Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İqtisadiyyat

Milyonlarla borcu olan qurumlar

Oktyabr 30, 2025
A A

REDAKTORUN SEÇİMİ

“Bolmart” marketlər şəbəkəsində Adnan Əhmədzadə kabusu, vergi yaynması və rəhbər saxtakarlığı – FOTOFAKT

“Bolmart” marketlər şəbəkəsində Adnan Əhmədzadə kabusu, vergi yaynması və rəhbər saxtakarlığı – FOTOFAKT

30 Oktyabr 25 / 11:01
Xətai rayon başçısı Rafiq Quliyev hansı şərtlərlə qanunsuz tikintilərə icazə verir?- FAKT

Xətai rayon başçısı Rafiq Quliyev hansı şərtlərlə qanunsuz tikintilərə icazə verir?- FAKT

29 Oktyabr 25 / 12:15
Rəsulzadənin qurduğu universiteti “rusun adamının adamı” idarə edir – Elçin Babayevlə Ramiz Mehdiyev tandemi

Rəsulzadənin qurduğu universiteti “rusun adamının adamı” idarə edir – Elçin Babayevlə Ramiz Mehdiyev tandemi

28 Oktyabr 25 / 12:10
Səfər Mehdiyevdən Kəmaləddin Heydərova qarşı şok əməl

Səfər Mehdiyevdən Kəmaləddin Heydərova qarşı şok əməl

27 Oktyabr 25 / 13:06
Ramiz Mehdiyevə yaxın icra başçıları – Qaraşov da siyahıda…

Ramiz Mehdiyevə yaxın icra başçıları – Qaraşov da siyahıda…

21 Oktyabr 25 / 10:57

Açıqlanan maliyyə hesabatından aydın olur ki, “Azəristiliktəchizat” ASC-nin yığılmış zərəri 133 milyon 34 min manat olub, bu isə illik müqayisədə 5,37 faiz çoxdur. Belə ki, şirkət 2024-cü ili 6 milyon 785 min manat zərərlə başa vurub. Bu ilin yanvar ayının 1-nə  “Azəristiliktəchizat”ın cəmi aktivləri 149 milyon 364 min manat, cəmi öhdəlikləri 84 milyon 178 min manat, cəmi kapitalı isə 65 milyon 186 min manat təşkil edib.

Qeyd edək ki, “Azəristiliktəchizat” ASC istilik təchizatı sahəsində mərkəzləşdirilmiş istilik və isti su xidmətləri göstərən və səhmlərinin 100 faiz paketi dövlətə məxsus şirkətdir. Onun nizamnamə kapitalı 136,685 milyon manat təşkil edir. Səhmdar cəmiyyəti Bakıda və regionlarda yaşayış evlərini və binaları, təhsil, səhiyyə müəssisələrini və digər sosial təyinatlı obyektləri istiliklə təchiz edir.

“Azəristiliktəchizat” ASC öz sahəsində təbii inhisar mövqeyinə malik olan tək dövlət şirkəti deyil. Azərbaycanda belə şirkətlərin sayı onlarladır. Onların, demək olar ki, hamısının illər boyu yığılmış zərərlərinin həcmi milyardlarla manatla ölçülür.

Ümumiyyətlə, Azərbaycanda iri dövlət şirkətlərinin sağlamlaşdırılması, borclarının azaldılması, özünümaliyyələşdirmə səviyyəsinin yüksəldilməsi son onillikdə dövlət qarşısında duran başlıca vəzifələrdən biri olaraq qalmaqdadır. Xüsusilə 2015-ci ilin maliyyə böhranından sonra əksəriyyəti mühüm bir sahədə təbii inhisar olan və dövlət büdcəsindən milyardlarla manat dotasiyalar alan bu şirkətlərin idarəçiliyinin dəyişməsi, maliyyə fəaliyyətində şəffaflığın yaradılması zərurətə çevrilib. Çünki onların qaranlıq maliyyə sistemi nə məsul olduqları mühüm xidmət sahələrində keyfiyyəti yüksəltməyə imkan verir, nə də iriməbləğli dövlət yardımını azaltmağa.

