Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İqtisadiyyat

Kənd təsərrüfatımız qeyri-peşəkarların əlində…-DETALLAR

Noyabr 29, 2025
A A

REDAKTORUN SEÇİMİ

Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

26 Dekabr 25 / 12:29
“Qurtuluş 93” MTK-dan özbaşınalıq… Evini satanlardan pul tələb edir – Fakt

“Qurtuluş 93” MTK-dan özbaşınalıq… Evini satanlardan pul tələb edir – Fakt

24 Dekabr 25 / 17:15
Ekologiya nazirliyində “cərimə” fırıldağı: Qarabağ meşələrinin taleyi ilə “üç badam bir qoz” oynayan kimlərdir?

Ekologiya nazirliyində “cərimə” fırıldağı: Qarabağ meşələrinin taleyi ilə “üç badam bir qoz” oynayan kimlərdir?

23 Dekabr 25 / 10:48
Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

18 Dekabr 25 / 20:28
“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

16 Dekabr 25 / 15:05

Ölkənin idarəetmə sistemində ən ciddi problemlərdən biri savadsız və qeyri-peşəkar məmurların dövlət qurumlarında məsul vəzifələrə gətirilməsidir. Bu cür təyinatlar həm vətəndaşların gündəlik həyatına mənfi təsir göstərir, həm də dövlətin institusional etibarını zədələyir. Aparılan araşdırmalar göstərir ki, bəzi qurumlarda vəzifə səlahiyyətlərinin icrası bilik yox, şəxsi əlaqələr əsasında formalaşır.

Yenixeber.org: Qeyri-peşəkar məmurların verdiyi qərarlar həm prosesləri ləngidir, həm də vətəndaşları əlavə xərclərə, stressə və vaxt itkisinə məruz qoyur.Ekspertlərin fikrincə, bu problemin kökündə şəffaf olmayan kadr seçimi dayanır. İxtisası uyğun olmayan şəxslərin mühüm postlara təyinatı dövlət idarəçiliyində zəncirvari təsir yaradır. Məmurun səlahiyyətindən xəbərsiz olması təkcə vətəndaşı narahat etmir, eyni zamanda sistemin özünü riskə atır.
Belə qurumlardan biri də Kənd Təsərrüfatı Nazirliyidir
Aşağıdakı siyahıda vəzifəsi ilə savadı, ixtisası təzad təşkil edən mühüm post rəhbərlərini təqdim edirik. Həmin şəxslərdən kənd təsərrüfatının inkişafına xidmətdən başqa hər şeyi gözləmək olar.

           İlhamə Qədimova

1975-ci ildə anadan olub. Dövlətlərarası saziş əsasında Türkiyə Respublikasının Ankara və Mərmərə Universitetlərinin Hüquq Fakultəsində bakalavr təhsili alıb(1993-1997). Dövlət hüququ üzrə Mərmərə Universiteti Sosial Elmlər İnstitutunda magistr təhsili alıb(1998-2001). 2012-ci ildən etibarən Vəkillər Kollegiyasının üzvüdür. Azərbaycan Respublikası Prezidentinin yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Hüquqi aktların ekspertizası sektorunun müdiri və Hüquqi təminat şöbəsinin müdiri olub(2012-2018).Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 sentyabr tarixli Sərəncamı ilə Kənd Təsərrüfatı nazirinin müavini vəzifəsinə təyin edilib.

            Elçin Zeynalov

21 sentyabr 1970-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Neft Akademiyasının İstehsal proseslərinin avtomatlaşdırılması fakültəsini fərqlənmə diplomu ilə bitirib (1987-1992). Azərbaycan Dövlət Neft Akademiyasında elmi işçi olub(1995-2003).1998-ci ildə Fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir.2006-2008-ci illər Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlara Kömək Milli Fondunun icraçı direktoru olub. 2010-2013-ci illər Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Strateji planlaşdırma investisiya və elmi potensial şöbəsində məsləhətçi, şöbə müdiri olub. 2013-2018-ci illər Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində olan İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktoru olub.2018-2019-ci illər Azərbaycan Kənd Təsərrüfatı nazirinin müşaviri, Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru vəzifəsində çalışıb.2019-cu ildən  Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 9 oktyabr tarixli Sərəncamı ilə Kənd Təsərrüfatı nazirinin müavini vəzifəsinə təyin edilib.

