Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İqtisadiyyat

2026-cı il büdcəsinin adı bəlli oldu – sosialyönümlü…

Noyabr 21, 2025
A A

REDAKTORUN SEÇİMİ

1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

17 Fevral 26 / 7:23
Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

16 Fevral 26 / 12:42
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi-Tahir Qarayev, Etibar Əyyub, Ədalət Kazımlı… -VİDEO

Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi-Tahir Qarayev, Etibar Əyyub, Ədalət Kazımlı… -VİDEO

13 Fevral 26 / 17:05
Poqonu sökülən generalın əmlaklar da əlindən alınır – NƏLƏRİ VARMIŞ, NƏLƏRİ…

Poqonu sökülən generalın əmlaklar da əlindən alınır – NƏLƏRİ VARMIŞ, NƏLƏRİ…

13 Fevral 26 / 15:49
Ukraynanın və Türkiyənin axtardığı Tahir Qarayev KİMDİR?

Ukraynanın və Türkiyənin axtardığı Tahir Qarayev KİMDİR?

12 Fevral 26 / 14:24

Dünyada qəbul olunmuş qaydaya əsasən, büdcə o zaman sosialyönümlü hesab olunur ki, o büdcədə sosial bölmələr üzrə xərclərin payının əhəmiyyətli çəkisi olur
Azərbaycanın dövlət büdcəsi 2026-cı ildə də sosialyönümlü olacaq. Bunu maliyyə naziri Sahil Babayev noyabrın 20-də Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, 2026-cı ildə dövlət büdcəsi xərclərinin 41 faizi, cari xərclərin isə 68 faizi və yaxud 17,1 milyard manat sosialyönlü xərclərə yönəldiləcək. Bu, 2024-cü ilin icra göstəricisi ilə müqayisədə 2,5 milyard manat və ya 17 faiz çoxdur: Bu xərclərin 89,7 faizi, yəni 15,4 milyard manatı əməkhaqqı və sosial təminat ödənişlərinə ayrılacaq. Qeyd olunub ki, son beş ildə bu istiqamətdəki xərclər 4,4 milyard manat və ya 39,6 faiz artıb: “Beləliklə, 2026-cı ildə də sosialyönlü xərclər əsas prioritetlər sırasında olacaq. Ortamüddətli büdcə dövrü ilə, yəni 2022-ci illə müqayisədə sosialyönlü xərclər 5,6 milyard manat və ya 48 faiz çox olacaq. Əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən xərclər üçün gələn ilin dövlət büdcəsində 4,9 milyard manat vəsait nəzərdə tutulur. Bu, 2025-ci ilə nisbətən 121 milyon manat, 2024-ci ilin icra göstəricisinə nisbətən isə 722 milyon manat çoxdur. Ortamüddətli büdcə dövrü ilə müqayisədə, yəni cəmi 4 illik dövrdə bu xərclər 41 faiz artıb.

Cari illə müqayisədə 151 milyon manat artımla proqnozlaşdırılan sosial müavinətlər, təqaüdlər və digər sosial ödənişlərə 2,8 milyard manat vəsait sərf ediləcək. Sosial siyasətin digər vacib istiqaməti kimi keçmiş məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı xərclər növbəti ildə 285 milyon manat proqnozlaşdırılır”.

Qeyd edək ki, dünyada qəbul olunmuş qaydaya əsasən, büdcə o zaman sosialyönümlü hesab olunur ki, o büdcədə sosial bölmələr üzrə xərclərin payının əhəmiyyətli çəkisi olur. Belə ki, dünya praktikasında sosial xərclərin büdcədə payı 40 faizdən az deyil. İnkişaf etmiş ölkələrin təcrübəsinə əsasən sosial xərclərə təhsil, səhiyyə, sosial müdafiə, mədəniyyət və bu kimi sosial əhəmiyyətli sahələrdə xərclənən vəsaitlər daxil edilir.

