Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

Qar, şaxta və istilik problemləri: Bakı qışı rahat keçirə biləcəkmi?

Dekabr 16, 2025
A A

REDAKTORUN SEÇİMİ

Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri: Nərimanovdan Xırdalana uzanan DOSYE

Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri: Nərimanovdan Xırdalana uzanan DOSYE

06 Oktyabr 26 / 15:31
Ramiz Mehdiyev növbəti məhkəməyə məcburi gətirilə bilər

Ramiz Mehdiyev növbəti məhkəməyə məcburi gətirilə bilər

01 Oktyabr 26 / 15:00
Həbsdən çıxan Səlim Müslümovun yeni işi…

Həbsdən çıxan Səlim Müslümovun yeni işi…

30 Sentyabr 26 / 14:05
Bakıda 200 saylı məktəb-liseydə pul yığılır:5 qadın müavin-VİDEO 

Bakıda 200 saylı məktəb-liseydə pul yığılır:5 qadın müavin-VİDEO 

26 Sentyabr 26 / 15:05
Səfər Mehdiyevin yaxın adamının 6 minlik pensiyası kəsildi – Məhkəməni uddu

Səfər Mehdiyevin yaxın adamının 6 minlik pensiyası kəsildi – Məhkəməni uddu

23 Sentyabr 26 / 13:13

Qış fəslinin başlanmasına artıq sayılı günlər qalır. Son günlər havada hiss olunan şaxta və kəskin soyuqlar qarşıdan gələn qışın sərt keçəcəyinə işarə edir. Mövsümün dəyişməsi ilə yanaşı, əhali arasında da narahatlıq artır. Vətəndaşları əsasən bir sıra vacib suallar düşündürür: yollar qış şəraitinə nə dərəcədə hazırdır, qar və buzlanma hallarında nəqliyyatın hərəkəti təmin edilə biləcəkmi, eləcə də su, qaz və istilik təchizatında fasilələr?

Lent.az paytaxtın qışa necə hazırlanması ilə bağlı müvafiq qurumlara sorğular ünvanlayıb.

Bakı Şəhər İcra Hakimiyyətindən bildirildi ki, paytaxtda qışa hazırlığın vəziyyəti ilə bağlı noyabrın ikici yarısından etibarın şəhərin rayonlarında kommunal, təsərrüfat xidmətləri, idarə və təşkilatlarının, təhsil müəssisələrinin, özəl sektorun nümayəndələrinin iştirakı ilə müşavirələr keçirilib:

“Müşavirələrin əsas məqsədi rayon xidmətlərinin soyuq qışa, xüsusilə güclü qar yağmasına hazırlığın vəziyyətinin araşdırılması, bu zaman görülməsi zəruri olan işlər müzakirə edilməsi olub.

Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən hər bir rayona cavabdeh şəxs təyin edilib, həmin şəxslər yerli İcra Hakimiyyətlərinin nümayəndələri ilə birgə rayonlarda  qış mövsümünə hazırlığı, verilən tapşırıqların və görülən işlərin icra vəziyyətini yoxlayırlar.

Qış aylarında güclü qar yağması etimalı ilə əlaqədar rayon İcra Hakimiyyətlərində qışa hazırlıqla bağlı yaradılan qərargahlar, kommunal və təsərrüfat xidmətləri və aidiyyəti təşkilatların rəhbərləri həmin günlərdə üzərilərinə düşən vəzifələrin tam şəkildə yerinə yetirilməsi üçün hazır olmalıdırlar. Artıq hər il olduğu kimi hər bir quruma qarın təmizlənməsi üçün lazımi qədər alət, inventarın (bel, kürək, ling və s.) toplanması, duz ehtiyatı yaradılması, xüsusi texnikaların vəziyyətinin yoxlanılması ilə bağlı tapşırıqlar verilib. Rayondakı küçə və məhəllələrin qardan təmizlənməsinə cavabdeh şəxslərin siyahıları hazırlanıb, bu  işlərə kommunal qurumların texnikası ilə yanaşı idarə, təşkilat, bələdiyyə və özəl qurumların da mövcud texnikalarının cəlb ediləcəkdir.

Həmçinin rayonlardakı idarə, təşkilat və özəl qurumlar, bələdiyyələr, o cümlədən ictimai iaşə müəssisələrinin rəhbərlərinə, ictimaiyyət nümayəndələrinə qarlı günlərdə özlərinə aid ərazilərin təmizlənməsində yaxından iştirak etməyə cəlb ediləcək”,-deyə bildirildi.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirildi ki, Bakıda maşın-mexanizm və texnikalar  qış mövsümündə işləməsi üçün saz vəziyyətə gətirilmiş, yanacaq-sürtgü materialları ehtiyatı yaradılmış, sürüşməyə qarşı zəncirlər alınıb:

AAYDA-da xüsusi qərargah yaradılıb » Azərbaycan İnformasiya Agentliyi

“Respublikanın avtomobil yollarına xidmət göstərilməsi üçün də maşın-mexanizm və texnikalat hazır vəziyyətə gətirilib. Bundan başqa mövsümdə tələb olunan miqdarda qum və texniki duz ehtiyyatının toplanması işləri aparılıb. Mailliyi böyük olan sahələrə və sərt döngələrə səpilməsi üçün nəzərdə tutulmuş qum və duz qarışığından ibarət ehtiyyatlar yığılıb. Eyni zamanda qış mövsümündə yollarda işləyən işçilərin isti paltar,    ayaqqabı və digər zəruri əşyalarla təmin edilməsi və qızınma məntəqələrinin yaradılması təşkil  edilib.

