Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İqtisadiyyat

Araz dəhlizi işə düşür – Zəngəzur dəhlizi isə…

Oktyabr 18, 2025
A A

REDAKTORUN SEÇİMİ

Sabirbad müəllimlərinin Həmkarlar İttifaqı NƏYƏ XİDMƏT EDİR? – İTTİHAM…

Sabirbad müəllimlərinin Həmkarlar İttifaqı NƏYƏ XİDMƏT EDİR? – İTTİHAM…

16 Oktyabr 25 / 12:32
Ağtafada dəhşətli mənzərə: mərkəzi küçələr zibillik meydanına çevrilib

Ağtafada dəhşətli mənzərə: mərkəzi küçələr zibillik meydanına çevrilib

10 Oktyabr 25 / 15:36
“Pilgrim Education”un rəhbəri Aisa Aslanova növbəti qurbanlarının axtarışında….

“Pilgrim Education”un rəhbəri Aisa Aslanova növbəti qurbanlarının axtarışında….

09 Oktyabr 25 / 15:52
Xətai rayon başçısı Rafiq Quliyev hansı şərtlərlə qanunsuz tikintilərə icazə verir?- FAKT

Xətai rayon başçısı Rafiq Quliyev hansı şərtlərlə qanunsuz tikintilərə icazə verir?- FAKT

09 Oktyabr 25 / 12:05
Ağdam icra başçısından xoşagəlməz hərəkət: Şəhid anası və qazilər ayaqüstə, özü  isə… – FOTOFAKT

Ağdam icra başçısından xoşagəlməz hərəkət: Şəhid anası və qazilər ayaqüstə, özü isə… – FOTOFAKT

08 Oktyabr 25 / 17:00

İran istəyir ki, Azərbaycan daha çox bu logistikadan istifadə etsin – ekspertdən şərh

Azərbaycanın geosiyasi və nəqliyyat xəritəsində yeni bir mərhələ başlanır. Baş nazirin müavini Şahin Mustafayevin açıqlamasına görə, Araz çayı boyunca İran ərazisindən keçəcək avtomobil yolunun tikintisi gələn Novruza qədər tamamlanacaq. Bu marşrutun istifadəyə verilməsi təkcə Naxçıvan Muxtar Respublikasının blokadadan çıxması deyil, eyni zamanda regionun geoiqtisadi strukturunun dəyişməsi anlamına gəlir.

Yeni yol Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək və “Şimal-Cənub” və “Şərq-Qərb” beynəlxalq nəqliyyat dəhlizlərinin mühüm komponentinə çevriləcək. Həm də “Araz dəhlizi” adlandırılan bu marşrut Zəngəzur dəhlizindən cəmi 10 kilometr uzun olacaq, lakin siyasi və praktiki baxımdan real və işlək alternativ sayılır.

Bu layihə İran ərazisi vasitəsilə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvanı birləşdirəcək, Kəlalə-Ağbənd-Cəbrayıl-Füzuli-Ağdam- Yevlax-Gəncə-Tbilisi-Batumi istiqamətini əhatə etməklə Fars körfəzi ilə Qara dənizi birləşdirəcək. Beləliklə, Araz dəhlizi yalnız Azərbaycanın daxili əlaqəsini bərpa etmir, həm də regionun mühüm tranzit qovşaqlarından birinə çevrilir.

Prezident İlham Əliyev aprelin 28-də keçirilmiş Azərbaycan-İran biznes forumunda layihənin strateji əhəmiyyətini bir daha vurğulayaraq qeyd etmişdi ki, Araz dəhlizi ilə bağlı yayılan müxtəlif fərziyyələr əsassızdır. Onun sözlərinə görə, bu, sırf iqtisadi və nəqliyyat yönümlü bir təşəbbüsdür: “Bu, Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə İran ərazisindən birləşdirən bir layihədir”.

Hazırda Ağbənd-Kəlalə avtomobil körpüsü və ona bitişik yolun tikintisi intensiv şəkildə davam edir və 2025-ci ilin sonunadək tamamlanması nəzərdə tutulur. Bu, Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan arasında ən qısa və təhlükəsiz nəqliyyat bağlantısını yaradacaq. Layihə həmçinin Çin-Mərkəzi Asiya-Azərbaycan-İran-Türkiyə xəttini birləşdirən “Şərq-Qərb” dəhlizinin mühüm hissəsi olacaq, eyni zamanda “Şimal-Cənub” xəttinin keçid imkanlarını genişləndirəcək.

