Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Ölkə

Qüdrət Həsənquliyevdən sensasion təkliflər

Noyabr 13, 2025
A A

REDAKTORUN SEÇİMİ

Ramiz Mehdiyev harada dəfn olunacaq?

Ramiz Mehdiyev harada dəfn olunacaq?

29 Oktyabr 26 / 15:00
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır- Dilsuz Dəmirçiyevin klubunda nələr yaşanır?

Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır- Dilsuz Dəmirçiyevin klubunda nələr yaşanır?

26 Oktyabr 26 / 11:49
BŞTİ müdirinə daha bir “dost” zərbəsi – MLK-da nə baş verir?!

BŞTİ müdirinə daha bir “dost” zərbəsi – MLK-da nə baş verir?!

23 Oktyabr 26 / 14:15
Neftçalada təhsil anarxiyası: Nicat Cəfərovun ambisiyası dövlət siyasətinə qarşı

Neftçalada təhsil anarxiyası: Nicat Cəfərovun ambisiyası dövlət siyasətinə qarşı

21 Oktyabr 26 / 12:11
BDU-nun müəllimləri “PROFESSORUN” toruna düşüb

BDU-nun müəllimləri “PROFESSORUN” toruna düşüb

19 Oktyabr 26 / 13:07

ƏHD Partiyasının lideri, deputat Qüdrət Həsənquliyev Gununsesi.info-ya ölkə başçısı İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına yeni xüsusi nümayəndə və bir sıra rayon şəhər icra hakimiyyətlərinə başçı təyinatını şərh edib:

“Onları təbrik edirəm və arzu edək ki,etimadı doğrultsunlar. Prezident özü də söylədi ki, onların bəzilərinin idarəetmə təcrübəsi yoxdu. Bununla yanaşı regionların inkişafına töhfə vermək üçün onlar gərəkən səlahiyyətlərə sahib deyillər. Ölkəmizdə idarəetmə hədsiz mərkəzləşib, bürokratik aparat şişib. Mərkəzi icra hakimiyyəti orqanları yerli icra strukturlarının demək olar ki, bütün əsas səlahiyyətlərini əlindən alıb.

Rayonda kiçik bir emal müəssiəsinin, yaxud anbarın tikintisinə Şəhərsalma və Arxitektura Komitəsindən icazə almaq illərlə vaxt alır. Ona görə biz regionların sürətli inkişafını istəyiriksə, kənd təssərrüfatı nazirliyinin bazasında “Regional inkişaf nazirliyi” yaratmalı, həmin nazirliyin tərkibində kənd təssərüfatı işləri ilə məşğul olan idarə formalaşdırmalıyıq”.

Deputat fikrincə, Azərbaycanın inzibati ərazi bölgüsündə də ciddi dəyişiklik edilməli, çoxsaylı kiçik rayonlardan xilas olub, ölkə ərazisini 15 regiona bölməli, hər regionun birbaşa seçkilərlə formalaşan 25-30 nəfərlik Məclisi formalaşdırılmalı, regionun icra hakimiyyəti həmin məclis tərəfindən formalaşdırılmalıdır:

“Bu zaman cəmiyyət inkişafın qarşısında ən böyük maneələrdən birinə çevrilmiş çoxsaylı məmur ordusundan və böyük idarəetmə xərclərindən canını qurtaracaq. Hər regionda Konstitusiyaya nəzarət edən Prezidentin səlahiyyətli nümayəndəsi olmalıdır. Eyni zamanda hər yaşayış məntəqəsinin bələdiyyəsi olmalıdır.

Geniş səlahiyyətlərə malik regional icra hakimiyyətləri olmayana qədər ciddi nəticələrin olacağı ehtimalı çox azdır. Regionların inkişafını və qanunun aliliyini təmin etmək üçün ciddi konstitusiya islahatlarına ehtiyac var.

Korrupsiya ilə effektli mübarizə üçün məhkəmə hüquq islahatları həyata keçirilməli, andlı iclasçılar institutu tətbiq olunmalı, hakimlər yalnız cinayət törətdikdə məsuliyyətə cəlb olunmalı və vəzifəsindən kənarlaşdırılmalı, güclü vəkillik institutu formalaşdırılmalıdır. Ölkədə vahid İstintaq Komitəsi yaradılmalıdır. Ədliyyə Nazirliyi və Baş Pkokurorluq birləşdirilməlidir.

