Rusiya mediası – “Uralinformbyuro” – Ural azərbaycanlılarının keçmiş diaspor rəhbəri Şahin Şıxlinskinin Bakıda həbs olunan rusiyalı şəxslərdən biri ilə mübadilə variantında nəzərdən keçirildiyini iddia edib.
Musavat.com xəbər verir ki, agentliyin hüquq-mühafizə orqanlarındakı mənbəsinə əsasən, hazırda bu istiqamətdə müvafiq sənədlərin hazırlanması üzərində iş aparılır.
Məlumata görə, Rusiya tərəfi Şıxlinski barəsində açılmış cinayət işində uyğunsuzluqların aşkarlandığını bildirir və bu səbəbdən onun başqa bir rusiyalı ilə dəyişdirilməsi variantı gündəmdə müzakirə olunur. Şıxlinski hazırda qəsdən adam öldürməyə cəhd ittihamı ilə saxlanılır və onun həbs müddəti 30 dekabr tarixinədək uzadılıb.
Jurnalistlərin sorğusuna cavab olaraq Rusiya İstintaq Komitəsindən hələlik rəsmi açıqlama verilməyib. Cavab daxil olarsa, Rusiya mediası həmin məlumatı yayımlayacağını bildirib.









