Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İqtisadiyyat

“Kommunal pulu” adı ilə yığılan milyardlar… hara gedir?

Noyabr 20, 2025
A A

REDAKTORUN SEÇİMİ

1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

17 Fevral 26 / 7:23
Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

16 Fevral 26 / 12:42
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi-Tahir Qarayev, Etibar Əyyub, Ədalət Kazımlı… -VİDEO

Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi-Tahir Qarayev, Etibar Əyyub, Ədalət Kazımlı… -VİDEO

13 Fevral 26 / 17:05
Poqonu sökülən generalın əmlaklar da əlindən alınır – NƏLƏRİ VARMIŞ, NƏLƏRİ…

Poqonu sökülən generalın əmlaklar da əlindən alınır – NƏLƏRİ VARMIŞ, NƏLƏRİ…

13 Fevral 26 / 15:49
Ukraynanın və Türkiyənin axtardığı Tahir Qarayev KİMDİR?

Ukraynanın və Türkiyənin axtardığı Tahir Qarayev KİMDİR?

12 Fevral 26 / 14:24

Azərbaycanda yeni tikilən binalardan ev alan əksər insanların mənzil problemi aradan qalxsa da, rahat yaşayış problemi davam edir. Buna səbəb isə yeni binaları tikən şirkətlərin yaratdığı mənzil-tikinti kooperativləridir (MTK).

Azərbaycan Mənzil Məcəlləsinə əsasən binalar tikilib məskunlaşandan sonra tikinti şirkətləri onun idarə olunmasını sakinlərin yaratdığı müştərək idarəetmə qurumuna təhvil verməlidir. Mənzil Məcəlləsinin 109-cu maddəsinə görə, mənzil-tikinti kooperativləri – üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə müvafiq binaların tikintisi və (və ya) yenidənqurulması, habelə müəyyən dövr ərzində kooperativ binada yaşayış və qeyri-yaşayış sahələrinin idarə edilməsi məqsədilə fiziki və (və ya) hüquqi şəxslərin üzvlüyə əsaslanan könüllü birlik formasıdır. MTK-lar daimi yox, müəyyən dövr üçün yaradılır. Belə ki, MTK-lar kooperativ binanın tikilməsi və (və ya) yenidən qurulması, həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin öz üzvləri arasında tam bölüşdürülməsi, üzvlərinin pay haqlarını tam həcmdə ödəmələri üçün tələb olunan müddətə yaradılırlar.

MTK-lar hüquqi statusuna görə istehlak kooperativi hesab olunur. Onun üzvlərinin sayı beşdən az, lakin kooperativin inşa etdiyi çoxmənzilli binada yaşayış və qeyri-yaşayış sahələrinin sayından çox ola bilməz. Kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan sonra bir ay ərzində MTK-lar ləğv edilməli və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməlidir (maddə 109.5.). Bunun üçün çoxmənzilli binadakı yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxunda mülkiyyət hüququnun olması vacibdir. Binada yaşayan sahə mülkiyyətçiləri 50 faiz + 1 nəfər prinsipi ilə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətini yaradırlar və ya öz istəklərinə uyğun olaraq binanın idarəçiliyini özəl şirkətin idarəçiliyinə verirlər. Hər bir halda bir məsələni qeyd etmək vacibdir: çoxmənzilli bina istismara veriləndən sonra MTK-lar ömrünü başa vurmalı, binanın idarə edilməsi ilə bağlı qərarı bina sakinləri verməlidir.

Məcəllənin 112.1-ci maddəsinə görə, pay haqqını tam ödəmiş və ona ayrılmış yaşayış (qeyri-yaşayış) sahəsinə mülkiyyət hüququnu əldə etmiş MTK üzvü müvafiq sahəyə mülkiyyət hüququnu özündə saxlamaqla MTK-nı tərk edə bilər. Eyni zamanda MTK üzvü pay haqqını tam ödədikdə yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir.

Lakin təcrübə göstərir ki, 100 haldan 95-96-da tikinti şirkəti bunu etmir, sakinlərdən bu istiqamətdə gələn təşəbbüslərin qarşısı alınır, MTK-lar binanın idarəçiliyini əlində saxlayır. Bu qurumlar binalarda komendant vəzifəsi yaradır, mənzil sahiblərindən müxtəlif adlar altında heç bir hüquqi əsası olmayan ödənişlər tələb edirlər. Ödənişləri verməyənlərin mənzilinin qaz, su, elektrik enerjisi təminatı qanunsuz halda dayandırılır.

