Büdcə paketinə daxil olan qanun layihələri Milli Məclisin rəsmi saytından sildilər. Tribuna xəbər verir ki, bu barədə məlumatı hüquqşünas Əkrəm Həsənov paylaşıb. O bildirib ki, büdcə paketinə daxil olan qanun layihələrini onsuz da sayta gec yerləşdirmişdilər: “Ötən həftə büdcə paketinə daxil olan qanun layihələrini Milli Məclisin saytında dərc etdilər, nəhayət. Qanuna görə 25 oktyabradək dərc etməli idilər. Dedim ki, həftə sonu oxuyaram hamısını. Saydığımı saydım: sən demə, bir gündən sonra layihələri saytdan yığışdırıblar.
İndi nədən qorxurlar? Onsuz da artıq layihələrə rəy bildirmək gecdir. Yalnız bilmək istəyirik ki, növbəti ildə hansı qanunlarla yaşayacağıq, sadəcə hazırlaşmaq istəyirik.
Onsuz da bilirik ki, deputatlarımız xalqın adından və xalq üçün qanunlar qəbul etmir. Əks halda, bizimlə gizlənpaç oynamazdılar”.









