Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Gündəm

İsrail Türkiyəyə veto qoydu, Azərbaycan dəvəti rədd etdi

Dekabr 18, 2025
A A

REDAKTORUN SEÇİMİ

“MoveShort” piramidasının ifşası – Yeni həbslər olacaq

“MoveShort” piramidasının ifşası – Yeni həbslər olacaq

15 İyul 26 / 18:22
Tətilə çıxan deputatlar harada istirahət edəcəklər? – SORĞU

Tətilə çıxan deputatlar harada istirahət edəcəklər? – SORĞU

15 İyul 26 / 14:59
Belə avtomobillə heç yerə getmərəm – Prezident

Belə avtomobillə heç yerə getmərəm – Prezident

13 İyul 26 / 14:00
Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

11 İyul 26 / 13:26
Hörmüzdə azərbaycanlıların gizli neft ticarət şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -VİDEO

Hörmüzdə azərbaycanlıların gizli neft ticarət şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -VİDEO

10 İyul 26 / 12:40

Qətərin Doha şəhərində ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) dəstəyi ilə Qəzza zolağında beynəlxalq sabitləşdirmə qüvvələrinin yerləşdirilməsi ilə bağlı beynəlxalq konfrans keçirilib. Tədbirdə 45-dən çox ölkədən olan nümayəndələrin iştirakı gözlənilirdi, lakin dəvət siyahısı tərtib edilərkən ciddi siyasi fikir ayrılıqları yaranıb.

“AzPolitika” xəbər verir ki, İsrailin “Haaretz” qəzetinin diplomatik mənbələrə istinadla verdiyi məlumata görə, Türkiyənin konfransda iştirakı İsrail tərəfindən bloklanıb. ABŞ isə İsrailin vetosunu nəzərə alaraq Ankaraya dəvət göndərməyib. Bundan sonra rəsmi dəvət alan Azərbaycan tədbirə qatılmaqdan imtina edib. Qəzetin mənbələrinə görə, Türkiyənin iştirak etməməsi prosedur deyil, sırf siyasi xarakter daşıyıb.

Adı açıqlanmayan Qərb diplomatı və Türkiyə hökumətinə yaxın mənbə Ankaranın Vaşinqton və Doha ilə sıx əlaqələrinə baxmayaraq, iştirakçılar siyahısına daxil edilmədiyini təsdiqləyib.

Ərəb diplomatik dairələrindəki mənbə Türkiyənin oktyabr ayında Şarm əl-Şeyx sülh sammitinə dəvət olunduğunu və Qəzza zolağı ilə bağlı beynəlxalq təşəbbüsləri açıq şəkildə dəstəklədiyini vurğulayıb. Onun sözlərinə görə, Ankaranın Doha görüşünə qatılmasına qarşı çıxan yeganə ölkə İsrail olub. Eyni zamanda, nəşrin məlumatına görə, Türkiyə və Qətər Amerika rəsmilərinə təzyiq göstərməyə davam edir və onları qərarlarını yenidən nəzərdən keçirməyə çağırırlar.

Qeyd etmək lazımdır ki, beynəlxalq sabitləşdirmə qüvvələrinin yerləşdirilməsi Prezident Trampın Qəzza sülh planının ikinci mərhələsinin əsas elementi hesab olunur. İsrail də öz növbəsində, xüsusən də Qəzza müharibəsinin başlanğıcından bəri ikitərəfli münasibətlərin kəskin şəkildə pisləşməsi nəzərə alınmaqla, Türkiyənin müharibədən sonrakı nizamlamada iştirakına qarşı olduğunu dəfələrlə bildirib.

“Haaretz” qəzetinin əldə etdiyi siyahıya görə, Doha görüşünə Misir, İordaniya, Azərbaycan, Pakistan, Birləşmiş Ərəb Əmirlikləri və İtaliya, eləcə də bir sıra Avropa, Asiya və Asiya-Sakit Okean dövlətləri dəvət olunub. Qəzet qeyd edir ki, Azərbaycan dəvət olunsa da, Dohaya nümayəndə heyəti göndərməyib və ümumiyyətlə, rəsmi Bakı Qəzza zolağına sülhməramlı kontingent göndərməyi düşünmür.

İsrail qəzetinin yazdığına görə, ABŞ ilə bəzi məsləhətləşmələrə baxmayaraq, Azərbaycan yaxın gələcəkdə İbrahim Sazişlərinə qoşulmağa da hazır deyil. Qəzet vurğulayır ki, “İsraillə uzun müddətdir mövcud olan yaxın münasibətlərinə baxmayaraq, Azərbaycan bu sazişə yalnız təbliğat məqsədi ilə qoşulmağa ehtiyac görmür”.

“Haaretz” qəzeti Doha konfransına dəvət olunmuş, lakin nəticədə iştirak etməyənlər arasında Belçika, Rumıniya, Estoniya, Cənubi Koreya, Nepal və təxminən 15 digər ölkəni sadalayır.

