Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Dünya

Rusiya bank böhranı ərəfəsində – Azərbaycana təsiri olacaqmı?

Dekabr 24, 2025
A A

REDAKTORUN SEÇİMİ

“Qurtuluş 93” MTK-dan özbaşınalıq… Evini satanlardan pul tələb edir – Fakt

“Qurtuluş 93” MTK-dan özbaşınalıq… Evini satanlardan pul tələb edir – Fakt

24 Dekabr 25 / 17:15
Ekologiya nazirliyində “cərimə” fırıldağı: Qarabağ meşələrinin taleyi ilə “üç badam bir qoz” oynayan kimlərdir?

Ekologiya nazirliyində “cərimə” fırıldağı: Qarabağ meşələrinin taleyi ilə “üç badam bir qoz” oynayan kimlərdir?

23 Dekabr 25 / 10:48
Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

18 Dekabr 25 / 20:28
“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

16 Dekabr 25 / 15:05
Naftalanda Arzu Məmmədov kabusu: Fərhad Əliyevdən Ramiz Mehdiyevə transfer edən məmur

Naftalanda Arzu Məmmədov kabusu: Fərhad Əliyevdən Ramiz Mehdiyevə transfer edən məmur

16 Dekabr 25 / 12:10

Ukraynada davam edən işğalçılıq müharibəsi Rusiyaya təkcə insan və hərbi güc itkisi deyil, həm də böyük iqtisadi itkilər hesabına başa gəlir. Kremli də ən çox narahat edən məhz budur…

Artıq Rusiya hökuməti Kreml təbliğatının və şəxsən Vladimir Putinin guya iqtisadiyyatda hər şeyin az qala əla olduğuna dair açıqlamalarına baxmayaraq, ölkə üçün getdikcə qaçılmaz hala gələn bank böhranına hazırlaşır. Bu barədə “The Washington Post” qəzeti də yazı dərc edib. Nəşr Rusiya hökumətindəki mənbələrinə istinadla yazıb ki, hökumətin fikrincə ödənilməyən kreditlərin durmadan, sürətlə artması, iqtisadiyyatın yavaşlaması və Qərb sanksiyalarının güclənməsi ilə ölkənin ən böyük neft şirkətlərinə zərbə vurulması ölkədə bank böhranını yaxınlaşdırır. Qəzetin yazdlığına görə, artıq hökumət bu böhrana hazırlaşmağa başlayıb.

Hökumətdəki mənbənin dediyinə görə, həm bank böhranı, həm də şirkətlərin bir-birinə ödəniş edə bilməməsindən irəli gələn ödəniş böhranı yaxınlaşır: “Bank böhranı realdır. Ödəniş böhranı realdır. Müharibənin davam etməsi və ya eskalasiya barədə düşünmək belə istəmirəm”.

Məsələ ondadır ki, 2022-2024-cü illərdə istehsalın genişləndirilməsini maliyyələşdirmək üçün hərbi zavodlara nəhəng kreditlər verilib. İndi isə bu kreditləri qaytarmaqda böyük problemlər var və onlar bank sistemi üçün “saatlı bomba”ya çevrilib.

Rusiya Mərkəzi Bankının statistikasına görə, artıq bu kreditlər 202 milyard dollara çatıb.

“Bank of America”-nın keçmiş vitse-prezidenti və hazırda Harvarddakı Rusiya və Avrasiya Tədqiqatları Mərkəzinin eksperti olan Kreyq Kennedinin də qeyd etdiyi kimi, “bu kreditlər Rusiya iqtisadiyyatının mərkəzində outran və pis idarə olunan kölgə borcudur”. Kennedinin sözlərinə görə, bu, mahiyyət etibarilə xəzinədarlıq tərəfindən rəsmi olaraq ayrılan 42 trilyon rubla (və ya 542 milyard dollara) əlavə olaraq müharibəyə xərclənən ikinci, gizli hərbi büdcədir.

Buna baxmayaraq, Rusiya Mərkəzi Bankı vəziyyəti ört-basdır edən statistika yaymağa üstünlük verir. Rəsmi statistikaya görə, vaxtı keçmiş(faktiki ödənməyən) korporativ kreditlərin payı cəmi 5%-dir. Lakin problemli borcun daha geniş göstəricisi əslində, 11%-i keçib və 10,4 trilyon rubla çatır. Bu, Moskvanın iki illik büdcəsi qədərdir. Mərkəzi Bank isə bu məbləği ödənə bilməyən borc kimi yox, restrukturizasiya olunan, yaxud şərtləri yumşaldılan borclar kimi göstərir ki, vəziyyətin acınacaqlı olduğunu gizlədə bilsin.

