Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

Bu universitetlər bölgələrə köçürülə bilər

Dekabr 16, 2025
A A

REDAKTORUN SEÇİMİ

Rektor Yusif Yusibova qarşı ağır ittihamlar: İntihar cəhdi, təhdidlər və maliyyə maxinasiyaları

Rektor Yusif Yusibova qarşı ağır ittihamlar: İntihar cəhdi, təhdidlər və maliyyə maxinasiyaları

02 Fevral 26 / 13:07
Xətai icra başçısının Əhmədli əməliyyatı: tikintiyə icazə verilməyən yerdə AĞACLAR KƏSİLDİ, İŞ BAŞLADI

Xətai icra başçısının Əhmədli əməliyyatı: tikintiyə icazə verilməyən yerdə AĞACLAR KƏSİLDİ, İŞ BAŞLADI

24 Yanvar 26 / 13:28
Maliyyə nazirliyinin əməkdaşının adı aqrar sektorda “silinən pullar”da çəkilir – Təfərrüat

Maliyyə nazirliyinin əməkdaşının adı aqrar sektorda “silinən pullar”da çəkilir – Təfərrüat

22 Yanvar 26 / 14:56
Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

26 Dekabr 25 / 12:29
“Qurtuluş 93” MTK-dan özbaşınalıq… Evini satanlardan pul tələb edir – Fakt

“Qurtuluş 93” MTK-dan özbaşınalıq… Evini satanlardan pul tələb edir – Fakt

24 Dekabr 25 / 17:15

Təhsil eksperti: “Artıq məsələ ilə bağlı qəti addımlar atılmalıdır”
2025-ci ildə Azərbaycan əhalisi yalnız 0,3% artıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar-oktyabr aylarında əhalinin sayı 32 109 nəfər artaraq 0,3% artım göstərib. Ümumilikdə, 2025-ci il noyabrın 1-i vəziyyətinə əhalinin sayı 10 256 998 nəfərə çatıb.

Statistik göstəricilərdən də görünür ki, əvvəlki illərlə müqayisədə əhali artımında azalma müşahidə olunur. Belə ki, 2024-cü ilin yanvar-noyabr aylarında əhali 37 766 nəfər, yəni 0,4% artmışdı, 2023-cü ildə isə artım 53 625 nəfər, yəni 0,5% təşkil etmişdi. Nəticə onu göstərir ki, Azərbaycan əhalisi mütəmadi olaraq artmaqdadır, lakin illik artım tempi getdikcə aşağı düşür.

Səbəblər haqda Musavat.com-a danışan sosioloq Üzeyir Şəfiyev belə bir fikir də işlədib. “Digər bir amil regionlardan paytaxta axınla bağlıdır. Məlumdur ki, təbii artım ənənəvi olaraq regionlarda daha yüksək olur. Gənclərin rayonlardan Bakı və böyük şəhərlərə köçməsi isə bölgələrdə doğum səviyyəsinin kəskin şəkildə azalmasına səbəb olur. Bu, həm regional inkişaf, həm də ölkənin ümumi demoqrafik balansı üçün uzunmüddətli risk yaradır. Buna görə də regionlarda gənclərin qalmasını stimullaşdırmaq lazımdır: onlara torpaq sahələrinin ayrılması, mənzil şəraiti ilə təminat, güzəştli ipoteka proqramları, iş yerlərinin yaradılması, həmçinin ali təhsil müəssisələrinin bir hissəsinin regionlara köçürülməsi kimi addımlar demoqrafik balansın bərpasına ciddi töhfə verə bilər”.

Bəs hansı ali məktəblər bölgələrə köçürülə bilər?