Son on illik müddəti götürsək, dünya praktikasına əsaslanan sosial xərclərin həcminin kəskin artdığını görmək olar. Belə ki, Hesablama Palatasının 2016-cı il dövlət büdcəsinin icrasına dair rəyindən aydın olur ki, “Sosial müdafiə və sosial təminat” bölməsindən bilavasitə sosial müdafiə və təminat tədbirlərinin maliyyələşdirilməsi üçün ayrılan xərcləri, təhsil və səhiyyə bölmələri üzrə faktiki icra edilmiş xərcləri nəzərə alsaq, 2016-cı ildə dövlət büdcəsinin sosial xərclərinin ümumi xərclərdə payı 25.7 faiz (4 milyard 559 milyon 7968 manat) təşkil edib. Əvvəlki ilə nisbətən 2016-cı ildə sosial müdafiə və təminatı xərcləri 250 milyon manat və ya 13.3 faiz, təhsil xərcləri 149.3 milyon manat və ya 9.3 faiz artıb, səhiyyə xərcləri isə 5.7 milyon manat və ya 0.8 faiz azalıb.

2016-cı ildə dövlət büdcəsinin xərcləri nominal ifadədə 17 742,4 milyon manat təşkil edib. Bunun 11 milyard 693,0 milyon manatı və ya 65,9 faizi cari xərclərdən ibarət olub.
2026-cı il üçün dövlət büdcəsinin xərcləri 41 milyard 703,6 milyon manat məbləğində proqnozlaşdırılır. Bu isə o deməkdir ki, on ildə büdcə xərcləri 2,5 dəfə, sosial xərclər isə 3,7 dəfə artıb. Yəni büdcənin sosial xərcləri onun ümumi xərclərindən daha sürətlə artıb.

2026-cı il dövlət büdcəsi Azərbaycanın əsas gəlir mənbəyi olan neftin 65 dollarlıq orta qiyməti əsasında hesablanıb. Əksər analitik mərkəzlər proqnozlarında neft qiymətlərini təxminən 60-62 dollar ətrafında gözləyirlər. Azərbaycan Mərkəzi Bankı da orta qiymət olaraq 64-65 dolların üzərində dayanıb. Bu şəraitdə dünya bazarına kəskin artırıcı təsir göstərəcək fövqəladə hadisələr olmazsa, gələn il Azərbaycan neftinin büdcədə nəzərdə tutulan qiymətdən daha aşağı satılması ehtimalı getdikcə artır. Lakin hazırlanan layihədən aydın olur ki, neft qiymətləri daha aşağı olsa belə, dövlət büdcəsinin ixtisara məruz qoyulması mümkün olmayan cari xərclərinin, o cümlədən sosial xərclərinin maliyyələşdirilməsi üçün hər hansı problem yaranmayacaq.
Sosial xərclərin mühüm bir hissəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) xəttilə maliyyələşdirilir. Gələn il üçün fondun büdcə xərclərinin 8 milyard 483 milyon 70 min manat (2025-ci illə müqayisədə 10,5 faiz və ya 806.6 milyon manat çox) olması proqnozlaşdırılır. “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsinə əsasən Fondun gəlirlərinin 6 milyard 591 milyon manatının, yaxud 79,2 faizinin məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar hesabına formalaşması nəzərdə tutulub. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 68 faizi qeyri-büdcə sektorunun, 32 faizi isə büdcədən maliyyələşən təşkilatların hesabına təmin ediləcək.

Dövlət Sosial Müdafiə Fondunun gələn ilə proqnozlaşdırılan ümumi xərclərinin 96,6 faizi və ya 8,2 milyard manatını əhaliyə ödənişlər təşkil edəcək. Bu göstərici 2025-ci illə müqayisədə isə 788 milyon manat çoxdur. Bu məbləğin 7 milyard 993 milyon manatı əmək pensiyalarının, 203,6 milyon manatı isə sosial sığorta hesabına verilən müavinət xərclərinin payına düşür. 2026-cı il üzrə əmək pensiyalarının maliyyələşdirilməsi üçün ayrılan vəsait 2025-ci ilin təsdiqlənmiş xərcləri ilə müqayisədə 782,4 milyon manat və ya 10,9 faiz artımla nəzərdə tutulub.

Əmək pensiyalarının orta aylıq məbləğinin 2025-ci ildə 540 manat, 2026-cı ildə isə 590 manat olacağı proqnozlaşdırılır. Növbəti ildə yaşa görə pensiyanın orta aylıq məbləğinin cari ildəki 576 manatdan 53 manat artaraq 629 manata yüksəlməsi gözlənilir.

2026-cı ildə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, hamiləliyə və doğuma görə, uşağın anadan olmasına görə, 3 yaşına çatanadək uşaqlara qulluğa görə və dəfn üçün müavinətlərin maliyyələşdirilməsinə 203,6 milyon manat vəsait nəzərdə tutulub ki, bu da cari ilin təsdiqlənmiş proqnozuna nisbətən 2,6 faiz, yaxud 5,2 milyon manat çoxdur.