Qəzetin istinad etdiyi Qərb diplomatına görə, Doha görüşü aralıq xarakter daşıyıb və orada heç bir məcburi qərar gözlənilmirdi.

Bu arada, İsrailin digər qəzeti olan “The Jerusalem Post” beynəlxalq sabitləşdirmə qüvvələrinin elan edilmiş sayının 20.000 əsgər olduğunu, əslində isə yalnız 5.000 şəxsi heyətin toplana biləcəyini yazıb. Hətta o da bu şərtlə baş tutacaq ki, Fransa və İtaliyadan sonra bir neçə digər Avropa ölkəsi də missiyada iştiraklarını təsdiqləsinlər.

Ümumiyyətlə, Beynəlxalq sabitləşdirmə qüvvələrinin yaradılması, Fələstin Muxtariyyətinin iştirakı olmadan missiyada iştirak etmək istəməyən ərəb və müsəlman ölkələrinin mövqeyi səbəbindən faktiki olaraq çıxılmaz vəziyyətə düşüb.

Türkiyəyə veto qoyulması da daxil olmaqla, bütün bu və digər səbəblər Azərbaycanın sözügedən prosesdə iştirakını hələlik qeyri-məqbul edir. Bu baxımdan rəsmi Bakının atdığı addım kifayət qədər diplomatik baxımdan düşünülmüş və rassional sayıla bilər.

C.Məmmədli

“AzPolitika.info”

Əvvəlki Yazı

Böyük Çöküşdən əvvəlki İran: Hakim rejim zəngin ölkəni necə məhv edir?

Növbəti Yazı

Bəylər Eyyubova yeni imtiyaz verildi

EKSKLUZİV

Azərbaycana turist axınının azalmasının səbəbi…

Azərbaycana turist axınının azalmasının səbəbi…

16 İyul 2026 / 11:17
0
ABŞ-də üzərində Trampın təsviri olan qızıl sikkə buraxılacaq – FOTO

ABŞ-də üzərində Trampın təsviri olan qızıl sikkə buraxılacaq – FOTO

16 İyul 2026 / 11:00
0
Hansı duz daha faydalıdır: Himalay, yoxsa dəniz duzu?

Hansı duz daha faydalıdır: Himalay, yoxsa dəniz duzu?

16 İyul 2026 / 10:46
0
Azərbaycan neftinin ən iri idxalçıları – Siyahı

Azərbaycan neftinin ən iri idxalçıları – Siyahı

16 İyul 2026 / 10:28
0

XƏBƏR LENTİ

Azərbaycana turist axınının azalmasının səbəbi…

ABŞ-də üzərində Trampın təsviri olan qızıl sikkə buraxılacaq – FOTO

Hansı duz daha faydalıdır: Himalay, yoxsa dəniz duzu?

Azərbaycan neftinin ən iri idxalçıları – Siyahı

Oyuna yaxşı hazırlaşmışıq – Qurbanov

Bakının 5 küçəsində hərəkət məhdudlaşdırılacaq

“MoveShort” piramidasının ifşası – Yeni həbslər olacaq

Yeni 100 manatlıqlar tədavüldə – FOTO

“İlk elektron diplom artıq təqdim edilib” – İdarə rəisi

Leysan yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Bu il Azərbaycana 500-dən çox elektromobil idxal edilib

FHN əhaliyə müraciət edib

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydasına dəyişiklik edilib

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırılıb

İnsan alverinə qarşı mübarizəyə dair 2026–2030-cu illər üçün Milli Fəaliyyət Planı təsdiq edilib

Azərbaycanda diplomların elektron formatda verilməsinə başlanıldı

Xəzər 30 ildə 3 metr dayazlaşıb

Baş Prokurorluq şirkət rəhbərinin iddialarına cavab verib

Hərbi əməliyyatların davam etdiyi ərazilərdə işləməyin! – Rəsmi Bakı

Azərbaycanın 6 ayda Ermənistana ixracının ümumi dəyəri açıqlanıb

DÇ finalında fasilə 25 dəqiqə olacaq – Səbəb

Tətilə çıxan deputatlar harada istirahət edəcəklər? – SORĞU

Adəm İsmayıl Bakuvi : “Azərbaycan ilə Slovakiya arasındakı tərəfdaşlığın mühüm sütunlarından biri qarşılıqlı maraqlara xidmət edən iqtisadi əlaqələrdir”

Azərbaycanda şagirdlər üçün süni intellekt həlli istifadəyə veriləcək

Çimərliyə getmək istəyənlərin nəzərinə!

Bu küçədə hərəkət istiqaməti dəyişdirilir

Dənizdə boğulmalar artdı: səbəb qumun daşınmasıdır?

Zidan Fransa millisinin baş məşqçisi olacaq

Qarabağ Universitetində ikili diplom proqramına start verilir

AMEA Bakıdan köçürülür?

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy   Yan »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.