Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

Qazaxda Xalq şairi Osman Sarıvəlli doğum günündə məzarı başında yad edilib

Dekabr 18, 2025
A A

REDAKTORUN SEÇİMİ

“MoveShort” piramidasının ifşası – Yeni həbslər olacaq

“MoveShort” piramidasının ifşası – Yeni həbslər olacaq

15 İyul 26 / 18:22
Tətilə çıxan deputatlar harada istirahət edəcəklər? – SORĞU

Tətilə çıxan deputatlar harada istirahət edəcəklər? – SORĞU

15 İyul 26 / 14:59
Belə avtomobillə heç yerə getmərəm – Prezident

Belə avtomobillə heç yerə getmərəm – Prezident

13 İyul 26 / 14:00
Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

11 İyul 26 / 13:26
Hörmüzdə azərbaycanlıların gizli neft ticarət şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -VİDEO

Hörmüzdə azərbaycanlıların gizli neft ticarət şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -VİDEO

10 İyul 26 / 12:40

Qərbin qapısı kimi tanınan, sazın, sözün beşiyi sayılan Qazax eli həm də tarixi şəxsiyyətləri, Xalq şairləri, yazıçıları, aşıq, ozan sənətinin nəhəngləri ilə səs salıb bütün aləmə. Bu diyarda sözə verilən qiymət, saza olan hörmət hər zaman yüksək səviyyədə olub. Söz, sənət mülkünün beşiyi sayılan Qazaxda şairlərimizin, yazarlarımızın doğum və anım günləri də heç zaman unudulmur. Rəhbər təyin olunduğu ilk gündən bu sahəni daim diqqət mərkəzində saxlayan rayon rəhbərliyi öz ənənəsini bu gün də davam etdirir.

Dekabrın 17-də Xalq şairi Osman Sarıvəllinin (Osman Abdulla oğlu Qurbanov) doğum günündə məzarı başında yad edilməsi şairlərimizə olan ehtiramın bariz nümunəsidir.

Qazax Rayon İcra Hakimiyyəti və Azərbaycan Yazıçılar Birliyi Qazax bölməsinin birgə təşkilatçılığı ilə Xalq şairi Osman Sarıvəllinin anadan olmasının 120 illiyi münasibətilə İkinci Şıxlı kəndində şairin məzarı başında keçirilən “Poeziya saatı”nda Osman Sarıvəlli sözünə, şeiriyyətinə, poeziyasına, şəxsiyyətinə dəyər, qiymət verənlər onun yaradıcılığından söhbət açıb, ünvanına səmimi ürək sözlərini səsləndiriblər.

Tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul əməkdaşları, “QAZAX” Xeyriyyə İctimai Birliyinin üzvləri, Azərbaycan Yazıçılar Birliyi Qazax bölməsinin sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal, Bölmənin üzvləri, mədəniyyət işçiləri, İkinci Şıxlı kəndinin ziyalıları, şairin yaxın qohumları, KİV nümayəndələri iştirak ediblər.