Son illərdə MTK-ların zibilpulu, binanın saxlanması, komendantın haqqı, dayanacaq pulu və sair adlar altında irihəcmli vəsaitləri yığaraq, binanın saxlanması üçün faktiki olaraq heç bir iş görməmələri böyük narazılıqlara səbəb olmaqdadır. Sakinlərin getdikcə artan şikayətlərində qeyd olunur ki, hər ay komendantlar onlara kart göndərərək, 80, hətta 200 manata qədər pul tələb edirlər. Bunu onlar “lifti təmir edirik”, “həyəti işıqla təmin edirik”, “təmizlik edirik” və s. bəhanələrlə istəyirlər. Maraqlısı da budur ki, birinci mərtəbədə yaşayan şəxslə 16-cı mərtəbədəki şəxs eyni pulu ödəyir. Liftdən istifadə etsə də, etməsə də.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Orucun Lent.az-a dediyinə görə, milyonlarla manatın biznes məqsədilə yığılmasına hökumət tərəfindən nəzarət edilməlidir: “Bu, hazırda ciddi problemlərdən biridir. Düşünürəm ki, bu istiqamətdə müəyyən tənzimləmə işləri aparılmalıdır. Özəl sektor olsa belə, proseslərin nəzarətsiz buraxılması vətəndaşlar üçün çox ciddi problemlərin yaranmasına səbəb olur. Burada söhbət milyardlarla manatdan gedir. Bu maliyyənin nəzarətdənkənar və səmərəsiz istifadəsi ölkə iqtisadiyyatına zərbədir.

Birincisi, MTK-ların “kommunal xidmət haqqı” kimi təyin etdiyi ödənişlər həddindən artıq yüksəkdir. İkincisi, onun qarşılığında göstərilən xidmətlər ürəkaçan və peşəkar deyil. Üçüncüsü, bu xidmət haqlarının müəyyən olunması birtərəfli qaydada həyata keçirilir. Bina sakinlərinin bu və ya digər formada mövqeyi, rəyi, münasibəti nəzərə alınmır və komendantlıq vaxtaşırı kommunal haqlarını 10-20 faiz qaldırır. Bunun üçün də hüquqi prosedur olmadığından sakinlər etiraz edə bilmirlər”.

Hüquqşünas Əkrəm Həsənovun “Yeni Müsavat”a dediyinə görə, problem çox ciddi və genişdir: “Bu, şəhərdəki ən böyük problemlərdən biridir. Bu da ondan irəli gəlir ki, qanunvericiliyə riayət olunmur, heç bir dövlət orqanı bu sahəyə nəzarət etmir. Sakinlər də əksər hallarda qanunları bilmədiklərindən səslərini çıxarmırlar. Məsələ nədən ibarətdir? Ondan ibarətdir ki, MTK binanı idarə edə bilməz. Qanunvericiliyə əsasən maksimum 1 aya binadan çəkilib getməlidir. Hətta İnzibati Xətalar Məcəlləsinin 393-1-ci maddəsinə əsasən MTK-lar qanunvericilikdə nəzərdə tutulmuş bir ay ərzində ləğv edilməzsə və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilməzsə, bu halda vəzifəli şəxslər 2000 manat məbləğində, hüquqi şəxslər isə 5000 manat məbləğində cərimə edilməlidir. Bu hallarda MTK-dan Baş Prokurorluğa şikayət edilə bilər.

