Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Dünya

Revanşistlər istəyinə çatdı – sülh sazişi…

Oktyabr 31, 2025
A A

REDAKTORUN SEÇİMİ

Tahir Kərimovun oğlu da “gül vurdu”: Prezidenti dəstəkləyir, yoxsa?…

Tahir Kərimovun oğlu da “gül vurdu”: Prezidenti dəstəkləyir, yoxsa?…

04 Fevral 26 / 11:08
Rektor Yusif Yusibova qarşı ağır ittihamlar: İntihar cəhdi, təhdidlər və maliyyə maxinasiyaları

Rektor Yusif Yusibova qarşı ağır ittihamlar: İntihar cəhdi, təhdidlər və maliyyə maxinasiyaları

02 Fevral 26 / 13:07
Xətai icra başçısının Əhmədli əməliyyatı: tikintiyə icazə verilməyən yerdə AĞACLAR KƏSİLDİ, İŞ BAŞLADI

Xətai icra başçısının Əhmədli əməliyyatı: tikintiyə icazə verilməyən yerdə AĞACLAR KƏSİLDİ, İŞ BAŞLADI

24 Yanvar 26 / 13:28
Maliyyə nazirliyinin əməkdaşının adı aqrar sektorda “silinən pullar”da çəkilir – Təfərrüat

Maliyyə nazirliyinin əməkdaşının adı aqrar sektorda “silinən pullar”da çəkilir – Təfərrüat

22 Yanvar 26 / 14:56
Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

26 Dekabr 25 / 12:29

İrəvandakı hakim komanda konstitusiya dəyişikliyi haqda yekdil fikrə gələ bilmir, belə olduğu halda Ermənistan cəmiyyətinin referenduma gedərək anti-Azərbaycan müddəalarının əleyhinə səs verəcəyi az inandırıcı görünmür…

Sülh sazişi ətrafında danışıqların əsas tormozlayıcı amili – Ermənistan Konstitusiyası belə görünür ki, bu il də dəyişdirilməyəcək. Narahat edən məqam həm də budur ki, Ermənistan hökumətinin özündə bu məsələdə yekdil mövqe yoxdur.  Məsələn, Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib: “Bizim konstitusiyamızda problem yoxdur. Qarabağ məsələsi artıq keçmişdə qalıb”.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan isə son  açıqlamasında etiraf etdi ki, tərəflər razılaşmanın bəzi məqamlarında ortaq nöqtə tapa bilmir: “Onlar hesab edirlər ki, biz konstitusiyaya dəyişiklik etməliyik. Biz isə düşünürük ki, konstitusiyamızda heç bir problem yoxdur”.

Amma daha orta məktəb şagirdi də bilir ki, sülhə əngəl olan Ermənistan Konstitusiyasının Preambulasında (ön sözündə) və  Müstəqillik Bəyannaməsinin 11-ci maddəsində Azərbaycana qarşı olan ərazi iddiasıdır. Azərbaycanın tələbi də məhz budur: “Bu bəyannaməyə istinad aradan qaldırılmadan sülh sazişi hüquqi qüvvəyə minə bilməz”.

Ararat Mirzoyan Çexiyaya gedir | Modern.az

Rəsmi Bakı bu məsələdə prinsipial mövqedədir. Prezident İlham Əliyev 2024 və 2025-ci illərdə bir neçə çıxışında açıq bildirib ki, Ermənistan öz konstitusiyasından Azərbaycan ərazisinə iddia yaradan istinadı çıxarmalıdır. Əks halda, sülh sazişi mənasız sənəd olacaq. Azərbaycan tərəfinin arqumenti sadə və beynəlxalq hüquqa uyğundur: Sülh sazişində “ərazi bütövlüyünə qarşılıqlı hörmət” bəndi olacaqsa, bu, hər iki tərəfin daxili qanunvericiliyində də əksini tapmalıdır. Paşinyan dəfələrlə etiraf edib ki, Ermənistanın Müstəqillik Bəyannaməsinə istinad sülh sazişi, Ermənistanın gələcək inkişafı və müstəqilliyi üçün maneədir. Lakin bu fikir parlamentdə və hökumətdə ciddi müqavimətlə qarşılanıb.