Əvvəlcə şairin və onunla birgə eyni qəbiristanlıqda uyuyan övladlarının məzarı üstünə tər qərənfillər düzülüb, əziz xatirələri ehtiramla anılıb.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin, respublikamızın ərazi bütövlüyü, ölkəmizin suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin, igid Vətən oğullarının əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Tədbirin aparıcısı, Azərbaycan Yazıçılar Birliyi Qazax bölməsinin sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal çıxış edərək tədbirə toplaşanları salamlayıb, bu günün əhəmiyyətindən söz açıb. İlk növbədə şairlərə, saz, söz adamlarına göstərilən diqqətə, qayğıya, hörmət və ehtirama görə ölkə Prezidenti İlham Əliyevə, mədəniyyətimizin, poeziyamızın hamisi olan Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib. “Bugünkü tədbir bir daha onu göstərir ki, Qazaxda milli dəyərlərə çox böyük diqqət göstərilir, böyük ehtiram var. Bugünkü tədbirin keçirilməsi Osman Sarıvəllinin timsalında bütün yazarlara verilən dəyərdir”, – söyləyən şair ölkə rəhbərinin ziyalılara olan qayğısının Qazaxda olduğu kimi icra edildiyini, rayon rəhbərliyinin fəaliyyətə başladığı ilk gündən ziyalılara olan hörmətin, səmimi münasibətin şahidi olduğunu dilə gətirib. Bugünkü tədbirin təşkil olunmasına görə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova ziyalılar və öz adından təşəkkürünü bildirib. Şairin həyat və yaradıcılığı barədə tədbir iştirakçılarına ətraflı məlumat verən B.Vüsal qeyd edib ki, Osman Sarıvəlli 1905-ci il dekabrın 17-də Qazax rayonunun İkinci Şıxlı (Sarıvəlli) kəndində anadan olmuşdur. Orta təhsilini Qazax Müəllimlər Seminariyasında aldıqdan sonra bir müddət Göyçay rayonunun Qaraməryəm və Bığır kənd məktəblərində müəllim işləmişdir (1926–1929). Təhsilini artırmaq məqsədilə Moskvaya getmiş və burada Dövlət Universitetinin filologiya fakültəsində oxumuşdur (1929–1932). 1937-ci ildə Azərbaycan Yazıçılar İttifaqına üzv olmuşdur. Bakı Pedaqoji texnikumunda müəllim (1932–1935), Bakı Teatr texnikumunda müdir (1939–1940), Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunda müdir müavini, “Ədəbiyyat qəzeti”nin redaktoru, Uşaqgəncnəşrdə redaktor, Azərbaycan Yazıçılar İttifaqında şeir üzrə məsləhətçi vəzifələrində işləmişdir. 1990-cı il iyulun 2-də Bakıda vəfat etmiş və doğulduğu İkinci Şıxlı kəndində dəfn edilmişdir. Bildirib ki, Osman Sarıvəlli ədəbi yaradıcılığına 1933-cü ildə başlamışdır. Həmin ildə “Gənc işçi” qəzetində “Ayaqsız” adlı ilk şeiri çap olunmuşdur. Osman Sarıvəllinin “Dəmir sətirlərim” adlanan birinci kitabı 1934-cü ildə çap olunmuşdur. Şairin təltif və mükafatlarını qeyd edən B.Vüsal söyləyib ki, O.Sarıvəlli “Azərbaycan SSR xalq şairi” fəxri adına, “Oktyabr inqilabı”, “Qırmızı əmək bayrağı”, “Xalqlar Dostluğu”, “Şərəf nişanı” ordenlərinə,  “Əməkdə fərqlənməyə görə” medalına layiq görülmüşdür. B.Vüsal Xalq şairinin “Dəmir sətirlərim”, “Bənövşə”, “Şairin hədiyyəsi”, “Gətir, oğlum, gətir”, “Gənclik eşqi”, “Bahar çiçəkləri”, “Yeni dünyanın qapısı”, “İqlimdən-iqlimə”, “Sabahı yaradanlar”, “Seçilmiş əsərləri” (üç cilddə), “Hər kim yüz il yaşamasa”, “Mən sabaha gedirəm”, “Kür qırağında”, “Sarıvəlli O.Aşıq ürəkli şair, şair ürəkli Aşıq Şəmşir”, “Sarıvəlli O.Qüdrətli şair, ustad sənətkar” adlı kitabların müəllifi olduğunu diqqətə çatdırıb. Xalq şairi Osman Sarıvəlli haqqında ürək sözlərini qeyd edən B.Vüsal 