      Sarvan Cəfərov

1985-ci il 28 oktyabrda anadan olub.2003-2007-ci illərdə Bakı Dövlət Universitetində Politologiya ixtisası üzrə bakalavr təhsili alıb.2008-2010-ci illər Milli təhlükəsizlik və siyasi strategiya ixtisası üzrə Bakı Dövlət Universitetində magistr təhsili alıb. 2012-2018-ci illər  Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində sədrin köməkçisi vəzifəsində işləyib.2015-2017-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə” Dövlət Proqramı çərçivəsində Avstriyada yerləşən Beynəlxalq Anti Korrupsiya Akademiyasında magistr təhsili alıb.Buradan bir sual çıxır:2012-2018-ci illər  Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində sədrin köməkçisi vəzifəsində çalışdığı halda 2015-2017-ci illərdə Avstriyada yerləşən Beynəlxalq Anti Korrupsiya Akademiyasında magistr təhsilini necə alıb?
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyul tarixli Sərəncamı ilə Kənd Təsərrüfatı nazirinin müavini vəzifəsinə təyin edilib.Eyni zamandda 2020-ci ildə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Aqrar Tədqiqatlar Mərkəzinin doktorantı olub və alim olmaq “eşqinə düşür”.Çox maraqlı bir haldır.Görəsən Sarvan müəllim elmi işini tamamlaya bildimi?
Məcnun Məmmədov nazir təyin olunandan sonra, köhnə komandanın böyük əksəriyyətini işdən uzaqlaşdırıb və yerlərinə öz yaxın dostlarını gətirib və onların heç birinin də aqraq sahəyə aid baza təhsili yoxdur.
“Məcnun Məmmədovun 5 müşaviri var, hamısını da əvvəl işlədiyi holdinqdən gətirib. Bunlardan biri Zaur Əliyevdir. Nazirin tələbə yoldaşı olduğu deyilir. FETÖ ilə əlaqəsi barədə ciddi iddialar səsləndirilir”, –mətbuatda yayılan məlumatlarda iddia edilir.

Digər iddialara görə, Zaur Əliyev bütün qurumlara öz adamlarını yerləşdirib və yaxın zamanlarda nazir müavini olmağa hazırlaşır.
Mətbuatda yayılan məlumatlara görə, Məcnun Məmmədovun digər müşaviri Fərid Nəcəfov ötən ilin iyul ayında bu vəzifəyə təyin olunub. Nazirin kadr siyasətinə nəzarət edir. Yəni KTN-ə təyin olunan hər kəsin sənədi bu adamın əlinin altından keçir.

Nazir müşavirlərinin hamısına da xidməti maşınlar verilib – sürücüləri, katibələri və s ilə bir yerdə. İşləri-gücləri tenderləri öz adamlarına verməkdir. Hamsını bir əldən edirlər”.