2020-ci ildə Azərbaycan İnvestisiya Holdinqi yaradılıb, əksər iri dövlət şirkətləri onun idarəçiliyinə veriləndə başladılan prosesdən gözləntilər çox yüksək idi. Ən azı növbəti 3 ildə dövlətin boynunda ağır yükə çevrilən həmin şirkətlərin maliyyə şəffaflığının təmin olunması, xidmət keyfiyyətinin qaldırılması, nəhayət, onlara yönəlik büdcə yardımlarının azaldılması gözlənilirdi. Lakin ötən 5 ildə bu gözləntilər böyük ölçüdə özünü doğrultmadı. Doğrudur, bir sıra qurumlar uzun illik zərərli yekunlardan az da olsa mənfəətə keçdilər, lakin bu, onların təqdim etdikləri xidmətlərin keyfiyyətində hiss olunmadı. Eyni zamanda dövlət büdcəsindən birbaşa dotasiyalar azalsa da, digər xərc maddələri üzrə dövlətdən aldıqları vəsaitlərin ümumi məbləğində ciddi bir dəyişiklik müşahidə olunmur.

Bir sıra qurumlar publik hüquqi şəxslərə çevriliblər, lakin bu, onların dövlət büdcəsindən aldıqları vəsaitlərin həcmində demək olar ki, hiss olunmayıb. Onlar nəhəng məbləğlərdə dövlət sifarişləri alsalar da, bu, borcların ödənməsində irəliləyişə gətirib çıxarmayıb.

Azərbaycan Hesablama Palatasının 2025-ci ilin dövlət büdcəsi layihəsinə verdiyi rəydən aydın olur ki, cari ildə büdcədən 56 publik hüquqi şəxsə dövlət sifarişləri üçün 1,1 milyard manat ayrılması nəzərdə tutulub ki, bu da 2024-cü ilin gözlənilən icrası ilə müqayisədə 111,9 milyon manat və ya 11,2 faiz çoxdur: “Qeyd edək ki, publik hüquqi şəxslərə dövlət sifarişi ilə yanaşı, digər istiqamətlər üzrə də vəsait yönəldilir və ayrılan vəsaitin büdcə xərclərində payı əhəmiyyətlidir (2023-cü ildə dövlət büdcəsi xərclərinin təqribən 5-də 1-dən çox hissəsi). 2025-ci ildə də dövlət müəssisələrinə subsidiya ayrılmasının davam etdirilməsi proqnozlaşdırılır. Layihəyə əsasən, bu istiqamət üzrə bölgüsü əvvəlcədən müəyyən edilmiş xərclərin məbləği 403,5 milyon manat olmaqla, əvvəlki ilə nisbətən azalma ilə proqnozlaşdırılsa da, icra prosesində bölüşdürüləcək xərclər hesabına dövlət müəssisələrinə ayrılacaq vəsaitlərin daha çox olacağı ehtimal edilir. İstər publik hüquqi şəxslərə, istərsə də dövlət müəssisələrinə ayrılan vəsaitlərin icrası əsasən xəzinədənkənar hesablar vasitəsilə həyata keçirilir. Xəzinədənkənar əməliyyatların artması isə xərc öhdəliklərinin icrasının izlənilməsi imkanlarını məhdudlaşdırmaqla, bu vəsaitlərin dövlət nəzarətindən kənarda qalması ilə nəticələnir”.

Hesablama Palatası tərəfindən aparılmış audit tədbirləri zamanı üzə çıxıb ki, bəzi hallarda belə qurumlara ayrılmış vəsaitlər uzun müddət müvafiq müəssisələrin bank hesablarında qalır ki, bu da resurs çatışmazlığı ilə bağlı riskləri formalaşdıra bilər.

İri dövlət şirkətlərinin fəaliyyətinin sağlamlaşdırılması üçün həyata keçirilən tədbirlərə rəğmən, onların demək olar ki, heç biri xarici maliyyə qurumlarından dövlət zəmanəti ilə aldıqları kreditləri qaytarmırlar.

