Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

TƏBİB-dən absurd qadağa – Vətəndaşın tibb bacılarının ümidinə qalması kimin günahıdır?

Dekabr 23, 2025
A A

REDAKTORUN SEÇİMİ

Ramiz Mehdiyev növbəti məhkəməyə məcburi gətirilə bilər

Ramiz Mehdiyev növbəti məhkəməyə məcburi gətirilə bilər

01 Oktyabr 26 / 15:00
Həbsdən çıxan Səlim Müslümovun yeni işi…

Həbsdən çıxan Səlim Müslümovun yeni işi…

30 Sentyabr 26 / 14:05
Bakıda 200 saylı məktəb-liseydə pul yığılır:5 qadın müavin-VİDEO 

Bakıda 200 saylı məktəb-liseydə pul yığılır:5 qadın müavin-VİDEO 

26 Sentyabr 26 / 15:05
Səfər Mehdiyevin yaxın adamının 6 minlik pensiyası kəsildi – Məhkəməni uddu

Səfər Mehdiyevin yaxın adamının 6 minlik pensiyası kəsildi – Məhkəməni uddu

23 Sentyabr 26 / 13:13
Ramiz Mehdiyevi hansı cəza gözləyir?

Ramiz Mehdiyevi hansı cəza gözləyir?

22 Sentyabr 26 / 16:00

“Tibb bacılarının evlərdə fəaliyyətinə icazə verilmir”. Bunu ötən həftə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov 2025-ci ilin yekunlarına dair brifinqdə deyib.

Onun sözlərinə görə, bəzi kəndlərdə tibb məntəqəsi olmadığı halda, tibb bacısı evdə iynə vurur: “Ev tibb bacısının xidmət verəcəyi ərazi deyil. Bəzi kəndlərdə tibb məntəqəsi olmadığı halda, tibb bacısı evdə iynə vurur. Buna icazə yoxdur. Tibb bacısının ilkin yardım üçün əlində avadanlıqlar, dərman vasiətələri olmalıdır. Bunlar olmadan tibb bacısının xəstəyə iynə vurması ciddi həyati təhlükələrə gətirib çıxara bilər”.

Bəli, doğrudan da tibb bacılarının evlərdə göstərdiyi xidmətlə bağlı belə bir təhlükə var. Lakin bunun günahkarı nə tibb bacısı, nə də vətəndaşdır.

TƏBİB rəhbəri də bilməmiş deyil ki, Azərbaycanda heç də bütün vətəndaşlar üçün nəinki keyfiyyətli səhiyyə xidməti, hətta adi poliklinika, tibb məntəqəsi belə əlçatan deyil. TƏBİB başçısı yaxşı bilir ki, əksər kəndlərdə, eləcə də rayon mərkəzlərindən 20-30 kilometr məsafədə olan kəndlərdə tibb məntəqəsi yoxdur. Olanlarda da Vüqar Qurbanovun dediyi “ilkin yardım üçün avadanlıqlar, dərman vasiətələri” yoxdur!

Nəinki kəndlərdəki tibb məntəqələrində, bir çox rayon, hətta şəhər xəstəxanalarında belə əksər hallarda tibbi vasitələri, dərmanları vətəndaş özü alıb gətirir. Üstəgəl, vətəndaşın hər gün iynə vurdurmaq üçün kənddən rayon mərkəzinə gedib-gəlməyə maddi imkanı çatmır. Heç kim tibb bacısını evə kefindən çağırmır, yaxud iynə vurdurmaq üçün onun evinə getmir.TƏBİB, Səhiyyə Nazirliyi yerlərdə şərait yaratsa, camaat kənddəki tibb bacısına yox, tibb məntəqəsinə üz tutar. Odur ki, TƏBİB başçısının dedikləri camaata “can yandırmaq” yox, evlərdə göstərilən xidmət nəticəsində mümkün ölüm hadisələrinə görə məsuliyyəti öz üzərindən atmaqdır. Vəssalam.

