Ramiz Mehdiyev olayı Azərbaycanın iqtisadi təhlükəsizliyinə qarşı təxribat törətmək və külli miqdarda mənimsəmə ittihamları həbs edilən SOCAR-ın İnvestisiya Departamentinin sabiq rəisi, tanınmış iş adamı Adnan Əhmədzadənin həbsini bir qədər kölgədə qoyub. Amma Adnan Əhmədzadənin arxasında gizlənən şəbəkə heç də “mehdiyevçilər” qrupundan zəif deyil. Məlum həbsdən sonra Adnan Əhmədzadə ilə əlaqələri diqqət mərkəzinə gələn isimlər arasında Elnur Baimov və Elnur Abdullayevdir. Bu iki şəxslə bağlı ölkə mediasında yer alan məlumatlara əsasən cumhuriyyet.az olaraq apardığımız araşdırmanı diqqətinizə çatdırırıq:
Ziya Məmmədovdan Adnan Əhmədzadəyə qədər uzanan yol: Elnur Baimovu kim danışdırır?
2000-ci illərin əvvəllərində elə bir dövr gəldi ki, sığorta şirkətlərində çalışan menecerlər media sahəsinə baş redaktor qismində cəlb olundular. O dövrün parlaq deputatlarından hesab olunan mərhum Anar Məmmədxanovun təsisçiliyi ilə yaradılan Day.az saytının rəhbərliyinə Elnur Baimov da məhz sığorta sektorundan gətirilmişdi. A.Məmmədxanovun E.Baimova olan etimadı qədim köklərə əsaslanırdı – hər ikisinin atası BDU-nun riyaziyyat fakültəsində çalışırdı və uzun illərin dostları idilər. Çox keçmədi ki, Day.az-da ulduzu parlayan E.Baimov Turbo.az, Tap.az, Bina.az, Bos.az, Gun.az, “Muğam radio” və s. kimi böyük media resurslarına rəhbərlik etməyə başladı. Bu gün Adnan Əhmədzadə ilə dostluğu heç bir şübhə doğurmayan və onun “kino biznesi”nə rəhbərlik edən Zaur Darabzadə də E.Baimovun patronajlığı altında “Day.az radiosu”na rəhbərlik edirdi. Media sahəsində külli miqdarda gəlir gətirən resurslar E.Baimovun sürətlə varlanmasının və inkişafının əsas ruporu rolunda çıxış edirdi.
Bir müddət sonra isə Sabiq Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovla yaxın dostluq münasibətləri olan E.Baimov birinciyə məxsus “Qaran Holdinq”in tərkibində “Qarant Media Holdinq” yaratdığını da bəyan etdi. “National Geographic” və xeyli sayda ictimai-siyasi məzmunlu resurslar da media holdinqə daxil edilməli idi. Kütləvi ictimai qınaqdan sonra “Qarant Media Holdinq” rəsmən fəaliyyətə başlaya bilmədi. Amma bu uğursuzluq onun məmur obrazının merkantil cizgilərini də yaratmış oldu.
Belə ki, A.Məmmədov bu dəfə E.Baimovu məmur obrazında cəmiyyətə sırımağa çalışdı. Nəhayət 2021-ci ilin sentyabr ayında E.Baimovu Nəqliyyat İntellektual İdarəetmə Mərkəzinin rəhbərliyinə gətirdilər. O, cəmi bir neçə ay sonra – həmin ilin oktyabr ayında bu postdan istefa verdi və yalnız biznes fəaliyyəti ilə məşğul olacağını bildirdi. E.Baimov NİİM-nin rəhbərliyindən getsə də, öz yaxın dostunun bu quruma rəhbərlik edəcəyini bildirdi. Bu şəxsin kimliyi isə ictimaiyyətə yad deyil. Lakin yenidən media sahəsində qayıdan E.Baimov 2013-cü ilin iyul ayında Oxu.az, digər iri media resurslarını təsis etdi və bundan sonra okeanın o ayına – ABŞ-a köç etdi. Bir müddət səssiz qalan E.Baimovun Harvard Universitetində təhsil aldığı və ABŞ-da böyük biznes fəaliyyəti ilə məşğul olduğu ilə bağlı iddialar dolaşırdı. O isə bu iddiaları, nə təsdiq, nə də təkzib edirdi.