Payız-qış mövsümünə hazırlıq məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən körpülərin requlyasiyalarının dağılmış hissələrinin bərpası və körpülər yerləşən ərazidə çayların yataqlarının təmizlənməsi, yol nişanlarının, yol avadanlıqlarının və siqnal dirəklərinin texniki vəziyyətinə baxış keçirilməsi və mövcud nöqsanların aradan qaldırılması, həmçinin avtomobil yollarının cari təmiri, çiyinlərin bərkidilməsi, suötürücü boruların giriş-çıxış hissələrinin və küvetlərin təmizlənməsi işləri aparılıb”,-deyə qeyd olundu.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən sorğumuza cavab olaraq bildirildi ki, qış aylarında su təchizatı sistemində yarana biləcək problemlərin aradan qaldırılması istiqamətində fəaliyyətini davam etdirməkdədir:

Fotoğraf açıklaması yok.

“Kanalizasiya kollektorlarının yuyulması, baxış quyuları və yağış barmaqlıqlarının təmizlənməsi işləri həyata keçirilir. Buna səbəb xəttlər intensiv yağışlar zamanı həm yağış sularını həm də tullantı sularını maneəsiz şəkildə daşıya bilsin. Eyni zamanda kanalizasiya nasos stansiyaları təftiş olunur orada mövcud olan digər mexaniki avadanlıqlar saz vəziyyətə gətirilir.

Bundan başqa qış aylarında ən çox problemlər sayğaclar və magistral paylayıcı şəbəkələrdə baş verən donvurmalardır. Belə ki, vətəndaşlar tərəfindən primitiv qaydada çəkilmiş su xətlərinin əksəriyyətində izolyasiya məsələləri nəzərə alınmamışdır. Tövsiyəmiz odur ki, həmin xəttlər ya izolyasiya olunmalı ya da torpaq altına keçirilməlidir”.

Qurum onu da qeyd etdi ki, fərdi yaşayış evlərində və fərdi həyətyanı sahələrdə eləcə də kommersiya obyektlərində quraşdırılmış sayğacların şaxtalı günlərdə donvurma nəticəsində sıradan çıxmasının qarşısının alınması üçün zəruri və qabaqlayıcı tədbirlərin görülməlidir.

“Şaxtanın daha çox olduğu gecə saatlarında sayğac içərisində suyun qalmaması üçün sayğacın giriş vintili bağlanmalı, çıxış vintili açıq saxlanılmalı və sayğac qutusunun qapağı bağlı qalmalıdır. Donvurmadan mühafizə tədbirləri kimi sayğacların üzərində isti materiallarında örtük və sayğacın quru ağac yonqaları ilə əhatə olunması tövsiyə olunur”.

“Azəristiliktəchizat”dan cavab veriləcəyi bildirildi, “Azərqaz”dan isə ümumiyyətlə cavab gəlmədi.

Əvvəlki Yazı

Dünya bu xəbərlə ÇALXALANIR – Rusiya ilə Türkiyə üz-üzə

Növbəti Yazı

Tək yaşayan pensiyaçılara ŞAD XƏBƏR: Kommunal güzəştlər oluna, maliyyə yardımı edilə bilər…

EKSKLUZİV

Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdirilib

Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdirilib

07 Oktyabr 2026 / 13:46
0
Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

07 Oktyabr 2026 / 13:30
0
Azərbaycanda bu həftədən ov mövsümü başlayır

Azərbaycanda bu həftədən ov mövsümü başlayır

07 Oktyabr 2026 / 13:15
0
Qazaxda şəhər ərazisində məişət tullantılarının daşınması üçün yeni maşın ayrılıb

Qazaxda şəhər ərazisində məişət tullantılarının daşınması üçün yeni maşın ayrılıb

07 Oktyabr 2026 / 12:35
1

XƏBƏR LENTİ

Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdirilib

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycanda bu həftədən ov mövsümü başlayır

Qazaxda şəhər ərazisində məişət tullantılarının daşınması üçün yeni maşın ayrılıb

Bəzi yollarda hərəkət məhdudlaşdırılacaq

Ərzaq qiymətlərinin artırılmaması üçün dövlət müdaxilə edəcək

Azərbaycanda quzuların və buzovların kəsilməsi qadağan edilir

Əli Nağıyev: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

“Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb

Ceyhun Bayramov Türkmənistana işgüzar səfərə gedib

Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb

Prezident Konfrans iştirakçılarına müraciət ünvanlayıb

Müəllimlər yalnız bu paltarları geyinə bilərlər: kişilər və qadınlar – SİYAHI

Suriyadan 13 nəfər Azərbaycana qaytarıldı

İtkinlərlə bağlı Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

Azərbaycan nefti 120 dollara ticarət olunur

BİR ÖMRÜN ARXASINDA QALAN VƏTƏN SEVGİSİ…

Азербайджанский писатель Эмиль Насирли избран членом Союза писателей Грузии

AZƏRBAYCANLI YAZAR EMİL NƏSİRLİ GÜRCÜSTAN YAZIÇILAR BİRLİYİNİN ÜZVÜ SEÇİLİB

Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri: Nərimanovdan Xırdalana uzanan DOSYE

“Anadoludan- Xəzərə” adlı yazıçı- oxucu görüşünün açılış tədbiri Beynəlxalq Maarif məktəbində keçirildi

Qazax rayon icra başçısı polkovnik Nemət Pənahovun dəfn mərasimində iştirak edərək ailəsinə başsağlığı verib

Prezident İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib – FOTO

Bu gün Beynəlxalq Müəllimlər Günüdür

Qazaxda Azərbaycan Respublikası Motokros Çempionatının III Mərhələsi keçirilib

4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax oldu

Azərbaycan Prezidenti: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək

Vasif Talıbov YAP-dan çıxarılır

Azərbaycanda pul bazası 15%-dən çox artıb

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy   Yan »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.