Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

Mehdiyevlərin bankı “vuruldu” – ən çox şikayət ondan imiş

Dekabr 16, 2025
A A

REDAKTORUN SEÇİMİ

AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

18 Aprel 26 / 13:18
Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

14 Aprel 26 / 11:05
Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

02 Mart 26 / 11:01
1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

17 Fevral 26 / 7:23
Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

16 Fevral 26 / 12:42

Mərkəzi Bank müştərilərin kütləvi şəkildə narazı qaldığı ASC-nin “Bank BTB” olduğunu açıqladı; sabiq PA rəhbərinin ailə üzvlərinə məxsus biznes ləğv oluna bilər
Azərbaycan Mərkəzi Bankı (AMB) bank xidmətləri bazarında müştəri məmnuniyyətini şikayət indeksi əsasında qiymətləndirib. Bu ilin noyabr ayında Azərbaycanda barəsində ən çox şikayət edilən bank “Bank BTB” ASC olub. Bu bankda şikayət indeksi 5.11-dir.

Növbəti yerləri “Yelo Bank” ASC (2.88) və “Unibank” ASC (2.34) bölüşür. Ən az şikayət olunan bank 0.31 indekslə “Paşa Bank” ASC-dir. Bu sırada “Bank Respublika” ASC 0.68 indekslə ikincidir. Cədvəldə yer almayan banklar üzrə ay ərzində AMB-yə şikayət daxil olmayıb.

Şikayət indeksi bankın müştərilərinə təqdim etdiyi xidmətlərin həcmi və əhatə dairəsini nəzərə alaraq, müştəri bazasına nisbətən daxil olan şikayətlərin proporsionallığı əsasında hesablanır. Şikayət indeksi hər bir bank üzrə şikayətlər üzrə bazar payının müştərilər üzrə bazar payına bölünməsi yolu ilə hesablanır. Bu göstərici vətəndaşların bank seçimi zamanı məlumatlı qərar verməsinə kömək məqsədi daşıyır və aylıq əsasda dəyişə bilər.

Qeyd edək ki, ən çox şikayət olunan “Bank BTB” sabiq PA rəhbəri Ramiz Mehdiyevin oğluna məxsusdur. Bunu bir müddət əvvəl özü açıqlayıb ki, bank oğlu Teymur Mehdiyevindir. Halbuki oğlu fövqəladə hallar nazirinin müavini vəzifəsini tutub və qanunla biznes qurması qadağan idi. İndi isə işdən azad olunub və bankın əlindən alınması ehtimalı yüksəkdir. “Bank BTB” ASC həm də “BTB Leasing” ASC və “BTB Kapital İnvestisiya Şirkəti” ASC-nin təsisçisidir. Maliyyə hesabatlarına görə, “Bank BTB” ASC bu ilin yanvar-sentyabr aylarını 641 min manat zərərlə başa vurub. Məlum olub ki, bu zərər ötən ilin eyni dövrünə nisbətən 30% çoxdur.

Xatırladaq ki, “Bank BTB” 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 71,45 milyon manatdır. Bankın səhmlərinin 76,74%-i Nigar Mehdiyevaya, 17,68%-i Rza Sadiqə (Müşahidə Şurasının sədri), 5,58%-i isə Tükəzban Mahmudovaya məxsusdur. Nigar Mehdiyeva Ramiz Mehdiyevin gəlinidir. Rza Sadiq onun qardaşıdır.

Məlumatlardan aydın olur ki, ailənin kapitalı hüquqi olaraq gəlində, faktiki idarəetmə isə quda xəttindən gələn Rza Sadiqin əlində cəmləşdirilib. Rza Sadiq Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Mexanika kafedrasının müdiri olmuş İsmayıl Sadiqovun oğludur. İ.Sadiqov Nazirlər Kabinetində şöbə müdiri vəzifəsində də çalışıb.

Bu bankın həm göstəriciləri, həm ən çox şikayət olunması Mehdiyevlərin bu biznesinin əlindən çıxacağı ehtimalını gücləndirir. Yəni bankın lisenziyasının ləğvi istisna deyil.

İqtisadçı Xalid Kərimlinin fikrincə, sırf şikayət indeksinə görə hər hansı bankın bağlanması mümkün deyil. “Yeni Müsavat”a şərhində ekspert bildirdi ki, AMB-nin bankların fəaliyyəti ilə bağlı məmnuniyyət indeksini açıqlaması bankların xidmətlərini təkmilləşdirməyə can atmasına gətirib çıxarır: “Hesab edirəm ki, bu, müştərilər üçün yaxşıdır. Banklar yalnız lisenziya tələblərinə cavab vermədikdə bağlana bilər. AMB-nin banklar qarşısında kapitalla, prudensial tədbirlərlə əlaqədar ciddi tələbləri var. Tələblər pozulduğu halda, AMB banklara zaman verir, bağlanma ilə bağlı qərar isə daha sonra verilir. Hər hansı qaydanın pozulması bankın ləğvi üçün dərhal əsaslar yaratmır. AMB-nin belə bir istəyi yoxdur, çünki bu, ciddi surətdə narazılığa səbəb ola və bank sektoruna inamsızlıq yarada bilər. Sözügedən indeksə əsasən bankla bağlı hər hansı tədbirin görülməsi gözlənilən deyil. Şikayət indeksinin açıqlanması bankların idarəetmədə yanaşmanı dəyişməsi üçündür. Zatən pis xidmət müştərilərin itirilməsinə gətirib çıxara bilər. Bu çərçivədə ən böyük sanksiya şikayət indeksinin elan edilməsidir”.

