2026-cı ilin büdcə zərfi parlament müzakirəsindədir.
Medianews.az bildirir ki, dövlət büdcəsi layihəsində 38 milyard 609 milyon manat gəlir, 41 milyard 703,6 milyon manat xərc nəzərdə tutulub. Xərc istiqamətləri belə sıralanıb:
müdafiə və milli təhlükəsizlik – 8,7 milyard manat;
iqtisadi fəaliyyət – 7,8 milyard manat;
ümumi dövlət xidmətləri – 5,5 milyard manat;
təhsil – 5 milyard 15,8 milyon manat;
sosial müdafiə və sosial təminat – 4,8 milyard manat;
məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq – 3,3 milyard manat;
səhiyyə – 2 milyard 24,3 milyon manat;
kənd təsərrüfatı – 1,2 milyard manat;
mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət – 631,6 milyon manat;
ətraf mühitin mühafizəsi – 420,1 milyon manat;
mənzil və kommunal təsərrüfatı – 334,4 milyon manat;
əsas bölmələrə aid edilməyən xərclər – 1,7 milyard manat.
Dövlət Sosial Müdafiə Fondunun büdcə layihəsində gəlir proqnozu 8 milyard 323,1 milyon manat, xərc proqnozu 8 milyard 483 milyon 70 min manatdır.
İşsizlikdən sığorta fondunun büdcə layihəsində gəlir 238,3 milyon manat, xərc 266,4 milyon manat göstərilir.
2026-cı il üçün yaşayış minimumu və ehtiyac meyarının həddi 300 manat nəzərdə tutulur.