1990-cı ilin 3 iyulunda haqq dünyasına qovuşan böyük şairin illər ötsə də hər zaman ehtiramla anıldığını, əziz xatirəsinin daim qəlblərdə yaşadığını bildirib. Xalq şairinin haqqında məqalələr yazıldığını, kitablar nəşr olunduğunu, əziz xatirəsinə şeirlər həsr edildiyini diqqətə çatdırıb. B.Vüsal Osman Sarıvəllinin hər zaman xalqının yaddaşında yaşayan, əsərləri ilə xalqının başını uca edən, xalqın iftixarı olan şairlərimizdən olduğunu bildirib. Osman Sarıvəlli poeziyasının ölməz poeziya olduğunu qeyd edən şair gənc yazarların bu gün də həmin poeziyadan bəhrələndiyini qeyd edib. Azərbaycan poeziyasında yeni mərhələnin açılmasında Osman Sarıvəllinin danılmaz xidmətləri olduğunu söyləyib. Azərbaycanın, doğma Qazaxın adını, şərəfini, şöhrətini öz əsərləri ilə hər zaman uca tutduğunu, yaşatdığını qeyd edib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, səmimi ürək sözlərini bölüşüb. Ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın saz-söz adamlarına, yazarlara, şairlərə, ziyalılara verdikləri dəyərdən, göstərdikləri diqqət və qayğıdan söz açan icra başçısı həmin qayğının Qazaxda yüksək səviyyədə hiss olunduğunu, ölkə başçısının Sərəncamı ilə tikilən və istifadəyə verilən Ədəbiyyat Muzeyini bunun bariz nümunəsi kimi göstərib. Fəaliyyətə başladığı ilk gündən bu amili hər zaman nümunə və örnək götürərək ziyalı kəlməsinə, ziyalı sözünə yüksək qiymət verdiyini vurğulayıb. Rayon rəhbəri sazın, sözün beşiyi sayılan, bütün döyüşlərdə igidlikləri ilə tarix yazan qəhrəman oğulların diyarı olan Qazaxda bu cür tədbirlərin keçirilməsinin artıq bir ənənə halını aldığını qeyd edib. Xalq şairi Osman Sarıvəlli və onun yaxın dostu Xalq şairi Səməd Vurğun haqqında ürək sözlərini, onlarla bağlı xatirələrini bölüşən icra başçısı hər iki şairimizin xalqımızın və doğma qazaxlıların qəlbində əbədi yaşadıqlarını vurğulayıb. “Nə yaxşı ki, Osman Sarıvəlli, Səməd Vurğun, İsmayıl Şıxlı və onlar kimi fəxr olunacaq yüzlərlə ziyalılarımız, yazarlarımız var. Qazaxlılar olaraq adlarını Azərbaycan ədəbiyyatına yazdıran bu cür ziyalılarımızla hər zaman fəxr edirik”, – deyən icra başçısı onların əziz xatirələrinin yad olunduqca, anıldıqca ruhlarının şad olduğunu bildirib. Bugünkü tədbirin təşkil olunmasının da məhz bu məqsədə xidmət etdiyini söyləyib. Osman Sarıvəlli ocağından pərvazlanan, atasının adını daim uca tutan Prof. Dr. Babək Qurbanovun həyat və fəaliyyətindən söz açan icra başçısı ata kimi oğulun da öz adını tarixə yazdığını qeyd edib. Bildirib ki, Osmanoğlu Babək Qurbanov xoşməramlı, xeyirxah niyyəti ilə xatirələrdə bu gün də yaşamaqdadır. Həyatda ikən hörmət-ehtiram sahibi olan, zəhməti, çalışqanlığı ilə hər kəsə nümunə, örnək olan Osmanoğlu yadigarı Babək Qurbanov bu gün də anılmaqdadır. Uzun müddət qardaş Türkiyədə yaşasa da insanlıq naminə vicdanla, qeyrətlə ana Vətənimiz Azərbaycan adına layiq ülvi xidmətlərlə, elmi nailiyyətlərlə xalqının, ölkəsinin adını daim uca tutdu. Atasının adına layiq şəkildə yaşadı və daim Osmanoğlu adını yaşatdı. Babək Qurbanovun bu gün də unudulmadığını, yaxın dostu, uzun müddət bir yerdə çiyin-çiyinə çalışmış Sənətşünaslıq Elmləri Doktoru, Qaziantep Universiteti Türk Musiqisi Dövlət Konservatoriyasının professoru, Türk Xalq Musiqisinə Xidmət mükafatçısı İlqar Cəmiloğlu İmamverdiyevin Babək Qurbanovu hər zaman yad etdiyini, onun əziz ruhunu şad etdiyini diqqətə çatdırıb.

