Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

Gömrükdə müsadirə olunmuş qızılları satacaqlar – 700 MİN MANATLIQ HƏRRAC BU TARIXDƏ OLACAQ

Dekabr 9, 2025
A A

REDAKTORUN SEÇİMİ

Cinayət keçmişi olan Çərkəz Şirinovun kreslo həsrəti – Bəhruz Əzizi ona kömək edəcəkmi?

Cinayət keçmişi olan Çərkəz Şirinovun kreslo həsrəti – Bəhruz Əzizi ona kömək edəcəkmi?

10 Dekabr 25 / 11:55
Mərkəzi Aran Regional Mədəniyyət İdarəsində özbaşınalıq: mədəniyyət sahəsində təhsil və təcrübəsi olmayan Zəfər Hacıyevdən narazılıq

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsində özbaşınalıq: mədəniyyət sahəsində təhsil və təcrübəsi olmayan Zəfər Hacıyevdən narazılıq

10 Dekabr 25 / 11:48
Anar Əlizadə Avropa və Türk xüsusi xidmətlərinin diqqətində – Neft maqnatının rus oliqarxlarla da problemləri yaranıb

Anar Əlizadə Avropa və Türk xüsusi xidmətlərinin diqqətində – Neft maqnatının rus oliqarxlarla da problemləri yaranıb

09 Dekabr 25 / 14:41
Vətəndaşların MİDA narahatlığı: problemlər niyə bitmir?

Vətəndaşların MİDA narahatlığı: problemlər niyə bitmir?

08 Dekabr 25 / 16:19
Adnan Əhmədzadə Elnur Abdullayev ittifaqının media maxinasiyaları: FETO-çu İmam necə imperiya qurub?

Adnan Əhmədzadə Elnur Abdullayev ittifaqının media maxinasiyaları: FETO-çu İmam necə imperiya qurub?

08 Dekabr 25 / 14:31

Azərbaycanda dövlət mülkiyyətinə keçirilmiş əmlakın satışı ilə bağlı növbəti hərrac cəmiyyətdə maraq doğuracaq səviyyədədir.

Musavat.com xəbər verir ki, söhbət təsadüfi mallardan yox, müsadirə olunmuş qızıl, gümüş və digər qiymətli metallardan gedir. Üstəlik, bu metal-kolleksiyasının start qiyməti az qala yarım milyon yox, tam 711 min 96 manat 76 qəpikdir. Yəni Gömrük Komitəsinin bu dəfə satışa çıxardığı xəzinə orta statistik daşınmaz əmlakın, hətta bir neçə mənzilin dəyərindən daha bahadır.

Dövlət Gömrük Komitəsini (DGK)saytında yer alan məılumatda hərracın 19 dekabr 2025-ci il tarixində saat 15:00-da Əmlak Xidmətləri Məkanında keçiriləcəyi qeyd olunur. Hərrac Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, ev 83, mənzil 4/3 ünvanında baş tutacaq. Bakının mərkəz ölkənin ən bahalı qızıl kolleksiyalarından biri satışa çıxarılacaq.

DGK qızıl-zinət əşyalarının mənşəyi ilə bağlı məlumatı da açıqlayıb. Qeyd olunur ki, satışa çıxarılan qiymətli metallar dövlət mülkiyyətinə keçirilmiş – yəni gömrükdə saxlanılan, bəyan edilməyən, qaçaqmalçılıq və ya digər pozuntular üzrə müsadirə olunan əmlakdır.

700 min manatlıq qızıl haradan və kimdən müsadirə edilib?

Formal cavab yoxdur, çünki qanun buna imkan vermir. Amma hərrac faktının özü onu göstərir ki, Komitəyə təqdim edilən, lakin rəsmiləşdirilməyən, yaxud ölkəyə qanunsuz yollarla keçirilməyə cəhd edilən qiymətli metal axını hələ də böyükdür.

Hərraca giriş üçün “qızıl şərtlər”

Hərracda iştirak etmək üçün hər bir namizəd:

– Əmlakın start qiymətinin 5 faizi qədər beh ödəməlidir. İndiki halda bu rəqəm 35 min 554 manat 84 qəpik edir. Üstəlik, 0,5 faiz iştirak haqqı da əlavə olunur. Bu məbləğ isə 3 min 555 manat 50 qəpikdir.

Nəticədə, hərrac zalına daxil olmaq üçün tələb olunan ilkin ödəniş təxminən 39 min manatdır. Hərrac Azərbaycan vətəndaşı olan hər kəsin üzünə açıqdır, təkcə gömrük işçilərinə qadağa var.

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Gömrük Komitəsinin və tabeliyindəki qurumların əməkdaşları, eləcə də onların ailə üzvləri belə hərraclarda nə birbaşa, nə də dolayı şəkildə iştirak edə bilməzlər.

Qızıllar konkret kimlərin əlinə keçəcək?