Paşinyan dəyişiklik istəyir, amma siyasi məsuliyyətdən və revanşistlərdən çəkinir. Mirzoyan da ictimaiyyəti sakitləşdirmək və hakimiyyətdə qalmaları üçün “Konstitusiyada problem yoxdur” ritorikasını saxlayır. Ermənistanın isə iki yolu qalıb. Əgər növbəti il konstitusiyanı dəyişməsə, bu halda sülh sazişi imzalanmayacaq. Nəticədə Azərbaycan sərhəd və iqtisadi təzyiq alətlərini saxlamaqda davam edəcək, Ermənistan isə regional əməkdaşlıq və nəqliyyat layihələrindən kənarda qalacaq. Bu vəziyyət ölkənin həm siyasi, həm də iqtisadi təcridini dərinləşdirəcək.

Göründüyü kimi, İrəvandakı hakim komanda belə yekdil fikrə gəlməyib. Belə olduğu halda Ermənistan cəmiyyətinin referenduma gedərək anti-Azərbaycan və anti-Türkiyə müddəalarının əleyhinə səs verəcəkləri də az inandırıcı görünür, xüsusən də revanşistlərin hələ də hay-küy saldığı dönəmdə.

Bu il sülh sazişinin imzalanmamasını revanşistlərin aktivinə yazmaq olarmı? Paşinyan sülh sazişindən  daha çox hakimiyyətdə qalmaq həvəsi gələn il də davam etsə, Azərbaycan hansı təzyiq vasitələrini işə sala bilər?

Deputat Sahib Alıyev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Ermənistanda rəsmilərinin qapalı danışıqlarda bir şey, auditoriya qarşısında başqa şey demələrindən asılı olmayaraq, nəinki konstitusiyalarına dəyişiklik etmək, ümumiyyətlə, onu dəyişmək planları var: “Baş nazirlərinin bu yaxınlarda bəyan etdiyi kimi, onlar 4-cü respublika quruculuğuna məhz yeni konstitusiya ilə başlamaq istəyirlər. Və onu da gözəl bilirlər ki, Azərbaycanın ölkəmizə qarşı torpaq iddiasının konstitusiyalarından çıxarılması tələbinin yerinə yetirilməməsi təkcə Ermənistanı yenidən konflikt burulğanına çəkmir, həm də onlar özləri o burulğanda yox olasıdırlar. Yəni əgər Ermənistan normal dövlət olmağa yox, forpostluğu davam etdirməyə üstünlük verərsə, onda bu ölkənin başında indiki komandanın heç bir təmsilçisi qalmayacaq. Ona görə də  nə demələrindən asılı olmayaraq, onlar var qüvvələri ilə çalışırlar və çalışacaqlar ki, konstitusiya ilə bağlı vədlərini yerinə yetirsinlər”.

S.Alıyevin fikrincə, Paşinyanın indidən seçki qərargahı yaratması və orada gedən başqa proseslər onu göstərir ki, hakimiyyətin qabaqlayıcı addımları sırasında səsvermənin vaxtının dəyişdirilməsi planı da var: “Plan var, amma onu reallaşdırıb-reallaşdırmamaqla bağlı hələ dəqiq qərar verilməyib. Orada seçki necə keçəcək, kim qələbə çalacaq bizim üçün maraqlı deyil. Azərbaycanın məqsədi odur ki, Ermənistan hansısa gücün əlində alət olmaqdan əl çəkərək, öz maraqlarından çıxış edə bilən, normal qonşu və beynəlxalq subyekt olsun. Olacaq, lap yaxşı, olmayacaq, demək ki, olmayacaq. Yəni tarixin indi  elə bir mərhələsidir ki, Ermənistan istəsə, normal dövlət ola bilər, istəməsə, ümumiyyətlə, olmayacaq. Birinci variantın baş tutması üçün biz qonşu ölkəyə dəstək göstərməyə hazırıq və göstəririk də. İkinci varianta da tam hazırıq”.