Ümumilikdə, 2025-ci ilin təsdiq edilmiş göstəriciləri ilə müqayisədə 2026-cı il üçün büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 3,6 faiz və ya 73,4 milyon manat, qeyri-büdcə sektoru üzrə daxilolmalar isə 13,1 faiz və ya 520,3 milyon manat artımla nəzərdə tutulub.
2026-cı ildə fondun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsait 1 milyard 700 milyon manat həcmində proqnozlaşdırılır ki, bu da 2025-ci il üzrə təsdiqlənmiş transfert məbləğindən 100 milyon manat və ya 6,3 faiz çoxdur. Bildirilib ki, dövlət büdcəsindən transfertin DSMF-nin gəlirlərindəki payının 2026-cı ildə 20,4 faizə düşməsi proqnozlaşdırılır.

Açıqlanan məlumatlara əsasən, 2026-cı ildə Azərbaycanda dəfn müavinəti orta hesabla 944 manat təşkil edəcək, ümumi müavinətlərə ayrılan məbləğ isə 37,6 milyon manat olacaq. Doğum müavinəti üçün ümumi məbləğ 71 milyon manat təşkil edəcək, bu göstərici 2025-ci illə müqayisədə 9,2 faiz çoxdur. Gələn il üzrə orta müavinət məbləğinin 3 676 manata qədər artacağı, müavinət alanların sayının isə 19 310 nəfər təşkil edəcəyi gözlənilir.

Artımın əsas səbəbi kimi minimum əməkhaqqı və sosial təminat məbləğlərinin yüksəlməsi, eləcə də işçi qadınların sosial sığorta haqları üzrə ödənişlərinin artması göstərilir. Hesablama Palatası vurğulayıb ki, bu artım ailələrin sosial müdafiəsinin gücləndirilməsinə və uşaq doğumu ilə bağlı sosial ödənişlərin adekvatlığının artırılmasına xidmət edir. 2026-cı ilin dövlət büdcəsindən səhiyyə xərcləri üçün 2 milyard manat vəsait ayrılacaq və bu, 2024-cü ilin icra göstəricisinə nisbətən 11 faiz çoxdur. Bütövlükdə, gələn il üçün icmal büdcədən səhiyyə xərclərinə cəmi 3,7 milyard manat vəsait ayrılacaq.

2026-cı ildə Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarının 300 manat olması nəzərdə tutulur. Bu, 2025-ci illə müqayisədə 15 manat və yaxud 5,3 çoxdur. O cümlədən yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat hesablanıb.

Büdcə layihəsinə əsasən 2026-cı ilin dövlət büdcəsi xərclərinin 25 milyard 161,2 milyon manatının cari, 14 milyard 84,8 milyon manatının əsaslı, 2 milyard 457,6 milyon manatının isə dövlət borcuna xidmətlə bağlı xərclərə yönəldilməsi nəzərdə tutulub. 2025-ci illə müqayisədə cari xərclərdə 1,6 faiz, dövlət borcuna xidmət xərclərində 2,4 faiz artım, əsaslı xərclərdə isə 1,2 faiz azalma proqnozlaşdırılıb ki, bu da cari xərclərin dövlət büdcəsi xərclərindəki payının 60,3 faizə barabər olması ilə nəticələnib.

Xatırladaq ki, 2026-cı ildə ölkədə iqtisadi artım 2,9 faiz, orta illik inflyasiya səviyyəsi 4,8 faiz proqnozlaşdırılır, xam neftin büdcə qiyməti 1 barel üçün 65 ABŞ dolları qəbul edilib, manatın məzənnəsinin sabit qalacağı gözlənilir. Növbəti ildə neft-qaz sektoru üzrə ÜDM-in real ifadədə 2,4 faiz azalacağı, qeyri-neft-qaz ÜDM-in 5,0 faiz artacağı proqnozaşdırılır. 2026-cı il üzrə proqnozlaşdırılan dövlət büdcəsinin gəlirlərinin 43 faizi və ya 16,4 milyard manatı neft-qaz sektorunun, 57 faizi və ya 22,2 milyard manatı qeyri neft-qaz sektorunun payına düşür.