 Rəsmi məlumatlarda Fərid Nəcəfovun harada təhsil aldığı göstərilmir: “Fərid Nəcəfov orta məktəbi bitirdikdən sonra qəbul imtahanına girmədən Dağıstandakı bir universitetə daxil olub. Guya orada 1-2 il təhsil aldıqdan sonra Azərbaycanda bir universitetə “perevod” olunub. Bu “perevod”dan sonra onun karyerasının qızıl çağları başlayıb. Əvvəl “Gilan Holding”ə, sonra isə KTN-ə transfer olunub. Özünün deyinə görə, “Gilan Holding”in İstehsalat, İnşaat, Pərakəndə satış sektorlarında İnsan Resursları şöbəsində böyük təcrübə qazanıb. Bir sözlə, bu böyük təcrübəyə malik adamın iş və təhsil həyatı müdhiş “perevod” və transferlərlə doludur”.
Məcnun Məmmədovun digər müşaviri Rövşən Həsənov da qeyri-adi bacarığı ilə digər həmkarlarından geri qalmır.
 “Vaxtilə “MKT İK” MMC-nin direktoru vəzifəsində işləyən Rövşən Həsənov pambıq yığımına nəzarət edib.Digər iki müşavir barədə də bəzi ilginc məlumatlar verən mənbə ən maraqlı iddiaları “Aqrar Xidmətlər Agentliyi” və “Aqrolizinq”lə bağlıdır.
İddialara görə, 2 noyabr 2023-cü il tarixində nazir Məcnun Məmmədovun imzaladığı əmrlə Aqrar Xidmətlər Agentliyinin (AXA) sədri vəzifəsinə təyin olunan Sərdar Hacıyev bundan əvvəl  “Yalama Aqropark” MMC-nin İdarə Heyətinə rəhbərlik edib. Onun da nazirin xüsusi diqqəti sayəsində ayda 15-20 min manat “maaş əlavəsi” aldığı vurğulanır.
AXA-ya yeni təyinatlarla bağlı digər maraqlı iddia quruma sədr müavini təyin olunan Elməddin Namazovla bağlıdır. Bildirilir ki, Elməddin Namazov aqrokimya fakültəsini bitirməsinə baxmayaraq, ölkənin baytarlığına rəhbərlik edir.
Heyvan xəstəliklərinin adını belə bilməyən bu adamın həmin vəzifəyə təyin olunması hər kəsdə təəccüb doğurub. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycan ofisində indiki AXA sədri Sərdar Hacıyevlə bir yerdə işlədiyi bildirilən Elməddin Namazovun məhz bu səbəbdən həmin vəzifəyə gətirilib. Yəni adamın yeganə işgüzar keyfiyyəti öz sədrlə eyni qeyri-hökumət təşkilatında işləməsi olub.
AXA-nın yeni təyin edilən sədr müavini Taleh Zeynalovun isə nazirin biznes şəriki olduğuna dair iddialar var.
Bildirildiyinə görə, nazir ilə Taleh Zeynalov Qusarda birlikdə bağ salıblar. Əvvəllər hansısa idarədə laborant işləyən Taleh Zeynalov torpaq analizi ilə məşğul olub. İndi isə AXA kimi önəmli bir quruma sədr müavini vəzifəsinə gətirilib.
KTN-nin bir başqa maraqlı kadrı Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqroservis” ASC-nin İdarə Heyətinin sədri vəzifəsini icra edən Mehman Veysəlovdur. O, Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə və kredit ixtisası üzrə bakalavr təhsili alıb, Oksford Universiteti “Said Biznes Məktəbi”nin Strateji idarəçilik Proqramını bitirib. Qlobal nüfuzlu Böyük Britaniyanın Peşəkar Mühasib və Maliyyəçilər Assosiasiyasının (“ACCA”) Beynəlxalq Hesabatlılıq üzrə Diplomunu əldə edib. “Intellekt” MMC-də icraçı direktor, audit və konsaltinq xidmətləri təqdim edən “Böyük dördlük” hesab olunan PWC Azərbaycanda baş konsultant, KPMG Azərbaycanda vergi meneceri, Vergi Məsləhətləri Xidmətinin rəhbəri, TAAC DMCC şirkətində maliyyə rəhbəri vəzifəsində çalışıb və s.
Bununla belə, onun çatışmayan bir özəl durumu var. Saytlar iddia edir ki, o, dövlət orqanında işləməsinə baxmayaraq, Azərbaycan vətəndaşı deyil. Gürcüstan vətəndaşı olan Mehman Veysəlovun bu xüsusiyyəti onun nazirliyə bağlı qurumda işləməsinə imkan vermir.(mediatv.az)
Əvvəlki Yazı

Rusiyanın Ukraynaya kütləvi gecə hücumları: sülh danışıqları fonunda artan gərginlik