1739272706_1738047229_1737535902_44318042-cc4f-3e0a-b3ac-6ecb5ee1d0ef_850.jpg (174 KB)

Hesablama Palatasının qeyd olunan hesabatına əsasən son illərdə bir sıra dövlət müəssisələrinin dövlət zəmanətli öhdəliklərinin yerinə yetirilməsi üçün hər il əhəmiyyətli məbləğdə vəsait dövlət büdcəsi və “Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu” hesabına icra edilir: “Belə ki, bu məqsədlə 2021-ci ildə 493,6 milyon manat Təminat Fondu, 249,4 milyon manat isə büdcə vəsaiti hesabına olmaqla, cəmi 743,0 milyon manat, 2022ci ildə 119,1 milyon manat Təminat Fondu, 339,4 milyon manat büdcə vəsaiti hesabına olmaqla, ümumilikdə 458,5 milyon manat, 2023-cü ildə isə 438,2 milyon manat Təminat Fondu və 308,0 milyon manat büdcə vəsaiti hesabına olmaqla, ümumilikdə 746,2 milyon manatlıq ödəniş həyata keçirilib. Bu, büdcə vəsaitlərinin dövlət zəmanəti ilə təmin edilmiş öhdəliklərin yerinə yetirilməsinə istiqamətlənməsinin davamlı olduğunu şərtləndirir. Qeyd edilənləri nəzərə alaraq, təşkilatların maliyyə vəziyyətinin əhəmiyyətli şəkildə qiymətləndilməsini və öz öhdəliklərini yerinə yetirə biləcək qurumların dövlət zəmanətilə təmin edilməsini zəruri hesab edirik”.

2025-ci il üçün dövlət büdcəsinin tərkibində xarici dövlət borcu üzrə ödənişlər 1 milyard 441,6 milyon manat məbləğində proqnozlaşdırılıb ki, bu da 2024-cü ilin yenidən baxılmış büdcəsində nəzərdə tutulan məbləğdən 316,3 milyon manat çoxdur: “Xarici dövlət borcu üzrə ödənişlərin dövlət borcuna xidmətlə bağlı xərclərin ümumi məbləğinin 60,1 faizinə, dövlət büdcəsi gəlirlərinin 3,8 faizinə, dövlət büdcəsi xərclərinin isə 3,5 faizinə bərabər olacağı nəzərdə tutulur. Xarici dövlət borcunun faiz ödənişləri üzrə proqnozlaşdırılan 479,3 milyon manat məbləğində vəsait növbəti ilin dövlət büdcəsi xərclərinin 1,2 faizini təşkil edir. Qeyd edək ki, cari ilin ilkin təsdiq edilmiş büdcəsi ilə müqayisədə faiz xərclərinin 142,4 milyon manat azalmasına baxmayaraq, əsas borc ödənişlərində 111,4 milyon manat artım müşahidə edilir. Əsas borc ödənişlərində artımın əsas səbəbi bir sıra dövlət müəssisələrinin, o cümlədən ”Azərbaycan Dəmir Yolları” QSC-nin 172,0 milyon manat, “Azərenerji” ASC-nin isə 10,7 milyon manat məbləğində dövlət zəmanəti ilə təmin edilmiş öhdəliklərinin növbəti il xarici borca xidmət xərclərində nəzərə alınmasıdır. 2023-cü ildə aparılan KDMN tədbiri çərçivəsində aparılan təhlillər zamanı müəyyən edilib ki, “Azərbaycan Dəmir Yolları” QSC və “Azərenerji” ASC 2021-ci və 2022-ci maliyyə illərini xalis mənfəətlə başa vurmalarına baxmayaraq, öz maliyyə öhdəliklərini icra etməyiblər, nəticədə, bu öhdəliklərin icrası dövlət büdcəsi vəsaiti hesabına təmin edilib”.

Maliyyə Nazirliyinin hazırlanan “2026-2029-cu illəri əhatə edən Ortamüddətli Xərclər Çərçivəsi”ndə açıqladığı məlumata görə, 2025-ci il 1 sentyabr tarixinə dövlət şirkətlərinin Azərbaycanın dövlət zəmanəti ilə təmin edilmiş borcları 10 milyard 727,1 milyon manat və ÜDM-in 8,3 faizini təşkil edib. Məlumata görə, qeyd olunan məbləğin 87,6 faizi xarici valyutada (5 milyard 526,5 milyon ABŞ dolları), 12,4 faizi isə milli valyutada (1 milyard 332,1 milyon manat) cəlb edilmiş borclara verilmiş dövlət zəmanətləridir. Azərbaycanın dövlət zəmanəti ilə təmin edilmiş borclarının məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 786,7 milyon manat azalıb.