Təhlükəyə gəlincə, tibb bacısının evdə vurduğu iynədən ölüm hallarına nadir hallarda rast gələ bilərsiniz. Əvəzində, həmin TƏBİB-in, yaxud Səhiyyə Nazirliyinin, eləcə də özəl klinikaların yarıtmaz, bəzən yaramaz “xidməti” nəticəsində saysız-hesabsız ölüm halları baş verir…

Zatən biznesdə qadağa, tikintidə qadağa, yolda qadağa, sərhəddə qadağa – qadağa üstünə qadağa, cərimə üstünə cərimə… Üstəgəl, onsuz da bərbad vəziyyətdə olan səhiyyədə, tibbdə (icbari tibbi sığorta da daxil) yeni qadağalar tətbiq olunacağı anonsu verilir… Buna nə ehtiyac var? İnsanların həyat, yaşam sahələri, imkanları darala-darala gedir, üstəlik də bu cür yersiz, absurd, reallıqdan uzaq qadağaların tətbiqi insanları daha da sıxır, incidir…

Ancaq TƏBİB başçısı brifinqdə əhaliyə tibb məntəqələri ilə bağlı “böyük təskinlik” də verib: “Belə bir məntəqə artıq Bərdədə var. Gələcək planlarda bütün bölgələrdə bu məntəqələri qurmaq planlaşdırılır”.

Ancaq hörmətli İcraçı director bilməmiş deyil ki, gələcək gələnə qədər bugün əldən gedir. Xüsusilə də bu “gələcəyin” nə vaxt və necə gələcəyi bilinmədiyi bir zamanda…

Elxan Qüdrətoğlu

“AzPolitika.info”

Əvvəlki Yazı

Manata ikinci şokun 10 illiyi – Hökumət dağıdıcı olaydan nəticə çıxarıbmı?

Növbəti Yazı

Azərbaycanda normal qidalana bilməyən vətəndaşlar: Ərzağı borc və nisyə alanların da sayı AÇIQLANDI

EKSKLUZİV

Azərbaycan Prezidenti: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək

Azərbaycan Prezidenti: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək

02 Oktyabr 2026 / 14:03
0
Vasif Talıbov YAP-dan çıxarılır

Vasif Talıbov YAP-dan çıxarılır

02 Oktyabr 2026 / 13:59
0
Azərbaycanda pul bazası 15%-dən çox artıb

Azərbaycanda pul bazası 15%-dən çox artıb

02 Oktyabr 2026 / 12:00
0
Prezident: Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi

Prezident: Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi

02 Oktyabr 2026 / 10:47
2

XƏBƏR LENTİ

Azərbaycan Prezidenti: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək

Vasif Talıbov YAP-dan çıxarılır

Azərbaycanda pul bazası 15%-dən çox artıb

Prezident: Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilir

Azərbaycanda işçilərin ezamiyyət qaydaları dəyişib

Azərbaycan neftinin qiyməti 125 dollara yaxınlaşıb

İcra başçısı Milli Qəhrəman Aqil Musayevin anasının dəfn mərasimində iştirak edib

“Azərbaycanda hərbi sənayenin sürətli inkişafı regional və qlobal təhlükəsizliyə töhfədir”

Ermənistan İrana sanksiyalara qoşulur – Paşinyan

Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib

Sabah Nizami rayonunun bəzi ərazilərində su kəsiləcək

Paşinyan: katolikosun getməsi üçün hər şey edəcəyik

Ramiz Mehdiyev növbəti məhkəməyə məcburi gətirilə bilər

Sabah Bakıya yağış yağacaq

Bakıda məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların SAYI

Bu tarixdən yollarda nəzarət güclənəcək

Bağçada işləmək istəyənlərə şad xəbər

Oktyabrda 9 gün iş olmayacaq – Tarixlər

Səlim Müslümovla bağlı yeni xəbər – O, müəllim deyilmiş – EKSKLÜZİV

Kreditlə bağlı yeni məhdudiyyət qüvvəyə mindi

Azərbaycanda qadın prokurorların sayı artır – RƏQƏMLƏR

Azərbaycandakı ahılların SAYI

Oktyabrın dörd günü meteor yağışı olacaq

Prezident forum iştirakçılarına müraciət ünvanladı

“TikTok” Azərbaycanda vergi uçotuna alındı

Bakıda AQEM Media Forumu keçirilir

Prezident İlham Əliyev Çin liderini təbrik edib

Qazaxda 1 Oktyabr – Prokurorluq işçilərinin peşə bayramı qeyd olunub

Bakıda CAMCA Regional Forum 2026 keçirilir

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy   Yan »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.