SSRİ idman ustası, Azərbaycanın Əməkdar məşqçisi, Respublika dərəcəli hakim Sahib Əli oğlu Namazov dəfn olunub. Mediaxeberleri.Az xəbər verir ki, mərhumun nəşi Qazax şəhər qəbirstanlığındada torpağa tapşırılıb.
Mərasimdə iştirak edən Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin, “Qazax” Xeyriyyə İctimai Birliyinin, Azərbaycan Güləş Federasiyasının və digər qurumların rəsmi şəxsləri çıxış edərək Sahib Namazovun Azərbaycan idmanındakı xidmətlərindən bəhs ediblər. Onun məzarına qurumlar adından əklillər qoyulub.
Onu son mənzilə yola salmağa gələnlər arasında yaxınları, ailə üzvləri və idman xadimləri yer alıblar.
Qeyd edək ki, S.Namazov ötən gün 66 yaşında vəfat edib.