Bundan əlavə, təkcə hərbi zavodlar deyil, digər sahələrin də böyük və ödəyə bilmədiyi kreditləri var. Məsələn, Rusiya Mərkəzi Bankın məlumatına görə, bu il sanksiyalar və neft qiymətlərinin düşməsi nəticəsində zərər çəkən mədən və metal şirkətləri, eləcə də neft-qaz sektorunun borcları da restrukturizasiya tələb edir. Yəni, faktiki olaraq, borclarını ödəyə bilmirlər.

Rusiya Dəmir Yolları kimi böyük dövlət korporasiyaları da ödəniş problemləri ilə üzləşib. Bu il son 15 ildə Rusiyada yük daşımalarında ən kəskin azalma qeydə alınıb. Korporasiya xalis zərər etdiyini bəyan edib və banklardan 4 trilyon rubla çatan borcun restrukturizasiyasını, sadə dildə desək, bir növ təxirə salınmasını tələb edib.

Rusiya şirkətlərinin ümumilikdə faiz ödəmələri xeyli artıb və ağır yükə çevrilib. 2024-cü ildə şirkətlər banklara 11,5 trilyon rubl faiz ödəyiblər ki, bu da əvvəlki ildən 83% çoxdur. 2025-ci ildə isə onların faiz xərcləri daha 54% artaraq ilin birinci yarısında 7,5 trilyon rubla çatıb. Eyni zamanda, “Rosstat”-ın yanvar-sentyabr ayları üzrə məlumatlarına görə, iqtisadiyyatda xalis mənfəət ardıcıl ikinci ildir ki, 7,7% azalaraq 19,2 trilyon rubla çatıb. Hazırda Rusiyada kreditləri olan hər dörd şirkətdən biri borcunu gecikdirir.

Ümumilikdə 165.000 hüquqi şəxs borcunun ödənişini gecikdirir. Bu, müharibədən əvvəlki göstəricidən 100.000 çoxdur. Bu, həm də o deməkdir ki, həmin iri şirkətlərin maliyyə vəziyyəti getdikcə pisləşir, ixrac sənayesi xarici tələbatın və qiymətlərin azalması səbəbindən gəlirləri itirir. Rəsmi bank statistikası isə problemlərin tam miqyasını gizlədir və ödənməyən borcları restrukturizasiya olunmuş kmi göstərir. Lakin bu “üsul” gerçək mənzərəni sona qədər gizlətməyə imkan verməyəcək. Faktiki olaraq, iqtisadi artımın yavaşlaması, yüksək kredit faizləri, sanksiyalar, dünya bazarında neftin qiyməti və s. Rusiya iqtisadiyyatı üçün ciddi təhlükələrdən ibarət böyük bir yük yaradıb. Bu yük gələn il mütləq özünü büruzə verəcək və bunun ciddi böhrana çevrilməyəcəyinə kimsə zəmanət verə bilməz. Ukarynadakı müharibə davam etdikcə, bu təhlükə daha da artacaq və Kreml insan həyatına məhəl qoymasa da, iqtisadi böhranla hesablaşmaya bilməyəcək.

Təbii ki, bu mənzərə Rusiyanın MDB üzrə qonşuları, o cümlədən elə öz iqtisadiyyatı heç də ən yaxşı günlərini yaşamayan Azərbaycan üçün də müsbət heç nə vəd etmir. Rusiyada mümkün iqtisadi böhran, yaxud bank böhranı Azərbaycanın xüsusilə də kənd təsərrüfatı məhsulları üçün əsas xarici bazar olan Rusiya bazarını zəiflədəcək. Bu isə təkcə Azərbaycandakı məhsul istehsalçllarının gılirlərini deyil, həm də Rusiyada yaşayan və işləyən həmvətənlərimizin ölkəmizə zatən kəskin azalmış pul köçürmələrini bir qədər də azaldacaq. Bu da ümumilikdə əhalinin sosial durumuna təsirsiz ötüşməyəcək. Lakin bizim ayrı-ayrı nazirlər də bir çox məsələlərdə bənzədiyi Rusiya hökumətindən geri qalmayaraq, rəqəmlərlə manipulyasiyanı davam etdirəcək…

Elxan Qüdrətoğlu

“AzPolitika.info”  