Mövzu ilə bağlı təhsil mütəxəssisi Elşən Qafarov “Yeni Müsavat”a danışıb. Mütəxəssis qeyd edib ki, Bakı şəhərində mövcud olan sıxlıq, urbanistik yüklənmə və hazırkı şəraitdə universitetlərin böyüməsi üçün zəruri olan infrastrukturun qurulmasında yaranan ciddi çətinliklər illərdir ki, bir çox ali təhsil müəssisələrinin regionlara köçürülməsi məsələsini gündəmdə saxlayır: “Bu mövzu cəmiyyətin müxtəlif təbəqələrində fərqli baxış bucaqları və yanaşmalarla müzakirə olunur. Məsələyə münasibət müxtəlif olsa da, ortaq reallıq ondan ibarətdir ki, Bakı artıq bu qədər ali məktəbi mövcud infrastruktur çərçivəsində rahat şəkildə daşımaq gücündə deyil.

Məlum olduğu kimi, Elm və Təhsil Nazirliyi Bakıda yerləşən üç universitetin – Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin və Azərbaycan Texniki Universitetinin mərhələli şəkildə elmi-tədqiqat universitetlərinə çevrilməsini planlaşdırır. Bu çərçivədə həmin ali məktəblərdə bakalavriat səviyyəsinin tədricən azaldılması, magistratura və doktorantura pillələrinin isə genişləndirilməsi nəzərdə tutulur. Bu, beynəlxalq ali təhsil modelinə uyğun, məntiqli və məqsədyönlü bir yanaşmadır.

Digər universitetlərə gəldikdə isə, xüsusilə Tibb Universitetinin formalaşma modeli və funksional xüsusiyyətləri nəzərə alınmalıdır. Aparıcı tibb müəssisələrinin, klinik bazaların və ixtisaslaşmış xəstəxanaların əsasən Bakı şəhərində yerləşməsi səbəbindən Tibb Universitetinin regionlara və ya Bakı ətrafına köçürülməsi hazırkı mərhələdə real və məqsədəuyğun görünmür. Bu universitetin fəaliyyəti birbaşa paytaxtın tibbi infrastrukturu ilə bağlıdır”.

Elşən Qafarov qeyd edib ki, Pedaqoji Universitet, İnşaat və Memarlıq Universiteti, eləcə də bir sıra digər ali təhsil müəssisələri var ki, onların fəaliyyət modeli kampus tipli, korporativ və regional universitet konsepsiyasına tam uyğundur: “Ümumilikdə, Tibb Universiteti və yaxın perspektivdə elmi-tədqiqat universitetinə çevriləcək Bakı Dövlət Universiteti, Neft və Sənaye Universiteti və Texniki Universitet istisna olmaqla, digər ali məktəblərin mərhələli şəkildə regionlara köçürülməsi daha doğru və strateji baxımdan səmərəli addım olardı.

Belə bir yanaşma bir tərəfdən universitetlərin müasir kampus sisteminə keçməsi üçün real imkanlar yaradardı, digər tərəfdən isə Bakının üzərindəki həddindən artıq sıxlığı və yükü əhəmiyyətli dərəcədə azaldardı. Eyni zamanda tələbələrin sosial müdafiəsinin daha yaxşı təmin olunması üçün də əlverişli şərait formalaşardı. Hazırda Bakıda kirayə mənzillərin həddən artıq baha olması, nəqliyyat sıxlığı, tıxaclar, tələbələrin vaxtlarının böyük hissəsini yollarda keçirməyə məcbur qalması ciddi sosial problemlər yaradır. Bu vəziyyət həm təhsilin keyfiyyətinə, həm də tələbələrin gündəlik həyatına mənfi təsir göstərir”.

Təhsil mütəxəssisinin fikrincə, ən real və rasional yol ondan ibarətdir ki, qeyd olunan dörd universitetdən başqa bütün ali təhsil müəssisələri Bakıdan kənara, regionlara köçürülsün: “Bu köçürülmə formal xarakter daşımamalı, paralel olaraq universitetlərə geniş torpaq sahələri ayrılmalı, həmin ərazilərdə müasir kampuslar inşa edilməlidir. Kampusların tərkibində yataqxanalar, kitabxanalar, istirahət parkları, idman və mədəniyyət mərkəzləri, sosial infrastruktur obyektləri yaradılmalıdır. Yəni universitetlərin kampus sisteminə keçməsi həm tələbələr, həm müəllim heyəti, həm də ali məktəblərin özləri üçün uzunmüddətli perspektivdə olduqca əlverişli olar.