X.Kərimlinin sözlərinə görə, AMB sədri dəfələrlə mətbuat konfranslarında bildirib ki, hər hansı bankın problemli olması ilə razılaşmır: “AMB sədri hesab edir ki, bütün banklar normal tələblər çərçivəsində fəaliyyət göstərir. “Bank BTB”nin səhmdarları ilə bağlı məsələ var. Səhmdarların müəyyən ailəyə məxsusluğunun bank üzərində qara kölgələr yaradıb-yaratmaması məsələsinə gəlincə, səhmdarların problemləri bankın gələcəyi ilə bağlı inkişaf problemləri yarada bilər. İstənilən halda, səhmdarın problemi olsa da, bank rahat şəkildə fəaliyyət göstərə bilər. Səhmdarlar problem yaşasa da, hətta onlara cinayət işi açılsa belə, bu, bankın fəaliyyəti üçün problem deyil. Əsas qüvvə bankın İdarə Heyəti, Müşahidə Şurasıdır ki, onlar fəaliyyətini davam etdirir. Sırf şikayət indeksinə görə yox, digər məsələlərin bankın fəaliyyətinə problem yaratmaq ehtimalı var. Amma bu, iqtisadi və maliyyə məsələlərindən yox, siyasi məsələlərdən asılı olacaq”.

Əvvəlki Yazı

Bu universitetlər bölgələrə köçürülə bilər

Növbəti Yazı

General Eyyubov tutduğu vəzifədən azad edildi

EKSKLUZİV

“İran ABŞ ilə birbaşa danışıqların yeni raunduna hazır deyil” – Xətibzadə

19 Aprel 2026 / 1:22
1

İtaliyanın Baş Naziri Meloni Azərbaycanda: Enerji Strateji Əməkdaşlığı Genişlənir

19 Aprel 2026 / 1:22
1

Qalatasaray Gənclərbirliyi səfərində vacib qələbə qazandı

19 Aprel 2026 / 0:17
1

Hörmüz Boğazında Gərginlik Yüksəlir: İran ABŞ-a Sərt Xəbərdarlıq Etdi

19 Aprel 2026 / 0:15
1

XƏBƏR LENTİ

“İran ABŞ ilə birbaşa danışıqların yeni raunduna hazır deyil” – Xətibzadə

İtaliyanın Baş Naziri Meloni Azərbaycanda: Enerji Strateji Əməkdaşlığı Genişlənir

Qalatasaray Gənclərbirliyi səfərində vacib qələbə qazandı

Hörmüz Boğazında Gərginlik Yüksəlir: İran ABŞ-a Sərt Xəbərdarlıq Etdi

İranda ABŞ və İsrail Zərbələrinin Ağır Nəticələri: Ölənlərin Sayı Açıqlandı

Livanın qələbəsi: Düşmənin planları puça çıxdı – Tehranın dəstəyi vurğulandı

Tramp Hörmüz boğazı böhranını müzakirə etdi: ABŞ-ın Yaxın Şərq strategiyası

Qurban Qurbanovdan Sərt Xəbərdarlıq: Bağışlamaq Dövrü Bitdi!

General Məmmədov vəzifəsindən azad edildi: Əmr imzalandı

Azərbaycanda Əhali Kredit Yükü Altında: Bank Borcları Niyə Sürətlə Artır?

Premyer Liqada ŞOK NƏTİCƏ: “Sabah” 10 nəfərlə “Qarabağ”ı məğlub etdi – Çempionluq yolunda həlledici addım

İran Hörmüz Boğazında Yeni Qayda Tətbiq Edir: Ödənişli Keçid Üstünlüyü

Azərbaycan Futzal Kuboku: Finalda İki Güclü Komanda Qarşılaşacaq

Kiyevdə dəhşətli silahlı hücum: 6 nəfər həlak olub, yaralılar var

Titanik Faciəsinin Şahidi: 114 Yaşlı Xilasedici Jilet 700 Min Dollara Satıldı

Hürmüz böhranı davam edir: Trampdan ‘təcili vəziyyət’ iclası – Müharibə yenidən alovlana bilər

Dambrauskas: “Nümunəvi Oyunla Qələbəni Haqq Etdik”

Millinin Məşqçisi Komandanın Performansından Razı Qaldı: Gələcək Üçün Ümidverici Siqnallar

İrəvanda güclü partlayış: Poliqonda nə baş verdi?

İranda İnternet Kəsilməsi 50 Günü Ötüb: NetBlocks Həyəcan Təbili Çalır

“Sabah”ın Erkən Qırmızı Vərəqə Dramı: Oyunun Taleyi Necə Həll Oldu?

Real Madrid Marko Asensionun gələcəyi ilə bağlı rəsmi açıqlama yaydı

Futbol Sensasiyası: Sabah “Qarabağ”ı məğlub etdi, Karvan-Yevlax “Şamaxı”nı üstələdi

Azərbaycan D-8 ilə Əməkdaşlığı Dərinləşdirir: Yeni Perspektivlər Müzakirə Olundu

İsrail Livanı vurdu: 10 günlük atəşkəs Hizbullah bəhanəsi ilə pozuldu

“Sabah”ın kritik penalti zərbəsi boşa çıxdı: Nəticəyə təsiri

Liverpuldan Aston Villa’ya gözlənilən transfer: Ayrılıq qapıdadırmı?

Sabah FK Premyer Liqada liderliyə doğru inamla irəliləyir

Pekin İranın Uran Problemini Həll Etmək Üçün Təkliflə Çıxış Etdi

Ukrayna Qara Dənizdə Rusiyanın Üç Hərbi Gəmisini Vurdu: Dəniz Cəbhəsində Gərginlik Artır

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy   Yan »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.