Azərbaycan Yazıçılar Birliyinin üzvləri olan şairlərdən Səhlədar Hidayətoğlu, Rüfət Axundlu, Kazım Kazımlı, Əvəz Sofuoğlu, Yasin Cavan, Tamella Poladlı, Gülsənəm Cəlilli, Elnur Süleymanlı, Bilal Qoca, Arif Musazadə, İkinci Şıxlı kənd sakni Abbas Cürənov çıxış edərək Xalq şairi Osman Sarıvəlli haqqında fikirlərini bölüşüb, keçirilən tədbirin əhəmiyyətindən söz açıblar. Xalq şairinə həsr olunmuş, eləcə də özünün vaxtilə qələmə aldığı şeirləri səsləndiriblər. Çıxış edənlər Qazaxda ziyalılara, şairlərə verdiyi dəyərə görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildirib, bugünkü tədbiri təşkil edənlərə razılıqlarını ifadə ediblər.

Aşıq Saqif Məzəmli Xalq şairinin şeirini saz havası üstə təqdim edərək əziz xatirəsini ehtiramla anıb.

Əvvəlki Yazı

“Qanunsuzluq xaos gətirir, xaos da dağıntı, DTX isə …”

Növbəti Yazı

Bakıda yayılan xəstəlik təhlükəli H3N2 virusudur? – həkimdən xəbərdarlıq

EKSKLUZİV

Əhalinin yanacaq xərcləri bu il 5%-dən çox artıb

Əhalinin yanacaq xərcləri bu il 5%-dən çox artıb

16 İyul 2026 / 13:30
0
Şuşa qalasının leysan nəticəsində uçmuş hissəsi bərpa olunacaq

Şuşa qalasının leysan nəticəsində uçmuş hissəsi bərpa olunacaq

16 İyul 2026 / 13:16
0
Azərbaycanda “yaşıl enerji” istehsalı artıb

Azərbaycanda “yaşıl enerji” istehsalı artıb

16 İyul 2026 / 13:00
0
Zaxarova: “Bakı və İrəvan razılığa gəlməlidir, cavab gözləyirik”

Zaxarova: “Bakı və İrəvan razılığa gəlməlidir, cavab gözləyirik”

16 İyul 2026 / 12:44
0

XƏBƏR LENTİ

Əhalinin yanacaq xərcləri bu il 5%-dən çox artıb

Şuşa qalasının leysan nəticəsində uçmuş hissəsi bərpa olunacaq

Azərbaycanda “yaşıl enerji” istehsalı artıb

Zaxarova: “Bakı və İrəvan razılığa gəlməlidir, cavab gözləyirik”

Bu ailələrə məktəbli forması pulsuz ola bilər – valideynlərə müjdə

Çinin Ukrayna ilə bağlı mövqeyi budur – Lavrov

Prezident İlham Əliyev “John Deere” şirkətinin nümayəndə heyətini qəbul edib

“Qarabağ” cavab oyununa çıxır

İrana zərbələrdə həlak olanların sayı… – Rəsmi

Prezident İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib

Ceyhun Bayramov Rusiyaya rəsmi səfərə yola düşüb

Azərbaycana turist axınının azalmasının səbəbi…

ABŞ-də üzərində Trampın təsviri olan qızıl sikkə buraxılacaq – FOTO

Hansı duz daha faydalıdır: Himalay, yoxsa dəniz duzu?

Azərbaycan neftinin ən iri idxalçıları – Siyahı

Oyuna yaxşı hazırlaşmışıq – Qurbanov

Bakının 5 küçəsində hərəkət məhdudlaşdırılacaq

“MoveShort” piramidasının ifşası – Yeni həbslər olacaq

Yeni 100 manatlıqlar tədavüldə – FOTO

“İlk elektron diplom artıq təqdim edilib” – İdarə rəisi

Leysan yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Bu il Azərbaycana 500-dən çox elektromobil idxal edilib

FHN əhaliyə müraciət edib

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydasına dəyişiklik edilib

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırılıb

İnsan alverinə qarşı mübarizəyə dair 2026–2030-cu illər üçün Milli Fəaliyyət Planı təsdiq edilib

Azərbaycanda diplomların elektron formatda verilməsinə başlanıldı

Xəzər 30 ildə 3 metr dayazlaşıb

Baş Prokurorluq şirkət rəhbərinin iddialarına cavab verib

Hərbi əməliyyatların davam etdiyi ərazilərdə işləməyin! – Rəsmi Bakı

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy   Yan »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.