Fars körfəzini Qara dənizlə birləşdirən bu marşrut, həm relyef, həm də iqlim baxımından ən əlverişli avtomobil yolu sayılır. Tikilən yol I texniki dərəcəyə malik olacaq və Ağbənd-Cəbrayıl-Ağdam-Yevlax-Gürcüstan istiqamətində səmərəli yük və sərnişin daşımalarına şərait yaradacaq. Paralel olaraq, Ağbənd-Laçın-Kəlbəcər-Gəncə-Gürcüstan avtomobil xətti də təxminən bir il ərzində tamamlanacaq.

Beləliklə, Araz dəhlizi təkcə Azərbaycanın Naxçıvanla birbaşa əlaqəsini bərpa etmir, həm də regionun logistika xəritəsini yenidən formalaşdırır. Əgər Zəngəzur dəhlizi Ermənistanın siyasi oyunları ucbatından illərlə reallaşdırıla bilmirsə, Araz dəhlizi artıq praktik mərhələyə keçib və Azərbaycanın iqtisadi, siyasi, həm də strateji üstünlüyünü daha da möhkəmləndirir. Bu, həm Naxçıvanın blokadadan çıxması, həm də Cənubi Qafqazda güc balansının yenidən Azərbaycan xeyrinə dəyişməsi deməkdir.

Araz dəhlizi artıq reallaşmaq üzrədir. Baş nazirin müavini Şahin Mustafayevin açıqlamasına görə, Araz çayı boyunca İran ərazisindən keçəcək avtomobil yolunun tikintisi gələn Novruza qədər tamamlanacaq.

Bəs dəhlizlə gediş-gəliş qiymətləri, tariflər necə olacaq? Ən əsası, Zəngəzur dəhlizinin işə düşməsi ilə Araz dəhlizi əhəmiyyətini itirə bilərmi?

İqtisadçı-ekspert Akif Nəsirli “Yeni Müsavat”a açıqlamasında bildirib ki, konkret rəqəmlər səsləndirmək çətindir: “İran da başa düşür ki, Zəngəzur dəhlizi Araz dəhlizinə alternativdir. İran istəyir ki, Azərbaycan daha çox Araz dəhlizindən istifadə etsin. Ona görə də bu faktor qiymətlərin minimum olacağına əsas verir. İran istəyir ki, dəhlizə maraq daha böyük olsun.

Zəngəzur dəhlizi ilə Araz dəhlizinin uzunluğunda 10 km fərq var. Təxminən 42-43 km Zəngəzur dəhlizidir, Araz dəhlizi isə Azərbaycan sərhədindən Naxçıvan sərhədinə qədər 53 km-dir. İran qiymət qoyma mərhələsində rəqabəti nəzərə alanda bu məsələni də yəqin ki, diqqətdə saxlayacaq. Bu da Araz dəhlizində qiymətlərin aşağı salınması üçün ciddi faktordur”.

Ekspert bildirir ki, Zəngəzur dəhlizi Azərbaycanın istədiyi qaydada işə düşəndən sonra bu zaman Araz dəhlizinin aktuallığı azala bilər. Amma bununla belə biz nəzərə alaq ki, Orta dəhliz layihəsinin davamı olaraq bu iki alternativ dəhliz yaranacaq. Bu zaman bəzi ölkələr İran üzərindən keçən Araz dəhlizindən istifadə etməkdə maraqlı olacaqlar. Buraya Orta Asiya ölkələrini aid etmək olar. Bu ölkələr İranla əlaqə məqsədi ilə Azərbaycana qədər eyni dəhlizlə gələcək, amma Azərbaycandan sonra İran üzərindən keçən Araz dəhlizindən istifadə edəcək. Bu, ümumi qaydadır. Əgər Zəngəzur dəhlizinə Azərbaycanın istədiyi formada, yəni maneəsiz hərəkət statusu verilməyəcəksə, o zaman Azərbaycan üçün Araz və Zəngəzur dəhlizi arasında seçim etmək imkanı olacaq. Məsələn, Ermənistanla nə qədər ki, münasibətlərimiz normallaşmayıb o zaman Azərbaycan şirkətləri daha çox Araz dəhlizinə üstünlük verəcəklər. Lakin beynəlxalq statusa görə Zəngəzur dəhlizinə daha çox ehtiyac var”.