Bu sahədə ölkədə artıq müəyyən təcrübə mövcuddur. Məsələn, Gəncə şəhərində yerləşən Azərbaycan Dövlət Aqrar Universiteti ölkənin ən böyük kampus universitetlərindən biridir. Burada müasir tədris və sosial mühit yaradılıb. Eyni zamanda region universitetlərində tələbə sayı artıb, əlavə imkanlar formalaşıb. Naxçıvan Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti, Gəncə Dövlət Universiteti kimi ali məktəblər artıq güclü tələbə mühitinə malikdir.

Hesab edirəm ki, Bakıda yerləşən universitetlərin böyük bir hissəsinin regionlara köçürülməsi tam mümkündür. Hazırkı şəraitdə regionlar üçün ən optimal mərkəz Gəncə bölgəsidir. Universitetlərin Gəncə ərazisinə köçürülməsi daha məqsədəuyğun olardı. Bu şəhər coğrafi baxımdan ölkənin mərkəzinə yaxın yerləşir və bütün bölgələrdən Gəncəyə nəqliyyat baxımından rahat çıxış mümkündür. Üstəlik, Gəncə artıq ali təhsil şəhəri kimi formalaşıb, tələbə mühiti burada yad deyil.

Bakı ətrafına, xüsusilə Qala qəsəbəsi ətrafına universitetlərin köçürülməsi ilə bağlı da müəyyən ilkin mülahizələr mövcuddur. Lakin ən optimal və strateji baxımdan səmərəli variant universitetlərin Gəncəyə köçürülməsidir. Çünki hazırkı vəziyyətdə Bakıda bu qədər ali məktəbin cəmləşməsi həm şəhərin infrastrukturuna ciddi zərbə vurur, həm də tələbələrin sosial müdafiəsində ciddi çətinliklər yaradır”.

Təhsil mütəxəssisi həmçinin vurğulayıb ki, artıq bu məsələ ilə bağlı real və qəti addımlar atılmalıdır: “Təxminən 10 ildən artıqdır ki, universitetlərin regionlara köçürülməsi mövzusu müzakirə olunur. Doğrudur, müəyyən addımlar atılıb. Məsələn, region universitetlərində tələbə sayının artırılması istiqamətində tədbirlər görülüb. Lənkəran Dövlət Universitetində tələbə sayı 10 mindən artıqdır. Eyni hal Mingəçevir Dövlət Universitetində, Gəncə Dövlət Universitetində və digər regional ali məktəblərdə də müşahidə olunur. Lakin bu, problemin yalnız bir hissəsidir və məsələ bununla bitmir. Universitetlərin real, sistemli və planlı şəkildə regionlara köçürülməsi artıq zərurətə çevrilib”.

Əvvəlki Yazı

Abbas Abbasov axtarışa verildi – Ramiz Mehdiyev işi böyüyür

Növbəti Yazı

Mehdiyevlərin bankı “vuruldu” – ən çox şikayət ondan imiş

EKSKLUZİV

Qızılgül altından keçən sabiq icra başçısının qalmaqalı böyüyür

Qızılgül altından keçən sabiq icra başçısının qalmaqalı böyüyür

03 Fevral 2026 / 18:44
0
“Türk Ədəbiyyatı” jurnalının Türkoloji Qurultayın 100-cü ildönümünə həsr etdiyi nömrəsi çap olunub

“Türk Ədəbiyyatı” jurnalının Türkoloji Qurultayın 100-cü ildönümünə həsr etdiyi nömrəsi çap olunub