Hakimiyyət daxilində İcra hakimiyyətindən kənar qanunların icrasına nəzarət edilməsini təmin etmək üçün Milli Məclisin və onun Komitələrinin səlahiyyətləri genişləndirilməlidir”.

Qeyd edək ki, Prezident İlham Əliyev Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonlara təyin olunan icra başçılarını qəbul edərək bir sıra tapşırıqlar verib.

Şəbnəm Rəhimova

Əvvəlki Yazı

İcra başçıları nə qədər maaş alır? – ƏN YÜKSƏK MƏBLƏĞ ELDAR ƏZİZOVDADIR

Növbəti Yazı

İranda əhalinin 92 faizi narazıdır, İsrail və ABŞ isə Xamineyinin ölümünü gözləyir

EKSKLUZİV

Yeni qərar bu maşınların qiymətini kəskin ucuzlaşdıracaq

Yeni qərar bu maşınların qiymətini kəskin ucuzlaşdıracaq

29 Oktyabr 2026 / 16:00
2
Paşinyan: Müstəqillik Bəyannaməsinin mətni antidövlət xarakterlidir

Paşinyan: Müstəqillik Bəyannaməsinin mətni antidövlət xarakterlidir

29 Oktyabr 2026 / 15:48
3
Bəzi sahələrə ƏDV tətbiq olunmayacaq

Bəzi sahələrə ƏDV tətbiq olunmayacaq

29 Oktyabr 2026 / 15:30
3
Azərbaycanda işləyən gənclərin sayı 94 min nəfər azalıb

Azərbaycanda işləyən gənclərin sayı 94 min nəfər azalıb

29 Oktyabr 2026 / 15:16
5

XƏBƏR LENTİ

Yeni qərar bu maşınların qiymətini kəskin ucuzlaşdıracaq

Paşinyan: Müstəqillik Bəyannaməsinin mətni antidövlət xarakterlidir

Bəzi sahələrə ƏDV tətbiq olunmayacaq

Azərbaycanda işləyən gənclərin sayı 94 min nəfər azalıb

Ramiz Mehdiyev harada dəfn olunacaq?

Sərnişinlər qatarlarda ən çox bunları unudurlar – Siyahı

Azərbaycanda bankların birləşməsi davam edəcək

Ölkədə bu maşınlardan şəxsi istifadə qadağan olunur

Sabahın hava proqnozu açıqlanıb

Biznes kreditləşməsi üzrə tələblərimiz sərt deyil – Taleh Kazımov

Azərbaycanın xarici ticarət gəlirləri artır

Mətbuat Şurasından 225 nömrəli məktəbdəki hadisəyə REAKSİYA

Məmurların biznes fəaliyyəti məhdudlaşdırılacaq

Abituriyentlər 3 fəndən imtahan verə bilər

Ermənistan prezidentinin səhhəti pisləşib

Taleh Kazımov: AMB ilin sonunadək daha 1 milyard dollar ala bilər

Azərbaycan XİN Türkiyəni təbrik edib

Bu işsizlər işlə təmin olunacaq

9 ayda Qarabağa 2 milyard manat pul qoyulub – Rəsmi

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təbrik ünvanlayıb

Noyabrın 1-dən bu avtobuslar dəyişir – Gedişhaqqı…

Ceyhun Bayramov Türkiyəyə səfər edib

Bu il həbsxanalarda doğulan uşaqların SAYI

Amnistiya ilə azad olunan cəza sonradan hesablanmayacaq

Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib

Yeni Ombudsman seçiləcək

Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik edib

Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır- Dilsuz Dəmirçiyevin klubunda nələr yaşanır?

Aqil Babayevin ailəsindən müraciət: “Səsimiz eşidilsin, müraciətimiz diqqətdən kənarda qalmasın və iş ədalətlə araşdırılsın”

Eldar Quliyev – Zəngin irsi və dövlətçiliyə sədaqəti ilə yaddaşlarda yaşayan görkəmli şəxsiyyət

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: [email protected]
Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.