Hazırda minə yaxın MTK var ki, hələ də mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməyib, köhnə qaydada işləməkdə davam edirlər, ancaq onlar cərimə olunmur. Qanunda nəzərdə tutulan cəzalardan yayınmaq üçün və Mənzil Məcəlləsinin 109.5-ci maddəsinin tələblərini yerinə yetirmək görüntüsü yaratmaq məqsədilə guya binadan çıxıb gedirlər. Lakin bir MMC (məhdud məsuliyyətli cəmiyyət) yaradır, sakinləri də əksər hallarda aldadaraq onunla idarəedici qurum kimi müqavilə imzaladırlar. Əslində bu, MTK-ların atdığı növbəti qanun pozuntusudur. Çünki Mənzil Məcəlləsinin 141.2-ci maddəsində göstərilir ki, idarəetmə üsulları ancaq çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən seçilə bilər. Məcəllənin 141.3-cü maddəsində qeyd edilir ki, çoxmənzilli binanın idarə edilməsi üsulu binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında seçilir və istənilən vaxt onun qərarı əsasında seçilə və ya dəyişdirilə bilər. Yəni MTK-ların yaratdıqları MMC-lərin binanın idarəçiliyini öz üzərinə götürməsi üçün mütləq və mütləq sakinlərin ümumi yığıncağının qərarı olmalıdır. Sakinlər ümumi yığıncaq keçirmirlərsə, 6 ay ərzində bələdiyyə ümumi yığıncaq təşkil etməlidir. Bu da alınmasa, bələdiyyə binanın idarəçiliyini tenderə çıxarmalıdır. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinə Mənzil Məcəlləsi ilə müəyyən olunmuş qaydada binanın idarə edilməsi üsulunun seçilməsində maneçilik törədilməsinə görə vəzifəli şəxslər 300-800 manat, hüquqi şəxslər 1000-2000 manat məbləğdə cərimə edilir. Bu cərimə mexanizmi də işləmir. Nümunələr göstərir ki, MTK-lar nəinki MMMC-yə (mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti) çevrilməyə maraq göstərmir, hətta bu istiqamətdə təşəbbüs göstərən mülkiyyətçiyə müxtəlif süni maneələr törədirlər. Şəxsən mənim yaşadığım binada biz məhkəmə iddiası qaldıraraq, MMMC yaradılmasına nail olmuşuq, son vaxtlar belə qərarlar artır”.

Ekspertin dediyinə görə, bina sakinlərinin ümumi yığıncağının keçirilməsinə bir sıra amillər mane olur: “Binadan ev alan şəxslərin bir xeyli hissəsi özü orada yaşamır. Yaxud kimlərinsə marağı olmur binanın idarəçiliyində iştirak etməyə. Belə-belə səbəblərdən ümumi yığıncaq keçirmək çox çətindir. MTK-lar da bundan istifadə edərək özlərini idarəçi kimi sırıyırlar. Bəzən saxta protokollarla ümumi yığıncaq keçirilməsi də qeyd olunur. Bəzi hallarda bir binaya qanunsuz olaraq iki idarəedici təyin olunur. Bunun da səbəbi odur ki, 200 min manatdan artıq yığım olduqda MMC ƏDV ödəyicisinə çevrilir. Vergini ödəməmək üçün bir binaya iki idarəedici təyin edirlər. Halbuki qanunla bu, qadağandır. Qanunvericiliyə əsasən bu prosesə nəzarət İqtisadiyyat Nazirliyindədir. Lakin ora müraciət etdikdə məhkəməyə üz tutmağı məsləhət görürlər. Nə yerli icra hakimiyyətləri, nə bələdiyyələr bu işlərə qarışmırlar. Ona görə də tikinti şirkətlərinin MMC-ləri istədiklərini edə bilirlər. Onlar binanı idarəçiliklərində saxlayıb bundan pul qazanırlar. Göstərdikləri xidmətin səviyyəsi də yığdıqları pula uyğun gəlmir. Digər maddi qazancı binadakı müəyyən üçüncü şirkətlərin xidmətlərində inhisarın yaradılmasıdır. Onlar binaya hansı provayderin buraxılmasını belə özləri özləri seçir. Həmin kabel televiziyasından da, provayderdən də aylıq rüşvət alır. Sakinlər internetdən narazıdırsa, başqa şirkətdən kabel çəkdirə bilmirlər”.

Hüquqşünas da hesab edir ki, hazırkı şəraitdə yeganə yol sakinlərin özlərinin fəallaşmasıdır: “Sakinlər birləşərək idarəetməni öz əllərinə almalıdılar. Məhkəmə yolu ilə bunu etmək ən rahat yoldur”.

