgüçə dolaşar, sakinlər yuxudan qalxanadək zibilliklər təmizlənərdi. İndi zibil sakinin təbirincə desək, adamın ağzına girir: “Zibil yola qədər gəlib çıxır. Gəlib aparan yoxdur. Yağış yağanda kanalizasiyalar dolur, axır yola… Biyabırçı günlərdəyik. Zibilxanalarımız da şəhərimizin “yaraşığıdır”. İlin-günün bu vaxtında harda milçək var? Ancaq biz evlərimizdə milçək əlindən otura bilmirik. İti pişiyidə demirəm”.

Rayondan cumhuriyyet.az-a verilən məlumata görə, bir neçə gün bundan əvvəl bu ərazidə quduzlaşmış it azyaşlı uşağa hücum edib. Sakinlərin sözlərinə görə, dəfələrlə məsələ qaldırılsa da, vəziyyətdə ciddi dəyişiklik yoxdur. Köhnə texnikanın yenilənməsi, zibil qutularının sayının artırılması və təmizlik işlərinin müasir standartlara uyğun qurulması təcili həllini gözləyən məsələlərdir. Ağstafa kimi qədim tarixi və mədəniyyətə malik bir rayonun mərkəzi küçələrinin bu vəziyyətə düşməsi həm yerli idarəetmənin məsuliyyətsizliyindən, həm də nəzarətin zəifliyindən xəbər verir.

Əvvəlki Yazı

“WhatsApp” istifadəçilərinə ŞAD XƏBƏR – YENİLİK EDİLDİ

Növbəti Yazı

Elşad Həsənovun şübhəli “birmənbə metodu”: 19,7 milyonluq üç müqavilənin izi ilə…

EKSKLUZİV

İcra başçısı işıqlandırılması nəzərdə tutulan daha bir küçəyə baxış keçirib

İcra başçısı işıqlandırılması nəzərdə tutulan daha bir küçəyə baxış keçirib

20 Oktyabr 2026 / 17:03
2
Güneydən Azərbaycanla bağlı bəyanat

Güneydən Azərbaycanla bağlı bəyanat

20 Oktyabr 2026 / 16:00
2
Nəsimi Musayev Ermənistanda belə həbs olundu – Video

Nəsimi Musayev Ermənistanda belə həbs olundu – Video

20 Oktyabr 2026 / 15:49
3
Yeni qaydalar hazırlandı: Yanvarın 1-dən tətbiq olunacaq

Yeni qaydalar hazırlandı: Yanvarın 1-dən tətbiq olunacaq

20 Oktyabr 2026 / 15:21
2

XƏBƏR LENTİ

İcra başçısı işıqlandırılması nəzərdə tutulan daha bir küçəyə baxış keçirib

Güneydən Azərbaycanla bağlı bəyanat

Nəsimi Musayev Ermənistanda belə həbs olundu – Video

Yeni qaydalar hazırlandı: Yanvarın 1-dən tətbiq olunacaq

Bəzi ərazilərdə qar yağacaq – XƏBƏRDARLIQ

Kartla ödəniş üçün ən azı 1 manatlıq alış etməlisiniz? – RƏSMİ

Türk millətçiliyini zəhərləməyə çalışanlar… – Baxçalı

Bakıda bu şəxslər üçün pulsuz avtobuslar ayrıldı

Türkiyə parlamenti Məkkə sazişini təsdiq edəcək

Sabahın havası açıqlanıb

Ronaldu cəzasının yüngülləşdirilməsini istədi

Hərbi qulluqçuların məsuliyyəti artırılır, alternativ cəza müəyyənləşir

Azərbaycanda meymunçiçəyi ilə bağlı SON VƏZİYYƏT

DİM sədri narazılıqlara münasibət bildirdi

Neft Fondunun investisiya portfeli 5%-dən çox artıb

Avtoxuliqanlığa görə cərimələr nə qədərdir?

Elektron ticarətlə bağlı bu məhdudiyyət ləğv edilir

Bu ilin doqquz ayında 37 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib

Mehdiyev divanda uzanmış halda məhkəməyə qoşulub

Fəlsəfə doktoru imtahanları üçün qeydiyyat elan edilib

“DTX-nın atdığı addımlar doğru və təqdirəlayiqdir”

Bu avtobusun son dayanacağı dəyişdirildi

ADY qatarlarına daş atılması halları 38% azalıb

Sabah Bakının bu rayonlarında qaz olmayacaq

Bu şəxslərə pulsuz mənzil veriləcək

Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı

Mənə Qazaxıstanda çevriliş təşkil etmək təklif olunmuşdu – Japarov

Azərbaycan çempionatında azarkeş rekordu

Dünyanın ən çox qazanan futbolçuları – SİYAHI

Prezident bir qrup energetiki təltif edib – SİYAHI

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Oktyabr 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« Sen   Noy »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.