Əvvəlki Yazı

Bayramda neçə gün iş olmayacaq?- RƏSMİ AÇIQLAMA

Növbəti Yazı

Eyyubovların nəhəng sərvəti: 15 hektarlıq bağ evi + FOTO

EKSKLUZİV

Azərbaycanlıları Ukrayna müharibəsinə cəlb edən şəbəkə var? – XƏBƏRDARLIQ

Azərbaycanlıları Ukrayna müharibəsinə cəlb edən şəbəkə var? – XƏBƏRDARLIQ

24 Dekabr 2025 / 20:16
0
Azərbaycan Qəzzaya sülhməramlı göndərməyə razılıq verdi – ABŞ rəsmisi

Azərbaycan Qəzzaya sülhməramlı göndərməyə razılıq verdi – ABŞ rəsmisi

24 Dekabr 2025 / 20:15
0
Məmurların yanvar ayında qəbul CƏDVƏLİ

Məmurların yanvar ayında qəbul CƏDVƏLİ

24 Dekabr 2025 / 20:13
0
AVP yenidən qurultaya hazırlaşır: Bu dəfə sədr seçə biləcəklər?

AVP yenidən qurultaya hazırlaşır: Bu dəfə sədr seçə biləcəklər?

24 Dekabr 2025 / 20:09
0

XƏBƏR LENTİ

Azərbaycanlıları Ukrayna müharibəsinə cəlb edən şəbəkə var? – XƏBƏRDARLIQ

Azərbaycan Qəzzaya sülhməramlı göndərməyə razılıq verdi – ABŞ rəsmisi

Məmurların yanvar ayında qəbul CƏDVƏLİ

AVP yenidən qurultaya hazırlaşır: Bu dəfə sədr seçə biləcəklər?

Rusiyanın savaş itkiləri ilə bağlı dəhşətli faktlar: Kreml Ukraynada qeyri-rusları qırğına verir

Xəstəyə baxmaqdan imtina edən həkimi hansı cəza gözləyir? – Vəkil

AYNA sahibi bəlli olmayan şirkətdən 223 min manatlıq katric alır

Naxçıvan istiqamətində atəş AÇIQLIB? – Ermənistan MN-dən AÇIQLAMA

Azərbaycanda inanılmaz HADİSƏ – cinayət işi kimlər tərəfindən yoxa çıxarılıb?

“Qurtuluş 93” MTK-dan özbaşınalıq… Evini satanlardan pul tələb edir – Fakt

Təyyarədə azərbaycanlının 74 min dollarını oğurladı – 20 ay həbs aldı! Dünya mediası bu hadisədən yazır!

Bakıda fantastik olay: bir qadın iki məktəbdə direktorluq edir

Şəhidlərimizi təhqir edən ərəblərə hökm oxundu

Eyyubovların nəhəng sərvəti: 15 hektarlıq bağ evi + FOTO

Rusiya bank böhranı ərəfəsində – Azərbaycana təsiri olacaqmı?

Bayramda neçə gün iş olmayacaq?- RƏSMİ AÇIQLAMA

Qaçaqmal sindikatında kimlər və necə işləyib? – SENSASİON TƏFƏRRÜAT

Hava ilə bağlı XƏBƏRDARLIQ: Növbəti iki gündə…

Zelenskinin 20 bəndlik sülh planı: Ukrayna üçün çıxış yolu, yoxsa məcburi kapitulyasiya?

2025-ci ilin ikinci yarısında Veysəloğlu Şirkətlər Qrupu hansı uğurlara imza atdı – VİDEO

İcra başçısı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində şəhidlərin əziz xatirəsini ehtiramla anıb

“Pilgrim Education” Təhsil Mərkəzinin UĞURLARI

Azərbaycanda uşaqlar arasında dəhşətli virus yayılıb – Əlamətləri bunlardır

Dövlət Komitəsinin ləğvi gündəmə gəldi – “Onların rütbələri də alınmalıdır”

Təhsil nazirinin açıqlaması ARANI QARIŞDIRDI

Deputatlar toplanır: : hansı qanunlar dəyişir? – SİYAHI

“İnter MMC”-dən alınan iki mənzil “yoxa çıxıb” – Vətəndaş ölkə başçısından kömək istəyir + FOTOLAR

Bəylər Eyyubovun qardaşı oğlu həbs edildi

11 abituriyent məhkəmə qarşısında – 9-nun nəticəsi ləğv edilib

Avtomobil qeydiyyatında “qara şüşə” problemi – BDYP-nin tələbi qanunidirmi?

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy    
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.