Dünya SAKİT,
“Yeni Müsavat”

Əvvəlki Yazı

Rəqsanə İsmayılova azadlığını neçəyə “alıb”? – Zərərin bir hissəsini ödənildi

Növbəti Yazı

Trampın Ukraynanın kaputilyasiyası planı

EKSKLUZİV

SEPAH Məsud Pezeşkianı kənarlaşdırıb, yoxsa onun səlahiyyətləri artıb?

SEPAH Məsud Pezeşkianı kənarlaşdırıb, yoxsa onun səlahiyyətləri artıb?

02 Mart 2026 / 10:09
0
Tarix, diplomatiya və yaddaş: Memorial Soyqırımı Muzeyində müzakirə

Tarix, diplomatiya və yaddaş: Memorial Soyqırımı Muzeyində müzakirə

24 Fevral 2026 / 13:39
16
Cəmil Həsənli Ramiz Mehdiyev haqqında 6 il əvvəl

Cəmil Həsənli Ramiz Mehdiyev haqqında 6 il əvvəl

23 Fevral 2026 / 17:43
5
“Bismillah”sız heç bir iş görməyən Faiq Balabəyli…

“Bismillah”sız heç bir iş görməyən Faiq Balabəyli…

22 Fevral 2026 / 19:43
15

XƏBƏR LENTİ

SEPAH Məsud Pezeşkianı kənarlaşdırıb, yoxsa onun səlahiyyətləri artıb?

Tarix, diplomatiya və yaddaş: Memorial Soyqırımı Muzeyində müzakirə

Cəmil Həsənli Ramiz Mehdiyev haqqında 6 il əvvəl

“Bismillah”sız heç bir iş görməyən Faiq Balabəyli…

Ramazan və Novruz bayramları ərəfəsində Qazax rayonunun qəbiristanlıqlarında iməcilik keçirilib

Millət vəkili Fəzail İbrahimli Masallıda seçici qəbulu həyata keçirib

“Azərbaycanın Sülh Şurasına yaradıcı üzv statusu ilə qoşulması dövlətimizin və Prezidentimizin nüfuzundan xəbər verir”

Prezidentin təhlükəsizliyi milli hüququn mütləq tələbidir – Vəhdət partiyasından Vaşinqton insidentinə sərt reaksiya

“Mədəniyyət və Yaradıcı Sənayelər üzrə Xüsusi Təqaüd Proqramı – Gələcək üçün tarixi fürsət”- Aisa Aslanova

DİN-nin narkortiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəsi təqdirəlayiqdir

“Veysəloğlu”nun sponsorluğu ilə ərsəyə gələn “Naxçıvan Maarifi” sənədli-bədii filminin təqdimatı keçirilib

Vəhdət Partiyasından təklif: tələbə və alimlərə gediş haqqı güzəşti edilsin

“Münxen konfransı göstərdi ki, Azərbaycan sülh, təhlükəsizlik və tərəfdaşlıq siyasətinə sadiqdir”

VHP-nin 2025-ci il üçün maliyyə hesabatı

Diplomatik fəallıq, yoxsa etibarlı tərəfdaşlıq- Partiya sədri Serbiya ilə imzalan sənədləri dəyərləndirib

1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

İcra başçısı Azərbaycan çempionatında uğur qazanmış idmançı ilə görüşüb

Bakını duman BÜRÜYƏCƏK: Fevralın 17-nin hava PROQNOZU

1,3 və 5 qəpiklə bağlı mühüm açıqlama

Tehranın BOMBALANMASI an məsələsi

“İlham Əliyevin Cənubi Qafqazda inşa etdiyi sülh və təhlükəsizlik arxitekturası bütün dünya üçün nümunədir”

Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

Epşteyn işi ilə bağlı 300 tanınmış şəxsin ​siyahısı dərc edildi

Azərbaycanın növbəti qələbəsi: “artsax” sözü Qış Olimpiya Oyunlarında silindi

Tel-Əvivdə və Qüdsdə Azərbaycan-İsrail kinematoqrafçılarını birgə filmi təqdim olundu (FOTO)

Bakıda şirkət rəhbəri işçiləri “blok”a atdı: Qanunsuz əməlləri ifşa olundu

Süni mayalanma, süni qida, süni intellekt – Salam, süni dünya

Xaricdə təhsil vədləri, yarımçıq qalan ümidlər – Şikayətlər artır

Yadplanetlilər var – Obamadan etiraf

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Noyabr 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
« Okt   Dek »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.