Yeri gəlmişkən, Ermənistanın baş naziri Nikol Paşinyan Paris Sülh Forumunda Azərbaycanla Ermənistan arasında sülhün artıq reallığa çevrildiyini bəyan edərək, bunu bütün region üçün tarixi bir dəyişiklik adlandırıb. O, Ermənistan vətəndaşlarının hökumətin sülh prosesini gücləndirməyə yönəlmiş addımlarını dəstəkləməli olduqlarını vurğulayıb.

Ermənistanın baş naziri bildirib ki, Ermənistan və Türkiyə arasında sərhədlərin açılması, eləcə də diplomatik münasibətlərin qurulması, sadəcə, zaman məsələsidir: “Hazırda buna qarşı heç bir ciddi maneə yoxdur. Bunun nə qədər tez baş verəcəyini deyə bilmərəm. Amma əminəm ki, Ermənistan və Türkiyə siyasi və iqtisadi əməkdaşlıq quracaq və normal qonşu ölkələrə çevriləcəklər”, – Paşinyan bildirib. Ermənistan hökumət başçısı əlavə edib ki, İrəvan və Ankara arasında dialoq davam edir və hər iki tərəf münasibətlərin sabitləşməsində maraqlıdır.

N.Paşinyanın Parisdəki açıqlamaları normal təsir bağışlayır. Gözləyək, görək prezident Makronla görüşdən sonra da sülh və regional əməkdaşlıqla bağlı eyni mövqeni ifadə edəcəkmi, yoxsa fərqli “not”lar dinləyəcəyik? Ötən illərdə Ermənistan və Fransa rəhbərliyinin görüşlərindən sonra rəsmi İrəvanın sülhə əngəl olan mövqelərini az eşitməmişik. Ancaq Fransa Prezidenti Emmanuel Makron son aylar ərzində bir neçə dəfə Azərbaycan və Türkiyə prezidentləri ilə beynəlxalq tədbirlərdə bir araya gəlib. Onun münasibətləri bərpa etmək istiqamətində cəhdləri diqqətdən qaçmayıb. Təsadüfi deyil ki, Prezident İlham Əliyev oktyabrın 16-da Fransa Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sofi Laqutun etimadnaməsini qəbul edərkən Kopenhagendə Fransa Prezidenti Emmanuel Makronla görüşünü xatırladaraq, həmin görüş nəticəsində ölkələrimiz arasında anlaşılmazlığa səbəb olan məsələlərin keçmişdə qaldığını demişdi. Hər halda, Parisin Azərbaycan-Ermənistan sülhünə nə qədər maraqlı olduğunu görəcəyik.

Əvvəlki Yazı

İpoteka ilə bağlı qərar – BUNDAN SONRA…

Növbəti Yazı

Saxlanılan icra başçısının köməkçisi DANIŞDI

EKSKLUZİV

Qazaxda dövlət qulluqçusu yol verdiyi səhvə görə tutduğu vəzifədən azad olundu

Qazaxda dövlət qulluqçusu yol verdiyi səhvə görə tutduğu vəzifədən azad olundu

04 Fevral 2026 / 21:13
3
Tahir Kərimovun oğlu da “gül vurdu”: Prezidenti dəstəkləyir, yoxsa?…

Tahir Kərimovun oğlu da “gül vurdu”: Prezidenti dəstəkləyir, yoxsa?…

04 Fevral 2026 / 11:08
15
“Türk Ədəbiyyatı” jurnalının Türkoloji Qurultayın 100-cü ildönümünə həsr etdiyi nömrəsi çap olunub