Sənədə əsasən Azərbaycan Respublikası adından verilmiş dövlət zəmanətləri əsasən dövlət müəssisələri tərəfindən cəlb edilmiş borclara verilmiş dövlət zəmanətləridir: “Uzunmüddətli mitiqasiya tədbiri olaraq Azərbaycan  Prezidentinin müvafiq Fərmanı ilə yaradılmış ”Azərbaycan İnvestisiya Holdinqi” və “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxslərin idarəetməsinə verilmiş portfel şirkətlərin, o cümlədən dövlət zəmanəti ilə borc cəlb etmiş bir sıra dövlət müəssisələrinin idarəolunması sisteminin təkmilləşdirilərək korporativ idarəetmə standartlarının tətbiq edilməsi, gəlir və xərclərinə nəzarətin gücləndirilməsi, risklərin optimallaşdırılması yolu ilə onların tam sağlamlaşdırılması istiqamətində müvafiq addımlar atılır”.

Qeyd edək ki, hazırda Milli Məclis komitələrində 2026-cı ilin dövlət büdcəsinin layihəsinin müzakirəsi gedir. Parlamentin İnternet saytında yerləşdirilən layihədən aydın olur ki, gələn il də dövlət şirkətlərinə büdcədən dotasiyaların ayrılması davam edəcək. Məsələn, layihəyə əsasən 2026-cı il dövlət büdcəsindən iqtisadi fəaliyyət xərcləri bölməsinə aid olan nəqliyyat və rabitə xərcləri üçün 286,9 milyon manat vəsait proqnozlaşdırılıb. Layihədə bildirilib ki, metroda sərnişindaşıma xidməti üzrə gediş haqqı tariflərinin artımı da nəzərə alınmaqla “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sərnişindaşıma xidməti tarifinin maya dəyərindən aşağı olması nəticəsində yaranmış zərərin örtülməsi üçün növbəti ildə 40,0 milyon manat subsidiya nəzərdə tutulub ki, bu da 2025-ci illə müqayisədə 12,3 milyon manat və ya 44,6 faiz çoxdur. 

Layihədə digər dövlət şirkətlərinə müxtəlif istiqamətlər üzrə vəsaitlərin ayrılması nəzərdə tutulur. Lakin gözlənilir ki, ölkənin əsas gəlir mənbəyi olan neftin hasilatının azalması, qiymətinin düşməsi gözlənilən 2026-cı il və növbəti illərdə dövlət maliyyələşməsinə nəzarət sərtləşdiriləcək. Maliyyə Nazirliyinin yeni rəhbərliyinin fəaliyyətindən bu sahədə ciddi dəyişikliklərin olacağı hiss edilir. Dəyişikliklərin nə qədər effektiv olacağını yəqin ki, ən tezi gələn ilin sonlarında qiymətləndirmək mümkün olacaq.

Dünya SAKİT,“

Yeni Müsavat”

Əvvəlki Yazı

Ramiz Mehdiyevə verilən bütün fəxri adlar, ordenlər silindi – FOTO

Növbəti Yazı

Bakının bu ərazisi PLANA DÜŞDÜ: 100-dən çox bina isə… – VİDEO

EKSKLUZİV

Ramiz Mehdiyevin gizli “prinsi” hədəfdə: Həbs olunan icra başçısını vəzifəyə “qudası” Mikayıl İsmayılov təqdim edib – ŞOK MƏLUMATLAR

Ramiz Mehdiyevin gizli “prinsi” hədəfdə: Həbs olunan icra başçısını vəzifəyə “qudası” Mikayıl İsmayılov təqdim edib – ŞOK MƏLUMATLAR