03 Fevral 2026 / 18:40
15
Azərbaycan Yazıçılar Birliyinin üzvündən sədr Anara açıq MƏKTUB

Azərbaycan Yazıçılar Birliyinin üzvündən sədr Anara açıq MƏKTUB

03 Fevral 2026 / 13:56
8
Rektor Yusif Yusibova qarşı ağır ittihamlar: İntihar cəhdi, təhdidlər və maliyyə maxinasiyaları

Rektor Yusif Yusibova qarşı ağır ittihamlar: İntihar cəhdi, təhdidlər və maliyyə maxinasiyaları

02 Fevral 2026 / 13:07
36

XƏBƏR LENTİ

Qızılgül altından keçən sabiq icra başçısının qalmaqalı böyüyür

“Türk Ədəbiyyatı” jurnalının Türkoloji Qurultayın 100-cü ildönümünə həsr etdiyi nömrəsi çap olunub

Azərbaycan Yazıçılar Birliyinin üzvündən sədr Anara açıq MƏKTUB

Rektor Yusif Yusibova qarşı ağır ittihamlar: İntihar cəhdi, təhdidlər və maliyyə maxinasiyaları

Zaur Mikayılovdan Prezidentə ŞİKAYƏT olundu: Bizə BORC yığırlar, su pulunu HESABLAMIRLAR…

“Azərbaycanda gənclər üçün yeni imkanlar yaradılıb”

DTX-nın sonuncu əməliyyatı cəmiyyət və vətəndaşlar qarşısında hansı vəzifələr qoyur?

Qazaxda Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib – VIDEO

DİN qanunun və milli-mənəvi dəyərlərin keşiyində, yaxud “Bağçalı Saray əməliyyatı”na sözardı…

Kuba səfirliyində Kubanın Milli Qəhrəmanı Xose Martinlə bağlı tədbir

Ağstafa inkişaf yolunda: Seymur Orucuvun uğurlu rəhbərlik strategiyası

Mahalımızın sevimli qızi

“Araz” supermarketlər şəbəkəsi 15 illiyini qeyd edir

“Onların peşəkarlığı terror və təxribat cəhdləri qarşısında ən böyük səddir”

Bakıda 11-ci “ARPACHAY OPEN” beynəlxalq karate turniri keçiriləcək

Büdcədən oğurlanan, xalqdan çırpışdırılan pulların geri qaytarılması vacibdir

Ramiz Mehdiyevin kürəkəni Dubaydakı əmlakların taleyindən narahatdır

Qazaxda icra başçısı şəhid övladının hüzr mərasimində iştirak edib və ailəsinə başsağlığı verib

Xətai icra başçısının Əhmədli əməliyyatı: tikintiyə icazə verilməyən yerdə AĞACLAR KƏSİLDİ, İŞ BAŞLADI

Qazaxda növbəti qanvermə aksiyası keçirilib

Maliyyə nazirliyinin əməkdaşının adı aqrar sektorda “silinən pullar”da çəkilir – Təfərrüat

Məzarı Azərbaycan olan şəhid: Kazım Soltanov!

YAXŞI Kİ, VƏTƏNİ QAZAXDAN SEVDİM

Ramiz Mehdiyevin kürəkəni ilə başlayan kabus: hədə-qorxu, milyonlar

Qazaxda 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi dərin ehtiramla yad edilib

Qazaxda “20 yanvar – Müdrik xalqımızın qəhramanlıq salnaməsidir!” mövzusunda tədbir keçirilib

Mehdiabadda şəhidlərin xatirəsinə həsr olunmuş turnir keçirilib – FOTOLAR

Birinci Qarabağ müharibəsinin yaralarına çəkilən məlhəm…

İcra başçısı rayonda fəaliyyət göstərən uşaq bağçalarında olub

Sumqayıt Teatrında “Aldanmış ər” tamaşasının premyerası keçiriləcək-FOTO

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy   Yan »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.