Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Ölkə

100 milyonluq layihədən yalnız sınıq-salxaq monitorlar qalıb…

Noyabr 21, 2025
A A

REDAKTORUN SEÇİMİ

Ramiz Mehdiyev harada dəfn olunacaq?

Ramiz Mehdiyev harada dəfn olunacaq?

29 Oktyabr 26 / 15:00
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır- Dilsuz Dəmirçiyevin klubunda nələr yaşanır?

Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır- Dilsuz Dəmirçiyevin klubunda nələr yaşanır?

26 Oktyabr 26 / 11:49
BŞTİ müdirinə daha bir “dost” zərbəsi – MLK-da nə baş verir?!

BŞTİ müdirinə daha bir “dost” zərbəsi – MLK-da nə baş verir?!

23 Oktyabr 26 / 14:15
Neftçalada təhsil anarxiyası: Nicat Cəfərovun ambisiyası dövlət siyasətinə qarşı

Neftçalada təhsil anarxiyası: Nicat Cəfərovun ambisiyası dövlət siyasətinə qarşı

21 Oktyabr 26 / 12:11
BDU-nun müəllimləri “PROFESSORUN” toruna düşüb

BDU-nun müəllimləri “PROFESSORUN” toruna düşüb

19 Oktyabr 26 / 13:07

Ötən gün “Cloudflare”də yaranan qlobal problem nəticəsində ölkədə 9 minə yaxın milli resurs çöksə də, dövlət sektorunun, XRİTDX-in perimetri daxilində olan GOV resurslarının bir saniyə belə dayanmadığını təqdirəlayiq addım kimi qeyd etmişdim.

Hurriyyet.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz bildirib.

O. Gündüzün sözlərinə görə, nə qədər qəribə olsa da, bəziləri bunun adi hadisə olduğunu, sadəcə “Cloudflare”dən istifadə etmirlər deyə bəsit yanaşma sərgilədilər:

“Məhz Azərbaycan üçün önəmli olduğuna görə, həmçinin gələcəkdə ibrət götürülməsi baxımından məsələnin mahiyyətinə bir daha diqqət yönəltmək istəyirəm.

Məsələnin mahiyyəti iki nümunədə açıq görünür:

1. XRİTDX nümunəsi və milli təhlükəsizliyi seçən doğru qərar.

İllər öncə “Cloudflare” rəsmiləri ölkəmizdə müştəri toplayarkən, ucuz və şirnikləndirici təkliflərlə çıxış edirdilər. Xeyli kritik qurumlarla müqavilələr də bağlamışdılar və indi çökən saytlardan bu açıq-aşkar görsənir. XRİTDX və təhlükəsizliyə cavabdeh digər dövlət strukturları isə bu təkliflərə uymadı, separat sövdələşməyə getmədi, milli təhlükəsizlik risklərini nəzərə aldı və lokal təhlükəsizlik sistemlərinə üstünlük verdilər.

Bu sistemi illər ərzində təkmilləşdirərək dayanıqlı infrastruktura çevirdilər. Nəticədə qlobal böhranda belə ölkənin kritik infrastrukturu ayaqda qaldı.

2. Nəqliyyat Nazirliyinin nümunəsi və yanlış qərarın milyonluq fəsadı.

2008-ci ildə Koreyanın SK C&C” şirkətinin rəsmiləri ölkəmizdə başqa bir təkliflə, “intellektual nəqliyyat sistemi” qurmaq təklifilə o zamankı nazir Ziya Məmmədovla danışıqlar aparmışdı.

Nazir həmin şirkətlə xarici həllin Azərbaycana gətirilib tətbiqi üçün 100 milyon dollarlıq müqavilə imzaladı. 2011-ci ildə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi istifadəyə verildi. Lakin elə ilk günlərdən sistem işləmədi və özünü doğrultmadı. Yeniləmək istədikdə isə məlum oldu ki, həmin xarici şirkət proqram təminatının ilkin kodlarını Azərbaycana verməyib. İlkin kodlar üçün daha böyük vəsaitlər tələb edildi. Güman ki, hökumət də bu vəsaitləri verməkdən imtina etdi.