E.Baimov A.Əhmədzadənin həbsi öncəsi yenidən aktivləşib. O, 2025-ci ilin iyun ayından özünün Feysbuk hesabında “Azərbaycan Qlobal Media Group”ə rəhbərlik etdiyini paylaşdı. Bu müddət ərzində yalnız bir məqalə istisna olmaqla, digər bütün paylaşımlarını A.Əhmədzadəyə həsr edib. O, ABŞ-da Azerbaijan.us, Vestibaku, BakuHeute, Bakou24, Azerbaiyán Hoy, Baku Gündəm, Azeri.TV media resurslarını da təsis edib. Cumhuriyyet.az olaraq E.Baimov barədə bütün bunları yazmaqda məqsədimiz A.Əhmədzadənin həbsindən sonra onun yazdığı şərhə diqqət çəkməkdir. O, A.Əhmədzadənin dostları tərəfindən müdafiə olunmaması ilə bağlı yazılan statusa belə bir şərh yazmaqla, sistemə qarşı (oxu: dövlətə, hakimiyyətə) müxalif münasibətini sərgiləyir. Sistemin
qəzəbini və bütün problemlərin məhz sistemdən qaynaqlandığını önə çəkir (Əsas foto). Təbii ki, E.Baimovun son davranışları A.Əhmədzadənin həbsini siyasiləşdirməyə cəhd etdiyinin açıq ifadəsidir.
Heç şübhəsiz, hansısa həqiqi müxalifətçi belə bir şərh yazsaydı, təəccüblə qarşılanmazdı. Amma bu adam E.Baimovdur, Azərbaycanda qazandığı milyonlarla vəsait hesabına özünə təm-təraqlı həyat şəraiti və ABŞ-ın Virciniya ştatında böyük biznes qurub. Bu siyasi sistemin hesabına layiq olmadıqları həyata sahiblənənlər niyə sonradan müxalifətçilərə çevrilirlər? Bu, nədir, revanş, necə başa düşək?!
Aparılan araşdırmalar zamanı oda məlum oldu ki, Elnur Aslanov Azərbaycanı tərk edəndən sonra ABŞ-da məskunlaşıb. Eləcə də Elnur Abdullayevin Azərbaycandaki böyük media layihələrini yaradan Elnur Baimov da Amerikadadır. Həm Elnur Aslanovun, həm də Elnur Baimov Elnur Abdullayevin Türkiyədə açdığı TV layihəsinə dəstək verdiyi və sonuncunun ABŞ-dan verilən təlimatlarla hərəkət etdiyi bildirilir.
Elnur Abdullayev kimdir və onun aparıcı saytları satın almaqda hansı marağı ola bilər?
Əli Həsənov vəzifəsindən azad olunması ilə onun özünə yaxın adamlar kimi ətrafına yığdığı və sözün əsl mənasında media bazarlığı ilə məşğul olan şəxslərin hamısı oyundankənar vəziyyətə salındı. Çünki Əli Həsənovun rəhbərlik etdiyi İctimai Siyasi Şöbə tamamilə ləğv edilib, tarixin arxivinə göndərildi. Sonrakı dönəmdə yazılan materiallardan Əli Həsənovun zamanında media adı ilə hansı səviyyədə manipulyasiya olunduğu ortaya çıxdı. Amma problemlərin həll olunduğunu demək olmaz. Əli Həsənovun dönəmində viran qoyulan media mühitində indi də tamamilə başqa adamlar söz sahibi olmağa çalışır. Bu istiqamətdə apardığımız araşdırmaların nəticəsi təəssüf hissi doğurur. Belə ki, bizə daxil olan məlumata görə, media kimi kəsərli bir silah hazırda bu sahəyə heç bir aidiyyəti olmayan Elnur Abdullayev adlı adamın əlində cəmləşdirilir. Bu şəxsin Ziya Məmmədovun dönəmində ” Nəqliyyatın İtellektual İdarəetmə Sistemi” və “Dövlət Avtomobil Nəqliyyat Xidməti” kimi mühüm və gəlirli postla rəhbərlik edib. Hətta Elnur Abdullayevin eks nazirlə yaxın qohumluq əlaqəsinin olduğu deyilir. Vəzifədən uzaqlaşandan sonra Elnur Abdullayevin səsi-sorağı Türkiyədən gəldi. Məlum oldu ki, Azərbaycanın sərmayəsi ilə orada “Haber Global” adlı bir televizya kanalı açılır və onun da başında məhz deyilən adam durur. Türkiyə böyük ölkədir, orada televiziya bazarına yeni yaradılan media qurumunu salmaq üçün 3-5 milyon yox, 100 milyonlarla vəsait lazımdır. Təbiidir ki, belə vəsaiti Azərbaycanda heç kim uğur vəd etməyən boş layihəyə ödəməzdi. Ötən iki il fəaliyyəti ərzində sözügedən televiziyanın Türkiyə kanallarının reytinq göstəricilərində autsayderlər sırasında olduğunu görürük.Deməli, bu nəticəyə gəlirik ki, “Haber Global” daha çox vəsait əldə edib mənimsəmək üçün üfürülmüş şardan başqa nəsə deyildi. Həmin televiziyanın ən böyük “uğuru” Azərbaycana aid olan xəbərlərin məhz sosial şəbəkələrin Azərbaycana aid seqmentində paylaşaması olur. Elnur Abdullayev telekanal adı ilə özünə maliyyə axınını həll etməklə işini bitirdi.