Məsələ ondadır ki, hərracda iştirak üçün tələb olunan vəsait kifayət qədər böyükdür ki, bu proses faktiki olaraq yalnız iri biznes dairələrinin maraq zonasında ola bilər. Hərrac qaydalarına görə, məlumat dərc olunan andan etibarən beh və iştirak haqqını ödəyən şəxslərə əmlakla tanış olmaq imkanı yaradılır. Yəni qızılları gözü ilə görmək belə minlərlə manatlıq ilkin ödənişdən sonra mümkündür.

700 minlik qızılın sahibi kim olacaq?

Hərracın nəticəsi indidən maraq doğurur. Digər hərraclardan fərqli olaraq bu dəfə söhbət geniş qiymətli metal kolleksiyasından gedir. Bu kolleksiya istər zərgərlər, istər investisiya şirkətləri, istərsə də qızıl alveri edən iri biznes qrupları üçün cəlbedicidir.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Əvvəlki Yazı

Gerasimovun qələbə yalanları: noyabrda “ələ keçirilən” üç yaşayış məntəqəsində döyüşlər gedir

Növbəti Yazı

Mehdiyev ”Pendik Şifa” klinikasını necə ələ keçirib? – DETALLAR

EKSKLUZİV

İcra başçısı şəhid atasının dəfninə qatıldı – FOTOLAR

10 Dekabr 2025 / 22:51
2

Rəna Muradova:  Yasamal prokurorluğu bacımın qanını batırmaqda israrlıdır…

10 Dekabr 2025 / 22:48
11
“Qudalar Agentliyi”nın sədri Bakı və Abşerona “qayıq” alacaq? – VİDEOLAR

“Qudalar Agentliyi”nın sədri Bakı və Abşerona “qayıq” alacaq? – VİDEOLAR

10 Dekabr 2025 / 19:18
4
Son inflyasiya rəqəmləri açıqlandı

Son inflyasiya rəqəmləri açıqlandı

10 Dekabr 2025 / 19:15
1

XƏBƏR LENTİ

İcra başçısı şəhid atasının dəfninə qatıldı – FOTOLAR

Rəna Muradova:  Yasamal prokurorluğu bacımın qanını batırmaqda israrlıdır…

“Qudalar Agentliyi”nın sədri Bakı və Abşerona “qayıq” alacaq? – VİDEOLAR

Son inflyasiya rəqəmləri açıqlandı

Trampın Ukraynaya təklifləri: Koreya ssenarisi, 100 milyard dollar, silahsız zona və…

Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin 50 min borcu var

DTX-dən ƏMƏLİYYAT: “Kriminal aləm”in nümayəndələri TUTULDU – VİDEO

Nazirliyin vəzifəli şəxslərinin əmlaklarına həbs qoyuldu- Siyahı

Azərbaycanda orta aylıq əməkhaqqı artıb – Məbləğ

Şıxlinski və Səfərovlar üzərindən Azərbaycana təzyiq dalğası səngimir

Azərbaycan səfiri Berlində Paşinyanı erməni dilində salamlayıb – VİDEO

Trampın şəkli olan pul vahidi – Senatorlar ayağa qalxdı (FOTO)

DOST-un icarəyə götürdüyü ofisin sahibinin atası da tender “kralı” imiş

İşsizlər üçün sığorta haqqını kim ödəyəcək? – Ekspert gerçəkləri açıqladı…

İsa Həbibbəylinin baldızının oğlu ilə bağlı şok məlumat

“Şərurlu İsfəndiyar”ın binasında faciə: Fəhlə həlak oldu

Cinayət keçmişi olan Çərkəz Şirinovun kreslo həsrəti – Bəhruz Əzizi ona kömək edəcəkmi?

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsində özbaşınalıq: mədəniyyət sahəsində təhsil və təcrübəsi olmayan Zəfər Hacıyevdən narazılıq

ATV-də milli dəyərlərə HÜCUM: Nə baş verir?

Vəzifədən yola salınan bu məmur haqqında sensasion iddia – HƏBS OLUNA BİLƏR

Namizəd Səfərova cinayət işi açıldı: Nədə ittiham olunur?

Bakının mərkəzində eyvan uçdu – Xəsarət alan var + VİDEO

ABŞ NATO-dan çıxır? – Konqresə qanun layihəsi təqdim olundu

Nazirdən müəllimlərə sitəm – bəs günahkar kimdir?

“Səhər TV” Ramiz Mehdiyevin müdafiəsində

Paşinyan Türkiyə və Azərbaycanla bağlı ELƏ BİR ADDIM ATDI Kİ…

“Qarabağ”ın taleyi öz əlindədir – ya bu gün, ya heç vaxt…

SEPAH Bakını yenə Xəzərdən “vurur”

Daha bir dəhşətli təyyarə QƏZASI – Ölənlər var

Naxçıvanın qalmaqallı deputatı kimdir? – Mandatı ləğv ediləcək

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy    
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.