Nəticə isə hamıya bəllidir. Havaya sovrulan milyonlar, iflas etmiş dövlət layihəsi, qarşıya qoyulan vəzifələrin heç birini yerinə yetirməyən “intellektual nəqliyyat sistemi” və gündəlik həyatımızn bir parçası olan tıxaclar. Bu gün həmin 100 milyonluq layihədən yalnız dayanacaqlardakı sınıq-salxaq monitorlar qalıb.

30 illik təcrübəm əsasında belə nümunələrin sayını çoxalda da bilərəm. Amma ümid edirəm baş verənləri sadə hadisə olaraq dəyərləndirənlər üçün bu iki nümunə yetərli olar”.

Əvvəlki Yazı

Nazirliklə teatr arasındakı qalmaqalda adı hallanan Əfsun Əhmədov kimdir?

Növbəti Yazı

Vəzifəli şəxsə cinayət işi açıldı- SƏBƏB NƏDİR?

EKSKLUZİV

Yeni qərar bu maşınların qiymətini kəskin ucuzlaşdıracaq

Yeni qərar bu maşınların qiymətini kəskin ucuzlaşdıracaq

29 Oktyabr 2026 / 16:00
2
Paşinyan: Müstəqillik Bəyannaməsinin mətni antidövlət xarakterlidir

Paşinyan: Müstəqillik Bəyannaməsinin mətni antidövlət xarakterlidir

29 Oktyabr 2026 / 15:48
3
Bəzi sahələrə ƏDV tətbiq olunmayacaq

Bəzi sahələrə ƏDV tətbiq olunmayacaq

29 Oktyabr 2026 / 15:30
2
Azərbaycanda işləyən gənclərin sayı 94 min nəfər azalıb

Azərbaycanda işləyən gənclərin sayı 94 min nəfər azalıb

29 Oktyabr 2026 / 15:16
5

XƏBƏR LENTİ

Yeni qərar bu maşınların qiymətini kəskin ucuzlaşdıracaq

Paşinyan: Müstəqillik Bəyannaməsinin mətni antidövlət xarakterlidir

Bəzi sahələrə ƏDV tətbiq olunmayacaq

Azərbaycanda işləyən gənclərin sayı 94 min nəfər azalıb

Ramiz Mehdiyev harada dəfn olunacaq?

Sərnişinlər qatarlarda ən çox bunları unudurlar – Siyahı

Azərbaycanda bankların birləşməsi davam edəcək

Ölkədə bu maşınlardan şəxsi istifadə qadağan olunur

Sabahın hava proqnozu açıqlanıb

Biznes kreditləşməsi üzrə tələblərimiz sərt deyil – Taleh Kazımov

Azərbaycanın xarici ticarət gəlirləri artır

Mətbuat Şurasından 225 nömrəli məktəbdəki hadisəyə REAKSİYA

Məmurların biznes fəaliyyəti məhdudlaşdırılacaq

Abituriyentlər 3 fəndən imtahan verə bilər

Ermənistan prezidentinin səhhəti pisləşib

Taleh Kazımov: AMB ilin sonunadək daha 1 milyard dollar ala bilər

Azərbaycan XİN Türkiyəni təbrik edib

Bu işsizlər işlə təmin olunacaq

9 ayda Qarabağa 2 milyard manat pul qoyulub – Rəsmi

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təbrik ünvanlayıb

Noyabrın 1-dən bu avtobuslar dəyişir – Gedişhaqqı…

Ceyhun Bayramov Türkiyəyə səfər edib

Bu il həbsxanalarda doğulan uşaqların SAYI

Amnistiya ilə azad olunan cəza sonradan hesablanmayacaq

Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib

Yeni Ombudsman seçiləcək

Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik edib

Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır- Dilsuz Dəmirçiyevin klubunda nələr yaşanır?

Aqil Babayevin ailəsindən müraciət: “Səsimiz eşidilsin, müraciətimiz diqqətdən kənarda qalmasın və iş ədalətlə araşdırılsın”

Eldar Quliyev – Zəngin irsi və dövlətçiliyə sədaqəti ilə yaddaşlarda yaşayan görkəmli şəxsiyyət

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: [email protected]
Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.