“Son günlər müəllimlərin dərs yükü, maaş bölgüsü və yeni iş modeli ilə bağlı müzakirələr göstərdi ki, hazırkı sistem artıq müəllimi nə iqtisadi, nə pedaqoji, nə də psixoloji cəhətdən qoruyur”. Bunu Medianews.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.
O bildirib ki, rəqəmlər ortadadır və hər bir rəqəm bir problemin adı deməkdir: “Ona görə də yeni tamştat modelinin müzakirəyə çıxarılması, məlumatların şəffaf təqdim olunması və uzunmüddətli həll yolunun elan edilməsi son illər təhsil sahəsində atılan ən rasional addımlardan biridir”.
Statistikanın mövcud vəziyyəti tam mənzərə şəklində göstərdiyini vurğulayan K.Əsədov müəllimlərin hazırkı dərs yükü və maaş bölgüsünü Medianews.az-a təqdim edib.
Müəllimlərin mövcud dərs yükü və maaş bölgüsü:
0–6 saat dərs yükü
– Müəllim sayı: 3 487 nəfər
– Ümumi pay: 3%
– Orta əməkhaqqı: 210 manat
6–12 saat dərs yükü
– Müəllim sayı: 14 134 nəfər
– Ümumi pay: 12%
– Orta əməkhaqqı: 398 manat
12–18 saat dərs yükü
– Müəllim sayı: 24 878 nəfər
– Ümumi pay: 21%
– Orta əməkhaqqı: 678 manat
18–24 saat dərs yükü
– Müəllim sayı: 38 711 nəfər
– Ümumi pay: 32%
– Orta əməkhaqqı: 979 manat
24–30 saat dərs yükü
– Müəllim sayı: 22 351 nəfər
– Ümumi pay: 19%
– Orta əməkhaqqı: 1 271 manat
30–36 saat dərs yükü
– Müəllim sayı: 17 186 nəfər
– Ümumi pay: 13%
– Orta əməkhaqqı: 1 589 manat.









