Son vaxtlar Abşeron rayonunda məmur özbaşınalığı ilə bağlı vəətndaş narazılığı sürətlə artmaqdadır. Vətəndaşları narazı salan əsas məqamlardan biri həyətlərində gördükləri hər bir işə, apardıqları ən xırda tikintiyə görə də təzyiqə məruz qalmaları, “məmur dilənçiliyi” ilə qarşılaşmaqlarıdır.
Sosial media və cəmiyyətdə yer alan məlumatlara görə iş o həddə çatıb ki, vətəndaşlar köhnələn, yaxud hansısa səbəbdən aşaraq sırdan çıxan hasarlarının yerində yeni bir hasar inşa etmək istəyəndə də rüşvət verməyə məcbur edilir, əks təqdirdə, onların fəaliyyətinə süni əngəllər yaradılır. Ev və ya yardımçı təsərrüfat tikmək istəyənlərin isə daha ciddi təzyiqə məruz qaldığı, onlardan daha böyük məbləğdə vəsaitlərin tələb edildiyi bildirilir. Hümbət adlı məmurun bu prosesdə xüsusi fəallıq sərgilədiyi iddia olunur.
Mövzunu diqqətdə saxlayacağıq