Dünya SAKİT, “Yeni Müsavat”

Əvvəlki Yazı

Əbülfəs Qarayevin “London mühazirəsi”nin şifrələri

Növbəti Yazı

Vüqar Behbudov Agentlik üçün bacısının ofisini icarələdi, 262 min manat ödədi

EKSKLUZİV

Tarix, diplomatiya və yaddaş: Memorial Soyqırımı Muzeyində müzakirə

Tarix, diplomatiya və yaddaş: Memorial Soyqırımı Muzeyində müzakirə

24 Fevral 2026 / 13:39
16
Cəmil Həsənli Ramiz Mehdiyev haqqında 6 il əvvəl

Cəmil Həsənli Ramiz Mehdiyev haqqında 6 il əvvəl

23 Fevral 2026 / 17:43
5
“Bismillah”sız heç bir iş görməyən Faiq Balabəyli…

“Bismillah”sız heç bir iş görməyən Faiq Balabəyli…

22 Fevral 2026 / 19:43
15
Ramazan və Novruz bayramları ərəfəsində Qazax rayonunun qəbiristanlıqlarında iməcilik keçirilib

Ramazan və Novruz bayramları ərəfəsində Qazax rayonunun qəbiristanlıqlarında iməcilik keçirilib

22 Fevral 2026 / 8:36
1

XƏBƏR LENTİ

Tarix, diplomatiya və yaddaş: Memorial Soyqırımı Muzeyində müzakirə

Cəmil Həsənli Ramiz Mehdiyev haqqında 6 il əvvəl

“Bismillah”sız heç bir iş görməyən Faiq Balabəyli…

Ramazan və Novruz bayramları ərəfəsində Qazax rayonunun qəbiristanlıqlarında iməcilik keçirilib

Millət vəkili Fəzail İbrahimli Masallıda seçici qəbulu həyata keçirib

“Azərbaycanın Sülh Şurasına yaradıcı üzv statusu ilə qoşulması dövlətimizin və Prezidentimizin nüfuzundan xəbər verir”

Prezidentin təhlükəsizliyi milli hüququn mütləq tələbidir – Vəhdət partiyasından Vaşinqton insidentinə sərt reaksiya

“Mədəniyyət və Yaradıcı Sənayelər üzrə Xüsusi Təqaüd Proqramı – Gələcək üçün tarixi fürsət”- Aisa Aslanova

DİN-nin narkortiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəsi təqdirəlayiqdir

“Veysəloğlu”nun sponsorluğu ilə ərsəyə gələn “Naxçıvan Maarifi” sənədli-bədii filminin təqdimatı keçirilib

Vəhdət Partiyasından təklif: tələbə və alimlərə gediş haqqı güzəşti edilsin

“Münxen konfransı göstərdi ki, Azərbaycan sülh, təhlükəsizlik və tərəfdaşlıq siyasətinə sadiqdir”

VHP-nin 2025-ci il üçün maliyyə hesabatı

Diplomatik fəallıq, yoxsa etibarlı tərəfdaşlıq- Partiya sədri Serbiya ilə imzalan sənədləri dəyərləndirib

1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

İcra başçısı Azərbaycan çempionatında uğur qazanmış idmançı ilə görüşüb

Bakını duman BÜRÜYƏCƏK: Fevralın 17-nin hava PROQNOZU

1,3 və 5 qəpiklə bağlı mühüm açıqlama

Tehranın BOMBALANMASI an məsələsi

“İlham Əliyevin Cənubi Qafqazda inşa etdiyi sülh və təhlükəsizlik arxitekturası bütün dünya üçün nümunədir”

Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

Epşteyn işi ilə bağlı 300 tanınmış şəxsin ​siyahısı dərc edildi

Azərbaycanın növbəti qələbəsi: “artsax” sözü Qış Olimpiya Oyunlarında silindi

Tel-Əvivdə və Qüdsdə Azərbaycan-İsrail kinematoqrafçılarını birgə filmi təqdim olundu (FOTO)

Bakıda şirkət rəhbəri işçiləri “blok”a atdı: Qanunsuz əməlləri ifşa olundu

Süni mayalanma, süni qida, süni intellekt – Salam, süni dünya

Xaricdə təhsil vədləri, yarımçıq qalan ümidlər – Şikayətlər artır

Yadplanetlilər var – Obamadan etiraf

İran ABŞ ilə barışır?

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Noyabr 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
« Okt   Dek »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.