Yazıçı-jurnalist Səbinə Yusif yazır: Bir Eloğlum var. Vardı yaza bilmirəm. Onun haqqında keçmişdə danışmaq çox çətindir. Bir Eloğlum var. Bilirsiniz hardadı? Qarabağa gedən Zəfər yolunun başlanğıcında.
Mühüd bilirsiniz 9 ildir hardadı? Talış Yüksəkliyinin zirvəsində. Düşməndən azad etdikləri Talış Yüksəkliyini bir günə yaxın heç bir zirehli texnika olmadan azad saxlaya bildikləri gücün, qüvvətin, əzəmətin özündədir Mühüd. Aprel Döyüşlərindən 44 günlük Vətən Müharibəsinə doğru irəliləyən Qələbədə, Zəfərdədir Mühüd.
Cənab Prezident İlham Əliyev hər zaman deyir: “Biz bu Qələbəni bizim Qəhrəman Hərbiçilərimizə borcluyuq, Şəhidlərimizə borcluyuq. Müzəffər Ali Baş Komandanın Dəmir Yumruğunda yaşayır Mühüd”.