Əvvəlki Yazı

Müstəqillik aktı necə qəbul edilmişdi? – Tarixi faktlar

Növbəti Yazı

Azərbaycan Qəzzaya ordu göndərir

EKSKLUZİV

Ramiz Mehdiyevin komandasında “yarpaq tökümü”: İlk qurban kim olacaq?

Ramiz Mehdiyevin komandasında “yarpaq tökümü”: İlk qurban kim olacaq?

18 Oktyabr 2025 / 18:45
1
Ramiz Mehdiyevin vəzifədə olan qohumları – SİYAHI+VİDEO

Ramiz Mehdiyevin vəzifədə olan qohumları – SİYAHI+VİDEO

18 Oktyabr 2025 / 14:50
1
Bakıdakı tarixi abidələri sökə bilmək üçün bu addımı atırlar – Foto, Video

Bakıdakı tarixi abidələri sökə bilmək üçün bu addımı atırlar – Foto, Video

18 Oktyabr 2025 / 14:48
0
Türkiyə masonlarının “Böyük Ustad”ı saxlanıldı – O kimdir?

Türkiyə masonlarının “Böyük Ustad”ı saxlanıldı – O kimdir?

18 Oktyabr 2025 / 14:45
0

XƏBƏR LENTİ

Ramiz Mehdiyevin komandasında “yarpaq tökümü”: İlk qurban kim olacaq?

Ramiz Mehdiyevin vəzifədə olan qohumları – SİYAHI+VİDEO

Bakıdakı tarixi abidələri sökə bilmək üçün bu addımı atırlar – Foto, Video

Türkiyə masonlarının “Böyük Ustad”ı saxlanıldı – O kimdir?

Mehdiyevlə Əhmədzadə bir məqsədə xidmət ediblər – Faktlar

Ermənistan Aİ-yə üzvlük üçün müraciət etməyə hazırlaşır

Pensiya yaşının artırılması iddiası

Paşinyan: “…mənim səhvlərimi təkrarlamayın”

DÜNƏN ALQIŞ, BU GÜN QARĞIŞ… – Mehdiyevlə bağlı əvvəl nə deyirdilər, indi nə deyirlər?

Azərbaycan Qəzzaya ordu göndərir

Araz dəhlizi işə düşür – Zəngəzur dəhlizi isə…

Müstəqillik aktı necə qəbul edilmişdi? – Tarixi faktlar

Siyavuş Novruzov üçün tarix dərsi: Ramiz Mehdiyevin toyu bitib, istintaqı gedir…

Masallı şəhər bələdiyyəsində qanun pozuntusu: 300 minlik sifariş

Vüsal Aslanov 7 ay əvvəl təyin olunmuş rəisi işdən çıxardı

Əhliman Əmiraslonovun Ramiz Mehdiyev bağlantısı: Gəlini ATU-nun klinikasında vəzifəyə necə yüksəlib?

Türkiyədə ŞOK əməliyyat – masonların rəhbəri istintaqa cəlb olundu

Mehdiyev 7 saat dindirildi – İstintaqa əsa ilə gedib

Trampla Putin arasında GƏRGİNLİK – Alyaskada planlaşdırılan şam yeməyi ləğv edildi

Parlamentdə hərbi xidmətlə bağlı MÜHÜM QANUN

AZAL-ın təyyarəsini Ramiz Mehdiyev vurdurub – Çevriliş planının yeni detalları

Saxta medal verənlərin işini bu idarə araşdırır- 3 nəfər məsuliyyətə cəlb olundu

Zəngəzurla bağlı MÜJDƏLİ XƏBƏR: nəhəng dağlar yarılır, Naxçıvana belə yol açılır – VİDEO

PKK/YPG lideri Dəməşq hökuməti ilə razılığa gəldi: “Ordu və polis sistemində vəzifələrə gətiriləcəyik”

Trampla Putin telefonda müzakirə apardı: nələr razılaşdırıldı? – “Bu, utancverici…”

“TikTok” çevrəni “daraldır” – Üç ay içində 189 milyondan çox video silinib

“Eşqi Bağırov Agentliyə buraxılmır, onun “qələmi” qırılıb”

Mehdiyevlərin “Ailə TV”si necə olacaq?

Fərhad Əhmədov məhkəmədə ifadə verdi – DTX-nın saxladığı Anass Derrazın işi

Füzulinin işğaldan azad olunmasından beş il ötür

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Oktyabr 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« Sen    
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.