“Türk Ədəbiyyatı” jurnalının Türkoloji Qurultayın 100-cü ildönümünə həsr etdiyi nömrəsi çap olunub

03 Fevral 2026 / 18:40
18
Azərbaycan Yazıçılar Birliyinin üzvündən sədr Anara açıq MƏKTUB

Azərbaycan Yazıçılar Birliyinin üzvündən sədr Anara açıq MƏKTUB

03 Fevral 2026 / 13:56
10

XƏBƏR LENTİ

Qazaxda dövlət qulluqçusu yol verdiyi səhvə görə tutduğu vəzifədən azad olundu

Tahir Kərimovun oğlu da “gül vurdu”: Prezidenti dəstəkləyir, yoxsa?…

“Türk Ədəbiyyatı” jurnalının Türkoloji Qurultayın 100-cü ildönümünə həsr etdiyi nömrəsi çap olunub

Azərbaycan Yazıçılar Birliyinin üzvündən sədr Anara açıq MƏKTUB

Rektor Yusif Yusibova qarşı ağır ittihamlar: İntihar cəhdi, təhdidlər və maliyyə maxinasiyaları

Zaur Mikayılovdan Prezidentə ŞİKAYƏT olundu: Bizə BORC yığırlar, su pulunu HESABLAMIRLAR…

“Azərbaycanda gənclər üçün yeni imkanlar yaradılıb”

DTX-nın sonuncu əməliyyatı cəmiyyət və vətəndaşlar qarşısında hansı vəzifələr qoyur?

Qazaxda Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib – VIDEO

DİN qanunun və milli-mənəvi dəyərlərin keşiyində, yaxud “Bağçalı Saray əməliyyatı”na sözardı…

Kuba səfirliyində Kubanın Milli Qəhrəmanı Xose Martinlə bağlı tədbir

Ağstafa inkişaf yolunda: Seymur Orucuvun uğurlu rəhbərlik strategiyası

Mahalımızın sevimli qızi

“Araz” supermarketlər şəbəkəsi 15 illiyini qeyd edir

“Onların peşəkarlığı terror və təxribat cəhdləri qarşısında ən böyük səddir”

Bakıda 11-ci “ARPACHAY OPEN” beynəlxalq karate turniri keçiriləcək

Büdcədən oğurlanan, xalqdan çırpışdırılan pulların geri qaytarılması vacibdir

Ramiz Mehdiyevin kürəkəni Dubaydakı əmlakların taleyindən narahatdır

Qazaxda icra başçısı şəhid övladının hüzr mərasimində iştirak edib və ailəsinə başsağlığı verib

Xətai icra başçısının Əhmədli əməliyyatı: tikintiyə icazə verilməyən yerdə AĞACLAR KƏSİLDİ, İŞ BAŞLADI

Qazaxda növbəti qanvermə aksiyası keçirilib

Maliyyə nazirliyinin əməkdaşının adı aqrar sektorda “silinən pullar”da çəkilir – Təfərrüat

Məzarı Azərbaycan olan şəhid: Kazım Soltanov!

YAXŞI Kİ, VƏTƏNİ QAZAXDAN SEVDİM

Ramiz Mehdiyevin kürəkəni ilə başlayan kabus: hədə-qorxu, milyonlar

Qazaxda 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi dərin ehtiramla yad edilib

Qazaxda “20 yanvar – Müdrik xalqımızın qəhramanlıq salnaməsidir!” mövzusunda tədbir keçirilib

Mehdiabadda şəhidlərin xatirəsinə həsr olunmuş turnir keçirilib – FOTOLAR

Birinci Qarabağ müharibəsinin yaralarına çəkilən məlhəm…

İcra başçısı rayonda fəaliyyət göstərən uşaq bağçalarında olub

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Oktyabr 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« Sen   Noy »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.