30 Oktyabr 2025 / 15:20
0
“LUKOİL” BİTDİ? – Vahid Ələkbərovun neft imperiyasına sarsıdıcı zərbə

“LUKOİL” BİTDİ? – Vahid Ələkbərovun neft imperiyasına sarsıdıcı zərbə

30 Oktyabr 2025 / 15:11
0
NATO ölkəsindən Kremlə xəbərdarlıq: “PUTİN BUNU ETSƏ, BİZ DƏ MOSKVANI YER ÜZÜNDƏN SİLƏCƏYİK”

NATO ölkəsindən Kremlə xəbərdarlıq: “PUTİN BUNU ETSƏ, BİZ DƏ MOSKVANI YER ÜZÜNDƏN SİLƏCƏYİK”

30 Oktyabr 2025 / 15:10
0
DTX Balakəndə əməliyyat keçirir – İcra başçısı saxlanıldı

DTX Balakəndə əməliyyat keçirir – İcra başçısı saxlanıldı

30 Oktyabr 2025 / 11:17
0

XƏBƏR LENTİ

Ramiz Mehdiyevin gizli “prinsi” hədəfdə: Həbs olunan icra başçısını vəzifəyə “qudası” Mikayıl İsmayılov təqdim edib – ŞOK MƏLUMATLAR

“LUKOİL” BİTDİ? – Vahid Ələkbərovun neft imperiyasına sarsıdıcı zərbə

NATO ölkəsindən Kremlə xəbərdarlıq: “PUTİN BUNU ETSƏ, BİZ DƏ MOSKVANI YER ÜZÜNDƏN SİLƏCƏYİK”

DTX Balakəndə əməliyyat keçirir – İcra başçısı saxlanıldı

Fəzail Ağamalının partiyanı bölə bilməyən övladlarının şirkətləri – SİYAHI

Vergi güzəştlərinin ləğvi özəl sektoru ixtisarlara və “qara mühasibatlığa” aparır

AYNA vergi borcunu vaxtında ödəməyən iş adamını qalib elan etdi

Ramiz Mehdiyevin general oğlu hara yoxa çıxıb? — İLGİNC DETALLAR

Növbə ona çatdı: Araşdırma başladı

“Bolmart” marketlər şəbəkəsində Adnan Əhmədzadə kabusu, vergi yaynması və rəhbər saxtakarlığı – FOTOFAKT

Bakının bu ərazisi PLANA DÜŞDÜ: 100-dən çox bina isə… – VİDEO

Milyonlarla borcu olan qurumlar

Ramiz Mehdiyevə verilən bütün fəxri adlar, ordenlər silindi – FOTO

Cənubi Koreyada TARİXİ GÖRÜŞ: Tramp və Si Cinpin RAZILIĞA GƏLDİ

Zəngəzur dəhlizi ilə bağlı mühüm gəlişmə

Monteneqroda saxlanılan azərbaycanlı ilə bağlı yeni faktlar

AMEA-da yoxlama davam edir

Adnan Əhmədzadəyə aid olduğu deyilən “Bolmart”ın fəaliyyəti DAYANDIRILDI

Dabaq xəstəliyinin yayılmasına niyə göz yumulur?

Ramiz Mehdiyev və Kəmaləddin Heydərov cütlüyünün “Dubay əməliyyatı”

DİN əhaliyə XƏBƏRDARLIQ ETDİ

Bakının çətin və riskli Qəzza qərarı

Xətai rayon başçısı Rafiq Quliyev hansı şərtlərlə qanunsuz tikintilərə icazə verir?- FAKT

Xəzərdə neft tükənir, yoxsa… – Bundan sonra nə olacaq?

Ev almaq istəyənlərin NƏZƏRİNƏ: Satışa çıxarılacaq GÜZƏŞTLİ mənzillərin QİYMƏTLƏRİ

Hava ilə bağlı SON DƏQİQƏ XƏBƏRDARLIĞI

Bakıda keçiriləcək ravvinlər konfransı təxirə düşdü: Yəhudi dindarlar gələsi olmadı

Türkiyə Cümhuriyyətinin qurulmasının 102 illiyidir

Bərdənin Yaşıllaşmasında və Çiçəklənməsində Əmək Payı Olan Məmur – Natiq Qasımov

Qazaxda gənclər üçün “LevelUP” karyera forumu keçirilib

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Oktyabr 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« Sen    
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.