Növbəti Yazı

Aristokrat” klinikasında saxta həkimlər-Video

EKSKLUZİV

Ruslan Məmmədov “Combat” Peşəkar Döyüş Liqasının prezidenti seçildi — FOTOLAR

Ruslan Məmmədov “Combat” Peşəkar Döyüş Liqasının prezidenti seçildi — FOTOLAR

12 Yanvar 2026 / 11:06
8
Qazaxda daha iki binanın fasad, blok və həyətində abadlıq işləri aparılıb

Qazaxda daha iki binanın fasad, blok və həyətində abadlıq işləri aparılıb

12 Yanvar 2026 / 11:04
1
NTV-də CANLI “Prezident və Media-2026” : üç gün ərzində 30-a yaxın müsahib

NTV-də CANLI “Prezident və Media-2026” : üç gün ərzində 30-a yaxın müsahib

10 Yanvar 2026 / 23:27
5

Azərbaycanın “İdman paytaxtı”nın loqosu təqdim edilib

10 Yanvar 2026 / 15:21
4

XƏBƏR LENTİ

Ruslan Məmmədov “Combat” Peşəkar Döyüş Liqasının prezidenti seçildi — FOTOLAR

Qazaxda daha iki binanın fasad, blok və həyətində abadlıq işləri aparılıb

NTV-də CANLI “Prezident və Media-2026” : üç gün ərzində 30-a yaxın müsahib

Azərbaycanın “İdman paytaxtı”nın loqosu təqdim edilib

Donald Tramp İran hadisələri ilə bağlı Kanal13-ə istinad etdi

DTX-nın Naxçıvan əməliyyatı: “Azərbaycan təhlükəsizlik məsələsində nümunə göstərməkdə davam edir”

GDU rektorunun yaxınları adamının restoranını məcburi satdırmaq istəyir – VİDEO

Vəhdət Partiyası paytaxtın üç qəsəbəsi ilə bağlı AYNA-ya müraciət etdi: 60 minə yaxın vətəndaş razı qalacaq

Astaranın deputatı balıq biznesinə girişib

Küçələr asfaltlanıb, işqılandırma sistemləri yenilənib – Qazaxdan REPORTAJ

Bakıda yeni ezoterik lojaya dair sənəd ortaya çıxıb

Yazılan əsər KEYFİYYƏT baxımından dəyərləndirilər, KƏMİYYƏT baxımından yox… 

Vəhdət Partiyasının sədri: “Prezident İlham Əliyevin hərbi siyasətə dair mövqeyi Azərbaycanın güclü dövlət modelini təsdiqləyir”

Bakıda çarəsiz 165 ailə Kəmaləddin Heydərova MÜRACİƏT etdi: “Cənab nazir, ümid Sizədir…”

İcra başçısı “Qazax İdman Paytaxtı-2026” çərçivəsində kütləvi tədbirlərin və idman yarışlarının keçirilməsində təşkilati işlərlə bağlı yaradılmış İşçi qrupunun üzvləri ilə görüşüb

Qatilin cəzası ağırlaşdı: Emil Ağacanov qətli amansızlıqla törədib

Milli birlikdən siyasi dialoqa: Vəhdət Partiyası ilə yekun vurur

Şəhidlərimizin xatirəsinə boks turniri keçirilib

Ramiz Mehdiyev və ətrafı özlərini unutdurmaq üçün süni gündəm yaratmağa çalışır- ŞOK!

İcra başçısı vətəndaşın müraciəti ilə yerində tanış olub

DTX sadə vətəndaşların mənzil arzusuna qəsd edənlərin arzusunu gözündə qoydu

Ruslan Eyyubova görə Bəylər Eyyubovun hədəf alınması məntiqsiz və qeyri-etikdir

“Ruslan Eyyubov işi”nin arxasından Ramiz Mehdiyev faktorunun çıxması mümkündür, çünki…

ELNARƏ AKİMOVANIN “MÜSAHİBƏ QƏZASI”.

Ceyhun Bayramovdan SON DƏQİQƏ sülh sazişi AÇIQLAMASI

Sensasion həbslər olacaq – Astroloq

Bu materialdan istifadə qadağan edilir – Ev tikənlər OXUSUN

Trampla Zelenskinin kritik görüşü BU TARİXDƏ baş tutacaq

Növbəti pandemiya ilə bağlı ŞOK PROQNOZ – Gündəm SİLKƏLƏNİR

Dövlət Tibb Müəssisələrinin analizləri kimlərin biznesinə xidmət edir?

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Noyabr 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
« Okt   Dek »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.