Sonrakı dönəmə diqqət edək. Bu dövrlə bağlı apardığımız araşdırmalardan belə məlum olur ki, Azərbaycanda nisbətən İP-si çox olan saytlara qarmaq atıldı. Onlarla aparılan danışıqların məzmunu beləydi ki, saytlar 51-49 faiz pay bölgüsü ilə satılır Elnur Abdullayevin özünün kurasiyasında olan şirkətə. Bu minvalla Azərbaycanda bir çox saytlar satın alınaraq Elnur Abdullayevin kurasiyasına keçib. Yəni faktiki olaraq həmin saytların sahibi 51 faizlik payla Elnur Abdullayevdir. Bu saytların dərin analizi göstərir ki, orada digər vacib dövləti maraqlardan daha çox İP və yaxın çevrə maraqları daha çox güdülür. Məsələn, nurçu qalmaqalı ilə siyasi proseslərdən təcrid olunan şəxslərlə bağlı həmin saytlarda bir dənə də olsun tənqidi material getmir. Əksinə, həmin adamların yenidən reabilitasiyası üçün ciddi bir rəy formalaşdırmağa çalışılır. Müstəqilliyini itirərək zifləyən saytlara isə saxta trafik “pripiskaları” etməklə kimlərinsə qabağınbda hesabatın verildiyi açıq sezilir. Həmin cameəyə aid olan bəzi saytların analizi həm də onu deməyə əsas verir ki, bu cür media nümunələrindən Elnur Abdullayev və komadası daha çox özülərinə yaxın olan məmurların mühavizəsi, əks-qütbdə olanların isə “vurulması” üçün də məharətlə yararlıanırlar. Ortaya çıxan mənzərə ondan ibarətdir ki, Ziya Məmmədovun “vurulması”ndan sonra tutduğu vəzifədən uzaqlaşdırılan Elnur Abdullayev sabiq İMAM Elnur Aslanov kimi qınına çəkilib təyziqləri özündən uzaqlaşdırmır, əksinə, dirəniş göstərməkdə, bunu virtual mediada yeni saytlar və internet TV-lər yaradaraq nümayiş etdirməkdədir. Hər halda Əli Həsənovun dönəmində viran qoyulan media siyasətini, indi naşı Elnur Abdullayevin ümidinə buraxmaq olmaz.
sosial şəbəkələrdə yayılan məlumatlara əsasən Elnur Abdullayevin həbs olunan oliqarxla adı daha çox media ilə bağlı səsləndirilir. Belə güman edilir ki, Elnur Abdullayev Adnan Əhmədzadənin media sahəsinə ayırdığı vəsaitlərin mənimsənilmlərində aktiv iştirak edən isimlərdən biridir.
Nurçu qalmaqalı ilə siyasi proseslərdən təcrid olunan şəxslərlə bağlı Elnur Abdullayevin himayəsində olan saytlarda bir dənə də olsun tənqidi material getmir. Əksinə, həmin adamların yenidən reabilitasiyası üçün ciddi bir rəy formalaşdırmağa çalışılır. Müstəqilliyini itirərək zifləyən saytlara isə saxta trafik “pripiskaları” etməklə kimlərinsə qabağınbda hesabatın verildiyi açıq sezilir. Həmin cameəyə aid olan bəzi saytların analizi həm də onu deməyə əsas verir ki, bu cür media nümunələrindən Elnur Abdullayev və komadası daha çox özülərinə yaxın olan məmurların mühavizəsi, əks-qütbdə olanların isə “vurulması” üçün də məharətlə yararlıanırlar.
Lap bu günlərdə məlum media şəbəkəsinin Rusiya ərazisində Azərbaycan təyyarəsinin vurulması ilə bağlı təxribat məlumatı gələcək təhlükənin ilk işartısıdır…









